MAYORUN İŞ GÜNLƏRİ
Povestdən bir parça
(əvvəli ötən
saylarımızda)
XOŞ
SÖZ
(IV fəsil)
-Salam brat...
-Salam...
-İşlər necədi?
-Nelə də, -deyə kazım kefsiz halda
dillənəndə, mayor hər şeyi başa
düşüb, ona öyüd-nəsihət verirmiş kimi
dedi:
-Bilirəm... Yaxşı oğlansan... Ancaq bu ailə-məişət məsələsində
çox kobudsan. Bir az incəliyin, mədəniliyin
olsun da. Dinəndə bizim qayda-qanunları bəyənməyib,
Avropa dəyərlərindən danışırsan. Ancaq xəbərin varmı orada vəziyyət necədi?
Aənin kimi kişiləri xanımlar heç
evə buraxmırlar.
-Yox a...
-Hə... Bəs nə... Bu
görkəmlə, üst-başla onların heç nəinki
evinə, heç ictimai yerinə girə bilmərsən.
-İctimai yerinə?
-Hə də... Vağzala, mədəniyyət
evinə, yeməkxanaya...
-Onlarda bar daha çoxdur.
-Bunu bilərsən. Bəs
kababxananı necə? -deyə mayor
sözünü yarımçıq kəsdiyi
üçün incik halda ona tərəf baxdı.
-Baxdır da... Harada, necə?
-Xaricdə olmusan?
-Yox...
-Bəs hardan bilirsən?
-Kinolarda görmüşəm... Qəzet və jurnallarda görmüşəm.
-Baxmaq, oxumaq öz yerində, görmək
lazımdı.
-Bütün arzularımı gözümdə
qoydu da... İndi, görmürsən,
ayrılmaq üçün məhkəmədə iddia
qaldırıb.
-Bir işə bax da... -desə də, mayor
ürəyində dedi: "Əla... Nə edib, kişi qızıdı. Sən
bilmirdin ki, axırı belə olacaq. Adam
cavan olanda elə bildiyini edər? Üst-başına
fikir vermir, it günündə gəzirdin. Hələ
üstəlik, kim qarşına
çıxırdı "bir manat ver də"... deyirdin.
Kazım həqiqətən də
ağıllı, istiqanlı oğlan idi. Ancaq bütün bunların
çoxu şərti idi. Hamçıya
xoş gəlmirdi. Elə birinci özünü
aparması, geyinib-keçinməsi... Bir də
görürdün ki, qışın zəlo-zəlo
vaxtında, qarlı-şaxtalı havada başını daz
qırxdırıb gəzir... yayın isti, bürkülü
günlərində qırzo papaq, palto geyinib...
Əlbəttə, bütün bunların
çoxu onun sadəliyindən, səhlənkarlığından
olsa da, çoxlarına xoş gəlməzdi. İrad tutanda da deyərdi:
-Ə, mən neftçi adamam. Səliqə-səhmanlı
geyinməyə vaxtım haradadı?
Əslində isə o, ağır zəhmətdə
çalışan qara neftçi də deyildi. Baş idarədə
yaxşı vəzifədə işləyirdi.
Şöbə müdiri olmasa da, elə ona yaxın bir iş
idi. Bir də görürdün, elə səliqə-səhmanlı
geyinib, səliqə ilə qalstuk bağlayıb ki, sanki
dünya bunundu.
Mayor diləndi:
-İndi deyirsən ki, boşanmaq
üçün ərizə veriblər?
-Hə...
-Bəs sudya sənin dostun idi axı. Bu ərizəni niyə qəbul edib?
-Sudyanı nə qınayım. Hüququdu da, tələb edib. Bir
də ki, ordakılar var ey. Daha çox
ağrı elə olardan keçib. Üçdən-beşdən
alıb ərizə yazdırıb, yola veriblər də.
-Vaxtında hamıya əl tutur, kömək
edir, ərizə yazırdım...
-Demoqoqluq edirdim?!
-Yox ey...
-Onsuz da məni demaqoq bir adam
kimi tanıyırlar.
-Lap yaxşı edir, atalarını
yandırrısan. Qara fəhlənin hüququnu sən
müdafiə etməyəndə, kim edəcək?
-Buna baxan kimdi ey...
-Niyə, o gün icradakı
çıxışından çox xoşum gəldi. Ancaq
lap ağ elədin ha... Rəisi, prokuroru,
hakimi təriflədin...
-Onları deyə bilmərəm, hakim pis
oğlan deyil.
-Pisliyin, yaxşılığın indi
görəcəyik də. Xanımın ərizəsinə münasibətilə...
-Mayor əsəbi halda əlini yellədi,
sözünü dedi: -Bir sən deyilsən ey... Bu
uşaqları niyə başsız, atasız-anasız qoyurlar?...
Kazım bu sözlərdən təsirlənmiş
halda ona baxdı:
-Yetim niyə qalırlar ki? Hər
halda birimizin himayəsinə verəcəklər də.
-Soruş məsələsi də problemə
çevriləcək. İki gündən bir
qaçacaqsan üstümə ki, uşaqları görməyə
arvad mənə imkan vermir.
-Allah kömək olsun sənə... Hələ
işə baxılmayıb, qətnamə yox... İndidən
sən bizi ayırdın.
-Mən bilirəm də... Ora
ərizə daxil oldu. Nəticəsi
xoşagələn olmur. -Sonra üzünü Kazıma
tutub, ona lap bozardı: -Ə, nolub, adam
ölümüdü? Bu arvada bir xoş,
şirin söz de də. Dünya
dağılmayacaq ki?
-Deyirəm də...
-İnanan daşa dönsün...
-İnan...
-Yaxşı, nə vaxt onu əzizləmisən?... Lap elə əlini əlinə alıb sığallamısan?
Kazım istilənən kimi olub dilləndi:
-Ay mayor, daha bu qədər yox da. Daha nə vaxt, öpüşdüyümüzü,
münasibətdə olduğumu sizə deməyəcəyəm
ki?
-Ə, səni qınamıram. Neftçi adamsan da.
Bütün bunlara heç sənin vaxtın var ki... Odur ki,
axırı da belə... İndi qal məhkəmənin
yollarında.
Bir neçə gün sonra onlar yenə də
qarşılaşdılar. Özü də həyətdə. Daha doğrusu mayor onların səs-küyünə
gəlib çıxmışdı. Qadın
cınqıyırdı:
-Belə də ər olar?! Deməkdən
yorulmuşdum ki, a kişi, bu uşaqlara əl
qaldırma. Vurmaqla uşaq tərbiyə etmək,
oxutmaq olmaz. Hər iki oğlumu
şil-küt edib, qulaqları eşitmir, bunu Allah götürər?
Mayor dilxor halda dilləndi:
-Dur deyirsən, Güldəstə bacı.
Əgər o belə qəbahətli hərəkətlər
edirsə, çox pis.
Onun bu sözləri Kazıma xoş gəlmədi,
kükrədi:
-O dedi, siz də inandınız? İstəyirsən lap uşaqların özündən
soruş.
Amyor uşaqları çox səsləsə
də onlar yaxın gəlmirdilər. Onları adları yox, məşğuliyyətləri
ilə çağırdı:
-Futbolçu, utanma bəri gəl...
-Qorxuram...
-Nədən, kimdən qorxursan?
Uşaqdan səs çıxmadı. Mayor indi də o biri
oğlanı səslədi:
-Boksiyor, sən haradasan, cəsarətli ol.
Boks əsil kişi işidi.
Kazım qımışdı:
-Əmisi, həm də güləşlə
məşğul olur.
-Dədəsi kimi...
Onun bu sözləri Kazıma toxundu. Mısmırığını
sallamış, alnını turşutmuş halda dilləndi:
-Mən nə vaxt, kimin bostanına daş
atmışam ki?
Mayor zaratafa keçdi:
-Paho... Bunda iştahaya bax.
Hələ çəpər aşmaq həvəsinə də
düşüb... Ə, sənə elə gəlir
ki, arvad saxlamaq asandı?! Hələ birini yola verə
bilmirsən, qalmışdı ki, ikisi ola.
Güldəstə əri tərəfə
əllərini yelləyərək onu qarğıdı:
-Külü qoyum başına. Danışığına bax da. Vaxtında elə mənim də ağlım
olmadı. Sənə könül verdim...
-Yox, ürək...
-Bax, sənin elə belə
xırdaçılığın var ki, yaman günə
qalmısan da. Nə fərqi var, eyni sözlər, ifadələrdi
də...
əlin kövrəldi:
-Görürsüz də... Bax
bu həmişə belədi. Özünü
çoxbilmiş hesab edir... Camaatın içində kobud
sözlər deyir... Axı mən də insanam... Daha dözə
bilmirəm... Ondan bir xoş söz eşitməzsiniz...
Mayor onlardan
ayrılanda, Kazımın da arxasınca gəldiyini
görüb dedi:
-Ə, sürüş... Səndən mənə
dost olmaz. Səninki mənimlə elə bu
günə kimi imiş.
-Axı nolub ey?!...
-Nə olacaq ki? Öz yersiz hərəkətlərinlə
bütün ailəni özünə düşmən etmisən.
Kazım qeyrləndi:
-Onda mən onların bütün hərəkətlərinə
göz yumum da?!
Soruşdu:
-Uşaqların təqsiri nədir?! Nə ediblər ki?
-Yaxşı dərs oxumurlar...
-Onda kötəkləyərlərmi?!
-Deyir də... Elə də zərblə
vurmamışam, sadəcə şağpalaqlamışam.
-Bu da olmaz.
-Onda bəs nə olar?
-Çalış utandırmaqla yola ver. Cəzalandıranda
da, əl-qol hərəkəti eləmə, bir yerdə ayaq
üstə saxla, küncə qoy... Evdə saxla...
-De ki, axşama kimi onlarla
siçan-pişik oyunu oynayım da.
-Sərt olarsan, vurarsan, məsuliyyətə
cəlb olunarsan.
-Öz uşağımız üstündə
də?
-Bəli... Əlbəttə ki... -Sonra isə
ciddi halda soruşdu: -Bunlar öz yerində... Bəs
bu xanımın günahı nədi? Mən
bilmirəm, bəlkə bir qəbahəti var? Başqalarına baxır, göz-qaş edir, gəzir?
Kazım o an dilləndi:
-Mayor, daha ağ eləmə
də. Mənim xanımımın nə işi
olsa da belə işlərlə arası yoxdu. Təmiz ailədəndi.
Mayor dərhal yerində
dayanaraq dedi:
-Ə, dayan!...
-Nolub ki?!
-Rədd ol mənim yanımdan! Elə isə bu qadına niyə baş ağrısı
verirsən?! Niyə onu bezdirirsən?!
-Mən onu, yoxsa, o məni?!
-Əclafsan vallah!...
-Məni təhqir edirsiniz?
-Yox ey... Adamdan soruşarlar
ki, bəs sən ona əziyyət verəndə yaxşı
idi. Yoxsa, vəzifələrinizi dəyişmişdiniz.
-Oyunsan vallah... Oyunuz olsun, mayor... Sözlərinə
bax da...
Mayor onsuz da haldan
çıxmışdı:
-Ə, yandığımdan deyirəm də. Küçələrdə
qalanda deyəcəyəm sənə. Gül tək gəlindi...
-Yox, çiçək tək...
-Tay mən bilmirəm, qoxuyan sənsən...
Ətrinin olub-olmadığını, nə
qoxu verdiyini sən bilərsən. Yoxsa daha
pisini vurub?!... Yox, de ki, elə sənin də
həyat enerjin qurtarıb. Bunları
lazımsız şeylərə sərf edirsən. Bəşirətli
adam deyilsən. Olsaydın,
belə xoşagəlməzliklərə də yol verməzdin.
Gördün, şitdin, gəlin özü dedi ki, kobudsan, səndən
bir xoş söz eşitmir...
...Məhkəmə onların
nigahını gördü. Kazım nə qədər
yalvarıb-yaxarsa da, artıq gec idi, xeyri olmadı. Heç Appelyasiya şikayəti də vermədi.
Təqsirin özündə olduğunu az-çox lap
yaxşı bilirdi.
O gündən sonra mayorla
qarşılaşanda, onun kal səsini eşidərdi:
-Ə, uzaq ol, sən adam
deyilsən.
-Sən də belə?!
-Olacağam da. Gül tək
ailəni dağıtdın.
-Məni evə qoymurlar da.
-Bilmirdim ki, axırı belə olacaq?
-Axırı, əlacsız qalıb,
atamın köhnə evinə sığınmışam.
Kazım o gündən sanki başqa adam olmuşdu. Səliqə-səhmanlı
halda geyinər, üst-başına fikir verərdi. Onu təzə
kostyumda, qalstuklu görəndə çoxları inanmaz,
soruşardılar:
-Ağəz, bu keçəldi?
Başına tük gəlib ki...
-Paltonu daha çıxarıb, adam kimi gəzir.
-Sapoğu da görünmür... Ay səni,
sapoq...
Kazımı vaxtında belə
löyündə gəzdiyi üçün elə belə də
çağırar, səsləyərdilər:
"Dazik"... "Palto"... "Sapoq"...
İndi də səliqə-səhmanlı
küçələrdən keçəndə, işə tələsəndə
yaxınlar, dəcəl uşaqlar onu beləcə səsləyir,
çağırrıdılar!
-Dazik, nə bəzənib-düzənmisən?
-Palto, ağıllanmısan da...
-Sapoq, daha dostlarına yuxa bişirtdirib
aparmırsan ki?...
Kazımın belə anlarda qanı qaralsa
da, söhbəto böyütməz, ürəyində deyərdi:
"Ağıllı ol, bala... Bu həyatdı, bilmək olmaz
ki, səhər kimin başına nə iş gələcək.
Vaxt vardı ki, NQÇİ-nin rəisi
qarşıma yeriyir, şəhərdən gələn
qonaqlara məni təqdim edirdi. Polis rəisi, prokuror,
hakim də onun kimi... Hələ
başçını demirəm. Özü də
hamısı hədiyyələri, pul-parası ilə..."
Kazım arada mayorla rastlaşanda gileyləndi:
-Görürsən də... Bu
qadın niyə belədi?! Pul, aliment verirəm
götürmür. Deyir ki, uşaqları
özüm saxlayacağam.
-Əhsən, namuslu qadındı da.
-Bəs mən?! Atayam axı... O pul
almayanda, vicdan əzabı çəkirəm.
-Bu əzabdan hələ sən çox
çəkəcəksən. Vaxtında
qürurunu sındırıb, ona bir xoş söz də demədin.
-Mən beləyəm də...
Mayor ona sərtləndi:
-Mən beləyəm...
Kül qoyum sənin başına. Arvadsız kişi nə
kişidi? Aqillər deyib ki, kişi üç halda diz
çökə bilər... Dua edəndə,
gül-çiçək toplayanda, bir də öz
xanımı qarşısında...
-Qadın
qarşısında...
-Ömründə
bir ağıllı söz danışdın.
-Mən
ağıllıyam da...
-Təriflə
özünü... Görürük elə.
O gündən
Kazım əsil mənada beləcə dəyişilən kimi
olmuşdu. Xüsusilə qızlara, qadınlara qarşı.
Əvvəlki tək münasibəti, davranışı
xoşagəlməz, kobud deyildi. Tez-tez ondan bu sözləri
eşidirdilər: "Buyurun, xanım"... "Yol
sizindi...", "Zəhmət çəkməyin"...
Sonra da bu
söz-söhbətlər daha xoş sözlərlə əvəz
olundu: "Siz nə gözəlsiniz...", "Təki
hamı sizin kimi olsun...", "Mənim sevgilimə
oxşayırsınız..."
Bu səbəbdən
də bir gün idarə müdiri onu yanına
çağırıb, sərtləndi:
-Bu nədir,
arvad boşamağın öz yerində, indi də ona-buna
söz atır, xoş söz deyirsən?!
-Birincisi, mən yox, o məndən
ayrılıb...
-Deməli, onda o səni boşayıb?
-Hə də...
-Bu da ağıllımız... Bir
arvadı yola verə bilmədi, indi ona-buna sataşır,
söz atır...
Hətta rəis həmin qızı
çağırıb onları üzləşdirəsi oldu,
sonra da ərizəsini yazdırıb, iş yerini dəyişdi.
Yaxşı əlinə imkan
düşmüşdü. Uzaq mədənlərin
birinə göndərilmişdi. Əvvəlki iş
yeri, şəraiti hara, bura hara. Bu səbəbdən xeyli müddət idi ki, mayor onu
görmürdü. Görəndə isə soruşdu:
-Ə, nolub sənə? Görünmürsən... Aya-günə
dönmüsən.
Kazım dilxor halda dedi:
-Görünməyəcəyəm də...
Xoş söz... Xoş söz de... Bəklasına
düşdüm də...
-Arvadı boşayanda bilmirdin ki, bəlasına
düşəcəksən.
-Mən yox, o boşadı...
-Nə fərqi var... Bir atımlıq
barıtınız vardı, çıxdı da...
(ardı var)
Əlisəfa Azayev
Ədalət.-
2018.- 7 iyul.- S. 10.