DAĞLAR KİMİ
ƏZƏMƏTLİ... ŞƏKİ
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə aparılan quruculuq işlərinin istiqamətlərini şərh edərkən deyir: "...Görülən işlər ictimaiyyəti daha da ruhlandırır, böyük işlərə sövq edir ki, biz ölkəmizi daha da gücləndirək, insanlar rifah, sülh, təhlükəsizlik içərisində daha da yaxşı yaşasınlar və bundan sonra da dinamik inkişaf təmin edilsin". Bəli, dövlətimizin siyasəti belədir: Müstəqil Azərbaycan Respublikası daim inkişaf etməli, xalqın rifahı yüksəlməlidir. Cənab Prezidentin apardığı uğurlu daxili və xarici siyasətin gerçək məramı budur. Bu səbəbdəndir ki, bu gün Azərbaycanın hər bir bölgəsində davam etməkdə olan inkişaf parlaq şəkildə görünür. Rayonlara, qəsəbələrə şəhər simasının gətirilməsi, müasirləşdirmə tədbirləri, kəndlərin abadlaşaraq yeni görkəm alması əyalət insanının mənəvi-psixoloji ovqatını, gələcəyə inamını daha da yüksəldir. Bu mənada son illər sürətlə inkişaf edərək özünün keçmiş şöhrətini qaytara bilən qədim Şəkinin müstəsna yeri var.
Ziyalı bir dövlət adamının zəngin təcrübəsi, bilik və bacarığı illər uzunu səmərə verdikcə Şəkidə həm sosial-iqtisadi, həm də mədəni inkişafın əsas göstəriciləri respublika səviyyəsində diqqəti cəlb etdi. Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov komandası və güvəndiyi sakinlərlə birlikdə qayşıya qoyulmuş böyük vəzifələrin öhdəsindən gəlməyi bacardı. Şəki bayramlar şəhərinə çevrildi, Şəki ümumrespublika və beynəlxalq tədbirlərin etibarlı və nümunəvi məkanına çevrildi. Şəkililər də bütün bunlara görə haqlı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə daim minnətdarlıq edirlər. Bu minnətdarlığın böyük rezonansı 11 aprel prezident seçkiləri günü bir daha yaşandı və təsdiqləndi.
Birinci rübün yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqda ölkəmizin uğurları ilə yanaşı, Şəki rayonunda görülən işlər, qazanılan nailiyyətlər haqqında da geniş söhbət aparılmışdır. Yığıncaqda məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov demişdir:
- 2018-ci ilin I rübündə rayonumuzda ilkin hesablamalara görə, faktiki qiymətlərlə 95 milyon 232 min manatlıq məhsul buraxılmışdır. Buraxılmış məhsulun 9 faizi dövlət, 91 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. 2018-ci ildə faktiki qiymətlərlə məhsul buraxılışı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 130 faiz təşkil edir. Adambaşına faktiki qiymətlərlə 513 manatlıq məhsul buraxılmışdır. Rayon üzrə orta aylıq əməkhaqqı 256 manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz çoxdur. 2018 -ci ilin I rübündə Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 118 milyon 714 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 faiz çoxdur. Hazırda rayonumuzda 20 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir. 2018-ci ilin I rübündə bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın inkişafına yönəldilən investisiyanın həcmi 14 milyon 751 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisə də 4 dəfə coxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 96,6 faizi dövlət mülkiyyətinin, 13,4 qeyri- dövlət mülkiyyətinin payına düşür.
Regionlarda işsizliyin azaldılması, yeni iş yerlərinin yaradılması üçün cənab Prezidentimizin tapşırığına əsasən bir sıra tədbirlər görülmüş, 2018-ci ilin üç ayı ərzində rayonumuzda 257 yeni iş yeri açılmışdır ki, bunun da 96 faizi daimi iş yerləridir. 01 oktyabr 2003-cü il tarixdən 01 mart 2018-ci il tarixədək bütövlükdə rayonumuzda 22076 yeni iş yeri açılmışdır ki, bunun da 14,2 faizi yeni yaradılmış müəssisə və təşkilatların,19,2 faizi mövcud müəssisə və təşkilatların, 63,6 faizi isə fiziki şəxslərin payına düşür...
Yığıncaqda rayon iqtisadiyyatının müxtəlif sahələri üzrə şərhlər verilərək birinci rübdə görülən işlər haqqında məlumatlar diqqətə çatdırılmışdır.
Aqrar sahə
Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident qeyd etmişdir ki, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən əsas sahədir. Cənab Prezident demişdir: "Kənd təsərrüfatında artım 4,2 faizdir.... Biz növbəti illərdə əlbəttə ki, ərzaq təhlükəsizliyi məsələlərinə daha böyük diqqət yetirməliyik, xüsusilə taxılçılığa və heyvandarlığa. Biz ənənəvi texniki məhsulların inkişafı ilə bağlı çox ciddi addımlar atmışıq və bir çox müşavirələr keçirilibdir. Taxılçılıq, heyvandarlıq ərzaq təhlükəsizliyini təmin edən əsas sahələrdir".
Taxılçılıq
Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2017-ci ilin payızında 2018-ci ilin məhsulu üçün 67121 hektar taxıl sahəsi əkilmişdir ki, onun da 45115 hektarını buğda, 21653 hektarını arpa təşkil etmişdir. Erkən yazdan etibarən taxıl sahələrində ardıcıl aqrotexniki qulluq işləri aparılmışdır. Taxılçılıqda qarşıda duran başlıca vəzifə taxıl biçininə hazırlıq işlərini yüksək səviyyədə təşkil etməkdən ibarətdir. Belə ki, biçinə cəlb olunacaq texnikaların saz vəziyyətinə gətirilməsinə, səyyar təmir emalatxanalarının təşkil edilməsinə, anbar və xırmanların hazırlanmasına ciddi diqqət yetirilməlidir. Cari ildə rayonda 8 min hektar sahədə yazlıq bitkilərin əkini proqnozlaşdırılır. Artıq 1310 hektar sahədə yazlıq bitkilərin əkini həyata keçirilmişdir.
Tütünçülük
Aqrar sektorun ən gəlirli sahələrindən biri olan tütünçülüyün inkişafı üçün rayonda böyük ənənə və təcrübə var. Şəki rayonu tütünçülüyün inkişafı üçün əlverişli təbii iqlim şəraitinə, torpaq və su ehtiyatlarına malikdir. Məhz buna görə də rayon əhalisi üzün illər kənd təsərrüfatının bu sahəsi ilə məşğul olmuş, tütünçülük rayon iqtisadiyyatının əsasını təşkil etmişdir. Rayonda tütünçülüyün inkişaf etdirilməsi, əhalinin məşğulluğunun təmin olunması, istehsalçıların marağının müdafiə olunması Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən daim nəzarətdə saxlanır və onlara mütəmadi yardım göstərilir.
Bu il rayonda 860 hektar sahədə tütün əkini planlaşdırılır. Əkinə əsasən ətirli tütün sortlarından olan "Virciniya", "Berley", "İmunni- 580", "Zaqatala - 67" sortlarından istifadə olunacaqdır. İndiyədək 40 min kvadrat metr sahədə tütün şitili yetişdirilmiş və onlara aqrotexniki qulluq göstərilmişdir. Aprel ayının 20-dən sonra şitillərin sahələrə köçürülməsinə start verilib.
Baramaçılıq
Tarixən ipəkçilik diyarı kimi tanınan Şəkidə son əsrlərdə əhalinin əsas məşğuliyyət sahələrindən biri də baramaçılıq olmuşdur. Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident demişdir: "2015-ci ildə 240 kiloqram barama tədarük olunmuşdusa, 2017-ci ildə bu rəqəm 240 tona qalxdı. Bu il biz təqribən 450-500 ton barama gözləyirik. İlk növbədə, bu da mənim üçün sosial layihədir. Kümçülər indi az müddətdə - 30-40 gün ərzində böyük vəsait qazanırlar və Şəki ipək kombinatında yüzlərlə insan işlə təmin edilir. Əgər bu il biz 450-500 ton barama tədarük etsək, əminəm, Şəki ipək kombinatı, ola bilər ki, ilboyu fasiləsiz işləsin və xammal da kifayət qədər olacaq. Yüzlərlə insan Şəkidə işlə təmin edilir və bir çox rayonlar da pul qazanır".
Rayonda bu il də barama istehsalının artırılması daim diqqət mərkəzində saxlanılır. Bu il 62 ton barama istehsalı nəzərdə tutulmuşdur.Bu məqsədlə yerlərdə kümdarların siyahıları dəqiqləşdirilir, kümxanalar təmir və dezinfeksiya ediilr, gənc kümdarlar maarifləndirilir.
Fındıqçılıq
Nazirlər Kabinetinin 2018-ci ilin I rübünün yekunlarına və qarşıda duran məsələlərə həsr olunan yığıncağında çıxış edən cənab Prezident qeyd etmişdir ki, fındıqçılıq bizim üçün ənənəvi sahədir və pomidor ixracından sonra kənd təsərrüfatında ikinci valyuta gətirən sektordur. Cənab Prezident demişdir: "Biz burada çox ciddi işlər apardıq. Bu işlərə 2015-ci ildən başladıq, 2016-cı ildə fındıq bağlarının sahəsi 40 min hektara çatdırıldı. Ancaq bu da son hədd deyil. Mənim vaxtilə müəyyən etdiyim rəqəmə əminəm ki, biz gələn il məqsədə çatacağıq. Çünki bu il və gələn il 16 min hektarda yeni fındıq bağları salınacaq. Beləliklə, Azərbaycanda 80 min hektardan çox sahədə fındıq yetişdiriləcək və fındıq istehsalına görə biz dünyanın üçlüyünə daxil ola bilərik".
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2018.- 3 may.- S.4.