QƏRBİ HUN İMPERATORLUĞU

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Böyük Hun imperatorluğu iki hissəyə parçalanmışdı: quzeygüney hun dövlətlərinə. Müvəqqəti ərazi bütövlüyünü itirən və Çinə məcburi tabe olan bu dövlət qısa bir müddət ərzində öz itkilərini geri qaytara bilmişdi.

Sienpilərin təcavüzü nəticəsində Quzey Hun dövləti 147-156-cı illərdə öz müstəqilliyini itirir. Bu məğlubiyyətdən sonra Quzey hunları kütləvi surətdə Qərbə tərəf çəkilib burda Cici xan Hunun Xəzər dənizinin və Qazaxıstan səhralarında məskunlaşan xanları ilə birləşdilər. Hun qəbilələrinin bu bölgəyə köç etməsi I əsrin sonlarından başlayaraq II yüzilin ortalarına qədər davam etdi. bu bölgədə birləşən hun türkləri yenidən güc toplayıb qüdrətli bir dövlət qurdular. Tezliklə onlar Aral və Xəzər dənizlərinin arasında yerləşən Alan ölkəsini də ələ keçirdilər. Əvvəl İtil (Volqa) ətrafında yerləşən hunlar, sonralar Qərb istiqamətində yayılmağa başladılar. Asiyadakı Hun tanhularının və onların xanədanına mənsub olan şahzadələrin qurduğu Hun dövlətinin Qərbə doğru sərhədlərinin genişləndirilməsinə yeganə bir mane Qara dənizin şimalında məskunlaşan Gemhen tayfalarından olan qotlar idilər. Ostroqotlar (şərq qotları) Don-Dinyapər çayları arasında, vizoqotlar isə onlardan qərbdə yerləşmişdilər. Bu tayfalar da germanlara tabe idilər. Bunlardan başqa bu bölgədə iranlı və islav icmaları da var idi.

Beləlilklə, türklər onların maneələrini aradan qaldıra biləcək bir başçı seçmək arzusunda idilər. Böyük Asiya Hun imperatorluğunun şahzadələrindən biri Balamir 347-ci ildə Volqa Hun dövlətinin başçısı seçildi. Balamir Metenin 15-ci, Cici Tahunun isə 9-cu varisi idi. Qüvvələrini toplayan Balamir çox sürətlə Qərbə tərəf irəliləyib Ostroqot dövlətini yıxır. Bu ağır məğlubiyyətə dözə bilməyən Ostoqot kralı özünə qəsd edir. Onun yerinə Balamir Hunimundi təyin edir. Hunimund hun ağızlı, yəni, hunların ağzından çıxan əmrlərə tabe idi. Bu ad ona Qot kralı seçildikdən sonra verilmişo, tarixdə bu adla iz qoymuşdu.

Balamir 375-ci ildə cəngavər süvarilərinin köməyi ilə o vaxtın ildırım savaşı ilə vizoqotlara qalib gəlir və Dinyapər çayı kənarında yerləşən bu dövləti də işğal edir. Vizoqot kralı Atanarixonun tabeliyində olanlar kütləvi surətdi OrtaŞimali Avropaya üz tuturlar.

Hunların hücumu nəticəsində başlayan köçlər TunaRihin çaylarını aşaraq Roma imperatorluğunun şimal sərhədlərinə çatır. Və bu imperatorluğun şimali əyalətlərində iğtişaşa, ixtilafaböyük üsyanlara səbəb olur. Roma və Qərb tarixçilərinin göstərdiyi "barbarlar" tayfası elə hun hücumlarına tab gətirə bilməyən germanlar, vandallar, alanlar, tehudlar, firənglər, hörüllər tayfaları idi. Bu tayfaların qoyub qaçdığı torpaqlarda hunlar yerləşir və beləliklə də, öz sərhədlərini genişləndirirdilər. Qaça bilməyənlər isə bu dövlətin qayda-qanunlarına tabe olub orduya yazılırdılar. Hun atlıları Qərbə doğru çəkilən tayfaların gələcəkdə cəmlənib birləşməsinə və Romanı bu tayfaları öz hakimiyyəti altına almasına əngəl olmaq üçün hərbi əməliyyatlarını dayandırmayıb, əksinə, daha da gücləndirirdilər. Gözlənilməz hücumları ilə sərhədləri get-gedə genişləndirirdilər. Beləliklə, bütün german tayfalarını özünə tabe edib yaz aylarının birində Tunanın daşdığı bir vaxtda çayı keçib Roma torpaqlarına soxulub Trakiyaya qədər irəliləyirlər.

Roma imperatoru Sodosios 395-ci ildə öldü. Həmin ildə hunlar Roma torpaqlarına iki istiqamətdən hucma keçirlər. Bir tərəfdən balkanlara qalib gəlib Trakiyanı ələ keçirir, o biri tərəfdən isə irimiqyaslı hucmla Qafqaz dağlarını aşıb Anadolu torpaqlarına daxil oldular. Bu uğur iki hun başçısının Basıq Qursıqın səyi nəticəsində qazanıldı.

Beləliklə, hun atlıları Qarasu Fərat çayları boyunda irəliləyib Çuxurobaya çatırlar. Urfa Antakiya qalalarını bir müddət saxladıqdan sonra Suriyaya hücuma keçir, Sur şəhərini zəbt edirlər. təəccübdoğurucu bir sürətlə Qüdsə yönəlirlər. Lakin yay mövsümü başa çatmadığı qarşıdan gələn qışın bu sürəti dayandıra biləcəyini nəzərə alıb hunlar qışa yaxın şimala çəkilirlər. Kayseri Ankara ətrafında bəzi yerləri alıb Azərbaycana, ordan da mərkəzlərinə qayıdırlar. Onlar bundan sonra da bu varlı torpaqlara sahib olmaq üçün heç yayınmırlar. bu fikirlər yalnız 700 il sonra hökmranlıq edəcək səlcuq türkləri tərəfindən həyata keçirilir.

Balamir 400-cü ildə dünyadan köç edir onun yerinə oğlu Qaradon (qara paltar geyinən) tutdu. Qaradon ən çox dövlətin şərq sahillərinə diqqət yetirir. Çünki Balxaş gölünə qədər çatırdı dövlətin Asiya ilə sərhədləri şərqdən gözlənilən hər hansı bir təhlükənin qarşısını almaq mümkün idi. hunlar 422-ci ilə qədər şərqdə, qərbdə böyük səfərlərə girişmirdilər. 415-ci ildə Qaradon öləndə onun yerinə oğlu Muncuq keçir. Muncuq ən böyük türk başçılarından biri olan Atillanın atasıdır. Muncuğun qardaşları Rua, Abas Atar idilər. Muncuq da çox uzun ömür sürmür. O öləndə onun oğlu Atilla hələ çox gənc idi. Bu səbəbə görə taxta Atillanın əmisi (Muncuğun qardaşı) Rua çıxır. Rua Atillanın bir xaqan kimi yetişməsini öz öhdəsinə götürüb ona dövlətin vacib işlərini həvalə edir. Ruanın digən qardaşları da ona kömək edirdilər. Rua atası Ulduz xanın siyasətini davam etdirib bütün gücünü Romaya yönəldir. Hunların hücumu qarşısında dayana bilməyəcəyini başa düşən bizanslılar hun torpaqlarında cəsusluq şəbəkəsi qururlar. Bu da hun tayfaları arasında üsyana gətirib çıxarır. Bütün bunlara son qoymaq üçün Rua 422-ci ildə Bizansa hücuma keçir. Lakin bizanslılar heç bir müqavimət göstərmədən illik bac-xəracı verməyi qəbul edirlər. Bu verginin miqdarı 350 qızıl lirə məbləğində idi. Hunlarla belə bir müqavilə imzalayan təhlükədən sovuşan bizanslılar Qərbi Roma torpaqlarını ələ keçirmək məqsədilə İtaliya səfərinə çıxırlar. II Teodiosiosun səfərinin məqsədini başa düşən Qərbi Roma imperatoru tanınmış ordu başçısı Meteusu Ruananın yanına elçi kimi göndərib ondan kömək istəyir. Bizansın güclənməsini istəməyən Rua bu təklifi qəbul edib Teodiosiosu qarşılamaq üçün 60 minlik ordu ilə İtaliyaya yönəlir. Bu qüvvənin qarşısında dayana bilməyəcəyini görən Bizans müharibədən imtina edir. Eləcə vurduğu ziyanları ödəyəcəyini boyun olur.

Gənc ordu başçısı Atetius bu uğurdan sonra hakim vəzifəsindən azad olub birbaşa səfir təyinr olunur. Sonralar Aeitius Ruanın rəhbərliyinin altında çalışmış qısa bir müddət ərzində hunların hərbi taktikaları, o cümlədən silahlar haqqında çox şey öyrənə bilmişdi.

Bizans cəsusları pis niyyətlərindən əl çəkmirdilər. Onlar yenə hun torpaqlarında çaxnaşma, ixtilaf salır vəziyyəti gərginləşdirirdilər. Buna görə Rua yenidən döyüş hazırlığına başlayır. Bunu eşidən Teodosios elçi heyətini tez Hun paytaxtına göndərdi. Bu heyət hun sərhədlərini keçəndə Rua dünyasını dəyişmişdi. Bu hadisə 434-cü ildə baş verdi. Teodosios Ruanın ölümü ilə bütün təhlükənin sovuşacağına inanırdı. Ancaq Ruanın yerini tutan Atilla öz əmisini kölgədə qoyacaq, nəinki Bizansı, hətta bütün Qərb dövlətlərini özünə tabe edəcəkdir.

 

Mehriban CƏFƏROVA

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

 

Ədalət $g 2018.- 20 mart.- S.7.