ZAQATALA: QAZANILAN UĞURLAR VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR

 

Rayonda fəaliyyət göstərən əlaqədar təşkilatlar fermer təsərrüfatları cənab Prezidentin bu sahədə olan tapşırıqlarının yerinə yetirilməsi üçün bütün imkanları səfərbər etməlidirlər...

Yığıncaqda daha sonra qeyd olunmuşdur ki, hesabat dövründə rayonda ekoloji məsələlər diqqət mərkəzində saxlanılmış, ətraf mühitin mühafizəsi məqsədi ilə inzibati tədbirlər həyata keçirilərək 23284 manat cərimə tətbiq edilmişdir.

İDEA İctimai Birliyinin təşəbbüsü ilə respublikamızda reallaşan layihənin icrası məqsədi ilə 6 ayda 20.2 ton karton kağız tullantıları, 5 ton plastik tullantıları emal müəssisəsinə təhvil verilmişdir.

2018-ci ilin I yarısında rayonda 244 ha sahədə mədəni meşə əkininə xidmət olunmuş, 15 ha sahədə isə mədəni meşə əkini aparılaraq müxtəlif cinslərdən ibarət tinglər əkilmişdir. Rayonda aqromeşə massivlərinin yaradılması ilə əlaqədar qoz, şabalıd müxtəlif cinslərindən ibarət 0,99 ha sahədə tinglik sahəsi salınmış, əlavə olaraq 0,82 ha sahədə ting yetişdirilir.

Azərbaycan Respublikası Prezidentinin "Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırması əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" 12 mart 2018-ci il tarixli Sərəncamına əsasən rayonda 13 ədəd subartezian quyularının qazılması nəzərdə tutulmuşdur. Artıq "Azərbaycan Meliorasiya Su Təsərrüfatı" ASC tərəfindən Zaqatala şəhərində, Əliabad qəsəbəsi, Bəhmətli, Kürdəmir, Car, Kəpənəkçi Qandax kəndlərinin hər birində 1 ədəd subartezian quyuları qazılmış, Faldarlı kəndində isə artezian quyusunun qazılması davam etdirilir.

"Azərbaycan Meliorasiya Su Təsərrüfatı" ASC tərəfindən təmir olunmuş 6 kəndin 2101 ha əkin sahəsinin suvarılmasına xidmət edən iki pilləli "Alazan" nasos stansiyasının fəaliyyəti bərpa edilmiş, 543,2 min m3 həcmində cay yataqları, 182,5 min m3 həcmində suvarma kanalları təmizlənmiş, kanallar üzərində olan 9 ədəd hidrotexniki qurğunun, Muxax çayda 1199 m3 həcmində daş-beton bəndlərin təmiri 212 m3 həcmində qabion bəndlərin quraşdırılması işləri həyata keçirilmişdir.

Xüsusilə qeyd etmək lazımdır ki, cari ilin aprel ayının 14-ü may ayının 11-ində yağan güclü yağışlar nəticəsində rayonun Yolayrıc, Höytala, Vöhtala kəndləri ərazisində Tala çayı məcrasından çıxmış, qurulmuş müvəqqəti torpaq valları yuyaraq əkin sahələrinə yaşayış məntəqələrinə ziyan vurmuşdur.

Yaranmış vəziyyətlə əlaqədar bu günədək həmin ərazidə Zaqatala SSİ-nin maşın mexanizmləri vasitəsi ilə 63000 m3 həcmində çay yatağı təmizlənmişdir. Bundan başqa sel-sularından mühafizə məqsədi ilə Muxax çayda 40000 m3, Bəkməz çayda 15000 m3 həcmində çay yatağı təmizlənərək torpaq vallar qurulmuşdur. Hal-hazırda həmin ərazilərdə çay yatağının təmizlənməsi işləri davam etdirilir. 2018-ci ilin I yarım ili ərzində rayon ərazisində bütün maliyyə mənbələri hesabına 9 milyon 917 min manat həcmində tikinti, abadlıq quruculuq işləri görülmüşdür.

Yarım il ərzində rayon Məhkəməsi üçün yeni inzibati binanın, şəhərin Şəhriyar küçəsində Fövqəladə Hallar Nazirliyinin xətti ilə inşa edilən çoxmənzilli yaşayış binasının tikintisi davam etdirilmiş, Mosul kənd uşaq bağçasında, Uşaq Ailələrə Dəstək Mərkəzinin inzibati binasında əsaslı təmir işləri aparılaraq istifadəyə verilmişdir. Rayonda ümumi sahəsi 4649 kvm olan 35 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilmiş, sahibkarlar tərəfindən rayonda 2,43 milyon manat həcmində yeni ticarət, xidmət, turizm istirahət obyektlərinin, yüksək mərtəbəli yaşayış binalarının tikintisi aparılmış, "Günəş Plaza" Şadlıq sarayının açılışı həyata keçirilmişdir.

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə rayonda Qarabağ əlillərinin şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 3 ədəd fərdi yaşayış evləri tikilərək istifadəyə verilmişdir.

Hesabat dövrü ərzində rayon ərazisində qanunsuz olaraq tikintisinə başlanılmış 8 obyekt sahibinə xəbardarlıq aktı tərtib edilmiş, tikintisinin dayandırılmasına dair verilmiş tapşırığa əməl etməyən 5 obyekt barəsində inzibati cəza tədbiri görülmüşdür.

Rayonda abadlıq-quruculuq işləri uğurla davam etdirilmiş, şəhərin 28 may, E.Ağayev, H.Z.Tağıyev, Nizami Ü.Hacıbəyov küçələrində, Qala düzü pilləkənlərində, Heydər Parkında təmir işləri aparılmış, 5170 kvm tamet örtüyü, 880 metr uzunluğunda müxtəlif diametrli borularla yağış sularının kənarlaşdırılması üçün küçə arxları çəkilmiş, 2150 metr beton səki daşı quraşdırılmış, 77 ədəd metal işıq dirəyi basdırılaraq yeni işıqlandırma sistemi quraşdırılmışdır.

Mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına Z.Əliyeva küçəsi 1 2 saylı binaların həyətlərində yararsız vəziyyətə düşmüş yardımçı tikililər sökülərək yerində ümumi sahəsi 500 kvm olan altıaçıq quraşdırılmış, F.Əmirov küçəsi 3, Vidadi küçəsi 47 49 saylı yaşayış binalarının ümumilikdə 3210 kvm fasadları 1800 kvm blokları təmir edilmiş, blokların qapı pəncərələri dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir. Abad həyət layihəsi çərçivəsində Sülh küçəsi 1, 3, 9 11 saylı 5 mərtəbəli yaşayış binalarının həyətində abadlıq işləri ilə əlaqədar 1500 kvm tamet döşənmiş, 1550 metr uzunluğunda səki daşları düzülmüş, 280 metr uzunluğunda istinad divarı tikilmiş, söhbətgah idman oyunları meydançası quraşdırılmışdır. Hazırda obyektlərdə abadlıq təmir işləri davam etdirilir.

Rayonda avtomobil yollarının yenidənqurulması əsaslı təmiri sahəsində xeyli işlər görülmüş, magistral kəndlərarası avtomobil yollarında, şəhərin küçələrində cari təmir işləri aparılmışdır.

Zaqatala rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Qorağan-Qax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin yenidənqurulması işləri başa çatdırılmışdır. Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun Yevlax-Zaqatala-Gürcüstan ilə Dövlət sərhədi avtomobil yolunun Zaqatala-Balakən-Mazımçay hissəsinin əsaslı təmir yenidənqurulması işləri davam etdirilmiş, Zaqatala Zaqatala-Dəmir yolu stansiyası-Üçüncü Tala-Dağlı-Muğanlı avtomobil yolunun yenidənqurulması işlərinə başlanılmışdır. Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması məqsədi ilə rayonun şəhər, qəsəbə kənd yaşayış məntəqələrində qaz xətlərində təmir işləri davam etdirilmiş, 77 ədəd məişət qaz sayğacı yeni SOCAR tipli qaz sayğacı ilə əvəzlənmiş, 126 abonentin fərdi qaz xətti mənbəyə birləşdirilmiş, 01 İyul 2018-ci il tarixə əhali abonentlərin sayı 21162, qeyri əhali abonentlərin sayı 188 olmaqla abonentlərin ümumi sayı 21350 olmuşdur.

2018-ci ilin I yarım ili ərzində rayonun yaşayış məntəqələrində enerji təminatı sahəsində müəyyən işlər görülmüş, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Zaqatala Elektrik Şəbəkəsi tərəfindən əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 10 km uzunluğunda 10-kv-luq, 14.28 km uzunluğunda 0,4 kv-luq hava xətləri, 25 ədəd 10/0,4 kv-luq transfarmator məntəqəsi əsaslı təmir olunmuşdur. 234 ədəd elektron tipli sayğac quraşdırılmış, 2010 ədəd sayğac yenisi ilə əvəz edilmiş, 10 kv-luq elektrik verilişi xətlərində 5,0 km, 0,4 kv-luq elektrik verilişi xətlərində 1.11 km uzunluğunda yeni naqil çəkilmiş, 10-kv-luq hava xətində 55 ədəd, 0,4 kv-luq hava xətində 206 ədəd metal dəmir-beton dayaq quraşdırılmış, 13.25 km uzunluğunda elektrik verilişi xətti SİP kabel xətti ilə əvəz edilmiş, Meşleş kəndində müasir tipli 160 Kva-lıq kompleks transformator məntəqəsi quraşdırılmış, 0,4 KV-luq şəbəkə yenidən çəkilmişdir.

Rayonun yaşayış məntəqələrində əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması sahəsində işlər davam etdirilmiş, yararsız vəziyyətdə olan su xətləri dəyişdirilmiş, su xətlərində sızmaların qarşısı alınmış, müxtəlif ərazilərdə yararsız hala düşmüş su boruları dəyişdirilərək yeniləri ilə əvəz edilmişdir.

 

(ardı gələn sayımızda)

 

Əhmədzadə Məzahir

 

Ədalət.- 2018.- 20 iyul.- S.4.