Əsrin fenomeni

 

Əvəz

Mahmud

Lələdağ

 

Ulu Öndərimiz, Ümumilli liderimiz Heydər Əliyev haqqında düşünərkən fikrimin fonunda çox əzəmətli, məğrur, sınmayan, əyilməyən bir sima, incə, həssas həm son dərəcə bir istedad canlanırdı. Ulu öndər bu zirvəyə çatana qədər mürəkkəb həyat yolu keçmiş, ağır böhranlı bir təkamül dövrü yaşamışdır. Mən Ümummilli liderimizə başqa bir prizmadan baxmaq istəyirəm.

Bu gün respublikamızdakı siyasi sabitliyi görməyən, iqtisadiyyatdakı dinamik sürətli artımı hiss etməyən, əldə edilmiş atəşkəsi alqışlamayan, iqtisadi islahatları qəbul etməyən, dövlətçiliyimizin möhkəmlənməsini duymayan, ordu quruculuğumuzun ordu kimi formalaşmasından xəbərsiz olan ilk demokratik konstitusiyamızı, əsas qanunumuzu, parlamentimizi təsdiqləməyən, hər yeni uğura, şad xəbərə ağız büzən adamın ürəyi sönük, gözü kor, qulağı kar, mənəviyyatı dayazdır.

Böyük düha, nurlu zəka, müdrik ağsaqqal, dünya siyasətçisi Heydər Əliyevi nədir belə əlçatmaz edən? Bütün gizli təlimlərdə deyilir ki, insanın ali vəzifəsi kamilləşməkdir. Hər şeyi kamil bilən adam maqdır, yoqadır daha dəqiq desək, filosofdur. İnsan kosmoqoniyası ilə məşğul olanlar, filosoflar, dahi şəxsiyyətlər üçün xüsusi kriteriyalar əsas götürülür. İndi görək bu kriteriyalar Ulu Öndərimiz Heydər Əliyevdə necə gerçəkləşmişdir.

Çalışqanlıq, dözümlülük, əməksevərlik onun xarakterik xüsusiyyətləri idi. Möhkəm intizamı sevirdi. O, əmin idi ki, intizamsızlıq həmişə anarxiyaya gətirib çıxarır.

Belə halları biz 1990, 1991 1992-ci illərdə görmüşük onların canlı şahidi olmuşuq. Bir az da dəqiq desək, dəstəbazları, qanun pozanları, qanunsuz silah saxlayanları, başımıza bəla gətirənləri çox görmüşük. Özbaşınalıq həm orduda, həm küçədə, həm məhəllələrdə baş alıb gedirdi. İndiki siyasi sabitlik, intizamın möhkəmlənməsi bizi anarxiyadan xilas etdi.

Ən çətin məqamlarda, qorxulu anlarda qətiyyət göstərib. Atdığı hər addım təcrübə məntiqə əsaslanırdı. Ulu öndərdə güclü müşahidə qabiliyyəti vardı. Bəzən başqaları üçün xırda, əhəmiyyətsiz sayılan məqamlar onun gözündən yayınmırdı.

İntiusiya fəhm. Bu da müdriklərə xas olan ən gözəl xüsusiyyətdir. Daxili inam fəhm ən böyük siyasətçiləri heyran qoyan addımı atmağa ona kömək edirdi.

Çox gözəl təhlil etmə qabiliyyəti var idi. Xalq şairi B. Vahabzadənin "Hara gedir bu dünya?" əsərinin tamaşasına baxdıqdan sonra əsəri bir ədəbiyyatşünas, teatrşünas kimi təhlil etməsi şəxsən heyran etdi. Siyasi tərəfdən çıxardığı nəticələr baş verəcək bəlaların qarşısını almaqda, hadisəni düzgün istiqamətləndirməkdə ona böyük imkan verirdi.

Adaptasiya. Hansı mühitə düşərsə ətrafındakılarla xoş münasibət yaratmağı bacarırdı. Necə deyərlər dil tapırdı. Müdriklərlə müdrik, kiçiklərlə kiçik rəftar edir, hamının yerin bilirdi.

Diplomatiya. Bircə onu demək kifayətdir ki, dünya diplomatları XX əsrin ən böyük şəxsiyyətləri, siyasi xadimləri H. Əliyev diplomatiyasına heyran olurdular. Bax, ele Türkiyə Respublikasının bütün dünyada məşhur olan "Nərgiz tv" kanalının keçirdiyi rəy sorğusu nəticəsində toplanan 59413 səslə ilin ən görkəmli siyasətçisi, diplomatı adına bizim möhtərəm prezidentimiz cənab H. Əliyev cənabları layiq görülmüşdü.

Daxili mədəniyyət. Yüksək mədəniyyəti, əsil azərbaycanlı kişisinə xas olan ağayanalığı, beynəlxalq etik qaydaların incəliklərini bilməsi onu başqalarından fərqləndirdi. Maneraları da olduqca təbii idi.

Özünənəzarət. Ən çətin anlarda özünü itirmir, hiss həyəcanlarını daxildə boğmağı bacarır, arzusuna, məqsədinə nail olmaq üçün dünyanın bütün sirlərinə vaqif olan dörd şeyə arxalanırdı. Hikmət, ağıl, təmkin ədalət.

Son illərdə amnistiya haqqındakı verdiyi yadda qalan ədalətli fərmanlar humanist bir insanın dərin zəkasının bəhrəsidir. Güclü yaddaşı var idi. Biz bu gözəl keyfiyyətin hər gün şahidi iştirakçısı olurduq. Demək olar ki, gördüyünü, oxuduğunu, hadisələri yadında saxlaya bilirdi. Baxışları nitqi maqnetizmi ilə hamını özünə cəlb edə bilirdi. Onun gözlərinə baxan yalan danışa bilməzdi. Qədim tarixə malik olan gözəl adət-ənənələrimizi dərindən bilməsi təqdirəlayiqdir.

Heydər Əliyevin bir vətəni var - Azərbaycan! Onun dediklərini poeziya sığalına gətirsəm

 

Hara getsəm,

harda olsam,

Əl çatmayan, ün yetməyən

bir qalada,

darda olsam

Sənsən canım,

Mənim Azərbaycanım - deyirdi.

 

Müdrik el ağsaqqalı idi. O, Vətənini, torpağını sağlam ehtirasla sevdiyi kimi millətini , dilini , dinini ürəkdən sevirdi.

"Ölsəm xalqımla birlikdə öləcəm, yaşasam xalqımla birlikdə yaşayacam" deyirdi.

Qaçıb yad ölkələrdə baş girləyənlərə nifrət edirdi. O, insanları müdrik bir ağsaqqal təmkini ilə birləşdirmək, doğma etmək arzusu ilə yaşayırdı.

H. Əliyev bəşəriyyətin mənəvi fikir həyatı, real ideal yaşayış arzuları ilə bağlı olan bir müdrik rəhbər, bəşəriyyətə nicat yolu göstərməyə qadir olar sərkərdə idi. O, qəlbində yaşatdığı arzularla canlandırdığı gözəl, xoşbəxt gələcəyə inamla nəfəs alırdı.

Böyük zəka, düha, kamal sahibi olan H. Əliyev mövcud aləmdəki ziddiyyətləri, haqsızlığı zülmü aradan qaldırmağa can atırdı, nahaq qanların tökülməsini, yurd-yuva dağılmasını istəmirdi. O, milləti düşdüyü bəladan qurtarmağa qadir olan XX əsrin yeganə şəxsiyyəti idi. Bu gün Ulu Öndər Ümumilli lider Heydər Əliyevin məzarı ümumxalq ziyarətgahına çevrilib.

 

Ədalət  2018.- 9 may.- S.5.