Böyük ömrün dastanı
Poemadan bir parça
Zəlimxan Yaqub,
Xalq şairi
ONU ZAMAN ÇAĞIRDI
Bir tərəfdə Qarabağ
kənd-kənd talanıb gedir,
Bir tərəfdə Lənkəran
oda
qalanıb gedir.
Eşidəndə adamın
ürəyi al-qan olur
Gah "Ləzgistan" yaranır,
gah
"Talış-Muğan" olur.
Hər fəlakət dalınca
bir fəlakət
doğulur,
Cavad xanın Gəncəsi
od
içində boğulur,
Hər eldə bir qoçu var,
hər mahalda bir lotu,
Sanki dilotu yeyib
danışanlar, dilotu.
Sözü var, əməli yox
ayağı var, əli yox.
Aqillər nişandadı,
ağıllılar hədəfdə.
İki adam əyləşib
bir üzə
gələ bilmir.
Hərəsi bir yandadı,
hərəsi bir tərəfdə
Həsrətini bir ev yox,
oba çəkir,
el çəkir.
Xilskara göz dikib,
xalqın gözü yol çəkir.
Onun adını çəkən
Alır öz ölümünü
gözlərinin altına.
Gözləri baxa-baxa
bu həyatdan
əl çəkir.
Qətlinə fərman verir
ölümünə qol çəkir.
Onun adı gələndə
ağız büzənlər də var.
Qorxusundan girməyə
deşik gəzənlər də var.
"Birdən danışar" deyib
Telefon xətlərini
qırıb kəsənlər də var.
Tərəddüdlər, yalanlar,
şübhələr, ehtiraslar,
Ölümlər, intiqamlar
didişmələr, qisaslar
"O gəlsə, filankəsin
kitabı bağlanacaq,
O gəlsə, filankəsin
lap dədəsi
yanacaq,
O gəlsə, filankəsin
çatdı sona, axırı,
O gəlsə, filankəsin
açılacaq paxırı.
O gəlməsə, millətin
ölüm günü gələcək,
qəbir günü gələcək.
Köç günü, sürgün günü,
Sibir günü gələcək.
O gəlməsə, batacaq
dövlət adlı bir gəmi.
Nə arxası qalacaq,
nə dostu, nə həmdəmi.
Yaşasınmı bu millət,
ölsünmü, ölməsinmi?
Millətin böyük oğlu
gəlsinmi, gəlməsinmi?"
Çəkdi düzü, əyrini
tərəzinin gözündə,
Xoş gündə, xoş saatda
xalqın üzünə baxdı,
Allah iftiranın yox,
haqqın sözünə baxdı.
Ər itirən sonalar
"O gəlməlidir!" dedi,
Oğlu ölmüş analar
"O gəlməlidir!" dedi,
Sinəsi dağlı qalan
Od-ocağı kül olub
Qapısı bağlı qalan
"O gəlməlidir!" dedi.
Toyu yarımçıq qalan,
Gəlinlərin əlində
getməmiş xınası da,
Neçə-neçə şəhidin
ağlayan anası da.
"O gəlməlidir!" dedi.
Xalqın uzağı görən
düşüncəli başları,
Böyük şəxsiyyətləri,
Böyük vətəndaşları
"O gəlməlidir!" dedi,
Əsən külək, axan su,
düşən yarpaq, coşan çay,
Ürəkdən qopan səda,
Könüldən qalxan haray
"O gəlməlidir!" dedi.
Onu zaman çağırdı,
Onu ürəkdə təpər,
damarda qan çağırdı,
Ayağa durmaq üçün
dizində hey qalmayan
Yanı üstə can verən,
Azərbaycan çağırdı!!!
Hökmü budur Allahın:
bir kimsəni
ölümdən
qurtarmaq istəyirsə
Ona qızıl xonçada
qırmızı nar göndərir.
Ürəyi yananları
həyata qaytarmağa
Dağların zirvəsindən
bir ovuc qar
göndərir.
Hökmü budur Allahın:
bir
xalqı, bir milləti,
Yox olmaq bəlasından
hifz etmək
istəyirsə,
O xalqı xilas üçün
Qəlbi Allaha bağlı
bir xilaskar
göndərir.
HEYDƏR
"XALQ!" DEYƏNDƏ, XALQ "HEYDƏR"
DEDİ
Qara imperiya caynaqlarından
Salamat qurtaran tək kişiydi o.
Böyüdü, ucaldı fələklər qədər,
Yerin də, göyün də gərdişiydi
o.
Ağbirçək ananın saçları kimi,
Öpdü ağ pambığı
baxışlarıyla,
Hər yerdə Vətənə xalı toxundu
Torpağa vurduğu naxışlarıyla.
Əlində bərəkət, gözündə
işıq,
Çəkdi qara nefti ağ
yanağına
Dünyanı gətirib qədəmlərinə,
Qaldırdı milləti Tanrı
dağına.
Sahildən-sahilə körpülər atdı,
O əsri bu əsrə bağlamaq üçün
Keçdi birdəfəlik sağlamlığından,
Vətəni salamat saxlamaq
üçün.
Memar baxışıyla baxdı dağlara,
Əridi, yönuldu qranit qaya,
Nəsimi, Cabbarıl, Cavid, Nəriman,
Heykələ çevrilib gəldi
dünyaya.
Gecə də, gündüz də həvəsindədir
Yaz günü, yay günü, qış
günü yoxdu.
Bütün könüllərə səyahətdədir,
İşsiz iş saatı, iş günü yoxdur.
Yüksələn dövlətlə qalxır,
ucalır,
Sünbüllə, zəmiylə ətirlənir
o.
Hər eldə bir şirin xatirə qalır,
Hər yerdə sevgiylə xatırlanır
o.
Sevgi birdən-birə yarana bilməz.
Aylarla, illərlə yığılıb
gəlir.
Gözdən qəlbə köçür, candan ürəyə,
Millətin bağrından doğulub gəlir.
Xalqını dünyaya tanıtmaq üçün,
Səsi qanadlandı altı qitədə.
Bu gün diqqəti var bütün dünyanın
Azərbaycan adlı bir xəritədə.
Məkkədə görmüşdüm o xoş
günləri
Ömrünün ən gözəl
vaxtı sayırdı.
Orda da əl açıb dua yerinə
"Azərbaycan" sözü
pıçıldayırdı.
Çində də görmüşdüm
böyüklüyünü,
Orda ucalmışdı Çin səddi
kimi.
Onu qoruyurdu baxışlarımız,
Vətənin müqəddəs sərhədi
kimi.
"Manas" dastanının min illiyində,
Yaratmaq eşqiylə
aşıb-daşırdı.
Ordaca bizləri yığıb başına,
Qorqud bayramına
hazırlaşırdı.
Zamandan-zamana gələcək səsi,
Bir qaya səngəri daş
qalasıdı.
O mənim xalqımın baş sərkərdəsi,
O mənim yurdumun baş qalasıdı.
Xalq elə güclüdü sevdiklərini
Qaldırar başına, qızıl tac
eylər.
Onun hər sözünü, işarəsini,
Hər ağır dərdinə bir əlac
eylər.
Xalq elə güclüdür, o dirildəni
Əzrayıl heç zaman öldürə
bilməz.
Min dəniz qabara, min çay kükrəyə,
İzini torpaqdan sildirə bilməz.
Oğullar doğular... Bu qoca dünya
Bir də əvəzini gətirməz onun.
Yazar yaddaşına, hafizəsinə,
Heç vaxt zəhmətini itirməz onun.
Qorquda bənzətdi "Dədə" deyənlər,
Kimi "ata" dedi, kimi "ər" dedi,
Ana-bala kimi qucaqlaşdılar,
Heydər "Xalq!" deyəndə,
Xalq "Heydər!" dedi.
Xilaskarın gəlişiylə
alov
yatdı, qan dayandı.
Sanki bir az rahatlandı,
nəfəs dərdi Azərbaycan.
Əldən-ələ keçən dövlət
ortalıqda bazar malı,
Ər kişinin hesabına
yenə ərdi Azərbaycan.
Canı, qanı bahasına,
qazandığı istiqlalın
Müstəqillik meyvəsini
gül tək dərdi Azərbaycan.
Tufanların cilovunu
özbaşına buraxmadı,
Zirvələrə qaya kimi
sinə gərdi Azərbaycan.
Ölüm-itim qorxusu yox,
başçı başda, yerindədi.
Saf arzular qaynağıdı,
təzə-tərdi Azərbaycan.
Öz varını özünə ver,
aşıb-daşsın dəniz kimi,
Dolu qızıl külçəsidi,
parlaq zərdi
Azərbaycan.
Sərkərdələr sərkərdəsi
öz işinin başındadı,
Bir də hardan tapasıdı
belə mərdi Azərbaycan?
Hünərsizlər bacarmadı,
bu Vətəni
saxlamağa,
Öz hünərli oğlu ilə,
hünərvərdi Azərbaycan.
Ədalət.- 2018.- 15
iyun.- S.3.