Geriyə yol varmı...

 

Nemət Veysəlli

 

(əvvəli ötən saylarımızda)

 

Torpaqlarımızın uzun müddətə işğal altında qalması insanlar və cəmiyyət arasında da xoşagəlməz mənəvi-psixoloji amillər yaradır. Adamlar bir növ qürur hisslərini itirirlər. Mənəvi və psixoloji ehtiyatlarını səfərbər etməklə yanaşı, gərək fərəhlənməyə də meydan verəsən. Torpaqlarımız uzun müddət (1992-2017) işğal altında qaldıqca mənəvi yaralarımız, xəstəliklərimiz də çoxalır. Bir xalq, millət kimi qəddimiz bükülür, dik gəzə bilmirik. İçi-içalatı yanan, həddindən artıq sarsılmış vətəndaşlarda nə vaxtsa qeyri-adi igidlik göstərəcəyi, Koroğlu nərəsi çalacağına da ümid azalır. Doğrudur, Azərbaycan ədəbiyyatı, musiqisi - bütövlükdə xalqımızın mənəvi və intellektual sərvətləri bu istiqamətdə müəyyən işlər görür. Müəyyən mənada bu amillərin aşağı düşmməsinə, eyni şkalada qalmasına cəhd göstərir. Amma, bütün bunların hamısı sözdü, fərziyyədi. İşğal altında qalan torpaqlarımıza əlahəzrət Azərbaycan əsgərinin ayaqları dəyməyincə, o yerlərdə üçrəngli bayrağımız dalğalanmasa, söylədiklərimin hamısı havayı şeydi.

Hazırda iliyinə qədər ziddiyyətlərlə dolu və təşviş içində çulğalanan erməni cəmiyyətinin ən çox qorxduğu, ehtiyat etdiyi nədir? Azərbaycan Respublikası işğal altındakı torpaqlarını azad edilməsi yollarında intensiv danışıqların başlamağı. İlan vuran ala çatıdan qorxan kimi, ermənilər də müharibə başlamasından bərk qorxurlar. Azərbaycanlılar, Azərbaycan vətəndaşları da şəhid vermək, oğul itirmək istəmirlər. Ermənilər Azərbaycana qarşı ərazi iddiaları qaldırandan bəri biz yüzlərlə şəhid vermişik, analarımız vaxtsız qocalıb. Dünyanın heç bir yerində, heç bir cəmiyyətdə müharibə təbliğ edilmir. Amma mənim söhbətimin içində bir az qəlizlik, izahata ehtiyaclı məqamlar mövcuddur. Ermənilər öz işlərini artıqlaması ilə görüb qurtarıblar, istədiklərinə demək olar ki, nail olublar. Göz qaraldıqca uzanıb gedən torpaqlarımızı işğal ediblər. İşğal altındakı şəhərlərimizin, kəndlərimizin sərvətlərini talayıblar. Martuni adi qəsəbə çərçivəsindən çıxıb, indi şəhərə çevrilib. Stepanakert günü-gündən genişlənir, gözəlləşir. Sözsüz, indi ermənilərə dinclik, vaxt lazımdı. Vaxt onların xeyrinə işləyir. Ağır-arxayın işğal altındakı torpaqlarımızda bağlar, qəsəbə və yeni-yeni şəhərlər salırlar, başdan-başa bizə məxsus nəyimiz varsa - hamısını özününküləşdirirlər, bizim izimizi itirməyə çalışırlar.

Düşmənlərimiz diqqətlərini üç əsas məsələyə yönəldiblər: işğal altındakı, qondarma DQR-nin müdafiə xəttini möhkəmləndirmək, ordu quruculuğudiplomatic fəallıq. Aprel (2016) döyüşləri onların uzaq illərə hesablanmış planlarını alt-üst etdi.

İndi növbə bizimdi. Azərbaycanın başqa bölgələrini - Naxçıvanı, Şirvanı, Abşeronu yaxşı-yaxşı qorumaq, inkişaf etdirmək üçün biz gərək mütləq Qarabağı bu cılız, lovğa və təkəbbürlü millətin əlindən azad edək. Azərbaycanı, boylu-buxunlu, cüssəli qəhrəmana bənzətsək, sanki bu cavanın bir qolu yerli-dibli yoxdur. Cavanın sağlamlığında nə isə çatışmır. Buna görə də hirslənir, əsəbiləşir.

Artıq işğal faktından uzun illər keçib. Vaxtdözüm limitimizçoxdan qurtarıb. Güclü dövlətlərin, xaçpərəst dairələrin fənd-fəsadlarına da yaxşı bələdik. Biz qəhrəmanlıq məbədlərimizə də söykənə bilərik: Sultan bəyi, Xosrov bəyi yada sala bilərik. Horadiz (1994, yanvar) və dörd günlük aprel (2016) döyüşlərini də yeni baxışla nəzərdən keçirmək mümkündü. Bəs niyə də Yavər İsgəndərovu, Şirin Mirzəyevi, Ramil Səfərovu, Mübariz İbrahimovu xatırlamayaq? Nə qədər ki, ermənilər işğal etdikləri torpaqlarımızda əkin-biçinlə, quruculuq işləri ilə məşğuldular, danışıqlara gəlməyəcəklər. Yox, əgər biz onların dincliklərini, bizim torpaqlarda rahat yaşamalarını qətiyyətlə pozsaq, mütləq danışıqlara gələcəklər. Şükür Allaha, bizim respublikamızda, Azərbaycanda erməniləri, erməni şovinist və işğalçı dairələrini yaxşı tanıyan zabit və sərkərdələrimiz, mütəxəssislərimiz, siyasətçilərimiz kifayət qədərdi. Bu xalqın xisləti bizə yaxşı məlumdu. Onların zaman-zaman qanı artır, gərək onların qanını vaxtında alasan ki, ayılalar, özlərinə gələlər, humanistləşələr.

Əlbəttə, mən çox sərt danışıram. Çoxları tərəfindən qəbul edilməyən fikirlər irəli sürürəm. Dünyanın heç bir cəmiyyətində qəbul edilməyən fikirlər irəli sürürəm. Üstəlik də humanist sənət sahibiyəm.

Lakin medalın iki üzü var: ermənilər mənim doğulduğum, boya-başa çatdığım yerləri zorla tutublar. Valideynlərimin min illər əzabla tikdirdikləri ikimərtəbəli, daş evimizi yandırıblar. Qapımızdakı o bir cüt tut ağacını kəsiblər. Onların hələ bunlarla da ürəkləri soyumayıb. Qara kəhrizin suyunun qabağını kəsiblər, bənd vurublar. Qara kəhrizin dupduru, bumbuz suyunun hesabına torpaqlarımızda bostan əkiblər - pomidor, kartof, istiot, yemiş, qarpız becərirlər. Bundan o yana düşmənçilik, zalımlıq olmaz ki... Bəs mən neyləməliyəm, ermənilərin şərəfinə badə qaldırmayacağam ki...

Erməni separatçıları təkcə elə Yuxarı Veysəllinimi işğal ediblərmi? Bütün Qarabağ işğal alrındadır. Hələ bu hadisələrdən çox-çox qabaq, "Böyük Ermənistan" xəyalına düşənlər Göyçədə nələr etməyiblər? Naxçıvan Muxtar Respublikasının, Laçının, Qazağın onlara aid olmayan torpaqlarını minbir fitnə-fəsadla əllərinə keçiriblər.

Erməni separatçılarının bizim xalqın başına gətirdiklərini azərbaycanlılar, Azərbaycan vətəndaşları heç vaxt unutmayacaqlar.

Necə deyərlər, mən qan görmüş adamam. Qandan da bərk qorxuram. Amma düşmənlərimiz qan tökməkdən qorxmurlar. Belə olan halda biz neyləməliyik? Amerikadan, xüsusilə Rusiyadan, Avropadan Qarabağ məsələsində bizə yol göstərən, "dəyərli" məsləhət verənlər kifayət qədərdi. "Bir parça torpaq uğrunda bu qədər qan tökməyə dəyərmi? O torpaqlar qanı tökülən bir nəfərə dəyməz". "Qarabağ münaqişəsinin müharibə variantı yoxdur".

Azərbaycan vətəndaşlarına ermənilərin uzaqlara hesablanmış niyyətləri məlumdu: çoxgedişli manupulyasiyalar etmək, siyasidiplomatik fəndlər işlətmək - nəyin bahasına olursa-olsun işğal altında qalan Azərbaycan torpaqlarını, abidələri, qəbiristanlıq və meşələri özəlləşdirmək, nəticədə həmişəlik onlara sahib çıxmaq. Min illərdi bu xalqa xas keyfiyyətləri - satqınçılığı, etibarsızlığı, ən yaxın qonşularına qarşı düşmənçiliyi, hiyləni həyata keçirmək. Harada gəldi - idman meydançalarında, konsert salonlarında, siyasidiplomatik görüşlərdə qandarma DQR-nın "bayrağını" gözə soxmaq.

 

Geriyə yol varmı...

 

Bu cümləni yazmaqla bir növ sonrakı həyatımı şübhə altına atıram. Ömrüm uzaq-uzaq bir aləmdə dumana, çənə bürünmüş məchul dünyada qalıb. Uşaqlığım, yeniyetməliyim, cavanlığım. Dünyanın altını üstünə çevir - ötən günləri geri qaytara bilməzsən. Ömrüm ürəyi çırpınan quş kimi idi - uçub getdi.

Yenə də çətin olsa da, bu cür təbii qanunlarla razılaşmalısan. Ayrı yolun, çarən yoxdur. Bəs ömrümün bu çağında doğulduğum, boya-başa çatdığım yerlərə qayıtmağım necə? Bunlar mümkündürmü? Hələlik Yuxarı Veysəlliyə, Qarabağa gedən yollar bağlıdır.

İlahi, gör dünyada nə qədər haqsızlıqlar mövcuddur? Axı, niyə mən bu yaşımda doğulduğum yerlərə gedə bilməyim? İşğalçı, Allahın nə vaxtsa möhkəm cəzalandıracağı ermənilər kəndimizin, Qarabağın yollarını qıfıllayıblar. Yurdlarımızda, qəbiristanlıqlarımızda səngərlər qazıblar, top-tüfəng quraşdırıblar və nümayişyana deyirlər ki, sizi bu yerlərə buraxmayacağıq.

Az qala yaxa silkələyirəm, sizdən soruşuram, indi mən bu ahıl çağımda hara gedim, kimin qapısını döyüm? Ürəyimdəki bu ağrılarla bəs mən necə yaşayım?

İlahi, sən özün mənə düşdüyüm bu uzun, qaranlıq lağımın sonunda bir işıq zolağı , işıqlığa çıxım.

 

oktyabr-dekabr, 2017

 

Mündəricat:

 

Veysəlli və veysəllilər

bir az da başqa mətləblər haqda

Veysəlli bağları

Haşiyə və ya olmuş əhvalat

Uşaqlıq illərim

Yeddiillik (1949-1957) kənd

məktəbi

Haşiyə və ya zalımlığın,

qəddarlığın aşkar nümunəsi

Ağoğlan dərəsi

Su dəyirmanları və

Məşəd xalanın çay dəstgahı

Dadaş dayının at arabası

gördüklərim və

yadımda qalanlar

Qara kəhriz

Anlaşılmaz epizodlar

Birinci epizod

(1990, qış ayı, Bakı)

İkinci epizod

(1992, avqust ayı, Qubadlı

rayonu)

Daşları tərs üzünə çevirmək

vərdişi

ya Lətif dayı haqda

Paralellər

Gördüklərim, müşahidələr

Birinci hadisə

Əmir Rüstəmovun ölüm xəbəri

İkinci hadisə

Heydər Mustafayev

Adı yadımdan çıxmış erməni

kəndində toy

Üzümkəsənlər

Herher kəndi

Anam öləndən sonra

dünya boşaldı (1973, 21 iyun)

Uşaq vaxtı ən şox nədən

qorxurdum

Arzularım

Dönüklük və düşmənçilik

Geriyə yol varmı...

 

Ədalət.-2018.-5 iyun.-S.7.