"60 yaşımın dastanı"
Və yaxud ürəyim ocaqdır,
sinəm buxarı...
Tez, ya gec - insan ömrünün
sonu var. Lakin illərin qocaltdığı,
fəqət axırına
çıxa bilmədiyi
bir şey də var. Ağıllı
söz, hikmətli ifadə, yaşarı deyim, qanadlı el bayatıları. Sınaqlardan uğurla çıxan
zərbməsəllər, nəğmələr,
rəvayətlər və
s. Bütün bunlar insan düşüncəsinin
bəhrəsi, idrak məhsuludur.
Fəzail İsmayıl Böyükkişinin
"60 yaşımın dastanı"
kitabını oxuyarkən
ilk ağlıma gələn
düşüncələr də elə bunlar odlu. Çünki Fəzailin kitabı, doğrudan da çox zəngin faktlara söykənir.
Onun hər bir cümləsində,
şeirlərində, publisistik
qeydlərində çox
dəyəli istinad nöqtələri var. Bu istinad
nöqtələri olmadan
yazmaq heç mümkün deyil. Bəlkə də yazarsan, amma yazdıqlarını üzə çıxarmağa
utanar, xəcalət çəkərsən. Arximed deyirdi
ki, mənə bir istinad nöqtəsi
verin, dünyanı yerindən oyandım.
Şairlər, yazıçılar da poetik fikrin,
bədii düşüncənin
alimləridir. Onlar doğrudan
da, istinad nöqtəsi tapanda, dünyanı fiziki cəhətdən olmasa da, mənəvi cəhətdən silkələyə
bilirlər.
Qələm dostumuz, həmkarımız
Fəzail Böyükkişinin
yeni oxuyub bitirdiyim "60 yaşımın
dastanı" əsəri
həm də ensiklopedik dəyərə
malikdir. Çünki bu əsərdə müəllif təkcə
öz 60 illik ömrünü silkələməyib,
həm də Azərbaycanın tarixində,
incəsənətində, mədəniyyət dünyasında
müstəsna rol oynamış tarixi şəxsiyyətlərin ömür
kitabını vərəqləyib.
Və onların ömür salnaməsindən müasir
mətbuatımız, çağdaş
söz dünyamız
üçün ciddi
əhəmiyyəti olan
epizodlarla oxucunun maraq dünyasını kifayət qədər genişləndirməyə müvəffəq
olub. Kitabda ümummilli liderimiz, müstəqil Azərbaycan
dövlətinin qurucusu
Heydər Əliyev, prezidentimiz İlham Əliyev, I vitse-prezidentimiz
Mehriban xanım Əliyeva, görkəmli
elm və dövlət
xadimi Əziz Əliyev, xalq yazıçısı İsmayıl
Şıxlı, Mirzə
İbrahimov, xalq şairləri Süleyman Rüstəm, Bəxtiyar Vahabzadə, Hüseyn Arif və digər
onlarla görkəmli şəxsiyyətlərimiz Fəzailin
tərəfindən xatırlanır,
onlar haqqında indiyə qədər eşitmədiyimiz maraqlı
əhvalatlar yada salınır. Fəzail Böyükkişi bu əsərində təkcə XX əsri əhatələmir, həm
də tariximizin uzaq keçmişinə boylanır. Tarixi Azərbaycan hökmdarları
və onların həyatından müharibə
şəraitində yaşayan
hər bir azərbaycanlı üçün
qiymətli ola
biləcək hikmət
və ibrət dolu hadisələrin detallarını öz oxucusuna çatdırır.
İndiyədək "Yadda saxlar ellər məni",
"Gedək ata ocağına", "Sökül,
a dan yelim", "O gedən oldu", "Tanrı dərdi mərdə verir",
"Bəs itən qeyrəti kim qaytaracaq?", "Atalı-analı
dünyam", "Sözdən
saray qurmuşam" və s. kitabları ilə fikir dünyamızı zənginləşdirən
Fəzail Böyükkişi
zahirən çox sakit və hər
hansı bir daxili, mənəvi mübarizəyə cəhd
etməyən biri kimi görünür. Bu, onun zahiri əlamətlərinin
təcəssümü ola bilər. Amma bir şair,
bir yazıçı,
lap elə bir jurnalist kimi Fəzailin qəlbi, mənəvi aləmi cəmiyyətin tərəqqisi
uğrunda cəngə,
cihada çıxan bir döyüş səhnəsini xatırladır.
Ən başlıcası isə,
Fəzail həm yaradıcılığında, həm də həyatında ədalətsizliklə
heç cür barışmır. Sabaha son ümidi
üzülsə də,
süfrəsindəki son tikəsinə
gümanı qalsa da, həqiqət axtarışından qalmır.
Və o həqiqət axtarışı
ona bəzən taleyi, həyatı bahasına başa gəlsə də, əqidəsinə, dünyaya
baxışına xilaf
çıxmır.
"60 yaşımın dastanı" kitabı uğurlu bir əsər olmaqla yanaşı, həm də müəllifin tərcümeyi-halı kimi
oxunur. Fəzail Böyükkişi, bir yaradıcı insan kimi dəfələrlə
taleyin zərbələrinə
tuş gəlib. Azərbaycan Dövlət Tibb Universitetini bitirsə də, yaman əllər, yaman dillər ona sevdiyi ixtisası üzrə işləməsinə
imkan verməyib.
Bəlkə də elə
bu səbəbdən bir vaxtlar sevib-seçdiyi
ömür-gün yoldaşından
da ayrı düşüb. İllərin sərt sınağı, həyatın bəd üzü şairi hər zaman ayrılıqlarla sınağa
çəkib. Amma adını
özünə imza seçdiyi əmisi Böyükkişi həyat
yollarında ona daim yardımçı olub. Fəzail unutqan insan deyil. Bir çox şeirlərində,
məqalələrində əmisinin
adını hörmət
və ehtiramla xatırlayır.
Fəzail Böyükkişinin 60 yaşının
dastanı irihəcmli
əsərdir. Kitabın yeganə qüsuru
da elə onun irihəcmli olmasıdır. Nisbətən yaşlı oxucunu belə ağır kitablar yora bilər.
Çünki kitabı vərəqləmək,
o üz-bu üzə çevirmək də oxucudan açıq-aşkar
güc, enerji istəyir. Kitabdakı şeir və
poemalar nəzmin var olan bütün
üsullarında qələmə
alınıb. Onların içərisində
adını müəyyənləşdirə
bilmədiyim, ədəbiyyat
üçün yeni olan bir üslub
da diqqətimi çəkir. "Cavad heyətimdir",
"Məracım" poemaları
da üslubuna görə təzədir.
Kitabda bundan başqa Vətən, Qarabağ münaqişəsinə, yurd
həsrətinə aid şeirlər
də çoxluq təşkil edir. Ən əsası isə şair hər misrasını ağrı-acıyla
dilləndirir. Yəni ortada
bir rəsm, bir tablo yaranır.
Elə bunun adına insan
mənzərələri deyək.
Fəzail yaşadığı ömrün əzablarını
çəkə-çəkə ömrünün bu çağına yetişib.
Elə misraları var ki, bir dəfə
oxumaqla yaddaşa hakim
olur. Məsələn,
Oğrunu
da qınamıram,
Doğrunu da qınamıram,
Sinəmdəki bu dəhşətli
Ağrını da qınamıram.
Heç
kim inanmasa
da,
İnanardı atam, anam.
Mən qəribə şairəm,
Mən qəribə
insanam.
Və yaxud Nəsimi fəlsəfəsini yada salan misralarını misal gətirirəm:
İnsan oğlu,
İnsan qızı,
Heç kəsə,
Heç nəyə
Getməsin xəyalın.
Nə əmələ sahibsənsə,
Üzündən oxunur
Tərcümeyi-halın.
Fəzail Böyükkişi o şairlərdən, o yazarlardandır ki, onun tərcümeyi-halı təkcə əsərlərindən oxunmur, həm də elə simasından oxunur. Vay o gündən ki, insanın kimliyi üzündən oxunmaya...
"60 yaşımın dastanı"ndan yığcam bir şeiri də diqqətinizə çatdırmaq istəyirəm. O şeir ki, müəllifin həqiqətən şair ürəyinə, şair qəlbinə və nəhayət şair istedadına malik olduğunu bir daha təsdiqləyir.
Bu dünyanın hər üzünü,
Əyrisini, düzünü,
Acını, toxunu,
Azını, çoxunu,
Şəddadını, Fironunu,
Homerini, Bayronunu.
Xülasə, əlqərəz,
Kimi desəniz,
Nəyi istəsəniz,
Görmüşəm,
Xirtdəkdən yuxarı.
Ürəyim ocaqdır,
Sinəm buxarı.
...Fəzail İsmayıl Böyükkişi
təmənnasız bir insandı. Qəlbi
işıqlı, niyyətləri saf
şairlərimizdən biridir. Cəmiyyətdən
çoxlu gileyi,
şikayəti də var. Olsun!
Amma bir xoşbəxtlik
də var ki, Fəzail
Azərbaycan ədəbi fikir tarixində sözünün yiyəsidir. Dedikləri də
özü kimi haqq və dürüstdür.
Yüzlərlə qələm adamı yığışa,
Fəzailin mənəvi, ədəbi portretini
özü qədər kamil
cıza bilməz: "Ürəyim ocaqdır, sinəm
buxarı"...
Ədalət 2018.-
2 mart.- S.6.