Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı

Vaqif Aslan

AYB Şəki

bölməsinin sədri

ADPU-nun

Şəki filialının

baş müəllimi

Azərbaycan Cümhuriyyəti dövlətçilik ənənələrimizin davamı kimi meydana gəlmişdir. Azərbaycan Cümhuriyyətinin (bəzən onu Azərbaycan Demokratik Respublikası və ya Azərbaycan Xalq Cümhuriyyəti adlandırırlar) yaranması tarixən 28 may 1918-ci ilə təsadüf etsə də, o öz yaranışına qədər 1905, 1907, 1917-ci illərin rus inqilablarından, erməni təbiətli altı aylıq Bakı Sovetindən (02.XI.1917 - 25.IV.1918) və eyni ananın döşündən süd əmən üç aylıq Bakı Kommunasından (25.IV.1918 - 31.VII.1918), ingilis düşüncəli ayyarımlıq Sentrokaspi diktaturasından (01.VIII.1918 - 15.IX.1918) keçib müstəqilliyini elan edən bir xalqın təsəvvüründə artıq çoxdan yaranmışdı. "Bir kərə yüksələn bayraq bir daha enməz", "Tarixin yenə bir gözəl çağında Qaranlıq qış keçib, bahar gələcək" deyən Məmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə yaranan Azərbaycan Cümhuriyyəti məhz belə bir zamanda elan edilmişdi.

Bir qayda olaraq, cəmiyyətdə baş verəcək hadisələri qabaqlayan ədəbiyyat Azərbaycan mühitində də bədii-fəlsəfi düşüncə üzərində dolaşan xeyirxah ruh kimi öz romantik qanadlarını gərmiş vəziyyətdə idi. Azərbaycan Cümhuriyyətinin yaranmasına qədərki ədəbiyyat "istiqlal mübarizəsinə aparan romantizm" və sərt realizm ruhunda təzahür edirdi.

Hələ 1909-cu ildə qələmə aldığı "Laylay" şeirində A.Şaiq (1881-1959) gəvharədə (beşikdə) uyuyan cocuğa bu şəkildə müraciət edirdi:

Türk oğlusan, əcdadın ulu, şanlı, şərəfraz.

İştə vətənindir, a quzum, şanlı bu Qafqaz.

Yavrum, uyu şimdi, səhər ertə oyananda

Parlaq Günəş iştə səni alqışlayar onda.

Bundan bir il sonra insana və insanlığa böyük humanist gözü ilə baxan A.Şaiq

Hamımız bir yuva pərvərdəsiyiz!

Hamımız bir Günəşin zərrəsiyiz!

- deyə insanları "danışdığı dil", "yaşadığı məkan", "inandığı İncil və ya Qurandan" asılı olmayaraq insanı birliyə çağırırdı.

Div ədəbiyyatşünas Y.Qarayevin "kökünə və bütövlüyünə boylanan yaddaş" adlandırdığı "türk qanlı", "islam imanlı" Əli bəy Hüseynzadə (1864-1940) isə 1911-ci ildə Türkiyədə yazdığı "Hadi-vətən" şeirində insanların insanlara necə zülm etdiklərini demək haqqı alınan dil, yazmaq haqqı alınan qələm ilə belə ifadə edirdi:

Ucundadır dilimin

Həqiqətin böyüyü.

Nə qoydular diyəyim,

Nə kəsdilər dilimi.

Bilirmisən, cühəla,

Nə etdilər Vatana?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

Ayıltmadı qələmim

Bu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

Bəşər övladının özünü və dünyanı xoşbəxt etmək əvəzinə bir az da bədbəxt etməsi Azərbaycan romantikləri və realistlərini düşündürməyə bilməzdi. Dünyanın özü və onun bir parçası olan Azərbaycan eyni bir zamanın içində olduğundan dünyanın başına gələn bəlalar Azərbaycanın da ürəyini qan edirdi. Realist olduğu qədər romantik, romantik olduğu qədər də realist olan Məhəmməd Hadi (1879-1920) 1915-ci ildə İrəvanda qələmə aldığı "İnsanların tarixi faciəsi, yaxud "Əlvahi-intibah" əsərində "İntibah lövhələri" yaratmaq əvəzinə iblisanə tablolar çəkən insanın müasir silahlarla ova çıxan primatlara bənzədiyini göstərirdi:

Həyatın səsləri guşumda həp fəryad şəklində.

Bu insanlar ki, qardaşdır və lakin yad şəklində.

Bu torpaq qanlı ovraqdır, bəşər səyyad şəklində.

Ədavət daima vardır, məhəbbət ad şəklində.

Cahan başdan-başa meydani-mətəmzad şəklində.

Fərəhlər həbs olunmuş, hüznlər azad şəklində

Müsibətlər, bəlalar, qüssələr abad şəklində .

Ürəklər qəm adilə hər zaman bərbad şəklində.

Bu matəmgahi kim görmüş sürürabad şəklində?

Azərbaycan Cümhuriyyətinin elanına gedən yol I Dünya Müharibəsinin gətirdiyi bəlalardan, 1918-ci ilin mart qırğınlarından keçirdi. Rus fitvası ilə qana susayan ermənilər Azərbaycan türklərini yer üzündən silməkdə idilər. Bu soyqırım hadisələrində adı o qədər də hallanmayan Şəkidə də etmənilər at oynadırdılar. Vartaşendə (indiki Oğuzda), Şəkidə (Qayabaşı və digər kəndlərdə) yerləşdirilən ermənilər. Müsavat Hökumətinin yaratdığı Milli Komitəni Nuxanı (indiki Şəkini) təhvil-təslim etməyə çağırmışdılar. Bu arada erməni qonşularının Şəkiyə gəlməsi xəbəri yayılmışdı. Bu erməni ordusunun qarşısına barışıq üçün göndərilən heyətin başında da ermənilərin nümayəndəsi dururdu. Heyətin müsəlman üzvlərini gedəcəkləri yerə çatmamışdan ermənilər qətl etmişdilər. Məhz belə bir məqamda genosiddən yaxa qurtarmaq naminə ilhaqçılığa meyl əmələ gəlmişdi. Əbdü Əfəndizadə (1872-1928) "Ya ölüm, ya Türkiyə" mənzuməsini yazmışdı:

Ey nəcib övladın ordusu, Şəki şirvanə gəl!

Tiflisü Baküvü şişə, Gəncəvü Səlyanə gəl!

Qafqazın hər guşəsində guş qıl, nalana gəl!

Hazırıq biz siz gələrkən can verək sultana, gəl!

Səbrimiz daha tükəndi, durma gəl, şahanə gəl!

Yurdumuz düşmən əlində olmamış virana, gəl!

Burada "Ya ölüm, ya Türkiyə", "Qafqaza dəvət" adlı mənzuməsindən gətirdiyimiz sitat Azərbaycan Cümhuriyyəti yaranandan sonra parlament üzvü seçilən əbdü (Abdulla bəy Rəşid bəy Əfəndiyevin qardaşı idi) Əfəndizadənin xalqına etinasızlığından deyil, 1918-ci ilin bir çox ziyalılarda yaratdığı çaşqınlıqdan irəli gəlmişdi. İlhaqçılıq əlamətləri o dövrün digər ədəbi nümayəndələrində olduğu kimi, o ərəfədə həm də Salman Mümtazın (1884-1941) yaradıcılığında özünü göstərirdi.

Salman Mümtazın 1918-ci ildə IX türk ordusunun bir hissəsinin Şəkiyə gəlişi münasibəti ilə yazdığı "Ənvəriyyə" və Nuru paşaya (1889-1949) həsr etdiyi "Öyün, millət" şeirləri də bu qəbildəndir.

"Ənvəriyyə"də "Yaşa, ey qaziyi-əzəm, ey möhtəşəm Ənvər! Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər" deyə Ənvər paşaya (1881-1922) müraciət edən salman Mümtaz "O gün millət ki, olub şövkətli sultanın, Hilalın haləsi qılsın əhatə türk övtanın. ... Qızılgül tək açıl, gül, gör ki, türkün şanlı ordusu Rivaqi-ərşə nəsib etmiş böyük Osmanlı ünvanın" şəklində Ənvər paşaya müraciət etmişdir. Bütün bunlarla bərabər zaman və tarix göstərdi ki, Azərbaycan özünü idarə etməyə qadirdir, üstəlik Azərbaycan və Türkiyə "bir millət, iki dövlət" olaraq həmişə birgədirlər. Elə ki, Azərbaycan Cümhuriyyəti quruldu, onda var olan dövləti qorumaq üçün turançılıq meylləri də gücləndi. Onda A.Şaiq 1918-ci ildə "marş" şeirində yazırdı:

Birləşəlim, türk oğlu, bu yol millət yoludur.

Ünlə, zəfərlə, şanla tariximiz doludur.

Yürüyəlim irəli, haydı, millət əsgəri!

Keçmişimiz şan, zəgər, durmayalım biz geri.

Haydı yola çıxalım!

Haqsızlığı yıxalım!

Türk-müsəlman Şərqində qurulan ilk parlamentli respublika ədəbiyyata yeni mövzular, öyünməli və fəxr etməli nəsnələr gətirmişdi. Məhəmməd Hadi də "Cümhuriyyətin Azərbaycanda bərqərar olmasını.... bədii alqışlar və "əhrarlə təranələrlə" qarşılamışdı: "Azərbaycan hökuməti-növzadinə", "Şühədayi-hürriyyətimizin ərvahinə ithaf", "Zəfəri-nəhayiyə doğru", "Əsgərlərimizə - könüllülərimizə", "Məfkureyi- aliyəmiz" şeirləri ilə milli cəngavərlik ruhumuzu yenidən canlandırmışdı.

1919-cu il 21 aprel, 162 saylı "Azərbaycan" qəzetində dərc edilən şeirində Cümhuriyyət əsgərlərinə M.Hadi belə müraciət edirdi:

Hifz üçün əğyar əlindən dilbəri-hürriyyəti.

Müstəqil olmuş vətən əzmü mətanət gözləyir.

Qoymayın olsun xəzan gülzari-istiqlalımız.

Sizdən istiqlalımız parlaq təravət gözləyir.

Millətin heysiyyətin yüksəldin, ey qeyrətvəran!

Millətim sizdən böyük şanü şərafət gözləyir.

Cümhuriyyətin qorunması baxımından iki böyük romantik şairin M.Hadinin və Abdulla Şaiqin narahat ürəkləri sanki eyni ritmlə döyünürdü. A.Şaiq 1919-cu ildə qələmə aldığı "Arazdan Turana" şeirində öz duyğularını belə ifadə edirdi:

Bin göl ətəklərindən coşğun Araz axaraq,

Yıldırımlı, qartallı qayalara çarparaq.

Turan-İran dolaşdı, döndü Qafqaz elinə.

Yaklaşınca o daşğın, acıqlı Kür nəhrinə

Hayqırdı: "Ox, qardaşılm dinlə bəni bir zaman!

Iztirablar içində çırpınır şimdi Turan.

Girmiz sehirli divlər qızıl alma bağına.

Şeir "o qızıl alma bağındakı gözəlin" inləyərək "Yoxmu Turanda qurtaracaq ər bəni" sualı ilə davam edirsə də, "Qızıl alma bağında gəzən dünya gözəli. Gülər coşğun sevinclə türkün əlində əli" misraları ilə sona yetir.

Eyni təlaş və qayğı H.Cavid 91882-1941) yaradıcılığından da yan keçmir. Dünyanı və Azərbaycanı İblis təhlükəsindən qorumaq naminə "İblis" əsərini 1918-ci ildə qələmə almış "İdrakı sönük başçıların qəfləti ancaq etmiş, edəcək milləti həp əldə oyuncaq" düşüncəsinin dünyanı bədbəxt günə qoyduğunu göstərən Cavid Əfəndi insanı və insanlığı kənarında dayandığı uçurumdan dala durmağa dəvət edir. 1919-cu ildə "Uçurum" pyesini yazır. Getdiyi yolu, sağını və solunu uçurum görən Cəlalın "şu şirkin, şu alçaq həyat. Uçurum, uçurum bütün kainat" deyərək uçuruma atılması rəmzi xarakter daşıyır.

Müstəqilliyi qorumaq hissi və həyəcanları ilə dolu Azərbaycan ədəbiyyatının qürrə və fəxarət duyğuları da aşıb daşırdı. Türklüyü, mübarizliyi, etiqadı ilə seçilən, gerbi, bayrağı, Ayı və ulduzu ilə öyünən bir ədəbiyyat meydana gəlmişdi. O, millərin ruhu kimi idi.

Torpağına can demişəm.

Suyuna mərcan demişəm.

Canımı qurban demişəm.

Gəlib qızıl vaxtın sənin.

Açılıbdır baxtın sənin.

Gəncəm tacın, taxtın sənin.

Canım-gözüm, gözüm-canım!

Azərbaycanım.

Can-can!

Can, Azərbaycan!.

Burud, "Qoşma"sı 1916-cı ildə "Dalğa"sı 1919-cu ildə çap edilən Əhməd Cavadın (1892-1937) "baxtı açılan" - müstəqil dövlətə çevrilən Azərbaycana elan etdiyi eşqin ülviliyi! - Hələ bundan əvvəl 1914-cü ildə yazdığı bir şeirdə türk bayrağına olan sevgisi də beləcə müqəddəs idi Əhməd Cavadın:

Çırpınırdı Qara dəniz

Baxıb türkün bayrağına.

Ah deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

Dost elindən əsən yellər

Mənə şeir, salam söylər.

Olsun bizim bütün eləər

Qurban türkün bayrağına.

Bayrağının kölgəsini üstünə düşən Tahrı kölgəsi hesab edən, Xəzərdən əsən küləklərin təsiri ilə yellənən bayrağını mələk qanadlarına bənzədən Əhməd cavad necə də qürrələnirdi. Akademik Bəkir Nəbiyev demişkən: "Azərbaycan milli bayrağının ilk parlamentimizin binası üzərində dalğalandığı gün Ə.Cavadın həyatında...ən fərəhli gün olmuşdur".

Türküstan yelləri öpüb alnını,

Söylüyor dərdini sana bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərməğan yolla sən, yara bayrağım!

Köksümdə tufanlar gəldim irəli.

Öpüm kölgən düşən mübarək yeri.

Allahın yıldızı o gözəl pəri

Sığınmış qoynunda Aya, bayrağım.

1919-cu ildə müstəqil dövlətimizin himnini yazan Əhməd Cavad öz fəxarətində tək deyildi. Hələ 1917-ci ildə "Ulduz" və "Ədirnə fəthi" kimi pyesləri ilə ədəbiyyatımızı zənginləşdirən Cəfər Cabbarlı (1899-1934) 1918-ci ilin mart soyqırımının ağrı-acılarından, İsmailiyyə binasının məşum görkəmindən bəhs edən "Əhməd və Qumru" hekayəsi"ni qələmə almaqla vətəndaş ədib mövqeyindən çıxış edirdi. Azərbaycan bayrağına sonsuz sevgi ilə bağlanan Cəfər Cabbarlı onu "yaşıl donlu, mavi gözlü, al duvaqlı sevgiliyə" bənzədirdi:

Altun köksün hilal-yıldız, işıqları öpüncə

Nuru səndən şah dağınıngündoğuşu diliyor.

Rəhm allahı gözəlliklər tanrısıtək pək, incə.

Bir səyaqla könüllərə hey salamlar söylüyor.

Yaşıl donlu, mavi gözlü, al duvaqlı sevdiyim.

Cəfər Cabbarlı "Azərbaycan bayrağına" adlı şeirində bayrağımızdakı rənglərin, Ayın, səkkizguşəli ulduzun rəmzi mənalarını açıb göstərir.

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım

Şu sevimli uç boyalı, üç mənalı bayrağı! -

deyən C.Cabbarlı "üzərinə gərilən mələk qanadlarının kölgəsində" dincəlməyin poetizmini, "Ay əyilib bir gözəli qucan" anın romantikasını yaşayır. "Göy boyanı göytürk nişanı", "yaşıl boyan islamlığın sarsılmayan imanı", "al boyanı azadlığın fərmanı", "səkkizguşəli ulduzu səkkiz hərfli (əski əlifbanın hərfləri nəzərdə tutulur - V.As.) "Od yurdu" kimi mənalandıran Cəfər Cabbarlı azadlıq və müstəqilliyin bütün türk ellərinə qismət olması arzusu ilə şeirini bitirir:

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin.

O gün olsun bir göy bayraq Turan üstə açılsın!

Məhəmməd Hadi və Abdulla Şaiq, Əli bəy Hüseynzadə və Heseyn cavid, Əhməd Cavad və Cəfər Cabbarlı yaradıcılığındakı azadlıq və müstəqillik ruhu zaman-zaman ədəbiyyatımızın iliyinə qədər yeridi, onlarla bərabər eyni bir zaman içində yaşayıb-yaradan qələmdaşlarının yaradıcılığına təsir göstərdi: Hətta dünyagörüşü, fiir və düşüncə istiqaməti müxtəlif olan yazıçı və şairlərin əsərlərinə sirayət etdi. Y.V.Çəmənzəminlinin, Ə.Haqverdiyevin, Seyid Hüseynin nə qədər bolşevik əhval-ruhiyyəli olsa da, N.Nərimanovun və onlarca digər ədiblərin əsərlərində azadlıq və müstəqillik düşüncəsi bu və ya başqa bir şəkildə özünü göstərdi.

1920-ci ilin 28 aprelində rus bolşevik hökuməti tərəfindən yenidən işğala məruz qalan Azərbaycan bir də çox ağır tarixi sınaqlardan keçməli oldu.

M.Müşfirlər, S.Mümtazlar, Y.Vəzirlər repressiya və təqiblərdən təqiblərdən sağ-salamat çıxa bilməsələr də, Azərbaycan sözü və Azərbaycan ədəbiyyatı güllədən, sürgündən və həbslərdən sağ-salamat çıxdı.

Azərbaycan Cümhuriyyətinin qurucusu M.Ə.Rəsulzadə (1884-1955) ömrünün qürub çağında yazdığı "Mayıs duyğuları" şeirində o günləri belə xatırlamışdı:

İlk çağındaydı gözəl mövsümün,

Qışdan çıxmışdı, bahar gəlmişdi.

İyirmi səkkizi idi Mayısın,

Azərbaycan istiqlala girmişdi.

Daha sonra M.Ə.Rəsulzadə gələcəyə olan inamını aşağıdakı sözlərlə ifadə etmişdi:

Tarixin yenə gözəl bir çağında

Qaranlıq qış keçib, baha gələcək.

Hər hansı bir ilin aydın günündə

Azərbaycan istiqlala girəcək.

Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu bir daha sübut etdi. 18 oktyabr 1991-ci il Azərbaycan tarixinə milli müstəqillik günü kimi daxil oldu. Milli müstəqilliyimiz sözümüzün və ədəbiyyatımızın bir daha "Məskov əsarətindən" qurtarmasına səbəb oldu. Əlbəttə ki, bir məqalədə ədəbiyyatımızın azadlıq və istiqlal ruhunu yaşadan bütün müəllifləri əhatə etmək mümkün deyildir. Ancaq bir şey həqiqətdir ki, azadlıq və istiqlal ədəbiyyatındakı ruh bu gün də davam etməkdədir. Cümhuriyyət dövrü Azərbaycan ədəbiyyatı

  100    |   2018-06-05 09:18 Şriftin ölçüsü: A+ Böyütmək A+ Balacalaşdır

Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu bir daha sübut etdi. 18 oktyabr 1991-ci il Azərbaycan tarixinə milli müstəqillik günü kimi daxil oldu. Milli müstəqilliyimiz sözümüzün və ədəbiyyatımızın bir daha "Məskov əsarətindən" qurtarmasına səbəb oldu. Əlbəttə ki, bir məqalədə ədəbiyyatımızın azadlıq və istiqlal ruhunu yaşadan bütün müəllifləri əhatə etmək mümkün deyildir. Ancaq bir şey həqiqətdir ki, azadlıq və istiqlal ədəbiyyatındakı ruh bu gün də davam etməkdədir.

Ədalət.-2018.-5 iyun.-S.5.