AZƏRBAYCAN
QƏZƏLİ
ƏDƏBİ
HƏYAT
VIII
Azərbaycan qəzəlindən söz açırıqsa, böyük Şəhriyarın adını çəkməmək olmaz. Cənub Azərbaycanda yaşayan şairlərimizin ustadı, ümumiyyətlə, XX əsr Şərq ədəbiyyatının korifey sənətkarı sayılan Məmmədhüseyn Şəhriyar qəzəl janrında da hünər göstərmişdir. Təbii ki, Şəhriyar da dahi Füzulini sevmiş, onun qəzəllərindən təsirlənmişdir. O, "Şair Məhəmməd Füzuli" şeirində yazmışdı ki:
Türki, farsi, ərəbidə nə fəzail varımış
Ki Füzuli kimi bir şairi-fazil doğulur.
Üç lisanda açılır məktəbi-Quran qapısı,
Bu məkatibdə ərazildən əfazil doğulur.
Şəhriyarın Azərbaycan və fars dillərində yazdığı qəzəllər klassik Şərq poeziyası ənənələrinin XX əsrdə orijinal bədii təsvir vasitələri ilə zənginləşdiyini və yeni mənalar kəsb etdiyini sübut edir. Əksəriyyəti lirik-aşinanə mövzuda yazılan qəzəllərində Şəhriyar məzmuna, ifadə etmək istədiyi fikrə xüsusi diqqət yetirir və sanki bir əhvalat söyləyirmiş kimi ilk beytindən sonuncu beytə qədər həmin o əhvalatda öz şair ustalığını da nümayiş etdirirdi.
Getmə, tərsa balası, mən də sənə sayə gəlim,
Damənindən yapışım, mən də kəlisaya gəlim.
Klassik şeirimizdə lirik qəhrəmanın başqa dindən olan qıza vurulması gözəlliyə pərəstiş kimi mənalanır. Şəhriyar da eyni pərəstiş hissini ifadə edir:
Ya sən islamı qəbul eylə, mənim dinimə gəl,
Ya ki, təlim elə, mən məzhəbi-İsayə gəlim.
Mən cəhənnəmdə də baş yasdığa qoysam sən ilə,
Heç ayılmam ki, durub cənnəti-məvaya gəlim.
Nənə qarnında da sənlə əkiz olsam əgər,
İstəməzdim doğulub bir də bu dünyaya gəlim.
Şeyx Sənan kimi donquz otarıb illərcə,
Səni bir görmək üçün Məbədi-tərsayə gəlim.
Gəl çıxaq türi-təcəllaya, sən ol cilveyi-tur,
Mən də mussa kimi, ol turi-təcəllaya gəlim.
Şəhriyar. Yalan dünya.
Bakı,
Azərbaycan
ensiklopediyası. 1993).
Şəhriyarın Azərbaycanda ilk tədqiqatçılarından
olan Hökümə Billuri onun lirikasında
iki şairin-dahi söz ustaları Nizaminin və Şafizin təsirini xüsusilə qeyd edir. Biz bu sırada
Füzulinin də adını çəkə
bilərik. Ancaq H.Billurinin
qeyd etdiyi kimi, "Şəhriyar klassik irsdən və xalq yaradıcılığından
nə qədər təsirlənsə də,
başdan-başa orijinal
bir sənətkardır.
Onun lirikasının özünəməxsus
həyatiliyi və incəliyi vardır.
Belə ki, Şəhriyar lirikasını həyəcansız
oxumaq mümkün deyildir. Şairin dilində qəliz
ifadələr təsadüfi
səciyyə daşıyır,
onun lirik şeirlərinin dili sadə, rəvan, xəlqi və ürəyəyatandır. Sanki şair üz-üzə
oturduğu sevgilisi ilə şirin, canlı xalq dilində danışır"
(H.Billuri. "Məhəmmədhüseyn Şəhriyar",
Bakı, "Eli", 1984, səh.
125) Şəhriyar qəzəlləri həm
də şuxluğu, nikbinliyi ilə seçilir, hətta xəfif yumor hissi də bu
qəzəllərə hopur.
İki bölmüş məni hicran, iki dünya
kimiyəm,
Yarı getmişsə yarımla, yarı qalmış məndə.
Cavanı
aycamal eşqilə qoşulmuşdur ona,
Məni bivəxt qocaltmış qarı qalmış məndə.
Yaşılı eylə aparmış
ki, özüylə o
nicar,
Nə baxım
güzgüyə, ancaq
sarı qalmış məndə.
O zərif çiyninə qonmuşdu göyərçin
ruhum,
Hicranın bayquşu qalmış,
sarı qalmış məndə
Aparıbdır balını, qorxulu,
pünhan vüsalın,
Sızlaşır boş pətək içrə arı qalmış məndə.
Od-alov saçdı məhəbbət,
yığışıb getdi
o yar,
Bu yanıq cismimə
baxma, narı qalmış məndə.
Aparıbdır dodağında o şirin
şərqiləri,
Bu sınıq könlümə
bənzər tarı qalmış məndə.
Bağını dərmiş, aparmış
bu yazıq Şəhriyarın,
Acıdır, yığmayıb, həsrət
barı qalmış məndə.
(Yenə orada)
Öncə qeyd etdik ki,
Şəhriyarın qəzəllərində
müəyyən bir əhvalat, hekayət nəql edilir və oxucu bir
eşq macərasının
şahidi olur. Bunu Şəhriyarın
klassik poeziyadan bəhrələndiyinin sübutu
hesab edə bilərik.
Yuxuma dün gecə bir lalə üzar
gəlmiş idi,
Gənc ikən sevdiyim o incə nigar gəlmiş idi.
Bu qəzəl Nizaminin
"Gecə xəlvətcə
bizə sevgidi yar gəlmiş idi" qəzəlinə
nəzirə kimi yazılıb. Amma nəzirə olsa da, Şəhriyarın özünəməxsus ifadə
tərzi və məlum əhvalatı tamam yeni bir
səmtə yönəltməklə
diqqəti cəlb edir:
Sərvi-nazım mənə bir an da yaxın
düşmədi heç,
Qol-budaq atmış idi, üstümə bar gəlmiş
idi.
Çox
çağırdım mən
uzaqdan, səməri olmadı heç,
Qaçdı ahu kimi yar,
yer ona dar
gəlmiş idi.
Mən ölüb getmiş idim, keçmiş əziz xatirələr,
Ruh olub qəbrimin üstə yenə zar gəlmiş
idi.
Şəhriyar yazdı buş
ux, incə, pərişan qəzəli,
Çünki yar zülfü
tək aləm ona tar gəlmiş tidi.
(Yenə orada)
Diqqət yetirsək görərik ki, Nizaminin qəzəlində
bütün əhvalat
yuxuda baş verir, Şəhriyarda isə sanki real bir hadisə nəql edilir.
Şəhriyarın qəzəlləri Azərbaycan
poeziyasında Füzuli,
Nəbati, Seyid Əzim Şirvani ənənələrinin yeni
tərzdə, XX əsr
poetik təfəkkürünə
uyğun bir lisanda davamıdır, - desək, səhv etmərik. Bu baxımdan
Şimalda Vahidin qəzəlləri bu janrda bütün şairlər üçün
bir örnək rolunu oynayırsa, Cənubda eyni missiyanı Şəhriyar
qəzəlləri yerinə
yetirir.
Təkcə məhəbbət lirikasında
deyil, ictimai-siyasi lirikada da Şəhriyar
qəzəlləri ən
yüksək məqamına
yetir. Şair Fikrət Sadığın
böyük məharətlə
fars dilindən
tərcümə etdiyi
"Azərbaycan" qəzəli
siyasi lirikanın ən parlıq nümunəsidir. Bu qəzəl vahid Azərbaycan ideyasının
poeziya dili ilə şərhidir.
Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan,
Xoş günlərin
getmir müdam xəyalımdan, Azərbaycan.
Səndən uzaq düşsəm
də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan
Vətən eşqi məktəbində
can verməyi öyrənmişik,
Ustadımız deyib heçdir
vətənsiz can, Azərbaycan!
Yarəb,
nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacanq Azərbaycan?!
Övladların nə vaxtadək tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir
fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa! Ya aza dol, ya
tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm,
sənə dərman,
Azərbaycan!
Vaqif
YUSİFLİ,
filologiya elmləri
doktoru
Ədalət 2018.- 31 mart.- S.15.