ZAQATALA: QAZANILAN UĞURLAR
VƏTƏNƏ XİDMƏT NÜMUNƏSİDİR
(əvvəli ötən saylarımızda)
2018-ci ilin I yarım ili
ərzində rayonda əhaliyə poçt və rabitə xidmətlərinin yaxşılaşdırılması
sahəsində müvafiq
işlər aparılmış,
internet və multimediya
xidmətləri genişləndirilmişdir.
Proqnozlaşdırılmış 246.48 min manata qarşı
246.586 min manat tarif gəliri əldə edilmişdir. 2018-ci il
01 iyul tarixdə rayonda telefon istifadəçilərinin sayı
491 nəfər artaraq
23437 nəfərə, genişzolaqlı
internet istifadəçilərinin sayı isə 2459 nəfər artaraq 13627 nəfərə çatmışdır.
Hesabat dövründə rayonun
ümumtəshil məktəblərində
"Ümumtəhsildə keyfiyyət
ili" çərçivəsində
məktəblərdə açıq
dərslər, bilik yarışları, müsabiqələr
keçirilmiş, rayonda
fəaliyyət göstərən
Dayaq məntəqələrində
perspektivlər, reallıqlar
və qarşıda duran vəzifələrə
dair seminarlar təşkil olunmuşdur.
Hesabat dövründə "Ölkəmizi tanıyaq"
devizi ilə keçirilən maarifləndirici
tur-aksiya çərçivəsində
tədrisdə fərqlənən
rayonun 40 nəfər
X-XI sinif şagirdləri
Gəncə - Şəmkir
- Göygöl bölgəsinə
səfər etmiş,
turda iştirak edən 7 rayon şagirdləri
arasında bilik yarışları keçirilmiş,
Zaqatala rayonunun komandası II yerə layiq görülərək
kubok sahibi olmuş və xoş təəssüratlarla
geri qayıtmışlar.
Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 18 rayonun 680 nəfər məktəblisinin
Zaqatala Heydər Əliyev Mərkəzində
qarşılanması, rayonun
tarixi və mədəni abidələri,
emal müəssisələri
ilə tanışlıq
və yola salınması mərasimləri
uğurla başa çatmışdır.
2018-ci ilin I yarımilində Rayon Mərkəzi
Xəstəxanasının həkimləri tərəfindən
93859 nəfər ambulator
qəbul, 1378 nəfər
evə gediş olmuşdur.
Dispanser qeydiyyatında olan
2033 nəfər şəkərli
diabet, 362 vərəm,
311 onkoloji, 606 psixiatrik,
7 hemofiliya xəstəsinə
müayinə və müalicələr təyin
edilərək, zəruri
dərman preparatları
ilə təmin edilmişlər. Zaqatala Müalicə Diaqnostika
Mərkəzində xroniki
böyrək çatışmazlığı
diaqnozlu ilə qeydiyyatda olan xəstələrdən 36 nəfərinə
mütəmadi olaraq dializ proseduru aparılır. Rayonda
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən
əhalinin kütləvi
profilaktik müayinələrə
cəlb olunması işi başa çatmış, 5 mərkəzdə
həyata keçirilmiş
tibbi müayinələrdə
75552 nəfər müayinədən
keçirilmiş, 7022 nəfər
ambulator, 102 nəfər
stasionar müalicəyə
cəlb edilmişdir ki, bundan da
9 nəfər üzərində
cərrahiyyə əməliyyatı
aparılmışdır. 2018-ci
ilin birinci yarımili ərzində milli-mənəvi dəyərlərimizin
qorunması, gənclərimizdə
vətənpərvərlik hisslərinin artırılması
məqsədilə rayonda
tarixi günlər, əlamətdar hadisələr
və bayramlarla əlaqədar müxtəlif
konfranslar, bayram şənlikləri, konsert
proqramları, sərgilər
və ədəbi-bədii
gecələr təşkil
edilmişdir.
Ötən 6 ayda Heydər Əliyev Mərkəzində
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti
ilə, "Mütaliə
günü", tələbə-gənclər
arasında Heydər Əliyev irsinin təbliğinə həsr
olunmuş lektoriya,
"Xalqına həsr
olunmuş ömür"
adlı şeir və mahnı müsabiqəsi, "Heydər
Əliyev və klassik musiqi" adlı fortopiano gecəsi, "Vergi uşaqların gözü
ilə" sərgi və tədbir təşkil olunmuşdur.
Hesabat dövründə Heydər Əliyev Mərkəzində 124 gənc
ailənin nikahı qeydə alınmışdır.
Rayonda korrupsiyaya və
rüşvətxorluğa qarşı
mübarizə istiqamətində
ardıcıl tədbirlərın
həyata keçirilməsi,
açıq hökumətin
təşviqi ilə bağlı tədbirlərin
icrası təmin edilmiş, müasir texniki avadanlıqlarla təchiz edilmiş xüsusi avtobuslar vasitəsi ilə
"ASAN" xidmət tərəfindən
ümumilikdə 5802 xidmət
göstərilmişdir.
İnsan və vətəndaş
hüquq və azadlıqlarının təmin
edilməsində ciddi
maneə olan süründürməçiliyə, bürokratik əngəllərə,
məmur özbaşınalığına,
vətəndaşların müraciətlərinə
və problemlərinə
laqeyd münasibətə
qarşı kəsərli
tədbirlər görmüşdür.
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsinə
və narkomanlığa
qarşı mübarizəyə
dair 2013-2018-ci illər
üçün Dövlət
Proqramı"nın həyata
keçirilməsi ilə
əlaqədar Dövlət
Komissiyasının İşçi
Qrupunun təşkilatçılığı
ilə məktəblilər
və tələbələr
arasında narkotiklərin
insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin
narkomanlığın cəmiyyətə
və insanların sağlamlığına ziyanı
barədə maarifləndirmə
tədbiri keçirilmişdir.
Qanunçuluğun və hüquq
qaydalarının möhkəmləndirilməsi,
cinayətkarlıqla mübarizə
işinin təşkili
sahəsində rayonun
hüquq-mühafizə orqanları
ilə əlaqəli fəaliyyət təmin olunmuşdur.
2018-ci ilin 6 ayı ərzində rayonda 59 cinayət hadisəsi qeydə alınmış, kompleks şəkildə aparılmış
tədbirlər nəticəsində
cinayətlərin açılması
92,2 faiz olmuşdur.
Bu ilin birinci
yarımilində nümayəndəliklərdə
mövcud sosial-iqtisadi
problemlərin və yerli əhəmiyyətli məsələlərin həll
olunmasında, abadlıq,
quruculuq və yaşıllaşdırma işlərinin
aparılmasında şəhər,
qəsəbə və
kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin
və bələdiyyələrin
qarşılıqlı fəaliyyəti
təmin olunmuş, ərazilərdə mütəmadi
iməciliklər təşkil
edərək, magistral
yolların kənarlarının
abad və təmiz saxlanılmasına
daim diqqət yetirilmişdir.
RİHB yanında daimi fəaliyyət göstərən qərargahın
fəaliyyətinin nəticəsi
olaraq əhali və qeyri əhali
sektorundan elektrik enerjisinin, təbii qazın və içməli suyun dəyərinin tam həcmdə
ödənilməsi təmin
edilmişdir.
2018-ci ilin 6 ayı ərzində
RİHB-nın şəhər,
qəsəbə və
kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərində
vətəndaşların demoqrafik
göstəricilərinin ümumiləşdirilərək
RİAİS proqramına ötürülməsi,
eyni zamanda bələdiyyələrin yarım
illik fəaliyyətləri
barədə S-81, S-83 formaları
ümumiləşdirilərək mərkəzi serverə ötürülməsi təmin
edilmişdir. Bələdiyyələrin yarımillik hesabatlarının
qrafiki hazırlanmış,
hesabatların keçirilməsi
nəzarətdə saxlanılacaqdır.
Rayon İcra Hakimiyyəti
Azərbaycan Respublikası
Qanunlarını rəhbər
tutaraq öz fəaliyyətini daim təkmilləşdirir, sənədlərlə
iş, vətəndaş
müraciətlərinə baxılması sahəsində
işləri mövcud
qanunvericiliyin tələbləri
səviyyəsində qurmağa
səy göstərir.
Yığıncağa yekun vurularkən
sonda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz
Əhmədzadə demişdir:
- Ulu öndər
Heydər Əliyev siyasətinin möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin tərəfindən böyük
uğurla davam etdirilməsi sayəsində
bugünkü iqtisadi cəhətdən güclü
və qüdrətli
100 yaşını qeyd
edən Azərbaycan yaranıb.
Bunu 26 iyun tarixdə
Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
yaradılmasının 100 illik
yubileyi münasibətilə
keçirilən möhtəşəm
hərbi parad bir daha sübut
etdi.
Müstəqilliyini ildən-ilə möhkəmləndirən Azərbaycan
dövlətinin tarixində
möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin qızıl hərflərlə yazdığı
şanlı səhifələrin
sayı artdıqca, xalqımızın gələcəyə
inamı daha da güclənmiş, Dövlətimizin başçısı
Azərbaycan bayrağının
torpaqlarımızın hər
qarışında dalğalanması
üçün lazım
gələn bütün
addımları atır,
ölkəmizin iqtisadi
və hərbi qüdrətini, beynəlxalq
nüfuzunu gücləndirməkdən
ötrü böyük
inam və qətiyyətlə çalışır,
yurdumuzun işğaldan
tam azad edilməsi üçün böyük
cəsarət və əzm göstərir. Xalqımız inanır ki,
o Böyük qayıdışın
reallaşması artıq
uzaqlarda deyil.
Bu gün ölkəmizdə görülən
bütün işlər
Azərbaycan xalqının,
Azərbaycan vətəndaşının
daha xoş güzaranını qurmaq,
sabahını daha gözəl və xoşbəxt etmək məqsədi daşıyır...
Məzahir ƏHMƏDZADƏ
Ədalət.-2018.-
21 iyul.- S.6.