"BİRCƏ SƏN DESƏN..."
Əbülfəz Ülvinin
şeirləri barəsində düşündüklərim
Oxucularımızın
yadında olar. Ötən ay
Naxçıvana səfər etmişdim.
Həmin səfərdən təəssüratlarımla
yanaşı, elə o təəssüratlarda
vurğuladığım kimi qələm
dostlarımın kitablarını da gətirmişdim.
Bu qiymətli
hədiyyələrin hər biri
ayrı-ayrılıqda təkcə söz
boğçası deyil, söz
dünyası deyil, bunlar
həm də oxucu-müəllif doğmalaşması, eləcə
də qələm dostlarımın dünyalarıyla öz damının altında baş-başa
qalmaq fürsətimdi. Ona görə də həmin kitablar
mənə çox doğmadı. Və
fürsət, məqam tapdıqca yazı masamın üzərindəki
bu kitablara tərəf
bir yol gedirəm. Özü də maraqlı bir
oxucu yolu...
Bəli,
Naxçıvanda bir dost,
qardaş kimi
qayğısını əsirgəməyən Əbülfəz
Ülvinin poeziya
çələngilə baş-başa qalanda ağlımdan ilk gəlib
keçən dostumun kitablarının
adlarındakı qəribəlik idi. Şair qardaşım şeirlərindəki
özünəməxsusluğu kitabların adında da ifadə etməyi məharətlə
bacarır. Bax, elə indi
barəsində ürək sözlərini söyləyəcəyim
"Bircə sən desən..." kitabının adı
artıq mənim söylədiyimə bir sübutdur.
Öncədən
deyim ki, kitab Bakıda "Elm və
təhsil" nəşriyyatında işıq üzü görüb. Redaktoru şair Balayar Sadiq olan
bu kitab çox nəfis bir tərtibata malikdir. Necə deyərlər, kitabın üz-gözündən şeir
tökülür və
bu da oxucunu
kitaba tərəf səsləyir. Mən kitabın
ilk şeirinin ilk misrasını
oxuyanda bir anlıq susdum. Düşündüm ki, görəsən
Əbülfəz Ülvi
Tanrıdan niyə belə bir dilək
diləyir? Axı hər
kəsin ürəyi bir kainatdı. Və bu fərqli kainatlardan nədən üz çevirmək, hətta imtina etmək istəyi baş qaldırır dostumda. Yəni Əbülfəz Ülvi Tanrıdan diləyib ki:
Tanrım, ürəkləri dəyiş
sinədə,
Dərd, ələm toplaşan tini olmasın.
Eşqi tükənməsin, gülsün yenə də,
Hər şey doldurulan sini olmasın.
Bax, gördüyünüz
kimi istək çox qəribədir. Şair ürəklərin dəyişməsini ona görə istəyir ki, oradakı dərddən, ələmdən,
ağrı-acıdan onları
xilas etsin. Və ürəklərə ancaq
sevgiylə, nurla süslənsin. Təbii ki,
bu istəyin önündə ancaq şairə bu məqamda Əbülfəz
Ülviyə sonsuz təşəkkürlər düşür.
Elə həmin təşəkkürlərin
fonunda da diqqətimi başqa bir şey çəkir.
Şair yazır ki:
Hələ də nazında
bilinmir nə var,
Bir nazla min qəmi silir qadınlar.
Baxmayın, yer üstə
yaşayır onlar,
Yerin altını da bilir qadınlar.
...Olmaz zərrə
qədər kəm hallarında,
Nadanlıq cücərməz kamallarında.
Amma kişilərin amallarında,
Xəyanət güləndə, ölür qadınlar.
Əslində bu şeirin
özü də həm etirafdı, həm də qadın dünyasının
rəsmini cızmaq. Əbülfəz Ülvi altı bəndlik bu şeirdə qadını
həm ömür-gün
yoldaşı kimi, həm xanım kimi, həm ana kimi, həm
qız övladı kimi malik olduğu
bütün müsbət
cizgilərini o qədər
poetik şəkildə
misralayır ki, oxuduqca həmin o özəlliklər və
gözəlliklər bir
növü özü-özünü
təsdiqləyir. Və görürsən
ki, şair şeirini ürəklərə
yazır. O ürəklərə
ki, onlara ancaq sevgi arzulayır,
xoşbəxtlik diləyir.
Və vurğulayır
ki:
Demə sinəmdə sənsən
o ürək,
Beləcə əlavə şərhə nə gərək.
Şeiri dağıdar ən
xəfif külək,
Şeiri səninlə yazmayanda mən.
Həqiqətən də ürəksiz,
duyğusuz yazılan şeir ən yaxşı halda bir topa sözün
bir yerə yığılıb cərgələnməsindən
başqa bir şey deyil. Onu nə oxucu sevib qəbul etmir, nə də şair onun özünün dünyasına, imzasına
yaxın buraxmır.
Əbülfəz Ülvinin bu kitabını sona qədər gözdən keçirəndə
mən şeirlərin
arasında bir kövrəkliklə yanaşı,
duyğusallığın da
əlaqəsini, bağlılığını
gördüm. Açıq şəkildə duydum ki, bu
şeirlərin hər
biri özündən
öncəki şeirin
hardasa varisidi, hardasa onun xatırlanmasına,
onun aranıb oxunmasına bir himdi, bir əlaqə
vasitəsidi. Məsələn,
şeiri ürəksiz
yazmadığını vurğulyan
şair başqa bir məqamda deyir ki:
Can olsam da, canım deyə bilmirəm
Çox deyilib bu kəlmələr, köhnəlib
Dilimdəki son nəğmədi demirəm,
Sənə qədər hər nəğmələr
köhnəlib.
Gözüm desəm gözlərimə
dollar qəm,
Vaxt olubdu bəbəyim də torlanıb
Dilim gəlmir ocağımsan söyləyəm,
Ocağım da yana-yana,
qorlanıb.
Bu şeirin bütün bəndlərində
şairin ürək çırpıntısı və
müraciət etdiyi ünvana özünü bütünlüklə təslim
etmək, sapındırmaq
istəyi o qədər
səmimidir ki, onun fikirləri ilə razılaşmamaq mümkün olmur.
Bax elə şeirin də, poeziyanın da işığı, şəfqəti
və şərbəti
burdadı. Oxuduqca iç dünyan işıqlanır,
ruhun qidalanır, özünü gözəlliklə
yanaşı, bir düşündürücü məqamın da içərisində görürsən.
Və anlayırsan ki, Əbülfəz Ülvi həm şair kimi, həm də bir Allah bəndəsi kimi qəribə adamdı.
Bunu onun özü də təsdiq edir. Və:
İşə bax, qəribə
adamam mən də,
Özümün sözünə, özüm ilişdim.
Həm məchul deyirəm
özümə, həm
də,
Az qala adına
qəribsəmişdim.
Barəsində fikirlərini sizinlə bölüşdüyüm
"Bircə sən desən" kitabı mənim oxucu tələbatımı yetərincə
ödədiyimdən mən
bu kitabdakı poeziya nümunələrinə
əsl şeir çələngi kimi dəyər verirəm. Çünki şeirlər özləri
öz fikir yükləri ilə, öz ifadə tərzlərilə bunu söyləməyə imkan
verir. Və oxucuya aydın
olur ki, Əbülfəz Ülvi öz söz dünyasının qapısını
yalnız ürəyi
hökm edəndə açır. Və deyir ki:
Demirəm dərd tutub, zökəmdir sevgim,
Arxanca bir dənə
tənə atmayır.
Görürsən nə qədər
möhkəmdir sevgim?
Sənə sevgimi də,
sənə satmayır.
Ümumiyyətlə, Əbülfəz Ülvi poeziyasının məntiqi də çox güclüdür. Onun bəzən adi
görünən fikirlərinin
söykəndiyi məntiq
şeiri oxucu qarşısında dipdiri
şəkildə nümayiş
etdirir. Elə bilirsən ki,
şeir səninlə
üzbəüz dayanıb
söhbət edən bir varlıqdı. Bax, bütün bunları mən az-çox sözdən anlayan bir oxucu kimi
Əbülfəz Ülvinin
yeni kitabını uğurlu sayıram. Elə onun öz misralarıyla
da bu misraların
davamlı olmasını
şair dostum və qardaşıma diləyirəm.
Gərəyim deyildir dünyanın
varı,
Ruhuma sığal çək, mərəzsiz
qalım.
Çox yöndə əvəzsiz
qalmışam, barı,
Yol vermə bu yöndə əvəzsiz qalım.
Yaxın ol, gözümdən
uzaq getmə sən,
Ürəkdə yer axtar,
əldə bitmə sən.
Qəlbini sevgimə qəfəs
etməsən,
Ötür ömrü boyu qəfəssiz qalım.
Görmüşəm sevinc də,
qəm də nə vaxtsa,
Sevdam dolanmayım çəndə nə vaxtsa.
Qərəz olacaqsa məndə
nə vaxtsa,
İstərəm tez ölüm,
qərəzsiz qalım.
Gül, gülüş güllükdə
göyərəcəksə,
Gül deyil, küllükdə
göyərəcəksə.
Həvəsim lillikdə göyərəcəksə,
Qoy sönsün həvəsim həvəzsiz
qalım.
Hara üz tutursan, ömrümün şahı?
Gedirsən, gedişin gətirir ahı.
Sənə nəfəsimsən demişdim,
axı,
Gedirsən, mən
yazıq nəfəssiz qalım?
Mədətoğlu
Əbülfət
Ədalət.-2018.-
5 iyul.-S.6.