Böyük şəxsiyyət gəncləri də
qoruyurdu
Hələ Dövlət Təhlükəsizliyi
Komitəsində xidmət etdiyi zaman Heydər Əliyev bu
orqanın milliləşməsi istiqamətində çox mühüm
işlər görmüşdür. Xalqa sədaqət, vətənə xidmət Ulu Öndərin ən böyük
prinsiplərindən biri idi.
O, xalqını böyük fəlakətlərdən,
təhlükələrdən çox cəsarətlə
qoruya bilirdi.
Yaxşı xatırlayıram,
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin
birinci kursunda oxuyurdum. Beşmərtəbə adlanan indiki Füzuli meydanından bir az qərbə tərəf Dəvəçi
məhəlləsində Məşədi Xeyransa
xanımın evində kirayə qalırdıq. Tələbə
yoldaşım salyanlı Əli Kərimbəyli,
göyçaylı Adil Məmməd və
mən sıxıntı çəkmədən kiçik bir otaqda qəlb genişliyi
ilə yaşayırdıq.
Bir axşam payız yağışında islana-islana evə gələndə ilk dəfə gördüyüm
qonağı mənimlə Əli tanış etdi:
- Bağırdır, dostumdur, Solyenitsinin yaxın dostudur,
- dedi. Bu, Əlinin
özünəməxsus zarafatı idi. Sonra - o da
sənin kimi leysana düşüb, - deyə əlavə etdi. İlk dəfə
görəndə Bağır mənə nədənsə Çarli Çaplini
xatırlatdı. Əslində zahirən elə bir oxşarlıqları yox
idi. Balacaboy, çəlimsiz
Bağırın sifəti mis rəngində
idi. Üz cizgilərindən
bizdən xeyli yaşlı olduğu
hiss olunurdu. O, az danışır, Əlinin və Adilin suallarına cavab verməklə
kifayətlənirdi. Əlinin Bağır haqqında təqdimatında
bir eyham, çox ustalıqla gizlənmiş bir həqiqət var idi. Əli Bağır haqqında qısaca
bunları dedi: - Bağır əslən
cənubdan, Lənkərandandır. Əvvəl Mədəni-Maarif
Texnikumunu, sonra isə
universitetin jurnalistika
fakültəsini bitirib. Azərbaycan Sovet Ensiklopediyasında elmi
işçidir. Bayıldan
tanıyıram.
Əli mənalı
baxışlarla Bağırı süzərək dilləndi:
- Mən ölüm,
Bağır o əhvalatı danış da. Xahiş edirəm
danış, Adil də, İlqar
da bilsin.
Bağır həm Adili, həm də məni diqqətlə süzüb sözə başladı:
- Hə, Lənkəranda Turan cəmiyyəti yaratmışdıq. Bura istedadlı gəncləri dəvət etmişdim. Turan ellərinin
birliyi haqqında düşünürdük.
Yana-yana qalırdıq. Lənkərana
getmək üçün mütləq milis şöbəsindən arayış
almalıyıq. Salyanın Şorsulu postunda cənuba gedən sakinlər hansısa bir serjantın təzyiqi ilə üzləşirlər.
Vətəndə vətənsiz olmuşuq.
Taleyə bax ki, Lənkərandan
Astaraya gedən insan
Pensər kəndində mütləq yoxlamadan
keçməlidir. Belə olmaz. Lənkəranda
iki il işlədikdən
sonra oxumaq həvəsi
mənə rahatlıq vermədiyinə görə universitetin jurnalistika
fakültəsinə sənəd verdim. İmtahanlardan yaxşı qiymətlər
alıb qəbul olundum. Yataqxanada
qalırdım. Turan sevdası, Turan eşqi
başımdan getmirdi. Otaq
yoldaşlarımla isti münasibətlər
quraraq fikrimi onlarla bölüşürdüm.
Yavaş-yavaş qonşu
otaqlarda qalan tələbə
yoldaşlarımız da bizə qoşuldular, həmsöhbət oldular. Bəxtiyar Vahabzadənin
"Gülüstan" poemasını tələbələrin
əksəriyyəti əzbər bilirdi. Üçüncü kursda
oxuyan zaman elə beləcə
payız gecəsində məni yatdığım
çarpayıdan necə qamarlayıb götürdülərsə,
bir də özümə qaranlıq bir otaqda gəldim. Heç kim, heç nə demirdi.
Yaxşı ki, paltarlarımı gətirmişdilər.
Məni orada iki gün saxladılar. Yalnız bir
tikə çorək və su verirdilər.
Yataqxanadakı yoldaşlarımı düşünürdüm.
Başıma əcaib-qəraib fikirlər gəlirdi. İki gündən sonra məni
həmin otaqdan çıxarıb
üst-başımı qaydaya
salmağı əmr etdilər. Əl-üzümü yuyub özümü qaydaya saldıqdan sonra məni
qapalı həyətə çıxardılar. Orada qara "Volqa" dayanmışdı. Məni
maşına əyləşdirib gözlərimi qara parça ilə
bağladılar. Sürücü əvvəldən
tapşırıq aldığına görə heç bir sual vermədən maşını hərəkətə
gətirdi. Fikirləşdim ki, məni yəqin
məhkəməyə aparırlar. Sonradan
bildim ki, məni iki gün Dövlət Təhlükəsizlik
Komitəsinin Oktyabr rayon
bölməsində saxlayıblarmış. On-on
beş dəqiqədən sonra
sürücü əyləci basdı.
Yanımda oturan cavan oğlan qolumdan
yapışıb:
-Cəld ol, cəld ol, - dedi.
Bir qapıdan keçdikdən sonra elə pilləkənin astanasında gözlərimə
bağlanan qara parçanı açdılar. Gözlərim qaraldı. Hündür, uzun pilləkənlə yuxarı çıxmağa
başladıq. Bir
az qalxmışdıq
ki, otaqların hansındansa ləzzətli
xörəklərin ətrini
hiss etdim. Mənə elə gəldi ki, xörək qoxularının içərisindən
yağlı borşun
qoxusu daha çox hiss edilir. Ac, zəif adam,
yeməklərin qoxusu,
düşdüyüm vəziyyəti
özünüz təsəvvür
edin. Nəhəng dəhlizdə əllərində
qovluq olan, qara kostyumlu, ağ köynəkli
adamlar gördüm. Məni gətirən adam bir
kabinetin qapısını
döydü, bir az keçmiş içəri daxil olduq. Qəbul otağına oxşayırdı.
Məni gətirən əməkdaş
dərhal otaqdan çıxdı. Orta
yaşlı zabit:
-Bağır Ağayev?- deyə sual
etdi.
- Bəli,- dedim.
Zabit:
-Sizi indi sədr Heydər Əliyev qəbul edəcək, - dedi. Onda bildim ki, məni
Dövlət Təhlükəsizlik
Komitəsinə gətiriblər.
Mənim
bütün vücudum
əsdi. Bilmədim ayaq
üstə qalım, yoxsa oturum.
Köməkçi:
-Əyləşin, - dedi.
Göstərilən yerdə oturdum.
Beş dəqiqə keçməmiş ağ xalatlı bir nəfər əlində sini, içərisində bir kasa borş və çörək içəri girdi. Gətirdiklərini stolun üstünə
qoydu. Qəbul otağındakı zabit dedi:
-Yeyin. Mən tərəddüd içində qalmışdım.
Yuxu görürdüm sanki.
Həmin
zabit baxışlarıyla
təkrar borşa işarə etdi. Mən borşu acgözlüklə
yedim. Dəsmalla əlimi ağzımı
silib çox çətinliklə minnətdarlıq
etdim. Köməkçi heç bir
reaksiya vermədi.
Sanki elə belə
də olmalı imiş kimi öz işi ilə məşğul idi. Birdən açılan telefonun zənginə növbətçi
ayağa qalxdı, dəstəyi götürən
kimi, - oldu, yoldaş sədr, - dedi.
Köməkçi:
- Sizi yoldaş Heydər Əliyev qəbul edəcək, buyurun, - deyə qapıya tərəf işarə etdi. Mən çətinliklə özümü
toplayıb içəri
keçdim. Qapının ağzında dayandım.
Nə edəcəyimi
bilmirdim, birdən Heydər Əliyev tər-təmiz Azərbaycan
dilində:
- Keç otur, -
dedi. Ayağmı sürüyə-sürüyə
keçib əyləşdim.
Heydər Əliyev qarşısındakı qovluğu
vərəqləyə-vərəqləyə:
- Bağır, anana
yazığın gəlmir?
Heç bilirsən hansı yoldasan, - dedi. Qovluğu vərəqlədikdən sonra Heydər Əliyev qəfildən ayağa qalxdı. Ürəyimdə fikirləşdim ki, bu da
sonu, indi işçiləri çağırıb
məni həbs etdirəcək. Lakin belə
olmadı. Heydər Əliyev
mənim qolumdan tutub pəncərə qarşısına gətirdi.
Buradan
Lenin (indiki Azadlıq)
meydanı tər-təmiz
görünürdü. Orada çoxlu əsgər, zabit və hərbi
texnika cəmləşmişdi.
7 Noyabr bayramı
münasibətilə hərbi
parada hazırlıq görülürdü. O, bir qədər meydana baxdıqdan sonra dilləndi:
-Görürsən bu
texnikanı? Bu Sovet hökumətinin
40-50-ci illərdəki cəbbəxanasındandır.
Hansı
güclə bu dövlətə qarşı
çıxmaq istəyirsiniz?
Mən heç bir söz demək
taqətində deyildim. O, yerində əyləşdikdən sonra
sözünə davam
etdi:
- Siz gənclər
oxuyub öyrənməli,
təhsil almalısınız.
Öz hərəkətləriniz barədə
ciddi düşünün.
Tələbənin işi oxuyub
öyrənmək olmalıdır.
Başa düşdün? Gedə bilərsən.
Nə deyəcəyimi bilmirdim. Qapıya tərəf yaxınlaşdım.
Qapını özümə tərəf
çəkməkdənsə irəli basırdım.
Qapı açılmırdı ki,
açılmırdı. Özümü ələ alıb
axır ki, qapını aça bildim. Ayağımı
kandara basmaq istəyirdim ki, Heydər Əliyevin gur səsi eşidildi:
-Bağır, yadında
saxla, burada yağlı borşu adama bir dəfə
verirlər.
Mən Qəbul
otağına keçəndə növbətçinin
yanında cavan bir zabit dayanmışdı. Heç
bir söz demədən
məni birinci mərtəbəyə,
qapının ağzına qədər ötürdü
və "azadsan" - deyib
qapını bağladı. Hə, yağlı borş məsələsi heç zaman yadımdan çıxmır. Universiteti bitirdikdən sonra
bir müddət "Abşeron"
qəzetində işlədim. Yol uzaq olduğuna görə
qəzetdən getdim. Bir
müddət işsiz qaldım. Ensiklopediyaya işə qəbul olunmaq üçün xalq şairi Rəsul Rzaya müraciət etdim. Böyük şair məni
bir qədər sorğu-sual
etdikdən sonra tarix
şöbəsinə işə qəbul etdi.
Mən uzun
müddət Bağırın dediklərini unuda
bilmədim. Tam səmimi deyirəm ki, onun dediklərinə bir az şübhə ilə
yanaşmışdım. Biz onunla dostlaşmışdıq. Əli Kərimbəyli
son nəfəsinə qədər
Bağıra qayğı göstərmişdir. Adil hər dəfə Bakıya gələndə
Bağırı soruşur, imkan tapanda görüşürdü.
1992-ci ildə mən ehtiyatda olan zabit kimi təhlükəsizlik
orqanlarına xidmətə çağırıldım.
DTK-nın köhnə poliklinikasını bizim
xidmətə vermişdilər. İşə gələn zaman yolda tez-tez
Bağırla rastlaşırdım. Zarafatla
soruşurdu:
-Necədi, birin
altdan, birin üstdən
deməmişəm ki?
Xatirimdədir,
Ümummilli lider Respublika Prezidenti Heydər
Əliyevin 75 illik yubileyi
xalqımız tərəfindən böyük
sevgiylə qarşılanırdı. İstedadlı rejissor Vaqif Mustafayev Ümummilli liderin həyat və fəaliyyətindən bəhs
edən çoxseriyalı sənədli filmlər üzərində
işləyirdi. Filmin müəyyən hissəsi Heydər Əliyevin təhlükəslik
orqanlarındakı fəaliyyəti ilə bağlı olduğundan çəkilişlərin müəyyən
hissəsi DTK- nın bir zamanlar
yerləşdiyi inzibati binada
aparılırdı. Həmin vaxt Sərhəd
Qoşunları Milli Təhlükəsizlik
Nazirliyinin baş idarələrindən
biri idi. Çəkiliş
zamanı fasilədə Vaqif müəllim
o zaman mətbuat xidmətinin
rəhbəri Araz Qurbanovun
kabinetində əyləşib çay içirdi. Söhbət əsnasında Vaqif müəllim dedi ki, Heydər Əliyev dövlət təhlükəsizlik
orqanlarında xidmət etdiyi zaman görkəmli ədiblərimizi, bəstəkarlarımızı,
mədəniyyət xadimlərini fəlakətlərdən qoruyub, hifz edib.
Onun xilas etdiyi, qoruduğu sadə adamlar da yəqin ki, olub. Belə bir fakt filmdə çox maraqlı bir epizod ola bilər.
Mən həmin anda
Bağır Ağayevlə bağlı əhvalatı ona söylədim. Vaqif
müəllim bir anlığa fikrə getdi və birdən:
- Onu
tapın, onu tapın, bu
olduqca maraqlı olacaq,
- dedi.
Mən Bağırı
tapıb Vaqif müəllimlə görüşdürdüm. Film
çəkilib ərsəyə gələndə
Bağır Ağayevlə bağlı epizod
çox maraqla
qarşılanmışdı. Vaqif Mustafayev deyir ki, filmə baxış zamanı Ümummilli lider Heydər
Əliyev bu epizodu təbəssümlə
qarşılayıb, Bağır Ağayev
barəsində maraqlanıb. Bayıl qəsəbəsində
uzun illər təmir görməyən evinin qısa müddətdə təmiri
Bağırın ürəyincə olmuşdu.
Böyük şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər
Əliyev 60-cı illərdə bir gəncin
həyatının məhv olmasının
qarşısını belə almışdı, müstəqil
ölkəmizə rəhbərlik etdiyi
dövrdə isə həmin şəxsə diqqət yetirilməsini
tapşırmışdı.
Tərəqqipərvər bəşəriyyət
Azərbaycan xalqının bu böyük oğlunun
xatirəsini yad edir,
adını uca tutur. Böyük dövlət xadimi,
müasir, müstəqil Azərbaycanın
qurucusu və memarı Heydər
Əliyevin adı daim xalqımızın
qəlbində yaşayacaqdır.
İlqar Quliyev
Ədalət.-
2018.- 13 iyun .- S.3.