TARİXİN LƏKƏLƏRİ SİLİNMƏLİDİR!

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Yarandığı gündən erməninin bir məqsədi olub- qonşu ölkələrin torpaqlarını ələ keçirib özlərinə "Böyük Ermənistan" yaratmaq. Zaman-zaman da buna nail olublar.

Ermənilər türk dünyasına qarşı aşkar və gizli müharibələrini davam etdirmək üçün dünyanın hər yerinə səpələniblər. Bu qaraçı yaşam tərzi onların qanında-canındadır. Hər zaman ölməyi prinsiplərindən üstün tutublar. Tarixin hər hansı vərəqini çevirdikdə oradan qan ləkəsi görünür. Bu qan ləkələrinin baisi erməni millətçiliyi, erməni şovinizmi, erməni qaniçənliyidir. Tarixdən məlumdur ki, ermənilər təkcə bizə qarşı vuruşmayıblar, onlar eyni zamanda romalılara, farslara, türklərə, gürcülərə, ruslara qarşı da vuruşublar.

Ermənilərin bizdən fərqi odur ki, onlar başqaları ilə asan dil tapmağı bacarırlar. Məhz bu bacarıqları sayəsində bu gün dünyanın bir neçə aparıcı ölkə parlamentlərində yalançı erməni soyqırımını tanıtmağa nail olublar.

XIX əsrin sonlarından erməni millətçiləri Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan, İrəvan, Göyçə və Zəngəzura sahib çıxmaq istəyiblər.

Qarabağ tarixən Qafqazın ən strateji bölgəsi olub. Yaxın qonşularımız olan Rusiya, İran, Türkiyə, Ermənistan və eləcə də dünyanın aparıcı dövlətləri olan İngiltərə, Fransa, ABŞ bu yurda həmişə böyük maraq göstəriblər.

Dağlıq Qarabağ etnoqrafik əyalət kimi Albaniya dövlətinin tərkibində olmuş, sonralar bütün Azərbaycanla birlikdə ərəb imperiyasının tərkibinə qatılmışdır. Dağlıq Qarabağ Azərbaycan ərazisində yaranan müxtəlif dövlətlərin tərkibində olmuşdur.

1918-ci il Azərbaycan üçün çox çətin və mürəkkəb zaman olub. Belə bir vaxtda qardaş Türkiyə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini qorumaq üçün əlindən gələni edib. Erməni daşnaqlarının və onların arxasında duranlarının pis niyyətini həyata keçirməyə imkan verməyib.

Ermənistan Azərbaycanın və Gürcüstanın torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq üçün Azərbaycan və Gürcüstana qarşı müharibəyə başladı. Əvvəlcə onlar Azərbaycanın qədim torpağında - İrəvanda kiçik bir Ermənistan (9 min kv.km) yaratdılar. Sonralar onu böyüdüb 29 min kv.km-ə çatdırdılar.

Rus tarixçisi N. N. Şavrov "Zaqafqaziyada rus işinə təhlükə" kitabında yazırdı "1826- 1828-ci illər Rus-İran müharibəsindən sonrakı iki ildə Zaqafqaziyaya 40 min İran ermənisi, 8400 Türkiyə ermənisi köçürülmüşdür və onlar erməni millətinin cüzi olduğu Yelizavatpol və İrəvan quberniyalarının ən yaxşı torpaqlarında-Yuxarı Qarabağda və Göyçə gölü sahillərində yerləşdirildi. Köçkünlərin çoxu ermənidir. İndi Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfərdən 1 milyonu diyarın yerli əhalisi deyil, gəlmədir".

Ermənilərin Qafqazda kütləvi surətdə yerləşdirilməsində Rusiyanın böyük marağı vardı. Bu maraq Qafqazda özlərinə möhkəm bir arxa yaratmaq idi.

Hələ 1823-cü ildə çar Rusiyasının hakim dairələri Qarabağda əhalinin siyahıya alınmasını aparıblar. Məlum olub ki, Qarabağda cəmi 4.366 erməni var ki, bu da ümumi əhalinin 11, 7 faizini təşkil edir. Həmin dövürdə Azərbaycan ailələrinin sayı isə 15.729 imiş. Bu da əhalinin sayının 88,34 faizi deməkdir.

ABŞ tarixçiləri J və K. Makkartinlər "Türklər və ermənilər"adlı əsərində qeyd edirlər ki, Ermənistan adlanan coğrafi ərazilər ermənilərə deyil, azərbaycanlılara məxsusdur. Çünki bu ərazilərin adı sırf türk adlarıdır. Ermənilər 1935- ci ildən planlı şəkildə bu adları erməniləşdirmişlər. "Böyük Ermənistan" ideyasının həyata keçirilməsində ən çox fəallıq göstərən təşkilat 1890-cı ildə Tiflisdə yaradılmış "Daşnaksütyun" partiyasıdır.

Qorbi adlı gürcü müəllifi "Qızıl kitab" adlı əsərində göstərir ki, "Daşnaksütyun" partiyasının yaradılmasına kimi Güney Qafqazda sülh və dostluq hökm sürürdü.

XX əsrin əvvəllərində erməni millətçiləri azərbaycanlıları kütləvi şəkildə öz tarixi torpaqlarından çıxarmağa başladılar. Bununla da azərbaycanlılara qarşı soyqırım tarixinə başlamış oldular.

1914-cü ildə Birinci Dünya müharibəsi başladı və bundan pis məqsəd üçün istifadə edən ermənilər "Böyük Ermənistan" ideyalarını daha tez həyata keçirmək fəaliyyətinə başladılar. Antanta ölkələri ermənilərdən bir ailət kimi istifadə etməyə qərar verdilər. Türkiyəni məhv etmək üçün erməniləri onların üstünə salmışdılar. Hətta sonra onlara Türkiyə ərazisində müxtariyyət verəcəklərini də vəd etdilər.

Rusiyanın köməyindən sərməst olmuş ermənilər Azərbaycana qarşı daha amansız oldular. 1917-ci ilin dekabrından 1918-ci ilin iyununa kimi İrəvan quberniyasında 200-dən çox azərbaycan kəndini yerlə-yeksan etdilər, yüzlərlə insanı amansızlıla qətlə yetirdilər.

1919-ci ildə isə qatı millətçi Andronikin qədim Azərbaycan torpaqları olan Zəngəzurda və Yuxarı Qarabağda törətdiyi kütləvi qırğınlar iki ölkə arasında clddi gərginlik yaratdı. Azərbaycan hökumətinin dəfələrlə etdiyi müraciətlər cavabsız qaldı. Andronik 60 mindən çox azərbaycanlını ata-baba yurdundan didərgin saldı. Bu il azərbaycanlıların öz yurdlarından köçürülməsinidən 67 il keçir. 67 il bundan qabaq yüz minlərlə azərbaycanlı indi Ermənistan adlandırılan qədim torpaqlarından sürgün edilib. Amma heç vaxt sürgün edilən insanların hüquqları gündəmə gətirilməyib. Halbuki onların və varislərinin siyahısı hazırlanmalı, qoyub gəldikləri əmlak hesablanmalı və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırılmalı və Beynəlxalq məhkəməyə müraciət edilməliydi.

Bizim unutqanlığımızdan geninə-boluna istifadə edən ermənilər bir neçə il bundan qabaq Moskvada 4 hektar ərazidə "Yeni Naxçıvan" kilsəsi tikdilər. Bunun bir ucu Rastov-Don şəhərinin yaxınlığında ermənilər tərəfindən salınmış kiçik Naxçıvan şəhərinə gedib çıxır.

Onlar dünyaya sübut etməyə çalışırlar ki, (bəzən buna nail də olurlar) Naxçıvan da erməni torpağıdır. Amma bu ağıldan kəmlər unudurlar ki, Naxçıvan sırf türk sözüdür.

...Sovet dönəmində Ukraynada hərbi xidmətdəydim. Xidmətin ikinci ilində bizi Xarkov şəhəri yaxınlığındakı meşədən yol çəkmək üçün ezamiyyətə aparmışdılar. Həmin vaxt yol çəkilişinə ehtiyatda olan əsgər və zabitlər də səfərbər edilmişdilər. İstirahət günlərinin birində mən düşdüyüm bölmənin ehtiyatdan gəlmiş bir zabiti məndən soruşdu ki, nə üçün Naxçıvanı zavallı ermənilərdən almısınız, yazıqdılar, qaytarın özlərinə. Dedim, yoldaş zabit, nəinki Naxçıvan, İrəvan da heç vaxt ermənilərin olmayıb, ora əzəli və qədim Azərbaycan torpaqlarıdır. İndiki Ermənistan dediyimiz torpaqlara onlar qıraqdan gəlmədirlər.

 

(ardı gələn sayımızda)

 

Məhərrəm Şəmkirli

AYB və AJB-nin üzvü

 

Ədalət 2018.- 31 mart.- S.5.