On Üç Günün Məktubları:
"Susduqca səni susduq..."
Sevgilim,
mən indi böyük
bir kənddə səni düşünürəm,
əlimdə mavi bir
qələm,
cibimdə iki qutu
siqaret,
həyatımız keçir gözlərimin önündən
çıxıb getməyimiz,
su içməyimiz,
öpüşdüklərimiz...
Cəmal Sürəya, "ikinci
yeni şeir” cərəyanının öndə
gedən usta şairlərindən biridir.
Hər misrası duyğularla hörülmüş,
gərçək və
xəyalları bir yerə yığılmış
özünəməxsus bir
şeir dili quran, unudulmaz, modern bir türk şairidir
– Cəmal Sürəya.
Bəs yaxşı, şair kimliyinin yanında Cəmal Sürəyanın yazılarını,
bunların ən gözəli olan məktublarını oxuduqmu?
Eşqi ən gözəl
şəkildə təsvir
edən o gözəlim
məktubları, "On üç
Günün məktubları”nı...
Xəstəxanada ölümcül bir
xəstəliyə yaxalanan
sevgilisinə yaşam
ümidini aşılayan
on üç gün aralıqsız yazan, dərin bir şəxsiyyətin, humanist bir
şairin duyğu dolu, hüzün qoxan məktublarını...
Cəmal Sürəya, "On Üç Günün Məktubları”nı xəstəxanada
yatan sevgilisinə on üç gün aralıqsız yazır. Həm də gündəlik yaşamın əziyyətləri
içində. Cəmal Sürəyanın
bu on üç eşq məktublarından
birini, bəlkə də ən gözəlini sizinlə paylaşmaq istədim.
Məktubu oxuyaq və Cəmal Sürəyanın məktublarındakı
o duyğu dolu dünyasına qapılaq:
14 İyun. 1972
Düşünürəm ki, sənlə
mən arasındakı
münasibətin adı
olan eşq sözünü yarımçıq
hesab edirəm. Daha böyük, daha
sağlamdı bizimki.
Eşq onun içində sadəcə bir hissəcikdir deyəsən.
Eşqlə birlikdə, vaxt
aşırı onu aşan başqa duyğular, başqa baş dönmələri
də var bizdə. Səni sevirəm və
sənin üçün
hər şeyəm.
Məni sevirsən və mənim üçün hər şeysən.
Bir insan üçün bu qısa həyatda bundan daha böyük
nə ola
bilər ki?!
Əgər Məcnun Leylayı
əldə edib onunla evlənsəydi, Fərhad Şirinə qovuşsaydı, aradan bu qədər il keçdikdən
sonra bizim bir-birimizə olan sevgimiz kimi olardımı?
Sən nə deyərdin buna?
***
İndi gömrükdəyəm. Saat 12:15. Nahid Əruz otağında yoxdu. Yəqin nahara gedib.
Mən də oturdum, sənə bu sətirləri yazıram orda. Qarşıda bir turist gəmisinin göyərtəsində
adamlar günəşlənirlər.
Deyəsən, gəmidə
hovuz da var. Biz də gələn il bir yerdə gedər, bol-bol dənizdə çimərik. Memo da dənizə girəcək, müəyyən
bir yaşa çatmış olar o vaxta kimi.
***
Madam, aldığım
bibərləri yaxşıca
qızartdı. Bəyaz xəttli köynəyin
də çantamdadır.
İçim titrəyər sənin
istədiyin bir şeyi yerinə gətirərkən.
***
Toyuqları kəsdim. Hamısını təmizlədim. İkisini soyuducuya atdım. Birini bu axşam bizim
oğlana yedirdəcəm.
"Anam hardadı?”-
deyə tez-tez soruşur . "Anam hardadı?”, "Anan xəstəxanada, yaxşı
olub gələcək”,
"Mən gedib bütün iynələri
qıracam” ,"Afərin
oğlum necə də sakit durdun,
çox bəyəndim
səni”, "Çoxmu
xoşunamı gəldi”,
"Çox xoşuma
gəldi…”
Gecə çarpayıda oğlumuz Memo ilə səndən danışdıq. Susduqca səni susduq.
Yuxuladıqca səni yuxuladıq.
Axşamları evə
dönüm, qapını
sən aç: gözlərin...
Toyuqların içini də özüm təmizlədim. Çətin olmadı. Təkcə hamamdakı
zir-zibili təmizləmək
gərçəkdən də
çox çətin
oldu. Amma fay, omo deyərkən, axırda bu işin də
öhdəsindən gəldim.
Toyuqların ikisi pis deyil, Biri
bir az
göyərçinə oxşayır.
Onu da Memo yeyəcək.
Toyuqları təmizləyərkən gözəl bir metod da tapdım.
Sevgilim, həyat uzun deyil. Gözəl keçirtməliyik həyatımızı. Elif də
gəlməlidir. Elif hər
şeyi ilə sənə bənzəməlidir.
Qoca yaşımızda bizə
bir qaşıq su verər. Memo da çörək
və duz gətirər. Sənin ən
çox sevdiyim tərəflərindən biri
də, küçədə
yaşlı və anlaşmış cütlük
görəndə duyğulanmağındır.
Nə gözəl duyğudur.
Mən də eləyəm. Həyat üçün ağlımda qalan iki misra şeir
var. Xarici bir şairdən:
"Həyat qısadır quzucuqlarım
Yenə də uzundur quzucuqlarım,”
Sevirəm mən bu iki yolu,
istəyirəm sən
də sevəsən.
Hə, quzucuğum, yenə də uzundur həyat.
İldə bir gün
"İldə hər gün” deyə oxuyarsan bu mahnının bir qismini sən,
Sənə rastlaşdığım gün susuzdum, yalnızdım
Hə, quzucuğum,
Sənə rastlaşdığım gün susuzdum, yalnızdım
Bir nəfəsdə içdim
gözlərini,
Həsrət, həsrət!
"Mən daha sənin yanında belə həsrətəm sənə”
Rabia Xatun
***
Bir də hirslənəndə
dörd əllə işə girişməyini
sevirəm.
Memo. Nə gözəl uşağımız
var. Elif daha da gözəl olacaq. Mütləq ki, səsi də gözəl olacaq.
Çünki sən, sən nə can qadınsan, heç bilirsənmi? Kirpiklərinin ucu ilə mahnı söyləyərsən.
Alov-alov yanarsan Cəmal Sürəyanın ürəyində.
Sən yanımda ol, qəm-kədər çıxıb
gedər. Türkülənərəm. Xoşbəxtlik gələr içimə.
Sevda sözlərinin mini bir para.
***
Arpaçaya gedək. Munzur dağlarına gedək.
Hər yerə də getmək olmaz ki…
Zuhal, həyat yoldaşım!
Bu qərib adam səni
sevir. Amma sən verilən
yeməkləri yenə
yemirsən. Yeyərsənsə,
"mən sənə təşəkkür edərəm.”
Başqa necəsən?
Oguz Ayvaz
Ədalət.-
2018.- 5 iyul.- S. 8.