Yazıçı-publisist Nemət Veysəlli ilə görüş
Bu günlərdə Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsində
yazıçı-publisist, Qarabağ müharibəsi
veteranı, müharibə
mövzusunda yazılmış
"Haran ağrıyır, Vətən!", "Yaş
həddinə görə",
"Mənim müharibəm",
"Piyadaların döyüşü"
və başqa kitabların müəllifi
Nemət Veysəlli ilə görüş keçirildi.
Görüşü jurnalistika fakültəsinin dekanı
Vüqar Əliyev açaraq yazıçı
haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verərək
dedi:
- Yazıçı-publisist Nemət Veysəllinin imzası oxuculara yaxşı tanışıdır. Nemət müəllim
uzun illər "Ulduz", "Azərbaycan"
jurnallarında çalışıb,
dəyərli əsərlər
yazıb. Onun qələmindən
bu günə qədər yüzlərlə
publisist məqalə və öçerklər
çıxıb. Qarabağ müharibəsi
başlananda Nemət Veysəlli yaşının
əllini keçməsinə
baxmayaraq, Müdafiə
Nazirliyinin orqanı olan "Azərbaycan Ordusu" qəzetində hərbi jurnalist, bölgə müxbiri kimi xidmətə başlamışdır. Bir
çox gərgin döyüşlərdə iştirak
etmiş Nemət müəllim 1993-cü ilin
may ayından 1999-cu ilin
aprel ayına qədər ordu sıralarında xidmət
etmiş, iştirakçısı
və şahidi olduğu hadisələri qələmə almışdır.
Müharibə mövzusunda bir-birindən
dəyərli bir neçə kitab yazmışdır. İnanıram ki, o kitablar siz gənclərin hərbi vətənpərvərlik
tərbiyəsində böyük
rol oynayacaq, yaddaşınıza dərin
izlər salacaq. Müharibə şəraitində yaşadığımıza görə
bu mövzuda yazılmış əsərlərə
böyük önəm
verilməlidir. Məhz buna
görə də biz Nemət Veysəllini fakültəmizə dəvət
etmişik. Dəvətimizi qəbul etdiyinə görə bəri başdan ona müəllim və tələbələr adından
minnətdarlığımızı bildirirık.
Bu kiçik təqdimatdan
sonra çıxış
etmək üçün
söz yazıçı-publisist
Nemət Veysəlliyə
verildi. Nemət müəllim tələbə
və müəllimlərlə
salamlaşdıqdan sonra
Qarabağ müharibəsinin
başlamasından, zabit
və əsgərlərimizin
döyüşlərdə göstərdikləri igidlik
və qəhrəmanlıqlarından
danışdı. Kitablarının yazılmasından söz açaraq "Müharibə
şəraitində yaşadığımız
günlərdə bu mövzuda yazılmış
əsərlərə böyük
önəm verilməlidir.
Bu gün qələm
də bir silahdır. Məqamı gələndə söz silahdan da güclü və təsirlidir. Müharibə mövzusunda elə
dəyərli əsərlər
yazılmalıdır ki,
böyüməkdə olan
nəsillər Qarabağ
hadisələrindən ətraflı
məlumat alsınlar,
erməni qəsbkarlarının
xalqımızın başına
gətirdiyi faciələri
yaxından öyrənsinlər.
Bu mövzuda yazılmış
kitablar gənclərdə
yurda məhəbbət,
düşmənə nifrət
hissləri oyadır.
Torpaqlarımızın işğaldan azad
olunması üçün
bu gün zabit də, əsgər də, yazıçı da, tələbə də döyüşməlidir. Yaşanmış tarix sübut
edib ki, xalq birləşəndə
güclü və məğlubedilməz olur.
Sevindirici hal odur ki, bu gün
ordumuz əvvəlki illərdəkindən güclü
və qüdrətlidir.
Bu, bizə torpaqlarımızın
tezliklə azad olunacağına böyük
ümidlər verir",
- dedi. Sonra Nemət müəllim
kitablarının yazılmasının
anlarından, iştirakçısı
olduğu döyüşlərdən,
şahidi olduğu maraqlı hadisələrdən
də ətraflı danışdı.
Professorlar Cahangir Məmmədli,
Ayxan Bayramoğlu, Cəmşid Naxçıvanski
adına Hərbi Liseyin kitabxana müdiri Zenfira İsmayılova və başqaları çıxış
edərək yazıçı-publisist
Nemət Veysəllinin
zəngin yaradıcılığından
söz açdılar.
Sonra yazıçı-publisist Nemət
Vesəlli tələbələrin
ona ünvanladıqları
həm müəllifi
olduğu kitablarla, həm də Qarabağ müharibəsi
ilə bağlı suallarına cavab verdi. Bu görüş həm N.Veysəlli, həm də tələbələr
üçün çox
səmərəli və
yaddaqalan oldu.
Vahid MƏHƏRRƏMOV,
hərbi jurnalist, müharibə
veteran
Ədalət 2018.- 1 may.- S.8.