AZIX - TARİXİMİZİN İLK
ÜNVANI
(əvvəli ötən
sayımızda)
Sonra
zaman Azıx mağarasının kəşfinin
nə demək olduğunu bizə
anlatdı. Onda öyrəndik ki, dünya
coğrafiyasında 4-cü pillədə dayanan
bu tapıntı həm də həmin mağarada 700 min il bundan əvvəl mağarada ocaq
qalandığını və bu ocaq ətrafında müxtəlif izlərin olması ölkəmizin qədimliyinə, tariximizin zənginliyinə əyani bir sübutdu. Çox böyük təəssüflə
vurğulamaq istəyirəm ki, Sovetlər dönəmində digər abidələrimizə
olan laqeyd münasibət
Azıx mağarasından da yan keçməmişdi. Bu laqeydlikdən istifadə
edən düşmənlərimiz, yəni ermənilər
öncə mağaranın adını dəyişib onu erməniləşdirməyə, yəni
"Azof" kimi yazmağa, tarixə əlavə etməyə
cəhd göstərdilər, daha sonra mağaradakı tapıntıların ermənilərə
aid olduğunu aid etdilər. Hətta bu
məsələ ətrafında müəyyən fikirlər yaratmağa çalışmışdılar.
Professor Məhəmmədəli Hüseynov bu barədə
bizimlə söhbətlərində dəfələrlə
vurğulamışdı ki, onun "erməni tarixini
saxtalaşdırmaqda günahlandırıb, hətta partiya üzvliyi məsələsini
gündəmə gətirmişdilər".
Bəli,
yaxşı ki, tariximizin,
alimimizin, elimizin qədrini
bilən, ona dəyər verən millət
fədailəri, millət sevənlərimiz var.
Məhz onların köməkliyi, onların dəstəyi professor Məhəmmədəli Hüseynov erməni böhtanından, erməni
şərindən xilas edə bilmişdi.
Bu
gün həmin o
söhbətləri xatırlayanda yadıma ermənilərin hələ
1960-cı ildən Azıxa olan
iddialarını 1989-cu ildə dahva böyük, daha
açıq şəkildə gerçəkləşdirmək
uğrunda apardıqları işğalla yekunlaşması düşür. Bəlli olur
ki, məkrli düşmən tariximizə
uzatdığı qara əlinə hələki
Azıxın "yaxası" keçib.
Amma bu tarix
həmişə təkrar olunduğundan biz mütləq o qara əlləri kəsəcək,
Azıxın qədimliyinin Azərbaycana məxsus olduğunu özünə qaytaracağıq.
Bəlli
olduğu kimi tariximizin elə məqamları var ki, onları hər gün xatırlamaq, hər gün
təqdir və təbliğ etmək lazımdır. Çünki düşmən olmayan
tarixini, olmayan keçmişini bizdən daha
çox və daha
canlı, necə deyərlər, nüfuzedici
bir şəkildə dünyaya
tirajlayır.
Bəlli tariximizi yazmaqdan,
deməkdən bəzən ya çəkinirik,
ya ərincəklik göstəririk, ya da buna
laqeyd yanaşırıq. Düşünürük
ki, biz öz
kimliyimizi bilirik, bilmək
istəyənlər də zəhmət çəkib özləri
öyrənsinlər. Ancaq unuduruq
ki, tarix elə bir soyuq və sərt
silahdır ki, onu
göstərmək, onu tanıtmaq
lazımdır. Əks halda zamanın
sürəti tarixin özünü
tarixin arxivinə atır.
Bax
bu prizmadan yanaşanda onda məlum olur ki, 400 min
ilə yaxın yaşı olan
"Azıx adamı" cənubi Qafqazda,
lap dəqiqi isə Azərbaycanda
insanlığın qədimliyini, sivilizasiyanın
başlanğıcını göstərir. Əgər bura Qobustan
qayalıqlarının, daha doğrusu, qayalar üzərindəki
rəsmləri
əlavə etsək, onda mədəniyyət
tariximizin də yaşını az-çox müəyyənləşdirə
bilərik.
Arxeoloqların
apardığı qazıntılar və araşdırmalar
zamanı məlum olmuşdu ki, sahəsi 800 kvadrat metr olan Azıx
mağarasının içərisində 600 m
uzunluğunda 8 dəhliz var.
Bu dəhlizlərin bəzilərinin hundürlüyü 25 metri
keçir. Maraqlı burasıdır ki, həmin dəhlizlərin bir-birilə əlaqəsi
ancaq mağaranın ortasından
başlayır. Təxmin edilir ki, bu mağaranın
içərisindən Şuşa istiqamətində
yeraltı yol da olub. Ümumiyyətlə biz
həmin mağaraya daxil
olanda da və hər
gəlişimizdə fərqli məqamların şahidi
olurduq. Bu məqamlardan
biri də mağaranın içərisindəki
ana heykəlinə bənzəyən buz abidəni gözdən keçirəndə
insanın ağlına müxtəlif obrazlar,
hətta miflər gəlir. Doğrudur, Qarabağ işğal
edildikdən sonra ermənilər Azıx
mağarası ilə bağlı müxtəlif tədbirlər
keçirib, konfranslar
təşkil ediblər, hətta həmin buz
heykəli "erməni ananın buz heykəli"
adlandırıblar. Bu nə qədər gülünc olsa da onlar bundan
da çəkinməyiblər.
Bəli,
Azıx mağarasında arxeoloq, professor Məmmədəli Hüseynovun
1960-cı ildən 1968-ci ilə qədər
apardığı inadlı qazıntılar nəticəsində
nəhayət ki, Azıx adamının
çənəsi tapılmışdır. Həmin
tapıntı üzərində aparılan elmi
tədqiqat nəticəsində məlum olmuşdur
ki, neandertal tipə məxsus
olan bu çənənini
sahibi Azıx mağarasında 400 min il bundan
öncə yaşamışdı. Üstəlik alimlər onu da sübut
etmişlər ki, çənə sümüyü üzərində qalmış
azı dişi 18 yaşlı qadına məxsusdur.
Alimlər bununla yanaşı onu da müəyyənləşdirmişdilər
ki, həmin dövrün
orta yaş həddi
20-22 il olub.
Bütün bu elmə məlum edilmiş
həqiqətlər bir daha
onu göstərir ki,
Azərbaycan ərazisi qədim insanların məskunlaşdığı
ərazilərdən biridir. Yəni bu coğrafi məkanda
sivilizasiyanın yaşı kifayət qədər qədimdir.
Digər tərəfdən mağarada aparılan
qazıntılar zamanı poleolit və mezolit dövrlərinə aid
olan daş alətlər
burada həyat əlamətlərinin
işartılarıdı. Yəni insanlar yaşamaq üçün
mübarizə aparmağı bacarmışlar. Onlar kənd təsərrüfatı, ovçuluq və digər təsərrüfat
növlərilə məşğul olmuşlar.
Ümumiyyətlə Azıx mağarası öz
qədimliyini, həm də öncə söylədiyimiz
tapılmış çənə sümüyü
ilə də təsdiq edir. Tarixi araşdırmalar sübut
edir ki, Azıx
mağarasında tapılan nümunələrin oxşarı
dünyanın daha 3 ölkəsindədir.
Fransada, Tanzaniyada və
Kenyada aşkarlanmışdı. Zənnimizcə
bu, hələ lap qədim
dövrlərdən insanların yerdəyişməsi və yaxud da digər iqtisadi əlaqələri ilə
bağlıdı.
Azıx
mağarasında aparılan qazıntılar zamanı
tapılmış müxtəlif heyvanlara
məxsus bu ərazidə ekologiyanın, təbiətin
də zənginliyindən xəbər verir.
Hətta burada qazıntılar zamanı
tapılmış 45 min heyvana
məxsus sümüyün hər biri də bu dediyimizi sübut edir. Bu, bir
həqiqətdir ki, həmin heyvanların bir çoxunun nəsli kəsilib.
Amma bu gün
də həmin heyvanların müəyyən qisminin
təmsilçiləri həm ərazidə, həm də
dünyanın başqa yerlərində mövcuddur. Xüsusilə bu mağaralarda
tapılmış ayı kəllələri mağaranın
adının da hardan
qaynaqlandığını müəyyən mənada ifadə
edir. Çünki
araşdırmaçıların fikrinə görə,
"Azıx" sözünün mənası
"ayı" deməkdir. Əgər düşmənlərimiz,
yəni erməni şovinsitləri, millətçilər
bir anlıq vicdanlarının səsinə
qulaq assalar, onda dərk edərlər ki,
qədim türk sözü
olan Azıx nəyi özündə ifadə
edir və bu sözün, bu dilin sahibi kimlərdir.
Göründüyü kimi mağaradakı 5 ocaq yeri və onun qalıqları
tariximizin qədmliyinin göstəricisi olmaqla yanaşı oda sitayişin də bir izinin həmin mağaraya gedib çıxdığını büruzə
verir. Bütün bunlar isə öz növbəsində
Azərbaycan tarixinin ən qədim dövrünü özündə əks etdirən
Azıx mağarasının kimə məxsusluğunu birmənalı
şəkildə ortaya qoyub.
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət.-2018.-
19 iyul.- S.7.