ÜÇÜNCÜ "DİVAN"

 

ƏDƏBİ HƏYAT

 

Azərbaycan klassik poeziyasında Divan bağlamaq, bütün şeir külliyyatını müəyyən qaydalar çərçivəsində bir araya toplayıb təqdim etmək ənənəsi XI əsr şairi Qətran Təbrizidən başlayıb. Sonrakı əsrlərdə bu ənənə davam edib. Qazi Bürhanəddin, Cahanşah Həqiqi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi ustad şairlərin şeir divanları məşhur olmuşdur.Hər bir Dtvan Allaha, peyğəmbərə, imamlara yazılan qəsidələrlə (nət, minacat) başlayır, Divandakı şeirlər ərəb əlifbası sırası düzülür. Bu, əsasən, qəzəllərə aiddir. Divanda qəsidə, mürəbbe, rübai, müxəmməs, müstəzad, müsəddəs digər klassik şeir formaları da yerləşdirilir.

Müasir dövrdə, yəni son qırx-əlli ildə Divan bağlamaq ənənəsi yenidən dirçəliş tapıb. Hacı Ələmdar Mahirin, Fazil Şahinin, Güularə Munisin, Müzəffər Şükürün, Ənvər Nəzərlinin şeir divanları klassik Divan ənənəsinin yeni tərzdə davamı kimi diqqəti cəlb edir. Cəlilabadda yaşayan Mirkamil Mirxəliloğlu da artıq üçüncü Divanınını oxuculara təqdim edib.

O, yeni Divanında da özünü mükəmməl Divan şairi kimi sübut etməyə can atır. Bəzi qüsurlarına baxmayaraq o, klassik ənənələrə sadiq olduğunu sübut edir. Divan dibaçə (giriş) ilə başlanır sonra müvafiq qaydalara əsasən qəzəllər, qəsidələr, müstəzadlar, tərcibəndlər, tərkibbəndlər, mürəbbelər, müxəmməslər, müsəddəslər, saqinamələr, məsnəvilər, mərsiyələr gəlir. Amma əsas yeri qəzəllər tutur.

Şərq ədəbiyyatında ən çox işlənən demək olar ki, əsrlər boyu şeir formaları içərisində populyarlığını itirməyən qəzəlin vətəni Ərəbistandır.

Orta əsrlərin ədəbiyyat nəzəriyyəsinə dair kitablar içərisində ilk dəfə qəzəlin tərifinə IX-X yüzilliklərdə yaşayıb-yaratmış Qüdamə ibn Cəfərin "Nəqd-əş-şeir" əsərində təsadüf edirik: "Qəzəl-gbu məhz məhəbbət deməkdir, qadınlara olan çılğın sevgi haqqında hekayətdir".Amma illər, əsrlər keçəjək, qəzəlin mövzu dairəsi genişlənəjək, dini, fəlsəfi, ijtimai-siyasi s. temalarda da bu canrın gözəl nümunələri yaranacaq. Azərbaycan ədəbiyyatında ilk qəzəl nümunələriqi XI əsrdə Qətran Təbrizi yaratmışdır. Sonrakı əsrdə isə Nizami Gəncəvi, Xaqani Şirvani, Əbülüla, Fələki, Mücirəddin Beyləqani, Qivami Mütərrizi kimi qəzəl şairləri öz istedadlarını nümayiş etdirmişlər.

Füzulinin "Leyli Məjnun" poemasında "Qəzəldir səfabəxşi-əhli-nəzər, Qəzəldir güli-busitani-hünər. Qəzəl de ki, məşhuri-dövran ola, Oxumaq da, yazmaq da asan ola" misraları qəzəlin necə populyar, insan hisslərini, həyata, gözəlliyə münasibəıtini ifadə edən bir canr olduğunu sübut edir.

Mirkamil Mirxəliloğlu deyir ki, məni klassik poeziyaya, qəzəl dünyasına məhəbbətim ilk gənclik illərindən başlayıb. Ən çox oxuduğum şair Seyid Əzim Şirvani idi.

Mövti cismani ilə sanma mənim ölməyimi,

Seyyida, ölmərəm, aləmdə səsim var mənim.

 

Mirkamil Mirxəliloğlu da Seyid Əzimdən, onun qəzəl yaradıcılığından ilham alaraq bu canrda qələm sınamağa jəsarət edir. Özü qəzəllərini ustada hörmət əlaməti olaraq Seyyil təxəllüsünü götürür. Əlbəttə, Mirkamil Seyid Əzim zirvəsinə yüksələ bilməz, bunu özü etiraf edir. Amma onun qəzəllərində Seyid Əzim ruhu yaşayır.

 

Xəyali-vəslinə mən hər gecə mehman oluram,

Böylə zövqümlə gülüm, məşhuri-dövran oluram.

 

Sidqirni gəl yara bağla, ey könül, nar istəmə,

Haqq olan varlığı tap, özgə olan yar istəmə.

 

İntizardan bağrımın qan qönçəsi xəndan olub,

Jaləsi qan ağlayır bu halıma, ey nazlı yar.

 

Qəzəllərindən hiss olunur ki, Mirkamil klassik poeziyaya, xüsusilə, qəzəl yaradıcılığına yaxşı bələddir, qəzəllərində əruzun müxtəlif bəhrlərindən, ölçülərindən istifadə edir, əksərən klassik qəzəl leksikasına sadiq qalır. Qəzələ məxsus olan musiqililik, ritm poetik səliqə-səhman onun şeirlərində əsaslı şəkildə hifz olunur. Özü çalışır ki, bir qəzəldə beytlər arasında məntiqi ardıcıllıq prozulmasın, rabitə qırılması,

Mirkamilin qəzəllərində əsas mövzu eşqin tərənnümüdür. Təbii ki, onun təsvir etdiyi Aşiq bu günün insanıdır, amma bu Aşiq bu günün eşq-məhəbbət duyğularını klassik poeziya ənənələrinə uyğun olaraq dilləndirir. Elə bil ki, bu günün Aşiqi Füzuli, Seyid Əzim dövrlərindəki qiyafədədir.

Röyamda sənin xətt olan ruxsarına baxdım,

Yuxum biyaban oldu ki, seyranına baxdım.

Qovruldu ürək, könlümü yəğmayə çəkəndə,

Ondan ötüşüb köksümün ümmanına baxdım.

 

Əgər belə demək mümkünsə, Mirkamilin qəzəllərində biz müasir Məcnunun könül dünyası ilə tanış oluruq. Onun şikayətləri xoşdur, sevincləri .

Aşiq bu sevgidən zövq alır, həyatını sevgidən ayrı təsəvvür etmir.

 

Zülfünü həlqə edib boynuma salmır, xoş olam,

Mənə qəsd etmək üçün bağrımı al qanə çəkir.

 

Bax atəşimə kənaridən, həzz al,

Gündüzlər məşələm, gecələr çıraq.

 

İndi XXI əsrdir ıə bizim qəzəl yazan şairlərimizin əksəriyyəti oxujuların anlayacağı, başa düşdükləri dildə şeirlər yazırlar. Çünki qəzəldə xəlqilik, sadəlik onun əsas dil faktorudur. Mirkamilin qəzəllərində iki meylə rast gəlirik. Bir qisim qəzəllərində o, sadəliyə meyl edir, olsun ki, həmin qəzəllərdə bir neçə ərəb, fars sözləri diqqətdən yayınmasın, amma oxucu üçün çətinlik yaratmır. Ən əsası budur ki, Mirkamil Mirxəliloğlunun üçüncü Divanında gözlərimiz qarşısında yeni qəzəl şairi ilə tanış oluruq. Onun qəsidələri bədii təsvir vasitələrinin rəngarəngliyi ilə diqqəti cəlb edir. Müxəmməsləri , müsəddəsləri , rübailəri, mürəbbeləri maraqla oxunur. Mürəbbe (dördlük), adından da göründüyü kimi hər bəndi dörd misradan ibarət olan şeir növüdür.Klassik şairlərimizin əksəriyyəti bu şeir şəklindən istifadə etmişlər. Ən klassik nümunə Füzulinin mürəbbeləridir. "Qeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?-misrpası ilə başlayan mürəbbeni yəqin ki, xatıfrlayırsınız. Bu mürəbbe "Leyli Məcnun" poemasında Məcnunun diliylə söylənilir.Mirkamil cəhd edir ki, bu janrda öz məharətini göstərsin:

 

Dilbər, sənin o çeşmindəki nazına qurban,

Bülbül misalı dilində avazına qurban,

Həm qışına, hər yayına, həm yazına qurban,

Qurban sənə, ey sevgili canan, sənə qurban!

 

Müsəddəs (altılıq) qədim şeir şəkillərindən biridir. Mirkamil bu şeir şəklinə müraciət edib.

Üçüncü divanın sonu Allaha müraciətlə bitir:

 

On səkkiz aləmi yoxdan var edən,

Məni bu dünyaya sənsəne gətirən.

Yaratdın köksümdə ilham dəryası,

Orda qərar tutdu sözün əlası.

 

Arzu edirəm ki, Mirkamil Mirxəliloğlunun "ilham dəryası" həmihə coşsun-çağlasın, klassik poeziyaya məhəbbətini azalmasın, şeirlərində həmişə yeniliklərə, orijinal bədii təsvir vasitələrinə müraciət etsin.Bir az da sadə yazsın. Çünki onun divanında hələ çətin başa düşülən sözlər, ifadələr gözdən yayınmır, bəzən məna şeirin formasına qurban gedir, bunları aradan qaldırmaq olar. Bundan başqa, qəzəllərdə ancaq bir motiv nəzərə çarpır-EŞQ. Başqa mövzulara da müraciət etmək lazımdır. Mirkami lbu iradları da yəqin ki, biganə qalmayacaq. Hər halda, uğurlar arzulayaq!

 

Ədalət  2018.- 17 mart.- S.15.