Kəmalə
Abıyeva
Yağış
Yağış yağır bu şəhərə, gör nə gözəl bir gecədir,
Bir sən, bir mən bu şəhərdə, bir də yağışlı gecədir.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış.
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir,
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bəlkə göylər bu torpağa sevgisindən söhbət açır,
Yağış yağır, bu şəhərin gözlərindən yuxu qaçır.
Bu şəhər də, bu yagış da, bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan o səhər də bizimkidir.
Saçlarında, əllərində damcıların parıltısı,
Qəlbimizə axıb gedir bu yağışın pıçıltısı.
Yağış yagır bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
Bu gün göylər nəğmə deyir, ürəyində sözü varmış,
Bu məhəbbət nəğməsini görən hardan bilir yağış,
Yağış yağır, bu ki, göyün sevgimizə heyrətidir.
Bəlkə yağan yağış deyil, könlumuzun həsrətidir, həsrətidir.
MƏKTƏB
İLLƏRİ
Geyimimiz, hüququmuz bir idi,
Şagird idi hamımızın adı da.
Elə bil ki, boyumuzda eyniydi,
Aman Allah, nə
xoşbəxtdik biz onda.
Bir müəllim töhmətiydi
dərdimiz,
Bir töhmətdən
için-için yanardıq.
Hələ onda bilmirdik ki, bunu biz,
Bir gün necə həsrət ilə anarıq.
Dünya
hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq,
yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.
Məktəb illəri...
Ömrümün ən şirin duyğulu qayğısız
günləri...
Hər anı bir ömrə
bərabər sehirli günləri...
Ən təmiz arzulu günləri...
Hələ onda bu dünyanın şərindən,
Yalanından xəbərimiz yox idi.
Qəm-qüssəmiz, kədərimiz
bir damcı,
Hələ onda sevincimiz çox idi.
Yazılanı bir silgiylə pozmaq da
Bizim üçün nə asandı, nə asan!
Xəbərsizdik ömrümüzə biz hələ
Tale yazan pozulmayan yazıdan...
Dünya
hələ bizim üçün nağıldı,
Min arzuyla alışırdıq,
yanırdıq,
Özümüzü biz hamıdan ağıllı
Özümüzü nə bəxtəvər sanırdıq.
Ədalət 2018.- 8 mart.-
S.6.