Qardaşım Arif!
Qəlb
çırpıntılarını, ürək
döyüntülərini, həyata baxış və
müşahidələrini gəldiyin qənaət və nəticələrini
özünüzə xas, təbii və anlaşıqlı
bir dillə oxuculara çatdırmaq istədiyimiz könül
dünyanız - "Zaman hara tələsir?" adlı 200 səhifədən
artıq şeir kitabınız qarşımdadır.
Xəyal məni çox uzaqlara - uzaq keçmişə - 1971-1973-cü illərə - orta məktəb illərinə apardı. Xatirələr çözələndi... Bütün olub-keçənlər bir kino lenti kimi gözlərim önünə gəldi, amma ötüb keçərdi. Bir az kədərli, bir az nəmli gözlərimdə donub qaldı...
Qoynunda uşaqlığımız keçən, təhsil aldığımız, hər birimizin bir müqəddəs ocaq bildiyimiz Tatlı kənd orta məktəbi... Nurlu simaları heç vaxt gözlərimizdən getməyəcək, mehriban və qayğılı səsləri heç vaxt yaddaşımızdan, hafizəmizdən silinməyəcək. Valideynlərimiz qədər sevdiyimiz müəllimlər - o böyük insanlar...
Bu gün hər birini çox böyük arzu ilə görmək istədiyimiz məktəb yoldaşlarımız... Voleybol, futbol oynadığımız... Bəzən də o dövr üçün xarakterik olan uşaq düşüncələri... məhlə-məhlə davaları...
Küsü saxlamayıb səhərisi barışdığımız... Çayçı Zahid dayının dünyanın ən böyük restoranlarından üstün bildiyimiz balaca çayçısı... Bizim üçün ayrılmış iki stolluq darısqal və zəif işıqlı bir yer... Oradakı korjik, bulka, pryannik qonaqlığı və s...
...Bunlar nə gözəl çağlar idi... Kaş o anlar geriyə dönəydi. Dönüb bir də uşaq olaydıq. Olaydı....
Bu "Olaydı" sözü
felin arzu formasıdır. Təbii ki, bütün
arzular çin olmur. Bizə qalır təəssüf.
Xəyal məni o qədər uzaqlara - acılı-şirinli
o çağlara apardı
ki, indi özümə gəlib o
xatirələrdən ayrıla
bilmirəm. Cismən XXI əsrdə olsam da özümü XX əsrin 70-ci illərində
hiss edirəm.
Romantikanı sevsəm də, orta məktəbdə tarix fənnindən rəhmətlik Cahangir müəllimin öyrətdiyi
Robert Quen, Şarl Furye və Sen
Simon kimi utopist də deyiləm.
Arif, bilirəm,
bu cümlələri
oxuyanda mənə güləcəksən. Düşünəcəksən ki, Əli gör özünü kimlərə müqayisə
edir? Qardaşım, nə desən
haqlısan, sən düz. Adları çəkilən o insanlar hər biri tarixi şəxsiyyət
olaraq çox böyük amal sahibləri olmuşlar.
Amma nə edim ki,
bu belədi. Qələm əlimdə, vərəq
qarşımda, özüm
də tək, yanımda bir kimsə yox. Sən sevin ki, sənin məktəb yoldaşın,
qardaş bildiyin bu insan nə
yaxşı ki, Allaha çox-çox şükürlər olsun
ki, özümü Nizami, Füzuli, Vaqif, Sabir, Səməd
Vurğun, Bəhmən
Vətənoğlu, Əliağa
Vahid kimi dahilərlə. İsmayıl Şıxlı, Nəriman Həsənzadə,
Nüsrət Kəsəmənli,
Barat Vüsal və başqa nəhənglərlə
- söz adamları ilə özünü müqayisə etməyib.
Yoxsa sənin o şirin nəvələrin bu sətirləri oxuyub orda sənə mənim kimi bir qardaşın, məktəb yoldaşın
olduğu üçün
doyunca gülərdilər.
Deməyə də söz
tapmazdın. Düz sözə
nə deyəsən?
Ayə, a qağa,
sən uşaqlıqda
fağır deyildin. İndi nə
sakit oturubsan belə? Ayə, niyə demirsən
ki, Əli, daha bəsdi, mənnən ziyan yoxdu, bir təhər
mən dözəcəm,
bu camaata yazığın gəlsin.
Türklər demiş:
- "Kəndinə qayıt".
Yorma bu milləti. Mətləbə keç.
Həə..., ə, qardaş!
Gec də olsa, özümə gəldim. Özüm normal, fikirlərim sağlam. İndi ayıq başla, böyük həvəslə
xəyallardan və məktəb yoldaşım
Musayev Arif Oruc oğlundan ayrılıb, şair Arif Musazadənin "Zaman hara tələsir?"
kitabı ilə ünsiyyət qurmağa çalışıram.
İlk öncə
kitabın adı -
"Yaman hara tələsir" adlanması
ilə bağlı beynimdə çoxlu suallar doğdu. Çox
keçmədən yadıma
düşdü ki, kitabın məsləhətçisi,
Arifin də, mənim də ədəbiyyat müəllimimiz
olmuş Vaqif Əlinin də mənim redaktorluğumla çapdan çıxmış,
akademik Nizami Cəfərov və tanınmış şair
Azərbaycan Yazıçılar
Birliyinin Qazax filialının sədri
Barat Vüsalın ön
söz yazdığı
kitabın da adı "Zaman neyləsin"dir. Düşündüm
ki, Arif Musazadə öz müəllimi Azərbaycan
Yazıçılar Birliyinin
üzvü Vaqif Əliyə hörmət əlaməti olaraq kitabının adını
onun kitabının adına uyğunlaşdırmağa
çalışıb.
Bundan əlavə,
həm də kitabın məsləhətçisi
kimi şair Vaqif Əlinin imzasını görəndə
tam yəqin etdim ki, Arif Musazadənin
kitabının adı
elə mənim düşündüyüm kimidir.
Amma kitabı
vərəqləyəndə, xüsusən də "Zaman hara tələsir"
şeirini oxuduqdan sonra fikrimdə yanıldığımı başa
düşdüm. Hər iki şeirin
adlarında qismən də olsa oxşarlıq
olsa da, deyim tərzi, ifadə və məna çalarları baxımından tamamilə
fərqli və ayrıdırlar.
Arif Musazadə
"Zaman hara tələsir?" ritorik sualla oxuculara müraciət etsə də, özü yeri gəldikcə bu fəlsəfi suala tutarlı və inandırıcı
şəkildə cavab
verir.
Arif Musazadənin
oxuculara təqdim olunan "Zaman hara tələsir?" kitabında 141 şeir, 76 bayatı cəmləşib.
Onun vətənpərvərlik
mövzusunda yazdığı
şeirlərində Vətənə
məhəbbət, torpağa
bağlılıq, dostlara
sədaqət, düşmənə
nifrət, anaya sevgi kimi bəşəri
hislər öz əksini tapmışdır.
"Azərbaycanım", "Elim
Həsənsu", "Ağstafa",
"Sevək Vətəni",
"Tatlıdanam mən"
şeirləri bu qəbildəndir.
...İgidlərin daim sadiq əhdinə,
Arif, vaxtdır, gedək qalaq qeydinə,
Qarabağın çox uzanan dərdinə,
Ağrıyır ürəyim, qaralır
qanım,
Dünya
biganədir, Azərbaycanım!
"Azərbaycanım" şeirindən
...Mənə çox doğmadır çölün,
çəmənin,
Sən bir parçasısan ana Vətənin,
Hazıram yolunda can qoyum sənin,
Arifin belədir amal, arzusu,
Ey gözəl diyarım, elim Həsənsu!
"Elim Həsənsu" şeirindən
...Tatlı Yaradullu qədim ellərin,
Eynallı, Köçəsgər, iki Göyçəli,
Dar gündə tutarlar bir-birin əlin,
Bu eldə etibar, var əhdə vəfa
Qeyrət ocağısan bil, Ağstafa.
"Ağstafa" şeirindən
...Qarabağ adında böyük bir dərdim,
Dünyada nəyim var ona verərdim,
Mən onun yolunda candan
keçərdim,
aləmə işıqlandırır.
Bax kamil insanlar da bu nisbətdəndir.
Onlar cahil insanları cəhalət və zəlalətdən qurtarmağa
xidmət edər məqamı eşqə yüksələrək cənnət
əhli sayılarlar.
Kamil insanın
söhbətindən doymaq,
hərəkətindən incimək
olmaz. Fikrimizi bir az da açıq desək, başa düşərik ki, doymaqla artıqlıq, qədərindən çoxluq
var. Kamil insan da qədərindən çox və artıq bir söz belə deməz ki, qarşıdakı insan, onu dinləyən şəxs də yorulsun.
O ki qaldı hərəkətindən
inciməyə, inciməkdə
incidilmək, ağrımaq,
narazı qalmaq, sinirlənmək, ovqatın
təlxliyi var. O, bunları
bildiyindən hərəkətlərində
naqisliyə yol verməz.
Əziz
dost, bu qədər yetər. Gələn söhbətimizdə də cahil insan
kimdir fikrimizi bölüşərik. Di siz sağ, mən
salamat.
Dostum, Siznən söhbət etmək, bir az yüngülləşmək
istəyirəm. Amma bilmirəm
nədənsə haradan
başlayım.
Bir əlində mey dolu cam,
Gəlib getdi qoca Xəyyam.
Mən də sizdə bir qonağam,
Mənim dünyam, mənim dünyam.
Amma dünya nə mənim, nə sənin, ev
də heç kimin.
Əzizdir hər qarış
çölü, çəməni,
Qoruyaq torpağı,
sevək Vətəni.
"Sevək Vətəni"
şeirindən
...Arif, de, nə qədər gəlir nəfəsin,
Qapısın döyənə açan
süfrəsin,
Yetişən hayına, dostun,
hər kəsin,
Verdiyi söz üstə canından keçən
Əhdə sədaqətli Tatlıdanam
mən.
"Tatlıdanam mən" şeirindən
Arifin bayatılarında da eynən bu fikir,
bu hislər bir qırmızı xətt kimi keçir və doğma Azərbaycanımızın
əsrarəngiz təbiəti,
füsunkar gözəllikləri
sevə-sevə təsvir
olunur, təbii yeraltı və yerüstü sərvətləri,
bol nemətləri, mərd və igid oğulları qız-gəlinlərimizin gözəlliyi,
analarımızın sədaqət
və qeyrəti, başı papaqlı, çiyni yapıncılı,
beli patrondaşlı,
kəhər atlı babalarımızın tarixən
düşmənə qarşı
cəsarətlə döyüşdükləri,
bugünkü ordumuzun
mərdlik və sücaəti əks olunur.
Fikrimizin
təsdiqi kimi aşağıda verilmiş
bayatılara diqqət
edək:
Mənim
kəndim Tatlıdır,
Bağlıdı, bağatlıdı.
Tək üzüm, armud deyil,
Hər meyvəsi
dadlıdı.
Əzizim,
Ballı qaya,
Zirvəsi baxar aya.
Elə məğrur dayanıb,
Düşməni almır saya.
"Qələmçə"də qalacam,
Yenə məskən salacam.
Çox
öyünmə, ay dığa,
Səndən heyfim alacam.
(Ardı var)
Əli Səmədoğlu
Ədalət 2018.- 24 fevral.- S.14.