MÜŞFİQİM MƏNİM                                

 

Salona baxıram, salonda yoxsan,

Xitabət kürsüsü darıxır sənsiz.

vaxt əlmizdən bəs tutacaqsan?

Axı, misralarım karıxır sənsiz.

 

Sənətin yolları daşlı-kəsəkli,

Ayaqdan çəkən çox, əldən tutan az,

Şairlər görürəm - bərli-bəzəkli,

Şairlər görürəm: uydurur az-maz.

 

"Dünən bir şairin keçdim yanından",

Yaman acıqlıydı, yaman sərtdi o.

Ülgüc baxışıyla, aman, ay aman,

Kövrək ürəyimi niyə çərtdi o?

 

"Şairə ilhamdan maya gərəkdir",

Cibində qədər mayası vardı.

"Anasız ürəyə dayə gərəkdir",

Dayəsi bir yana, dayısı vardı.

 

Hardan yol tapıbdır şeirə dayılar?

Sənət meydanına dəllal gərəkmi?

Axır ki, yatmışlar bir gün ayılar,

Görəsən oyaqlar dillənəcəkmi?

 

Qoy yenə kükrəyib çağlasın ilham,

Ruhumu susdurar deyin kim mənim.

Gəlsən gəlişinə qurban olaram,

Getsən, sızlayaram Müşfiqim mənim!

 

Salona baxıram, sənsizdir salon,

Səni ürəyimiz yaman istəyir,

Bürküdən boğulan dənizdir salon,

Yağışlı, şimşəkli tufan istəyir.

 

Sən bir tufan idin - görübsə hər kim,

Qarşında dəryalar ərşə sovular.

Şeir tufanıydın Müşfiqim mənim,

"Qaydadır, tufanın ömrü az olar".

 

Əbədi ayrılıq... Əbədi səfər...

Niyə qayıtmadın sən bu səfərdən?

Səni görməmişəm - bu da bir qəhər!

Ətrini alıram Əkrəm Cəfərdən.

 

Deyirlər, bir zaman ömür yük olub,

Nahaqdan alıbdır qədər qanlar.

Sənin yaşıdların təbərrük olub,

Davadan, xəlbirdən keçibdir onlar.

 

Oxu, tar, oxu, tar, təşnəyəm axı,

Kükrəyib hayqıran cazdı başımda

Neçə dirijorun qərib çubuğu

Qərib bir nəğməni yazdı başımda.

 

Qapılar açılıb üzünə yenə,

Telini qoparan divanələr yox.

Vulkan sevincinə, tufan qəminə,

Şimşək harayına biganələr yox.

 

Oxu, tar, oxu, tar, qısma səsini,

Tellərin ruhumu oxşar, ovdurar.

Qaldır ucalara yosma səsini,

Oxu, tar, oxu, tar,

Müşfiqi axtar.

 

SÖZ

 

Sözüm-gözüm qarası,

Sözüm kəsərli almaz.

"Gedər xəncər yarası,

Söz yarası sağalmaz".

 

Gah kükrəyən dağ çayı,

Gah narın yağış sözüm.

Gah ilin qızmar yayı,

Gah şaxtalı qış sözüm.

 

Söz zəngin xəzinəmdir,

Dərmandır, neştərdir o.

Gah sevincdir, gah gah qəmdir,

"Cəngi"dir, "Şüştər"dir o.

 

Söz ürəkdə bir bulaq,

Söz dodaqda ürəkdir.

Sözün bədxərci olmaq

Xırdalanmaq deməkdir.

 

Sözdə hikmətə bax bir:

Həm atəş, həm buzdur o,

Hər şeydən qiymətlidir,

Hər şeydən ucuzdur o.

 

Söz üstə savaş gedib,

Neçə qəlbə düşüb köz.

Söz üstündə baş gedib,

Neçə baş qurtarıb söz.

 

Söz insan dodağında,

Qəlbin, hissin aynası.

Ürəyin ocağımda

Söz bişsin, söz qaynasın.

 

Söz meydanında azma,

Milyon kərə desən bil:

Sözüm, gəl gir ağzıma

Söz geri dönən deyil!

Çalış, qızmasın çənən,

Qızarmasın dost-tanış.

Deməsinlər qoy sənə:

Söz bilirsən, söz danış!

 

 

ŞEİRİM

 

Hər kəlməm od olub qopsun ürəkdən,

Dönsün bir alovlu ocağa şeirim,

Gözəl günlər gəlir, xoş günlər gəlir,

Görən qalacaqmı o çağa şeirim?

 

İlham, cövlan eylər, meydanmı dardır?

Bilirəm, sözün inadı vardır.

Fikrin, düşüncənin qanadı vardır,

Qoy pərvaz eyləsin uzağa şeirim.

 

Zəhmətim çıxmaya puça dünyada,

Xəyalım quş kimi uça dünyada.

Ömrü uzun ola qoca dünyada,

Gərək bənzəməyə qonağa şeirim.

 

Könül, qoy çıxmasın heç vaxt yadından,

Ölməyən söz yarat sən zaman-zaman.

Min yara alsa da hər qanadından

İstərəm düşməsin ayağa şeirim.

 

ŞAİR DƏ MÖCÜZƏ

GÖSTƏRMƏLİDİR

 

Şeirə təpilibdir yuxu yozanlar,

Axı, söz sinədə boğulmur daha!

Odur ki, çoxalıb şeir yazanlar,

Fəqət əsil şair doğulmur daha!

 

Mən istəmirəm boğulsun istək!

Mən istəmirəm kilidlənsin dil!

Ancaq şairsənsə mözüzə göstər!

Onsuz peyğəmbər peyğənbər deyil!

 

Söz kimyagəri ki, olmadın, qəm!

Çalış hamı desin "o hal əhlidir".

Elə mən özüm şair deyiləm,

Şair bir möcüzə göstərməlidir!

 

Rüşvətxor, dələduz, quldur qonşunu

Şairin önündə çəkməyirsə diz,

Əvəz etməyirsə hər söz qurşunu,

Niyə şair deyək beləsinə biz?

 

Bir şeir yüz gözün yaşını silsə,

Təslim olsa xərçəng, sağalsa vərəm.

Dəli ağıllansa, kor görə bilsə,

Mən ona, mən ona şair deyərəm!

 

Tərifdən dəlilər məst olub şişər,

Tərif dəlisindən şairlik umma.

Dəlinin ardına uşaqlar düşər,

Baxıb köks ötürər böyüklər amma.

vəzifə ara, şöhrət, taxt,

Ömür ki, tələsən səhər yelidir.

Unutma, unutma, unutma heç vaxt

Şair möcüzə göstərməlidir.

 

Əfsun olmalıdır hər bir yazıda,

Sözün qüdrətiylə mum eylə daşı.

Sənin oturduğun qapı ağzı da,

Sayılsın məclisin yuxarı başı.

 

Söz üstə qurulub sanki kainat,

Söz ki, var - xilqəti dəyişməlidir!

Təpədən-dırnağa döyüşdü həyat,

Şeir , şair döyüşməlidir.

 

Ötsün şeirin nuru, günəşi, ayı

Bədxahlar bu nurdan kor olmalıdır.

Şair pıçıltısı tufan harayı,

Göy gurultusundan zor olmalıdır.

 

Mayaq tək alışıb-sönsün gərək o,

Hər şeirin yolunda yana, can qoya.

Odlana-odlana dönsün gərək o

Gündüz Diogenə, gecə Dankoya.

 

Firon ədasında şair var hələ,

Sanır ki, dünyanın qəlbi, beynidir.

Sədəqə istəyən dilənçi ilə

Hörmət arzulayan şair eynidir.

 

Dünya kef-damaqdan ibarət deyil,

Şeiri əyləncəyə çevirmə, qardaş!

Gözəllər önündə az en, az əyil,

Şairlik taxtını devirmə, qardaş!

 

Qəribə şairlər tapılıbdılar:

Bu dəlidolusu, bu dəlisovu,

Elə bil şərabdan yapılıbdılar;

Şeirində üz qarsır araq alovu.

 

Nizami ən uca, ən ulu dağım,

Zaman, tifaqına daş atmayıbdır.

Dəlisov şairi ağıllı xalqın

Yarımca əsr yaşatmayıbdır.

 

Xalqa enməlidir ən böyük sənət

Şair xalqı üçün kiçilməlidir.

Sadəlik, ləyaqət, mərdlik, dəyanət,

Şairin boynuna biçilməlidir.

 

Yaşa öz ömrünü bir insan kimi,

İnsan cərgəsinə qoyul, şairim!

Əgər lazımdırsa Nəsimi kimi

Məsləkin uğrunda soyul şairim!

 

Nə vəzifə ara, nə şöhrət, nə taxt,

Ömür ki, tələsən səhər yelidir.

Unutma, unutma, unutma heç vaxt

Şair də möcüzə göstərməlidir.

 

Ədalət.-2018.-23 fevral.-S.7.