Unudulmaz tarix
Ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının
95-ci ildönümünə və əziz
xatirəsinə
(əvvəli
ötən sayımızda)
Həmin
hadisə ilə əlaqədar Heydər Əliyev
ümumittifaq büdcəsindən İsmayıllı
üçün 22 milyon manat ayrılmasına nail oldu. O zaman
İsmayıllı əsil tikinti meydanını
xatırladırdı. Neçə-neçə
obyektlər bir neçə yeni məktəb, uşaq
kitabxanası və qəsəbələr salındı.
Bu məqamda bir məsələ yadıma
düşür.
Heydər Əliyev İsmayıllıda baş verən təbii
hadisəni bütün dünyaya eşitdirdi, ancaq Qubadlı
rayonunun Eyvazlı kəndinin ermənilər tərəfindən
vəhşicəsinə yandırılması hadisəsi, o
vaxtkı MK-nın birinci katibi Əbdurrəhman Vəzirov tərəfindən
gizlədildi.
Belə ki, erməni təcavüzü başlanandan
respublikamızda demək olar ilk dəhşətli hadisə
Qubadlı rayonunun Eyvazlı kəndində törədilmişdir.
Eyvazlı kəndinin ermənilər tərəfindən
yandırılması xəbəri alınan kimi dərhal
respublika baş prokurorluğunun və daxili işlər
nazirliyinin əməkdaşlarından ibarət əməliyyat-istintaq
qrupu yaradıldı. Əməliyyat-istintaq qrupuna rəhbərlik
mənə həvalə edildi və 15 nəfərdən ibarət
qrupla Qubadlı rayonuna yollandıq.
Qubadlıya çatan kimi rayonun hüquq-mühafizə orqanlarının
rəhbərləri ilə birlikdə çox çətinliklə
Eyvazlı kəndinə gedib çıxa bildik, çünki
Qubadlı Eyvazlı yolu ermənilər tərəfindən
dağıdılmışdı.
Kəndə çatarkən dəhşətə gəldik. Kənddə
bir canlı belə yox idi, kənd sakinləri pərən-pərən
düşmüşdü. Bütün evlər,
hətta mal-qara dolu tövlələr
yandırılmışdı. Kənd əhalisinin
əmlakları talan edilmişdi.
Hadisə yerinin müayinəsi bir neçə gün
davam etdi. Hadisə yeri müayinə edilməklə
yanaşı, çəkiliş bütünlüklə lentə
yazıldı. Lentə alındı ki, Eyvazlı faciəsənin
səsi bütün dünyaya çatsın, lakin Eyvazlı
hadisəsini Qubadlıdan kənarda heç kim
eşitmədi, ona görə ki, gizlədildi. Özü
də respublika Mərkəzi Komitəsi tərəfindən Mərkəzi
Komitənin o vaxtı ki, birinci katibi Əbdurrəhman Vəzirov
tərəfindən. Baş vermiş bu
hadisə məni rahat buraxmırdı. Daxili İşlər
Nazirliyindən heç kim
maraqlanmırdı.
O vaxt
hadisə yerinin müayinəsi zamanı əslən
Qubadlıdan olan yazıçı Cəlal Bərgüşaddan
xahiş etdim ki, getsin Bakıya, bu hadisəni kütləvi
informasiya vasitəsilə dünyaya yaysın. O da hadisə
yerinin müayinəsi vaxtı iştirak edirdi, mənim
narahatlığımı hiss edib Bakıya getdi. Bir neçə gün keçdi, ondan bir xəbər
çıxmadı. Mən onunla telefon əlaqəsi
saxladım. Bildirdi ki, həmin hadisənin
televiziya ilə göstərilməsinə Ə.Vəzirov icazə
verməmişdir. Belə xəyanətlər
bir deyildi, iki deyildi, saysız-hesabsız idi. Bu hadisədən sonra ermənilər daha da
azğınlaşdılar. Bir-birinin
ardınca tərxribartlar çoxalmağa başladı.
Göründüyü kimi, Heydər Əliyev təbii
hadisəni bütün dünyaya
çatdırdığı halda, Vəzirov ermənilər tərəfindən
törədilən dəhşətli cinayəti gizlətməyə
üstünlük vermişdi və demişdir ki, "bu hadisəni
ictimailəşdirsək, erməni qardaşlar bizdən inciyər".
22 iyul
1982-ci il tarixdə İsmayıllı rayon
Partiya Komitəsinin birinci katibi mərhum Qəşəm
Aslanov zəng edərək məni yanına dəvət etdi.
Mən kabinetə daxil olarkən hiss etdim ki, onun sevincinin həddi-hüdudu
yoxdur. O dərhal sözə başladı və dedi:
"Respublika miqyaslı müşavirə keçirmək
üçün sabah Heydər Əliyev ailəsi ilə
rayonumuza gəlir. Mərkəzi Komitədən
bildirdilər ki, Kürdəmir dəmir yolu stansiyasında Heydər
Əliyevi yalnız ikimiz qarşılamalıyıq".
Ona sual dolu baxışlarla baxanda, "Aslanov, mən
də səbəbini bilmirəm. Get hazırlaş, səhər
tezdən çıxmalıyıq". Biz səhər
Kürdəmir dəmir yolu stansiyasına getdik. Rayon fəalları isə Ağsu ilə
İsmayıllı sərhədində gözləməli
idilər. Aslanovla mən Kürdəmir dəmir
yolu stansiyasında onları qarşıladıqdan sonra
maşınlara oturub İsmayıllıya qayıtdıq.
Səhər tezdən olmasına baxmayaraq
Kürdəmirdən İsmayıllıya qədər yol boyu
izdiham vardı. İnsanlar hər yerdə
Heydər Əliyevi alqışlarla
qarşılayırdılar. O, hər dəfə
maşını saxladır, onu alqışlayan insanlarla
mehribanlıqla görüşür, sonra yoluna davam edirdi. Ulu öndər necə söz vermişdisə, ikinci
dəfə yaxşı əhval-ruhiyyə ilə respublika
miqyaslı müşavirə keçirmək
üçün İsmayıllıya gəldi.
Müşavirənin
keçirilməsi İvanovka kəndində Kalinin adına Kolxozda nəzərdə tutulmuşdu.
Ona görə də Heydər Əliyevlə Zərifə
xanım Kalinin adına kolxozun qonaq evində
qalmağa qərar verdilər. Qonaq evi çox
gözəl bir ərazidə yerləşirdi. Orada
qaldıqları iki gün ərzində mən hiss etdim ki, Ulu
öndərin ömür-gün yoldaşı Zərifə
xanım nə qədər sadə və qayğıkeş
bir insandır.
O, qonaq
evinin həyətində kolxozçu qadınlarla gəzintiyə
çıxır, mənim yanımdan keçəndə
salamlaşıb, hal-əhvalımı xəbər
alırdı.
Növbəti
dəfə gəzintidən qayıdanda yanımda ayaq
saxlayıb dedi: Belə görürəm siz heç istirahət
etmirsiniz. Səhərdən axşama qədər sizi
ayaqüstə görürəm, onu da əlavə etdi ki,
"narahat olmayın, Heydər Əliyevə heç nə
olmaz, bu mənim vəzifə borcumdur dedim". Zərifə
xanım gülümsəyərək asta addımlarla qonaq
otağına ketdi.
Onu da deyim ki, həmin qonaq otağı o vaxtdan bu günə
kimi necə varsa, eləcə, olduğu kimi qorunub
saxlanılır.
Kolxozun əzəmətli mədəniyyət sarayı
vardı. Ona görə də müşavirənin orada
keçirilməsi qabaqcadan müəyyən edilmişdir.
Müşavirə başlamazdan əvvəl Heydər
Əliyev birinci katiblərlə bir neçə kolxoz və
sovxozun həm əkin sahələrinə, həm də
üzüm bağlarına və fermalara baxdı. Sonra
Kalinin adına Kolxozun həyətinə
qayıtdılar. Kolxozun həyətində
insanlar Heydər Əliyevin ətrafına
toplanmışdı.
O,
üzünü katiblərə tutub soruşdu:
Hansınızın rayonunda Kalinin adına
kolxozun fermasına bənzər ferma var? Heç kim səsini çıxarmadı.
Heydər
Əliyev dedi: "Bax, işə belə yanaşmaq
lazımdır, gördünüzmü Kalinin adına
kolxozun tövlələrində olan səliqə-sahmanı? Siz də çalışın belə, yeni tipli
tövlələr tikəsiz, onda hamı sizin işinizdən
razı qalar".
Müşavirə iki gün davam etməklə yüksək
səviyyədə keçdi. İşin belə təşkilindən
Heydər Əliyev çox razı idi. Müşavirədən
sonra Heydər Əliyev komandası ilə Bakıya
qayıtmağa hazırlaşarkən Kalinin kolxozunun sədrindən
soruşdu:
-Nikolay
Vasilyeviç, kolxoza nə kömək lazımdır?
-
Çox sağ olun, Heydər
Əliyeviç, hər şey qaydasındadır, işlər
öz axarında gedir, sizə minnətdarıq. Sonra əlavə
etdi:
- Mənim
bir problemim var. Yeni inşa etdirdiyim mədəniyyət
sarayının damını düzəltmək
üçün şifer tapmaqda çətinlik çəkirəm.
-Narahat
olmağa dəyməz, bu məsələ tezliklə öz həllini
tapar dedi, - Heydər Əliyev.
Ümummilli liderimiz Bakıya dönən günün səhəri
şiferlərlə dolu maşınlar artıq kolxozun həyətində
sıra ilə dayanmışdı.
O zaman
rayonun əməliyyat işləri ilə maraqlanan Heydər
Əliyev məndən soruşdu ki, hansı cinayət işləri
istintaq edilir? Mən bildirdim ki, hazırda
istintaqda bir cinayət işi var.
O nə
cinayətdir soruşdu? Alimentdən boyunqaçırma dedim. Həmin
an Əliş Lənbəranski
"zdorova" sözünü işlədəndə Heydər
Əliyev təbəssümlə ona baxdı. Kənarda
dayanıb söhbətimizə diqqət yetirən rayonun
birinci katibi məni göstərərək "Heydər
Əliyeviç bu yoldaş rayona gələndən sonra demək
olar ki, heç bir oğurluq hadisəsi baş verməyib,
oğurluğun kökü kəsilib, hər kəs öz
işi ilə məşğuldur. Onu da əlavə
etdi ki, mən özüm kabinetimdə oturub işləyə
bilmirdim".
İmzasız məktublardan bezar olmuşduq. Çox sağ
olsun tezliklə "anonim" məktub yazanı müəyyən
etdi. Həmin adam həbs olundu. Artıq elə məktublar yazmır. "Həyatın bütün yollarında sizə
uğurlar arzulayıram, Heydər Əliyev" Əlbəttə,
birinci katibdən belə arzunu eşitmək hamı
üçün çox xoş idi.
Onu da qeyd etmək istəyirəm ki, İsmayıllı
camaatı 1-ci dəfə Heydər Əliyevi zəlzələnin
qorxunc vahiməsinin təsiri altında
qarşılamışdılarsa, bu dəfə Heydər
Əliyev o adamlar tərəfindən sevinclə,
gül-çiçəklə qarşılanırdı. Artıq zəlzələnin
vahiməsini İsmayıllı camaatı unutmuşdu. Çünki zəlzələnin vurduğu
ziyanın nəticələri aradan
qaldırılmışdı.
Onun gəlişindən sonra çox keçmədi ki,
Girdiman çayı üzərində körpü tikintisi
başa çatdı, İsmayıllı-Muğanlı,
İsmayıllı-Lahıc yolu çəkilib başa
çatdırıldı.
O da yaxşı
yadımdadır ki, həmin körpüyə baxarkən Heydər
Əliyev keçmiş Yollar Naziri Rafiq Xələfova sual verdi ki, mənim gəlişimlə bu
körpünü nə vaxt başa çatdırmağa
söz verirsən? Nazir nəzərdə tutulan müddətdən
bir neçə ay tez qurtamağı söz verdi.
Heydər Əliyev çox razı qaldı.
Bundan sonra İsmayıllı-Muğanlı,
İsmayıllı-Lahıc yolunun, həm də Girdiman
çayı üzərində tikilən körpü
tikintisini sürətləndirmək üçün rayon rəhbərliyinin
göstərişi ilə işə nəzarət mənə
həvalə edildi.
Rayonda bütün qüvvələr səfərbər
oldu. O dövr
üçün ən müasir texnikalar yolun,
körpünün tikintisinə cəlb edildi. Həmin
texnikalar Heydər Əliyevin göstərişi ilə
göndərilmişdi.
Ona görə də həm
İsmayıllı-Muğanlı, həm
İsmayıllı-Lahıc yolu, həm də körpü həmin
müddətdən də tez tikilib başa
çatdırıldı. Onu da deyim ki,
Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi
ilə ikinci dəfə siyasi hakimiyyətə gələndə
onun uzun illər qurub-yaratdıqlarından əsər-əlamət
belə qalmamışdır.
Azərbaycan dövləti əsl feodalizm ictimai-siyasi
farmasiyasını xatırladırdı, özü də
feodalizmin ilk inkişaf mərhələsi olan pərakəndəlik
dövrünü. Ən gözəl nemət olan sabitlik məhvərindən
çıxmışdı və tamamilə pozulmuşdur,
iqtisadiyyat demək olar ki, məhv edilmişdir. İnsanlar aclıq və səfalət içərisində
yaşayırdılar, dövlət xəzinəsində
valyuta ehtiyatı sıfıra bərabər idi. İnsanlar mal yemi yeməyə məhkum idilər.
Onlar bir parça çörək dalınca
rayonlardan Bakıya axışırdılar. Bir sözlə ölkə dərin böhran
girdabında boğulurdu. Artıq fəlakət
qaçılmaz vəziyyət almışdır.
Hüquq-mühafizə orqanları iflic vəziyyətinə
düşmüşdü. Ən acınacaqlı
vəziyyət Daxili İşlər Nazirliyində hökm
sürürdü. Uzun illər Nazirlikdə
işləyən bacarıqlı, təcrübəli
işçilər, kütləvi surətdə heç bir əsası
olmadan "Partokrat" damğası vurularaq işdən kənarlaşdırılırdılar.
Bu səbəbdən də ölkədə
cinayətkarlıq baş alıb gedirdi. Oğurluq,
soyğunçuluq, qətl cinayətləri
günü-gündən artmağa başlamışdı.
Belə xarakterli cinayətlərin çoxu
açılmamış qalırdı.
Belə bir mürəkkəb şəraitdə
ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə siyasi
hakimiyyətə gəldi.
Bu o zaman idi ki, bədbinliyə qapılmış
insanların artıq sabaha ümidləri yox idi.
Yaxşı
yadımdadır, Heydər Əliyev siyasi hakimiyyətə gələndən
sonra çıxışlarının birində dedi:
"Vallah, billah, xalqımızın güzəranı
yaxşılaşacaq, bütün çətinliklər
arxada qalacaq, siz buna əmin ola bilərsiniz".
Həqiqətən də ulu öndərin dediyi
fikirlər öz bəhrəsini verir.
Bu gün Heydər Əliyev ideyaları Azərbaycan
hökuməti tərəfindən uğurla
reallaşdırılıb və yüksək nəticələr
əldə edilib.
O zaman Ulu
öndərin rəhbərliyi ilə həyata keçirilən
iqtisadi və sosial siyasət sayəsində respublika
iqtisadiyyatının bütün sahələrinə, elm və
mədəniyyətin inkişaf etdirilməsinə,
xalqımızın təsərrüfatına dərindən
bağlı şəxsiyyətin yüksək zəkası
sayəsində nail olmaq mümkün idi.
O
dövrdə ölkəmizdə aparılan genişmiqyaslı
quruculuq işləri nəticəsində Azərbaycanda bir
neçə il ərzində yeni
yaşayış massivləri, binalar, məktəblər, sənaye
müəssisələri tikildi, yollar salındı.
Gənclərimiz
elmə və təhsilə dərindən yiyələndilər,
ölkəmizin sabahı naminə peşəkar kadrların
olması üçün Ulu öndər minlərlə azərbaycanlının
keçmiş ittifaqın ali məktəblərində
təhsil almalarına geniş imkanlar yaratdı.
Ulu öndər iki dəfə İsmayıllı
rayonunda olduğu zaman onun yanında olmuşam. Bakıya
dönəndə qəlbən mənə təşəkkürünü
bildirib, işlərimdə uğurlar arzulayıb.
Ona görə də qələmə aldığım
bu yazı mənim qəlbimdə əbədi həkk
olunmuşdur.
Bu yazı unudulmaz tarix, ulu öndər Heydər
Əliyevə hörmət və ehtiramımın parlaq təzahürüdür.
Ulu öndər özünə ən böyük abidəni
elə o zaman sağlığında xalqının qəlbində
ucaltmışdı.
Bu gün ona ümumxalq məhəbbəti qazandıran
da məhz budur.
Xalıq Qasımzadə
Hüquq elmləri namizədi,
müharibə və
əmək veteranı
Ədalət 2018.- 5 may.- S.12.