"Ən gözəl dərdimsən dərdlər
içində"
İlahi!
Belə də gözəl olarmı?-
Kimdi qələm
çəkən, nə
gözəl çəkir.
Üz- üzə, göz-gözə
sehrlənmişik,
Nə mən göz çəkirəm, nə
gözəl çəkir,
Güney
gözlüm, gözəllikdə
bircəsən,
Bu güllükdə bir mən olam, bircə sən...
Gül üstündə arıya
bax bircə sən -
Gör gülün nazını nə gözəl çəkir?...
Salma gəl Məmmədi gözündən, gözəl,
Gözüm gözmü görüb
gözündən gözəl!..
Mən ölmüş neynim ki, gözündən, gözəl -
Nə bir könül doyur, nə göz əl çəkir!
***
Ay gözü göyçəyim,
gözün hardadı
-
Dən salıb saçıma dərdin dən, beləg
Yeriyən, danışan ölüyəm
sənsiz -
Kim ölər mənimtək
dərdindən belə?..
Dərd
oxuna nişangahdı sinəm də,
Dərd əlindən ha gizlənəm,
sinəm də.
Nə dərd desən yuvalanıb sinəmdə
-
Bir bala sərçənin dərdindən belə.g
Tapşır gözlərinə ilqara
gəlsin,
Qiyma ki, ay qara, il qara gəlsin.
Gələn dərdin Məmməd
İlqara gəlsin -
Neynər
dərdli kəsə dərd indən belə?!.
***
Əcəb gündü - günlərin
ən gözəli,
Gördüm səni - əcəb düşdüm oda mən.
Camalın ki, sölə verib yanırdı,
Bax, o gündən
səcdəliyəm oda
mən.
Kəsmə kərəmini, bir
kərəm eylə,
Neynək,
kərəmini bir kərəm eylə...
Gəl yandır, məni də bir Kərəm
eylə -
Yəqindi ki, yanmalıdı
od əmən.
Açmadınsa, hər yetənə
qəlbi - düz!
Məcnundusa, fərqi nədi:
qəlbi, düz?
Səndən ötrü əhdi
qayım, qəlbi düz,
Məmməd adlı bir şair var - o da mən!
***
"Sənə də
qar yağdı, güvəndiyim dağ".
Özün bir vaxt dost demirdin mənə bə?
Məsəl var ki -
"dost-dostuna tən
gərək",
Tənə gəlir bu dostluqdan mənə bə...
Nənəm derdi-bir verməsən
üç alma,
Oxu bir al, birinci ol, üç alma.
Nağıl bitdi, göydən
düşdü üç
alma,
Biri ona, biri buna,
mənə bə?..
Kişi
gərək "qan bağlaya" şər kəsə,
Heç
bir dosta tuş gəlməsin şər, kəsə!
Qatma məni "bə!" dediyin şər kəsə,
Mənəm-Məmməd İlqar-indi mənə
"bə"?
***
Qönçələr bürüyüb
çölləri yenə
Açallar, inşallah, gül,
gülə-gülə
"Görəllər-güləllər" gəlməz eyninə,
Sarılar, sarmaşar gül gülə, gülə.
Güllər al-əlvandı, bülbüllər
sarı,
Görməsin gül üstə bülbüllər sarı.
Güllər gülümsünər bülbüllər sarı,
Görən, varmı görən
gül gülə gülə
Yarəb,
yetir məni bir gülə, dedim,
Məmmədin könlü də
bir gülə-dedim.
Açdım ürəyimi bir
gülə dedim
Ağlar
qoydu məni gül gülə-gülə
A GÖYÇƏK
Göyçək günlər gözləməkdən
üzüldüm,
Gələcəkmi göyçək günlər,
a göyçək ?
Cənnətdəkilər çəkəmmədi
cəfanı -
Culadılar - sən çəkərsən,
a göy*, çək.
Fağır canım bir də dönüb baxdı nə...
Nolasıydı bir cununun baxtı, nə ?
Görən dedi, göydən
düşüb baxtına,
Mələkdisə, mələyini a göy,
çək!
Məmməd İlqar, baxma bağrın yaradı,
Ad çəkməsən bu
söz nəyə yaradı?..
Beşcə göyçək hərfdi
- olub yar adı,
Dörd göyçəyin axırında
"a" göyçək.
***
Ən gözəl dərdimsən
dərdlər içində,
Dərdindən düşmüşəm dərdə
mən, gözəl.
Dərd
gözəl çəkilir
- əgər gözəlsə,
Gözəl dərd diləsən, dərdəm - ən gözəl.
Sərdim
gülşənini dərdə,
mən ömrün,
Dər gülüm,
gülünü dər
də, mən - ömrün.
Hər günü ölümdü
dərd əmən ömrün-
Ölərmi sən kimi dərd
əmən, gözəl?!
Məmməd, könül sevdi,
kimə nə, dərdi
Özgə kim sevdirər ki, mənə dərdi?...
Bilməm bu sevginin kimə
nə dərdi?
Mənə dərd gözəldi,
dərdə mən gözəl!
***
Qarı
dünya, bu nə qovğa,nə
qaldı-
Aman ver,aman ver,a
yağı,bir...bir...
Öyündüyüm-güvəndiyim nə qaldı?
Alırsan əlimdən a yağı,bir-bir.
Ha çağırdım-taleyim hey...baxtım hey...
Gah bulanıb,gah durulub axdım hey...
Yüz gümanla ağ
yollara baxdım hey...
Getdi gözlərimin ay ağı,bir-bir.
Məmməd İlqar,dar günündü,seyr elə-
Nə vaxt düşər, bir də belə
seyr ələ...
İnanmazdın-qohum-qardaş seyrələ-
Çəkilə dostların ayağı bir-bir.
***
Ölüb dirilirəm minillərdi
ki,
Ölüm göstərirsən nə mənə,Tanrı?..
Sənin
qəhrin hədər,mənim qargışım-
Nə sənə yaraşar,nə mənə,Tanrı.
Nə sadiq əsgərdi kədər,gör sənə,
Üzüm üzlər görüb,kədər görsə
nə?..
Qıyma
körpə gözdə
kədər görsənə,
Qönçə yanaqlara nəm ənə,Tanrı.
Məmmədi qorxutmaz qar-ayaz daha,
Neynər
Savalanda qara,yaz
daha?!.
Yüz də taleyimi qara yaz daha-
Nəmənə dərddi ki,nəmənə,Tanrı?!.
***
Yönü Vətən sarı,qərib bir qoca,
Bayatı
çağırır:-eləmi
dağlar...
Necə
göynəməsin,güşümləməsin-
Çəkilib köysünə eləmi
dağlar?
Dedim de dərdini sən,əmi-bilmir...
Bilmir harda qalıb sənəmi,bilmir...
Baxtamı qarğasın,sənəmi,bilmlr-
Viranə
obaya,eləmi,dağlar?
Tutmaz eldən ayrı tutmaz ömür dən,
Məmməd İlqar ummaz elsiz,ömürdən.
Obasız
olumdan,elsiz ömürdən
Ölüm urvatdıdı,eləmi
dağlar?!.
***
Dünyada hər rəngin
öz gözəlliyi,
Sorma ağ gözəldi,qara,ya sarı?
Beçərə qaranı nə
qarğıyım ki,
Baxt özü
meyl edib qaraya sarı.
Hani,tərlan könül sar alan anlar?
Bunu korun-korun saralan anlar...
Yetişdi ömür-gün saralan
anlar-
Əcəb yaraşıqdı qaraya sarı.
Məmmədin İlqarı ay,qara yoxsa,
Adını anmazdı ay qara,yoxsa...
Nəsə pıçıldayır Ay qara,yoxsa-
Belə
gülümsəməz qar,Aya sarı.
Qıl körpü
Məni
bu gecənin əlindən alma,
Alma bu gecəni mənim əlimdən.
Bu gecə bir daha
qismətim olmaz -
Görüş gecəmizdi - ən əvvəlimnən.
Ayrı
qonaqlardı bu gələnlərim -
Kefcil dostlarıma oxşamır,
ana,
Bağlama bu gecə pəncərələri,
Bağlama qapını, yaxşımı,
ana?
Bu gecə illərim ələnməlidi -
Ən gözəl ilim də, ən bekarı da!
Axır
ki, bu gecə
bilinməlidi
Bir belə günahın günahkarı da!
Bu gecə sonudu qaranlıqların,
Yaddaşım nurunu Aydan alacaq...
Kim kimə göstərib bu dar yolları,
Kim-kimi aldadib aydın olacaq.
Tutacaq yerini yaxşı da, pis də,
Söküb yeməyəcək yalan, ömrümü.
Bu gecə taleyim "qıl körpü" üstə -
Məhşər gecəsidi qalan
ömrümün...
Məhşər gecəsidi - bilmişəm
artıq,
Çəkəcəklər məni son imtahana.
Günahsız vaxtlarım,
duru vaxtlarım...
Bəlkə də, bəlkə də... Nə bilim, ana,
Baxıb görürlər ki, ölmüşəm artıq -
Dəfnimə yığışır diri vaxtlarım?..
Alma bu gecəni mənim əlimdən,
Məni
bu gecənin əlindən alma.
Bu gecə qorxum yox mənim ölümdən -
Bu gecə bir daha
qismətim olmaz...
Ədalət.-2018.-22
fevral.-S.7.