"XX
ƏSRİN MİRCƏFƏR BAĞIROV FENOMENİ"
Bu, həcmcə çox
da böyük olmayacaq yazımın başlığına "Fenomen" sözünü çıxartmağım təsadüfi deyil. Bü söz hər iki
şəxsiyyətə aiddir - həm Mircəfər Mirabbas oğlu Bağırova, həm də
Sadıq Nəbi oğlu Murtuzayevə. Sadıq müəllim
xalqımızın gerçək
tarixinə çevrilmiş
M. Bağırovu həyatda görmüş, uzun,
keşməkeşli siyasi həyat yoluna,
yüksək vəzifə pillələrinə qədəm qoyarkən - zəhmli, tələbkar, rəhmli, qəddar, mülayim, sərt, qaba və
mehriban təbiətli Mircəfər Bağırovun xeyir-duasını almış çox
azsaylı insanlardandır. Sadıq müəllim canlı
tarixdir. Deyirlər: "Çox
yaşayan çox bilməz, çox gəzən çox bilər". Sadıq müəllimin
keçdiyi həyat yoluna nəzər salarkən bu deyimin
o qədər də gerçək olmadığına inanıram. Sadıq müəllim
həm çox gəzib, həm də
çox yaşayıb çox bilən insanlardandı. O, maşallah, ömrünün 90 ilini başa vurub
və çox
gəzib; bütün həyatı boyu həqiqət axtarıb, dürüstlük gəzib, insanlarda mərdlik, kişilik, əyilməzlik və əqidə
sağlamlığı
görmək istəyib. Ona
görə çox bilir
Sadıq müəllim. Şəxsən mən Sadıq müəllimi
bax bu
keyfiyyətlərinə görə çox
istəyirəm!
Mircəfər Bağırov,
şübhəsiz, çox böyük və həm də
mübahisəli şəxsiyyətdir. O, çox mürəkkəb olan
dövrünün yetirməsi, lakin, onun bütün tələblərinə kor-koranə tabe olmayan, onunla
çarpışmağı
bacaran, bulanıq sularında mərcanları qara
daş parçalarından ayırmağa cəhd edən şəxsiyyətlərdən olub.
Təəssüf ki, zamanın qurduğu oyunlar
bəzən onun
da gözlərinə tor çəkib,
köntey, gərəksiz qara
daşları da mərcan saydırıb.
Məhz bu kimi
faktlar bu
böyük şəxsiyyətin buraxdığı
bir sıra bağışlanmaz səhvlərin səbəbkarı olub. Mən bu yazıda söylədiyim fikri xırdalamaq istəmirəm. Bütün bunları
oxucuların
diqqətinə Sadıq müəllim
Murtuzayevin təqdim etdiyi
bu əsərində müəllif özü araşdırıb, təhlil edib, birər-birər xirdalayıb. Özü də ki, yana-yana,
ürəyi ağrıya-ağrıya xırdalayıb, qələmə alıb, xalqımızın daha bir böyük övladının kimlərsə tərəfindən nadanlıqla çirkaba batırılıb tapdalanmasına imkan verməməyə çalışıb! Biz onsuz
da çox nəhənglərimizin unudulmasına,
şərlənməsinə, tarixdən silinməsinə imkan yaratmışıq. Və, başımıza gələn bəlaların kökü məhz milli mentalitet deyilən xasiyyətimizin bu
natamamlığındadır! Çox da
uzağa getməyək, qoyun bir tərəfə Mircəfər Bağırovu. Artıq bütün xalqın ümummilli lider
kimi qəbul etdiyi
Heydər Əliyevi - satqın, erməni millətçilərinin əl
tulasına çevrilmiş M.
S. Qorbaçov Sov.İKP Siyasi
Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci
müavini vəzifəsindən kənarlaşdırdıqdan sonra
milli böhtançılarımız və məddahlarımız, simasız satqınlarımız onun
əleyhinə Moskva mətbuatında nələri çap elətdirmədilər, hansı iftiralara əl
atmadılar?! Nədi-nədi ki, yeni rəhbərlər ağızlarına bir
tula payı vəzifə atacaqdılar.
Görəsən, indi də
onun övladı qarşısında quyruq
bulayan bu
yalaqlar, bu
simasızlar heç xəcalət çəkirlər?! İnanmıram, onların qanı xarabdır. Məhz bu
baxımdan ağsaqqal, müdrük dostum
Sadıq müəllim
Murtuzayevin "Mircəfər Bağırov
Fenomeni" adlandırdığı bu
fundamental əsər gələcək nəsillərin tərbiyə olunmasında,
onların öz tarixlərini yaxşı
bilməsində, xalqın ləyaqətli övladlarını şər
və böhtanlardan qoruya
bilməsi
üçün çox böyük əhəmiyyətə malik olacaq.
Sadıq müəllimin
bu əsəri M.C. Bağırovla yanaşı
o dövrün bir sıra rəhbər işçilərinin də
fəaliyyətini işıqlandırır. Burada
həm müstəbid İ. V. Stalin, həm böyük və qəddar N.
S. Xruşşov, həm min
sifət A.İ. Mikoyan, həm də hansı yuvanın quşu olduğu bəlli olmayan L.
P. Beriyanın obrazları
ustalıqla qələmə alınmışdır.
Mircəfər Bağırov
üçün mütləq dost
anlayışı olmayıb. O, satqın çıxan, xalqına xəyanət etmiş ən
yaxın adamını, ən istəkli doğmasını belə cəzasız qoymazdı. Mircəfər Bağırov,
təbii ki, ideal şəxsiyyət deyildi. Belələri ümumən olmur. Amma XX
əsrin bəşəriyyətə qan udduran
girdabında Mircəfər Bağırov kimi
yaşaya bilməyin özü də ideallığa
bərabərdir!
Sadıq müəllim
o dövrdə SSRİ-də və Azərbaycanda baş verən çox dolaşıq,
qorxulu, təhlükəli, insanları bir-birilərinə qarşı yırtıcıya çevirmək iqtidarında
olan prosesləri öz möhkəm hafizəsi və
yüksək savadla
işləyən qələmi hesabına geniş
təhlil edir. Və mən bu
fikirləri ona görə inadla deyirəm ki, Sadıq müəllimin söylədikləri atamın danışdıqları ilə səsləşir,
üst-üstə düşür. Çünki mənim atam
da o
dövrlərdə Sadıq müəllim kimi
yüksək partiya
vəzifələrində çalışıb,
bu və
ya digər şəkildə
Mircəfər Bağırovla təmasda olub.
Oxuyun
bu kitabı,
kimin kimliyini bu gerçək
tarixi əsərdə görün!
Mircəfər Mirabbas oğlu Bağırov Azərbaycan tarixinə
həm "xeyir", həm də
"şər" dahisi kimi
düşüb. Sadıq müəllimin
heç kəsin tərəfini tutmayan, vicdan
tərəzisinin M.C. Bağırovun "xeyir" əməlləri yüklənmiş gözü
"şərli" gözü ilə bir müstəvidə dayanmır, çox ağır
gəlir! Mən də bu fikirlə şərikəm. Əslində
mən (yekəlik olmasın) M. Müşfiqə, H. Cavidə, Ə. Cavada
və digər repressiya qurbanları olmuş ziyalılara görə Mircəfərin düşməniyəm, amma onun
Azərbaycan xalqının öz dədə-baba torpaqlarından əbədi silinərək, bu ərazilərdən qovulmasının qarşısını ala bildiyinə
görə onun böyük şəxsiyyəti qarşısında baş
əyirəm!
Mircəfər Bağırov gerçəkdən çox qəribə bir insan olub. Mən onu xalqın, millətin parlaq
simalı bir şəxsiyyəti kimi lap
körpəlik illərindən sevmişəm. Onu mənə, bizim ailəmizə atam sevdirib. Və elə bu sevgiyə
görə mən ömrümün 70-ci ilini başa vuranda
bu böyük şəxsiyyətə "MİRCƏFƏR" adlı poema həsr edib, "Azərbaycan" jurnalının 2015-ci ilin
11-ci sayında çap etdirdim. Sadıq müəllim
bu əsərində poema barəsində öz mülahizələrini söyləyib, çəkdiyim zəhməti təqdirəlayiq sayıb. Buna görə də Sadıq müəllimə
xüsusi minnətdarlığımı bildirirəm.
Amma ən
böyük minnətdarlığım
Sadıq müəllimə
"XX əsrin
Mircəfər Bağırov Fenomeni"
adlandırdığı
bu fundamental tədqiqat əsərinin redaktoru olmağı mənə tapşırdığına görədir.
Açığını
deyim ki,
Sadıq müəllim
mənə bu təklifi edəndə həm təəccübləndim, həm də
sevindim. Təəccübümün səbəbi bəllidir - azmıdır Sadıq müəllimin akademik,
professor, tarixçi, filosof, keçmişdə rəhbər vəzifələrdə olmuş və indi çalışan dostları?! Sevincimin səbəbi sadəcə olaraq bu
idi ki,
özümü öz gözümdə bir daha
ucaltdı Sadıq müəllim. Həyat belədi, ləyaqətli insanlar digərlərini (şəxsiyyətlərini duyub,
inandıqları adamları) öz
gözlərində ucaltmağı bacarırlar.
Vahid
Əziz
Ədalət.-
2018.- 8 iyun .- S.5.