Qara Yusif

 

XIV əsrin sonu - XV əsrin əvvəlləri Azərbaycan tarixində mühüm dönüş dövrüdür. Bu dövr xalqımızın yadelli əsarətindən azad olması, müstəqil dövlətçilik ənənələrinin yenidən bərpası bu uğurda mübarizəsi kimi tarixə daxil olmuşdur. Azərbaycanda Monqolların ağalığına son qoyulmuş, eyni zamanda Orta Asiyadan yeni təhdit Teymurilərin hücumları başlanmışdır. Bu gərgin dövrdə xalqımızın azadlığı, dövlətçilik ənənələrinin bərpası kimi ağır missiyanı Qaraqoyunlu tayfaları öz üzərlərinə götürmüşdür.

Qaraqoyunluların mənşəyi:

Tarixi qaynaqlardan məlum olur ki, bu tayfa (Qaraqoyunlu, həmçinin Ağqoyunlu) birləşməsi "Türkman" adlanan etnik qrupa mənsub olub. Bu frazanın yaranması ilə bağlı müxtəlif fikirlər var. Bir xalac rəvayətində deyilir ki, Makedoniyalı İskəndər Şərqdə xalac tayfaları ilə qarşılaşarkən onların türklərə oxşadığını qeyd edir bu səbəbdən xalacları "türk manənd" (türkə bənzər) adlandırmışdır. Beləliklə ilk dəfə "Türkmən-türkman" ifadəsi meydana çıxmışdır. Tarixçilər isə bu ifadənin yaranmasın başqa cür izah edirlər. V.V.Bartold bu barədə yazır: "Türkmən" bu söz XI əsrdən ilk əvvəl İran tarixçiləri Qardizi Əbül Fəzl Beyhəqi tərəfindən fars dilinin cəmində - "Türkmanan" formasında, türklər "oğuz", ərəblər "quzz" mənasında işlətmişdir. "Türkmən" istilahı ilk dəfə ərəb coğrafyaşünası əl-Müqəddəsinin əsərində "ət-türkman" yaxud "türkmaniy-yun" şəklində xatırlanmışdır. "Türk manənd" ("Türkman") - əsil məkanı mənşəyi çox da aydın olmayan bu sözü Mahmud Qaşğari fars etimologiyasına əsasən "türkə bənzər", "türkə oxşar" şəklində təqdim etmişdir. Mahmud Qaşğari yalnız oğuzlan deyil, qarluqların da özlərini "türkman" adlandırdığın qeyd edir. Tədqiqatçıların fikrinə görə, X əsrdə oğuzlar islam dinini qəbul etdikdən sonra onlara "türkmən ya türkman" deyilmişdir. Bu barədə V.V.Baritold yazır: "müsəlman oğuzlar həmçinin :::türkman" (türkmənlər) adlandırılmağa başlandılar. V.İ.Jirmunski qeyd edir: :::Türkmən" etnik istilahına ərəb mənbələrində X əsrin II yarısından etibarən təsadüf olunur. Türk tədqiqatçısı F.Köprülü Mahmud Qaşğarinin ınəlumatlarına əsaslanmış "türkman" adını müsəlman əqidəli oğuzlara verildiyini göstərmişdir. Faruq Sümer Biruninin verdiyi məlumatlara əsaslanaraq islamı qəbul etmiş oğuzlara "türkman" deyildiyini qəbul edir". Digər tərəfdən "türkman" sözünün hələ VIII əsr Çin ensiklopediyası "Tundyan"da "te-qomen" formasmda işləndiyini göstərmişdir. Tarixi mənbələrdə oğuzların islamı qəbul etməsi X əsrə təsadüf edir ki, bu halda VIII əsr Çin ensiklopediyasında "Türkman" ifadəsinin işlənməsi yuxarıda qeyd edilən fikirlərlə ziddiyyət təşkil edir. Bu fakt hələ aydınlaşdırılmamışdır. Bununla bərabər müasir tarixşünaslıqda "türkmən" sözü islam dinini qəbul etmiş oğuzlara verilmiş bir ad kimi qəbul olunur. "Türkmən" istilahı həm oğuzların daha çox köçərilik etmiş hissəsinə şamil edilmişdir. Müasir Azərbaycan dilində "tərəkəmə" kəlməsinin mövcud olması bununla əlaqələndirilir. Maraqlıdır ki, orta əsrlərin Bizans müəllifləri Kiçik Asiyadakı köçəri oğuzları "türkmən" adı ilə təqdim etmişdir.

Qaraqoyunluların oğuzların hansı boyuna mənsub olması ilə bağlı yekdil fikir yoxdur. Faruq Sumer XV əsrin Osmanlı tarixçilərindən Mövlana Şükrullaha əsasən Qaraqoyunluların Oğuz nəslindən Dəniz xanın oğulları olan İğdir, Büğduz, Yıvə Kınık boylarından birinə mənsub olduğunu bildirir. Tarixçilərin böyük əksəriyyəti Yıvə boyu ilə Qaraqoyunluların nəsli qohumluq əlaqələrinin olduğunu qeyd edirlər. Onlar bunu Qaraqoyunlu sikkələrində olan damğaların Oğuz damğalarından daha çox Yıvə damğasına bənzəməsi ilə əsaslandırırlar.

Qaraqoyunluların Azərbaycanda məskunlaşması:

XI əsrdə Azərbaycana Kiçik Asiyaya gəlmiş türk-səlcuq tayfalarının əsas hissəsini oğuzlar təşkil etmişdir. Bu tarixə III (həmçinin sonuncu) türk axını kimi düşərək Azərbaycan xalqının formalaşmasını başa çatdıran hadisə hesab olunur. Bu axında Ağqoyunlu Qaraqoyunlu tayfalarının da olduğu həmin tayfaların Azərbaycana X-XI əsrlərdə məskunlaşması qeyd edilir.

Türk dünyasının ən qədim epik abidələrindən biri sayılan "Kitabi-Dədəm Qorqud" eposuna diqqət yetirsək boylarda ağqoyunlu qaraqoyunluların yaşam tərzinin tam əks etdirildiyini müşahidə edərik.

Nəzərə alsaq epos oğuzların islamiyyətdən öncəki, islamiyyətin ilk çağlarındakı sonrakı dövrləri əhatə edir bu hadisələrin mütləq əksəriyyəti Azərbaycan Şərqi Anadoluda baş verir, ona demək olar oğuzlar (qaraqoyunlular ağqoyunlular) Azərbaycanda III Türk axınından qabaq mövcud olublar. Görkəmli alimlərimiz Z.Bünyadov O.Əfəndiyevin "ehtimal etməyə əsas var ki, sonralar qaraqoyunlu tayfalarının tərkibinə daxil olmuş tayfaların qəbilələrin bir hissəsi artıq VIII-IX əsrlərdə Azərbaycanda məskunlaşmış monqol istilası zamanı onlar bu torpaqlardan sıxışdırılıb çıxarılmışlar" fikri yuxarıda qeyd etdiklərimin dolayısı ilə doğru olması anlamına gəlir. Çünki faktlar göstərir ki, yerli, oturaq əhali ilə türkman tayfalarının qaynayıb-qarışma prosesi XI əsrdən xeyli əvvəllərə təsadüf edir. Məhz bunun nəticəsi idi ki, qərbi türkmənlər Orta Asiya türkmənlərinin birbaşa xələfləri olsalar da Şərqdə, Orta Asiyada məskunlaşmış həmqəbilələrindən əhəmiyyətli dərəcədə fərqlənməyə başlamışdılar. Yeni keyfiyyətlərin qazanılması, fərqli xüsusiyyətlərin təşəkkülü prosesində ilkin vətəndən uzunmüddətli uzaqlaşma mühüm rol oynamışdır.

Bu versiyanı gücləndirəcək digər fakt isə türk tarixçisi F.Kırzıoğlunun qaraqoyunluların mənşəyini "Kitabi-Dədəm Qorqud" eposuna əsaslanaraq III əsrdə Şərqi Anadoluya Türkistandan gəlmiş Mamik Qonaq adlı türk bəyləri sülaləsi ilə əlaqələndirməsidir. Eyni zamanda VIII-IX yüzilliklərdə yaşamış Əbuməhəmməd Əbdülməlik ibn Hişam adlı ərəb tarixçisi Kitabül-tican fi mülük himyər (Himyər hökmdarları barədə taclar kitabı) adlı tarixi əsərində beşinci ərəb xəlifəsi I Müaviyə (661-680) ilə çağdaşı olan Übeyd ibn Şəriyyə əl-Cürhumi haqqında maraqlı yazı vermişdir. Müaviyə söhbət əsnasında Übeydə müraciət edərək, Azərbaycan haqqında onu fikrini öyrənmək istəyərək deyir: "Sən allah, Azərbaycan haqqında əlaqəniz, təlaşınız xatirəniz nədir?"

Übeyd ibn Şəriyyə belə cavab verir: Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış təkmilləşmişlər.

 

(ardı gələn sayımızda)

 

ƏBÜLFƏT MƏDƏTOĞLU

 

Ədalət.- 2018.- 7 iyul.- S.4.