Çağırış
Arzu Əsədin (Əsədov)
kitabı barəsində düşüncələrim
Əlimdəki bu kitabı ötən il
oxumuşam. Və üstündən keçən bu aylar, illər ərzində qayıtmışam
bu kitaba. Kitab deyəndə düşünəcəksiniz
ki, yəqin qalın, sanballı bir nəşrdən söhbət gedir. Yox, ovuc içi boydadı oxuduğum kitab. Hərdən qoltuq cibimə
də qoyub götürürəm özümlə.
Və elə bilirəm ki, özümlə götürdüyüm bu
kitab mənə əlavə güc, inam bağışlayır.
Ola bilsin ki,
bu sözlərim sizə inandırıcı
görünməsin. Çünki biz daha çox müqəddəs olan hər şeyi güvənc yeri sayırıq. Unuduruq ki,
söz də müqəddəsdir. Və müqəddəs
olan söz anlayan, dərk edən və bir də onu
ustalıqla təqdim edən Allah bəndəsi
tərəfindən həmişə
uca tutulub. Ən gözəl, ən təmtəraqlı və
hər birimizin zaman-zaman ehtiyac duyduğumuz SEVGİ, ANA, VƏTƏN sözlərinin özləri
də nadan üçün, anlamayan üçün heç nədi. Adicə belə demək mümkünsə, onların
nəzərində sözdü...
Amma o sözün özündə
ifadə etdiyi, özündə yaşatdığı
mənalar anlayanlar üçün dünyadı.
Elə bir dünya ki, onda hər şey
var!..
Bax, bu mənada barəsində danışmaq istədiyim
kitabın həcmi barmaqsayı olsa da, mənə görə bu, qalın-qalın cildləri
ayağına gətirməyə
qadir bir ürək çırpıntısı,
ürək döyüntüsü,
ürək, ruh və düşüncə
ifadəsinin şeir formasıdı. Yəni oxuduqca düşünürsən,
düşündükcə inanırsan və inandıqca da qəlbinə bir güc hakim kəsilir.
Deməli, hər üç
halda sən özünə qayıdıb
böyük olan millətin nümayəndəsi
kimi qətiyyət ortaya qoyursan və zəfər çalırsan. Elə bu
kitabın adı da zəfərlə bağlıdır. Kitabın müəllifi
əl içi boyda olan, amma
əvvəldə dediyim
kimi hər bir Azərbaycan insanının içindən
gələnini özündə
cəmləşdirmiş əsərinə
"Ver, ver bizə zəfəri" adını qoyubdu. Bax elə o "ver" sözündəki istəyin,
tələbin arxasında
həm də yanındayam, cərgəndəyəm,
səninləyəm əmrini
gözləyirəm, hazıram
və daha bunun oxşarı olan saysız fikirlər, sözlər sıralanıbdı. Yəni
müəllif təkcə
"ver!" demir, həm də onun ikinci bir
tərəfi olan canımızı verək.
Həyatımızı verək, amma
zəfəri almaq istəyini də hər kəsə, necə deyərlər, anlayan hər bir insana çatdırmağa
çalışıb. Özü də bunun üçün onun əlində o zəfərin açarı
ola biləcək
bir məqam var. O məqamın adı APREL
DÖYÜŞLƏRİDİR! Müəllif
yazır:
Biz illərlə gözlədik
çıxmadıq qınımızdan,
Zəkanla, əməyinlə
dirçəldi Azərbaycan!
Gəldi
o müqəddəs an,
sən Ali Baş Komandan!
Əmrindədir bu yurdun,
bu torpağın ərləri,
Ver, ver bizə zəfəri!
Gördünüzmü, yəni şahidi oldunuzmu çağırışın,
tələbin və mənim dediklərimin real
əksini oxudunuzmu misraların arasında. Yəqin ki,
gördünüz, yəqin
ki, oxudunuz. Və siz də mənim
qədər inandınız
ki, bu torpağın
ərləri, ərənləri
ver deyəndə, canlarını da verməyə hazır olduqlarını söylədilər.
Əmr gözlədiklərini bəyant
etdilər. Və
bunun ardınca da vurğuladılar ki:
Yaradan dayaq olur
yaradana, qurana,
Əhdində, əməlində,
eşqində düz durana.
And olsun əl basdığım
o müqəddəs Qurana,
Biz layiqik zəfərə,
biz haqq etdik hünəri,
Ver, ver bizə zəfəri!
Təbii ki, yaratmaq, qurmaq,
əhdində, əməlində
sadiq olmaq, insan oğlu insanın ən əsas vəzifəsidir, hətta borcudur. Üstəlik, bu vəzifənin, bu borcun bir
ilişkisi də, bir çiynə missiya qoyan nöqtəsi
də var. O da müqəddəs kitaba içilən andı... o
da verilən sözə əməl etməkdi. Bax, burda da əvvəldə söylədiyim
kimi, həmin o "ver" sözünün arxasında bizim haqqımızın, bizim layiq olduğumuzun ifadəsi özünü
göstərir, özünü
büruzə verir.
Və müəllif
vurğulayır ki,
biz layiq zəfərə
də, zəfərin çalınacağı günə
də, zəfər üçün ölməyə
də. Bax, bu zəfərin
keçdiyi yol da, daha doğrusu,
keçəcəyi o yol
da min illiklərdən
süzülüb gəlib,
tarixin yaddaşından
qaynaqlanıb və davam etməkdədi.
Ona görə də müəllif yazır:
Tarix bir qanlı yarış,
sona qalan yaşayır,
İradəsi, sevdası,
gücü olan yaşayır.
Həqiqəti öldürə bilmir
yalan, yaşayır
Və sonda qalib gəlir
tarixin gerçəkləri,
Ver, ver bizə zəfəri!
Təbii ki, fikirlərimin bu parçada ifadəsinin ən azından göz şahidinə çevrildiniz. Oxudunuz və
bildiniz ki, tarix gücü olanları və bir də haqqı
olanları yaşadır.
Bizim haqqımız danılmazdır,
gücümüz isə
ortadadı. Biz haqqımızın gerçəkləşməsi
üçün istəyimizi
güvəndiyimizdən umuruq.
Və bu umduğumuzun arxasında da təbii ki, yenə həmin o canımızı vermək,
həm də hazır olmaq məqamı dayanır.
Ona görə də həm umduğumuza, həm də güvəndiyimizə
sədaqətimizi dilə
gətiririk və deyirik ki:
Səni
zaman çağırır,
səni tarix səsləyir,
Bu xalq, bu Vənət
sənə
sənə inam, inam bəsləyir.
Dağ da, daş da
çırpınır,
hücum əmri
gözliyir.
Titrətsin yeri, göyü,
Azərbaycan əsgəri!
Ver, ver, bizə zəfər!
Şeirin müəllifi etdiyi çağırışın real şahidlərinin, yəni
Azərbaycan əsgərinin
simvolu olanları da dilə gətirməyi
unutmur. Məhz onları xatırlatmaqla
verəcəyimiz canın
Vətən sadağası
olduğunu sanki açıqlayır. Çünki onun adını çəkdiyi qəhrəmanlar
torpaqdan yox, canlarından keçiblər.
Sənin
bayraqdarların
Mübarizlər, Paminlər
Qanıyla, həyatıyla
bu torpağa zaminlər.
Mələklər qanadında
dalğa-dalğa aminlər,
Yayılsın bu Vətənə
qələbə müjdələri,
Ver, ver bizə zəfəri!
Çünki bu zəfər üçün gərək
olanı bu xalq artıq öz içində böyüdüb, onu ərsəyə gətiribdi. Və bu böyüyən, bu döyüşə atılmağa hazır olan ərənlərin bircə yaralı yerləri var. O da hamının yumruq ola bilməməsidi.
Hamının yumruğu bir
zindana vura bilməməsidi. Sanki hansısa bir kabus, hansısa bir qara niyyət
sızıb keçir
bu məmləkətin
birliyinin, həmrəyliyinin
içərisindən. Birləşməyə, zəfəri birlikdə
qazanmağa imkan verimr. Buna haqq səsini qaldıran şair yazır:
Bu müqəddəs savaşda
birlik olmalı, bir yox,
Güc,
qüvvət birlikdədi,
burda başqa bir sirr yox.
Vətən, torpaq uğrunda
müxalifliyə yer yox.
Bu xalqın tək ordusu,
tək sözü, tək lideri!
Ver, ver bizə zəfəri!
Həqiqətən də torpaq, Vətən, millət anlayışları, torpaq,
Vətən, millət
sevgisi, torpaq, Vətən, millət qarşısındakı borc
başqa istəklərə
"dur!" deyir, başqa niyyətlərə
"dayan!" deyir. Və şair də haqlı olaraq vurğulayır ki, zəfər yolunda döyüşməyə hamı
birlikdə müxalifsiz,
müxalif düşüncəsiz,
həmrəy şəkildə
yeriməlidir. Necə deyərlər,
düşmən üstünə
Koroğlu nərəsindən
gələn "Hoydu
dəlilərim, hoydu,
yeriyin düşmən
üstünə!" çağırışı
hakim kəsilməlidir. Məhz onda şüurumuzdakı,
qəlbimizdəki müxaliflik
də, bir-birimiylə
dil tapmayan niyyətlərimiz də, bütövlükdə ayrı-ayrı
məqsədlərin bir-biriylə
dartışması da
unudulacaq, daha doğrusu, unudulmalıdır.
Çünki söhbət Vətəndən
gedir, söhbət Zəfərdən gedir.
Bürümüş zehinləri
postmodernist nağıllar,
Bulanır iradələr,
pərdələnir ağıllar,
Yaxşı ki, ürəklərdə
Vətən, millət eşqi
var -
iliklərə işləyən
zəhərin panzəhəri!
Ver, ver bizə zəfəri!
Bəli, bu çağırışın
digər qatlarına, digər laylarına üz tutanda onda aydın olur ki, həqiqətən
ürəklərə zəfər
hakim kəsiləndə qələbə
özü də o zəfəri istəyənlərə
doğru sanki addımlayır. Və sanki o Zəfər
bizə tərəf bir işıq kimi axıb gəlir. Çünki...
(Ardı var)
İmza: Əbülfət
MƏDƏTOĞLU Dosta: Göndər
Ədalət 2018.- 27 fevral.- S.6.