Vəliyulla Novruzun "Görmədiyim yuxular"ı

 

Yağan yağışları duzdu elə bil,

Tökülən dolusu buzdu elə bil

Kədərə bürünmüş qızdı elə bil

Bu bahar nə yaman üşütdü məni...

 

Bu misralar tanınmış şair Vəliyulla Novruzun “Bu bahar nə yaman üşütdü məni” şirinin bir bəndidir.

 

Həsrətdən elə yıxıldım

gücüm çatmadı qalxım

Canımdan çıxan ruhun

laylasın kimə çaldırım?

Kədərim döyür qapımı

Qəlbimin təpəri yoxdur

Sığınmışam ümüdümə

Tanrının xəbəri yoxdur.

 

Əslində şair Tanrının diqtəsindən, nəzərindən uzaq deyil, yaradanın himyəsindədir. Lakin şair təxəyyülünün, şair fəhminin, şair müşahidəsinin və ifadəsinin qeyri dəqiqliyi də deyil bu. Ətrafın ağrısın içində yaşadan, içindən keçirən, ruhuna hopduran ilahinin verdiyi istedadın məhsuludur bu deyimlər.

Şirin iç dünyasının dərinliyi onun bütün yaradıcılığı boyu hiss olunmada. Hələ çox illər şair öz iç dünyasının dərinliyinə baş vuracaq, hissindən, duyğusundan keçirdiklərini misralarka daraqlayacaq və bizlərə ötürəcək. Hələ ki:

 

Öz içimə gedən yolun

Sonuna çata bilmədim...

 

-deyir və onun getdiyi ədəbi yolun rəngarəngliyini, zənginliyini şeirlərinin bələdçiliyi ilə oxucuları da izləməkdə.

Şairin içində bir nisgil var. Ötənlərə qayıtmaq, yaddaşın alt qatında qalan, zaman keçdikcə ancaq xatirələrin kğməyi ilə yaşanan, amma heç vaxt unudulmayan bir nisgil, acı eyni zamanda təəssüf hissi;

 

Gəlib köhnəYurd yerinə

bir tonqal çata bilmədim, - etirafı...

 

Bütün bunlar Cəlilabadda yaşayan şairin yubiley tədbiri eləsədə yenicə işıq üzü görənGörmədiyim yuxularkitabında özünə yer tapıb. Elə adı çəkilən kitabın da təqdimatı eyni zamanda şairin 60 illim yubileyi bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Natavan adına klubunda qeyd edildi.

Uun müddət yaddaşlardan silinməyəcək, səmimiyyəti ilə fərqlənən yubiley tədbirinə şairin qələm dostları oxucuları qatılmışdı. Tədbir boyu şairin yaradıcılığından gətirilən nümunələr İyunun qızmar istisində tədbirə toplaşanların hər birinin qəlbinə bir sərinlik çilədi. 60 yaşlı yubiliyarın şeirlərindən yaz yağışı kimi ruhlara çilənən bu sərinlik şairin şeirlərinin sehrindən idi, desək, yanılmarıq.

Möhtəşəmliyi səmimiyyəti ilə yadda qalan tədbirdə giriş sözü ilə Filologiya elmləri doktoru, professor Qəzənfər Kazımov çıxış etdi. O, bir vaxtlar tələbəsi olmuş şairin yaradıcılığının məzziyyətlərindən bəhs etdi, Vəliyulla Novruzun çağdaş poeziyamızdakı önəmli yerlərdən birini tutduğunu, şairin yaradıcılığının özünəməxsus olmasından ətraflı danışdı.

Şairin tələbə yoldaşı Professor İsmayıl Kazımov Vəliyulla Novruzun gənclik illərindən, tələbəlik həyatından, doğulduğu kənddən söz açdı. Yaradıcılığına xususi önəm verdi.

Vəliyulla Novruzun yaradıcılığına müraciət etmiş haqqında geniş məqalərə yazmış Professor Qurban Bayramovun da çıxışı yadda qalan oldu. O, Vəliyulla Novruzun yaradıcılığından nümunələr gətirdi, şairin bundan sonra da eyni ruhla yazıb yaratmasını arzu etdi.

Kredoqəzetinin baş redaktoru Əli Rza Xələfli şairin yaradıcılığının təbiətlə həmahəng olmasından, şairin yaradıcılığında geniş əks olunan payız lövhələrindən bəhs etdi.

Tədbirdə çıxış edən şair Oqtay Rza, Oqtay Zəngilanlı, Əfraim Abbas, Qəşəm Nəcəfzadə, Faiq Balabəyli, Tahir Aslan, şairin tələbə yoldaşı, filologiya üzrə fəlsəfə doktoru Nurudə Novruzova Vəliyulla Novruzun yaradıcılığından, şəxsiyyətindən, poeziyası ilə xarakterinin bir birini tamamlanmasından bəhs etdilər, şairə yaradıcılıq uğurları arzuladılar.

Sonda çıxış edən şair tədbirin təşkilatçılarına iştirak edənlərə təşəkkürünü bildirdi, yeni şeirlərini oxudu.

 

Balabəyli Faiq

Ədalət.- 2018.- 12 iyul.- S. 6.