QAX: İNKİŞAFIN VƏ
MÜASİRLƏŞMƏNİN YENİ
MƏRHƏLƏSİ
(əvvəli ötən sayımızda)
"Əkin sahələrinin suvarma suyu ilə
təminatının yaxşılaşdırılmasına
və əhalinin içməli suya olan təlabatının ödənilməsinə dair
əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
12 mart 2018-ci il tarixli 3781 nömrəli Sərəncamına uyğun
olaraq cari ildə rayonun 13 yaşayış məntəqəsində
artezian quyularının
qazılması nəzərdə
tutulmuşdur. Rüb ərzində
rayonun Almalı, Oncallı, Qaratala və Cəlayir kəndlərində artezian
quyuları qazılmışdır.
Digər
9 yaşayış məntəqəsində
də artezian quyularının qazılması
üçün hazırda
müvafiq işlər
aparılır.
Hesabat dövründə yolların
əsaslı təmiri
və abadlıq işlərinin görülməsi
ilə bağlı büdcədə nəzərdə
tutulmuş vəsait hesabına Zərnə kəndinin giriş yolunun 1 km hissəsinə və şəhərin Ü.Hacıbəyov, İ.Qabulov,
Ə.Cavad, S.Qazıyeva,
M.Rahim, C.Məmmədquluzadə
küçələrinə asfalt örtüyünün
salınması nəzərdə
tutulmuşdur. Həmçinin
şəhərin İ.Qabulov,
S.Qazıyeva, M.Rahim, C.Məmmədquluzadə, M.Maqomayev,
Babək küçələrində
və M.Müşviq küçəsi döngə
1-də abadlıq işlərinin
görülməsi, eyni
zamanda şəhərin
2 prospekt və 20 küçəsində hərəkət
tənzimləyici xətlərin
çəkilməsi, səki
daşlarının (bordürlərin)
rənglənməsi, taxta
elementlərin laklanması,
həmçinin Heydər
Əliyev prospektinin giriş hissəsində səkilərdə tamet tavalarının təmiri
nəzərdə tutulmuşdur.
Hazırda görüləcək işlərlə bağlı
sənədləşmə işləri aparılır.
Rayon üzrə qeyri-məşğul
əhalinin ödənişli
ictimai faydalı əmək fəaliyyətinə
cəlb edilməsi məqsədi ilə şəhər ərazisində
14 ədəd çoxmənzilli
kommunal yaşayış
binasının bloklarında
təmir işlərinin
aparılması nəzərdə
tutulmuşdur. Ötən müddət ərzində
6 ədəd çoxmənzilli
binanın bloklarında
təmir işlərinə
başlanılmış, hazırda
işlər davam etdirilir.
Hesabat dövründə
Qıpçaq-Ağyazı avtomobil yolunun yenidən qurulmasına başlanılmışdır. Rüb ərzində İlisu kəndində 3 ulduzlu otelin və 65 yerlik otelin, Ağçay kəndində
"Bergs" otelində yeni
korpusun, Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinin Qax rayon şöbəsinin inzibati
binasının, Qaradolaq,
Qarabaldır, Qapıçay
və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisi və Qax Damazlıq İpəkçilik Stansiyasının
bərpası işləri
davam etdirilmişdir. Baydarlı kəndində Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Qarabağ Müharibəsi
əlilinə fərdi
yaşayış evinin
tikintisində son tamamlama
işləri aparılmışdır.
Rüb ərzində
rayonda 13 ədəd fərdi yaşayış
evi və 4 ədəd sahibkarlıq obyekti olmaqla, ümumilikdə 17 fərdi
tikinti aparılmışdır.
Hesabat dövründə
Dövlət İmtahan
Mərkəzi tərəfindən
rayonun ümumtəhsil
məktəblərinin IX siniflərində
buraxılış imtahanlarının
birinci mərhələsi
keçirilmiş, imtahanlarda
618 nəfər şagird
iştirak etmişdir.
Şəki şəhərində keçirilən
fənn olimpiadalarının
yarımfinal turunda rayonun 47 nəfər şagirdi iştirak etmişdir. "Şahin"
hərbi-idman oyunu üzrə rayon komandası
zona yarışlarında
iştirak etmək hüququ qazanmışdır.
Cari ilin birinci rübündə
rayon Mərkəzi Xəstəxanasının
109 nəfər həkimi
və 393 nəfər
orta tibb işçisi əhaliyə
xidmət göstərmişdir. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin tapşırığına
əsasən ötən
il olduğu
kimi bu il
də rayonda fevralın 12-dən əhalinin
tibbi müayinədən
keçirilməsinə başlanılmışdır.
Ötən müddət
ərzində əhalinin
27962 nəfəri tibbi
müayinədən keçmiş,
onlardan 2894 nəfəri
ambulator, 87 nəfəri
stasionar müalicəyə
cəlb olunmuş, 7 nəfəri isə Bakı şəhərinə
müalicəyə göndərilmişdir.
Ötən müddət ərzində
cərrahiyə şöbəsində
145 əməliyyat aparılmışdır
ki, bunlardan 20-si təcili və təxirəsalınmaz əməliyyat
olmuşdur. 4 nəfər həkim Həkimlərin Təkmilləşdirmə İnstitutunda,
16 nəfər orta tibb işçisi ixtisasartırma kursunda olmuş, 3 nəfər həkim və 10 nəfər orta tibb işçisi sertifikasiya komissiyasından
keçmişdir.
Hesabat dövründə
58.5 min manatlıq dərman
preparatları alınmış
və rayonun bütün tibb müəssisələrinə qaimə
əsasında bölüşdürülmüşdür. Güzəştli, imtiyazlı və aztəminatlı xəstələrə
31 min manatlıq dərman
preparatları verilmişdir.
Hesabat dövründə
Rayon Mədəniyyət və
Turizm şöbəsi
Baki şəhəri Dənizkənarı Milli Parkda keçirilən
"Novruz" şənliklərində
iştirak etmişdir. "Şərq bazarı" və "Milli mətbəx" bölməsində
rayona məxsus mətbəx nümunələri,
kənd təsərrüfatı
məhsulları və
tətbiqi sənət
ustalarının əl
işləri nümayiş
olunmuşdur. Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Bakı şəhərində keçirilən
"Novruz festivalında"
Qaxingiloy kənd mədəniyyət evinin
"İmedi" rəqs
qrupu uğurla çıxış etmişdir.
Rüb ərzində
mədəniyyət müəssisələrində
tarixi günlər, bayramlar, yubileylər, sərgilər, konfranslar və dəyirmi masalar keçirilmiş, kompozisiyalar hazırlanmışdır.
Rayon Gənclər və İdman İdarəsi hesabat dövründə iş planına uyğun olaraq aidiyyəti qurumlarla əlaqələri daha da genişləndirərək
rayonda bədən tərbiyəsi və idmanın kütləviliyinin
artırılması sahəsində
məqsədyönlü tədbirlər
həyata keçirmişdir.
Hesabat dövründə Dövlət
Sosial Müdafiə Fondunun Qax rayon şöbəsində "Sosial
müavinətlər haqqında"
Qanuna uyğun olaraq 38 nəfərə yaşa görə, 22 nəfərə əlilliyə
görə, 12 nəfərə
ailə başçısını
itirməyinə görə
və 11 nəfər sağlamlıq imkanları
məhdud olan 18 yaşadək uşağa
aylıq müavinət
təyin olunmuşdur.
Rüb ərzində uşağın
doğulmasına görə
141 nəfərə, penitensiar
xidmətdən azad olunan 7 nəfərə və dəfn üçün 5 nəfərə
birdəfəlik müavinət
verilmişdir.
"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq rüb ərzində şöbədə yaşa
görə 24 nəfərə,
əlilliyə görə
18 nəfərə, ailə
başçısını itirməyinə görə
2 nəfərə əmək
pensiyası təyin olunmaqla ümumilikdə 44
nəfərə yeni pensiya təyin olunmuş 01 aprel 2018-ci il tarixə uçotda olan pensiyaçıların sayı
8474 nəfər olmaqla
1 nəfərə düşən
orta aylıq pensiya məbləği
196.24 manat təşkil
etmişdir.
Hesabat dövründə
Qax Telekommunikasiya Qovşağı tərəfindən
rabitə və informasiya xidmətlərinin
yaxşılaşdırılması məqsədi ilə 5 ədəd yeni internet avadanlığı quraşdırmışdır. Rüb ərzində
rayon üzrə internet abunəçilərinin
sayı 5681 nəfərə
çatmışdır. Qovşaq tərəfindən
Baydarlı kəndində
750 metr uzunluğunda kabel xətti yenisi ilə əvəz olunmuş, Qaxbaş, Turaclı, Tasmalı, Ləkit, İngiloy-Kötüklü, Lələli,
Cəlayir və Əmbərçay kəndlərində
rabitə xətlərində
cari təmir işləri aparılmış
və xətlər texniki normaya gətirilmişdir. Qovşaqda
rüb ərzində tarif gəliri proqnozuna 110 faiz əməl olunaraq 326 min manat gəlir əldə edilmişdir ki, bu da
keçən ilin müvafiq dövrü ilə müqayisədə
36 min manat çox olmuşdur. Hesabat dövründə 41 ədəd telefon çəkilmiş, ümümilikdə
qovşağın montaj
tutumu 11734 nömrə
təşkil etmişdir.
Qax Elektrik Şəbəkəsi
tərəfindən hesabat
dövründə 4 ədəd
transformator yarımstansiyası
cari təmir olunmuş, 2 ədəd yeni ayrıcı quraşdırılmış, 63 ədəd 10 kV-luq, 90 ədəd 0,4 kV-luq dayaq dəyişdirilmişdir.
Lələli kəndində
yeni quraşdırılmış
160 kVA transformator sxemə qoşulmuş, Fıstıqlı kəndində
20 ədəd 10 kV-luq
dəmir beton dayaq basdırılmışdır.
Qaşqaçay kəndində 7 ədəd
yeni 10 kV-luq dayaq basdırılmış
və 450 metr uzunluğunda yeni xətt çəkilmişdir.
Əlibəyli kəndində
10 və 0,4 kV-luq şəbəkənin yenidənqurulması
işləri çərçivəsində
14 ədəd yeni 10
kV-luq, 98 ədəd yeni 0,4 kV-luq metal boru dayaq basdırılmış,
375 metr uzunluğunda yeni kabel xətti
çəkilmiş, işlər
hazırda davam edilir. Yeni 35/10kV-luq "İlisu" yarımstansiyası istifadəyə
verilmişdir.
Hesabat dövründə Zaqatala
Regional Qaz İstismarı
İdarəsinin Qax sahəsi tərəfindən
qaz itkilərinin, qaz xətlərinə qanunsuz qoşulma və müdaxilə hallarının qarşısının
alınması üçün
qaz sayğaclarının
əvəzlənməsi, küçə
xətlərinə çıxarılması
işi davam etdirilərək 23 ədəd
qaz sayğacı yenisi ilə əvəzlənmiş, 2 ədəd
smartkart tipli sayğac quraşdırılmışdır.
Müddət ərzində 33 mənzilə
qaz çəkilişi
aparılmışdır. Rüb ərzində rayon üzrə 15611 ev təsərrüfatından 9812 təsərrüfat təbii
qazdan istifadə etmişdir ki, bu da rayonun
ev təsərrüfatlarının
62.8 faizini təşkil
etmişdir.
Qax Sukanal İdarəsi tərəfindən
hesabat dövründə
5501 abonent olmaqla 13853 nəfər içməli
su ilə təmin olunmuşdur. İdarə
tərəfindən xidmət
göstərilməsi məqsədilə
14 büdcə, 18 respublika,
130 kommersiya və 35 sənaye təşkilatı
ilə müqavilə
bağlanılmışdır. Rüb ərzində idarə tərəfindən 126 ədəd
su sayğacı quraşdırılmaqla rayon üzrə
quraşdırılmış su sayğaclarının ümumi sayı 4625-ə çatdırılmışdır.
Birinci rübün yekunları və qarşıda duran vəzifələrlə
bağlı məruzə
və çıxışlarda
bildirilmişdir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci
ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasındakı proqram xarakterli çıxışından
irəli gələn vəzifələri yerinə
yetirmək üçün
rayonun bütün potensial imkanları səfərbər edilərək
2018-ci il uğurla başa vurulacaqdır.
Ədalət 2018.- 6 may.- S.4.