Kamal Abdulla: “Sözlük lüğəti əvəz edə
bilməz”
akademik Kamal Abdullanın sim-sim.az
saytına verdiyi müsahibəni təqdim edir:
– Kamal müəllim, bildiyiniz kimi AMEA-nın Dilçilik İnstitutu tərəfindən "Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin yeni nəşri hazırlanaraq AMEA rəhbərliyinin təşəbbüsü ilə ictimai müzakirəyə verildi. Bu haqda dilçilər və dilçi olmayanlar arasında çoxlu polemikalar oldu, mətbuatda Lüğətlə bağlı elmi və publisistik yazılar dərc olundu. Çapa hazırlanan bu Lüğətlə bağlı sizin də fikirlərinizi öyrənmək istərdik.
– Lüğətlə bağlı fikir söyləyənlər Lüğəti əvvəldən axıradək oxuyub sonra fikir söyləməməlidirlər. Bu haqda danışanlar daha çox onu sübut etməyə çalışırlar ki, hansısa söz lüğətdə öz əksini tapmalı, hansısa öz əksini tapmamalıdır. Amma adi məntiq var. Orfoqrafiya lüğəti nağıl kitabı deyil ki, əvvəldən axıracan oxuyasan. Sənə lazım olan sözü tapıb, düzgün yazılışını görürsən – bununla məsələ bitir. Yerdə qalan təfərrüatdır. Bəzən "gileylənirlər”: lüğətdə sözlərin sayı çoxdur və bu sözlərin bəzisi dilimizdə öz əksini tapmayan sözlərdir. Əslində, məsələnin bu cür qoyuluşu da düzgün deyil. Söhbət bütöv dilimizdən yox, dilin işlək dairəsindən gedə bilər.
Tutaq ki, bu sözlər sənə (tənqid edənə) lazım deyil, amma başqasına lazım ola bilər, o hansısa bir sözün düzgün yazılışını öyrənmək istəyə bilər. Ona görə də haqqında danışdığımız lüğət söz sayına görə dilin işlək dairəsinə daxil olan sözlərin sayından çox olmalıdır. Ümumiyyətlə, Orfoqrafiya lüğəti dilin söz lüğətinə bərabər olmamalıdır. Orfoqrafiya lüğətində dildən, yazıdan "keçən” hər cür söz öz əksini tapmalıdır ki, doğru yazılışı ortaya qoysun. Ona görə də Orfoqrafiya lüğətində əksini tapan sözlər həm də yazıçıların, söz adamlarının dilə gətirmək istədikləri (amma bəzən dildə təsbit olunmayan) sözləri də əhatə etməlidir. Bu səbəbdən Orfoqrafiya lüğətinə "bu söz dilimizdə yoxdur” iddiası ilə yanaşmaq düzgün deyil. Həmin söz sənin işlək dilində olmaya bilər.
– Sonuncu dəfə 2013-cü ildə çap edilən Orfoqrafiya lüğətinin əhatə etdiyi sözlər və onların dildə işlənmə tezliyi ilə bağlı da müxtəlif fikirlər səsləndi, ümumilikdə, Orfoqrafiya lüğəti dildəki bütün sözləri əhatə etməlidirmi və ənənəvi orfoqrafiya lüğətlərinin tərtib prinsipləri necədir?
– Bu suala qismən yuxarıda cavab verdim. Məsələnin mahiyyətini ciddi şəkildə anlamaq istəyənlərə aydındır
ki, lüğətin sözlüyü tərtib
edənin xülyasının
məhsulu deyil, bu sözləri tərtibçilər uydurmurlar.
Lüğətdəki sözlər Azərbaycan
dilinin ədəbi-bədii,
elmi, publisistik materiallarından çıxarılır.
Bu təbiidir. Çünki lüğətin məqsədi dildəki bütün sözləri
– təsbit olunmuş və ya olunmamış
sözləri əhatə
etməkdir. Bu hal qanun kimidir.
Ona riayət etmək məcburidir.
– Kamal müəllim, qeyd etdiyiniz kimi orfoqrafiya lüğəti
yazılış üçün
bir qanundur. Amma Orfoqrafiya lüğətindən başqa
"Azərbaycan dilinin
işlək orfoqrafiya
sözlüyü” adlı
bir kitab da Tərcümə Mərkəzi tərəfindən
nəşr edildi. Bu məqamda Sözlük
Lüğətə qarşı
çıxdı. Bu Sözlük
yazılış qanunu
olan Orfoqrafiya lüğətinə alternativ
ola bilərmi?
– Adından da göründüyü kimi Sözlük dildəki işlək sözləri əhatə
edir. Bu tam Orfoqrafiya
lüğəti sayıla
bilməz. Dediyim kimi
Orfoqrafiya lüğətində
işlək və işlək olmayan sözlər öz əksini tapmalıdır.
Biz yalnız müasir
dilimizdə işlək
olan sözlərin düzgün yazılışını
axtarmırıq, eyni zamanda tarixən dilimizdə işlənən,
hətta arxaik sözlərin də düzgün yazılışını
axtara bilərik.
Buna görə də adı çəkilən Sözlük
Lüğəti əvəz
edə bilməz.
Hətta əvəz etmək iqtidarında olduğu sahə üzrə də alternativlik iddiasında ola bilməz.
İndiki halında isə,
faktiki, bu qanuna alternativ kimi bir şeydir.
Başqa bir müstəvidə bunun adına nə deyilir – təsəvvür
etmək çətin
deyil.
– Dil dəyişir, bəs yazılış niyə dəyişməsin?
Lap elə ingilis, fransız, alman
təcrübəsini (dəyişməzlik
prinsipini) yada salaq. Bu dillərdən
fərqli olaraq, bizdə orfoqrafik qaydalar fonetik prinsip əsasında formalaşır. Biz dilimizdəki fonetik dəyişkənliyi Lüğətdə
əks etdirməliyik?
– Elə buna görə Nazirlər Kabineti Orfoqrafiya lüğətimizin
5 ildən bir yenilənməsinə qərar
vermişdir. Bu o deməkdir ki, hər 5 ildən bir dilimizin orfoqrafik
qaydaları ilə bağlı hər hansı təklif və ya düzəlişlər
müzakirələrdən sonra cilalanaraq Lüğətə daxil edilməlidir. Belə müzakirələr
Akademiya rəhbərliyi
tərəfindən keçirildi
və gələcəkdə
də keçiriləcəkdir.
Bu son dərəcə vacib bir məsələdir.
Onu da qeyd etməliyəm ki, həmin Sözlükdə
bir çox məsələlər bir-birinə
qarışdırılmışdır.
Hətta
sözlük tərəfdarlarının
Lüğətdə mövcud
olan guya yalnışlıqlar barədə
irəli sürdükləri
müddəalar Sözlükdə
də təkrar olunmuşdur. Bunu asanlıqla
sübut etmək olar.
– Kamal müəllim, bu Sözlüyün belə qısa müddətdə hazırlanıb
çap edilməsi nə dərəcədə
ağlabatandır?
– Qətiyyən
ağlabatan deyil. Lüğət, Sözlük yazmaq
hədsiz dərəcədə
çətin bir prosesdir. Hətta Sözlüyün belə tələm-tələsik,
əlimyandıda 35 min sözü
əhatə edən bir həcmdə işıq üzü görməsi uşağa
da aydındır ki, mümkünsüzdür.
Heç
bir orijinal lüğət hətta bir institut tərəfindən
də belə qısa müddətə hazırlana bilməz.
– Bəs o zaman hazırda cəmiyyətə
təqdim edilən
"Azərbaycan dilinin
işlək orfoqrafiya
sözlüyü” nədir?
– Sözlük əməlli-başlı, yumşaq
desək (bircə Afaq Məsud faktoru olmasaydı tam kəskinliyi ilə hələ nələri ortaya qoymaq olardı)
plagiatdır.
Ədalət
2018.- 2 mart.- S.3.