ƏDƏBİ ADLAR: ANAR

 

Ömrün 80-ci mərtəbəsi...

 

Bir insanın ömrünə neçə fəslin sığacağına zaman həmişə qərar verə bilmir, çünki özünü təqvimlərə, aylara, günlərə, saatlara məhkum edən zamanın da çərçivələyə bilmədikləri var. Bu çərçivəyə sığmayıb bütün zamanlarda adını yaşadan şəxsiyyətlər var... Adətən dünyanın böyük ölkələrinin belə dahilərindən canfəşanlıqla yazar, tərənnüm edərik. Amma özümüzü kiçik görməyimiz olsa-olsa Qacar kimi düşmənləri sevindirər. Halbuki "ayağı çarıqlı kiçik ölkə”mizdən dünya ədəbiyyatına neçə-neçə adlar bəxş etmişik. Balaca ölkənin böyük dahilərini öz adlarına çıxmaq istəyən qədər ölkə var... Nizami, Füzuli, Nəsimi, Xaqani dünya ədəbiyyatının klassikasında öz qızıl taxtlarını çoxdan qurublar, bu öz yerində. Amma XX əsr Azərbaycan ədibləri dünya ədəbiyatını alovlandırmaq gücündə olan söz rüzgarı ola biliblər. Bundan sonra da olacaqlar, buna heç kimin şübhəsi olmasın. Təki özümüz özümüzə inanaq, istedadımızı baltalamayaq. Güzgü qarşısında dayanıb öz gözəlliyinə inanmayan qadın misalı, qədər özündən bixəbər olan (na)kəslərimiz var ki, elə onları da qələmimizin gücünə inandırmalıyıq. İşdir, biz bacarmasaq, onsuz da zaman özü bunu həll edəcək. Bu günü deyə bilmərəm, çünki indi dünyanın hər yerində yazarlar şöhrət üçün yazırlar. Nədəndisə, bir əminliyim var: yaşadığımız əsrə qədər şöhrət üçün yox, ancaq ədəbiyyat üçün yazıb, sonra da əsərlərini zamanın arxivinə verirdilər. Çünki uzaqgörən yazıçı ən yaxşı kitabçının, ədəbi tənqidçinin Zaman olduğunu yaxşı bilir. Yalnız O qərar verir ki, kim illəri aşacaq, kim heç əllərə gəlməyəcək.

 

Zamanla çiyin-çiyinə addımlayan, artıq onun sınağından keçmiş daha bir azərbaycanlı var – uşaqdan böyüyə, ədəbiyyata yad, doğma hər kəsin tanıdığı, sözün həqiqi mənasında mənsub olduğu xalqının yazıçısı Anar... Ömrünün 80-ci baharını başlatdı. Bir dəfə daha bir böyük qələm ustadımız Bəxtiyar Vahabzadənin 80 illik yubileyi münasibətilə ona belə bir sual verdilər: "80 il yaşamaq deməkdi? Dönüb arxaya baxanda görürsünüz Şair maraqlı bir cavab verdi: "80 il nədi, cəmi 8 saniyəyə hər şey gözümün önündən keçir. Özüm məəttəl qalıram ki, bu qədər ömrü necə yaşamışam?!” Əlbəttə ömür nərdivanının aşağı pillələrində olanlar bunu anlamaz. 80 ilin adı belə ürküdücü gəlir. Təkcə son on ildə qədər texnoloji yeniliklər, dünyəvi dəyişikliklər olub. Görün 80 ilə nələri sığdırmaq olar! Hələ üstəlik yaradıcı adam olasan; daim müşahidə edəsən, zehnin dünyaya açıq olsun... O zehindən gəlib-keçən hər şey, hər kəs sonra qələmə süzülsün, kağıza köçsün. Bilmirəm, Anar özü bunu hesablayıbmı? Riyaziyyatçı olsaydım, hesab tutardım: görəsən indiyə qədər neçə söz yazıb, neçə hərflə qələmdavası aparıb? Ümumiyyətlə rəqəmlərə sığırmı? Bunu özünə sual vermək olardı, amma ona vermək istədiyim bütün suallar içimdəki sandıqda saralıb. Niyəsini bilmirəm, halbuki onun kitablarını əlimə aldığım uşaqlığımdan bəri bu böyük yazıçıdan müsahibə almağı düşünmüşəm. Sonralar dəfələrlə fürsət düşüb. Yazıçılar Birliyində, tədbirlərdə üz-üzə gəlmişik. Hər dəfə təxirə salmışam. Hər dəfə "vaxtı deyil” demişəm. , mən zamanla çilingağacı oynayanlardanam...

 

Dediyim kimi, uşaqlıqdan oxuyub doymadığım yazıçılardandı. İlk dəfə " liman”ını oxuyanda öz-özümə demişdim ki, "Elə bil adamın ürəyini oxuyur. Kitabını oxuyan adamın həmin an düşündüyünü bilir”. Onun mistik realizmi həqiqətən oxucuda belə bir hissiyat yaradır ki, sanki Anar yazmır, o özü hal-hazırda kiminsə duyğularını oxuyur. Mistikası da bundadı: hətta illər öncə yazılmış əsərlərini ələ alanda dərhal müəllifi ilə duyğu kontaktına girirsən, anında hisslərini bölüşürsən. Anar bəlkə azsaylı yazıçılardandır ki, onun ədəbi sərvətindən oxucular yetərincə bəhrələnib, hərə özünə bu sərvətdən pay ala bilib. Bəzilərinin yaradıcılığına işıq tutub, bəzilərinin ədəbi zövqünü oxşayıb, bəziləri bu əsərlərdə özünü tapıb... Ən əsası, bu zəngin yaradıcılıq xalqının, ümumilikdə onu oxuyan hər bir millətin ruhunu oxşayıb. Hətta bu gün ona çamur atıb, gözdən salmağa çalışanların da... Bu gün silahını bu ədəbi qayaya tuşlayanların bir çoxunu erkən gənclik illərindən tanıyıram. ... Anarın kitablarını qucaqlayıb yatdığını, yemək yeyərkən belə ayrılmadığını, onun ssenarisi əsasında çəkilmiş filmlərini o vaxtın təkcə bir kanalında həsrətlə gözlədiklərindən xəbərdaram. Guya zamanla, ədəbiyyatı incələdikcə Anarın böyüklüyünü kiçiltmək istəyənlərin dar ədəbi düşüncələri isə günümüzün şöhrət iddiasında sabun köpüyü kimi parlayıb sönəndir. insanın, təbiətin silahı qayadan heç qopara bilməz bütün zamanlarda daş susqunluğu ilə qarşısındakını kölgəsində uyudar.

 

Anar ədəbiyyatda fərqini öz mistik, fəlsəfi düşüncələri ilə qoydu. Daha bir fərqi isə bu fəlsəfi düşüncələrin sadə dillə, hər bir oxucuya əlçatan olması idi. Qeyd etdiyim kimi Anarın istənilən əsərini oxuyanda özünü ifşa olunmuş kimi hiss edirsən, sanki bu əsəri yazarkən Anar məni tanıyıb, gizli duyğularımı qələmə alıb deyə, düşünürsən. Belə olmasaydı, ötən əsrdə , bu gün onun ən məşhur qəhrəmanlarından olan Təhminə uğrunda mübarizə getməzdi, "Anarın Təhminəsi mənəm” deyənləri qınamalı deyil, çünki yazıçının təxəyyülü insan övladının gündəlik yaşayışından tutmuş, dörd divar arasındakı şəxsi həyatına, içinə həbs etdiyi gizli duyğularına qədər yol tapa bilir. Odur ki, qınaqlara tuş gələn Təhminə Zaurun məhəbbəti, Əsmərin bütün həyatını kölgələyən yanlış qərarı, özünü sənətə qurban verib dəyərini almayan qoca aktyorun nisgili, səsinə aşiq olub xəyali abidəsini yaratdığımız telefon sevgilisi – hər birimizin bir parçasına çevrilməyi bacarıb. Anarın beşmərtəbəli evin altıncı mərtəbəsində qurduğu sevgi dünyası, bu üzdən əlçatmaz olub – bu mərtəbəyə qalxmaq istəyənlər isə qolunda güc tapmayanda yarıda qalıb, vaz keçiblər, sonra da atdıqları xırda daşlarla səmaya açılan pəncərədə iz qoymaq istəyiblər.

 

Anar Azərbaycanda bəlkə əsərlərinə ən çox film çəkilən yazıçıdır. Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu teatrlarında yazıçının pyesləri tamaşaya qoyulub. "Şəhərin yay günləri”, "Adamın adamı”, "Səhra yuxuları”, "Təhminə Zaur”, "Keçən ilin son gecəsi”, "Qaravəlli” tamaşaya qoyulub. Onlarla filmə ssenari yazıb, "Dantenin yubileyi” filminin, iki hissəli "Üzeyir ömrü” "Qəm pəncərəsi” filmlərinin quruluşçu rejissoru Anar özüdür.

 

Bu günlərdə yazıçı 80 illik yubileyi ilə əlaqədar xanımı ilə bir verilişə qatılmışdı. Aparıcının bir qeydi məni xoş təəccübləndirdi: "Təhminə Zaur” tamaşası Azərbaycan Dram Teatrında yeganə tamaşa olub ki, onun hər göstərisində bayırda Təcili Yardım maşınları dayanıb. Daha bir maraqlı fakt – Müstəqil Azərbaycanın Milli Məclisinin ilk iclasını da Anar açıb. Bu da yazıçıya olan etimadın, sevginin bir göstəricisi idi – xalqın hakimiyyətin ilk müstəqil sözü ona verilib...

 

Şəfiqə ŞƏFA

 

Ədalət  2018.- 16 mart.- S.8.