Ədəbi Zəkanın bu
günü və gələcəyi
(Şair KƏRAMƏTLƏ gözlənilən
söhbət)
- Hörmətli Kəramət
müəllim, biz bütün
ədəbi mühtü
çox mənalı
olaraq sizin istedadınız, ədəbi
vicdanınızı qəbul
edir. Amma bütövlükdə götürəndə "ədəbi
vicdan" nəyi həll edir ki?
- Dünyada elə deyişməz dəyərlər
var ki, onlar
konyuktural deyil, gündəlik bazara hesablanmır, yəni yaradıcılıqda o missiyanı
yerinə yetirir ki, gündəlik alver məhsulu deyil. Bütün dəyərlər əslində belədir.
- Mənə elə gəlir ki, siz ədəbiyyata başqa müstəvidən,
başqa prizmadan yanaşırsınız. Belə olan
halda məğlubiyyət
qaçılmaz olur.
- İlk növbədə
qarşıdurma və
inkarçılığın bütün formalarıyla,
"intiligent intiqantlığıyla",
qurdumuzu öldürməklə
göz aldadırıq. Təəssüf ki, mətndə-məzmunda,
poetikada bu inkarçılıq o səviyyədə
deyil. Dekorativlik güclüdür. Bir də tərcümənin
xüsusi çəkisi
artmaqdadır, maklaturanın
çapında, təbliğində
şəriksiz üstünlük
nəzərə çarpır,
qadağa mövzulara müraciət güclənib.
Müasir nəzəri prinsiplərə
hesablanan yazılar çoxalıb. Bu fonda seyrək də olsa ədəbiyyat
adına çıxılası
nümunələrə rast
gəlməyimiz sevindiricidir.
Bütün bunlarla bərabər
mağara ədəbiyyatı
davam etməkdədir.
Bu çox utandırıcı
bir haldır. Həyatda ləyaqət, ədəbiyyatda
ləyaqət olmadıqda,
dünyada ləyaqət
olmaz.
- Səbəbləri nədə
görürsünüz? Yoxsa sizin
dedikləriniz də tezis, deklorasiya kimi yozulacaq.
- İzah eləmək
mənim işim deyil. Şükür Allaha ki, xeyli qocalı-cavanlı araşdırıcımız var,
amma işarələr
vura bilərəm.
Əvvəlcə qarşıdurma,
inkarçılıq, bir
az da
məsələni tündləşdirsək
"inqlabçılıq" əhvalı aparıcıydı.
İndi bütün bunların səngidiyinin də fərqindəyik. Yəni estetik
görüşün sistemsizliyi
sadəcə "o məhv
olmalıdır"ı qabardırdı.
Kamyunun bir ifadəsi yadıma düşür,
təqribən belə
qalıb yaddaşımda
ki, yaradıcılıq
olmayan yerdə inqilablar başlayar. Ədəbi prosesin sərhədləri
genişlənib, ədəbiyyat
ixrac eləyən, istehsal eləyən ölkələrin bazarına
çevrilən ölkələr
sırasındayıq. Ona görə də o "bazar ədəbiyyatı"
istiqamətinə yönəldənlərin
tərəfindəyik. Bu prosses hər
bir ölkədə özünə məxsus şəkildə gedir.
Yeni Dünya Düzəni, Vahid İnsan Tipinin yaradılmasının gedişatı
yeni ədəbiyyatın
yaradılmasını diktə
edir. Leninin dediyi o ədəbiyyatın
"təkərcik, vintcik"
funksiyası indi qloballaşmaya transfer olunur.
İndidə o prosesi izləyiri
ki, vahid İnsan tipi, qloballaşma
öz işləkliyini
itirib. Buda təbiətin harmoniyasına
uyğundur. Belə də
olmalıdır.
- Demək istəyirsiniz ki, yeni ədəbiyyat
dünyada gedən ictimai-siyasi prosseslərin diktəsidir. Səhv eləmədim ki?
- Əslində fiziki
və mənəvi anlamda Yeni, Köhnə
ədəbiyyat yoxdur,
yeni zəkalar və yaşca gənc olsa da köhnə zəkalar var. Sadəcə
bunlar arasında fəri görmək lazımdır.
- Maraqlı mülahizələrdi.....
Deməli, ədəbiyyat idarə
olunan hadisədi.
Bir az
Ədəbiyyatın möhtəşəmliyinə
xələl gətirirsiniz.
- Mübahisəli olsa da sizin mülahizələriniz
həmişə maraq
doğurur. Bəlkə birmənalı qarşılanma
özü elə bir "taftalogiya"dır.
- Gerçəkdən dünyadakı
insan resusları, enerji layihələri bəlkə hər şeyi həll edir?
- "Amma" sı-zadı
yoxdu. Gəl təəssübkeşlikdənsə
reallıqlarla yaşayaq,
özümüzü aldatmayaq.
Ədəbiyyat tarixi hadisələri qeydə alan bir
hadisədir, müşahidəçidir,
iştirakçı deyil.
Ədəbiyyatçı həm də
hadisəçidir, bu
və ya digər anlamda bədii səlnaməçidi,
bədii dərk və izah sahibidir.
Həm də enerji daşıyıcısı və
ədəbi enerji ötürücüsüdür.
- Gəl, bir az da özümüzdən
danışaq, öz ədəbi problemimizi çözək.
- Əslində elə
özümüzdən danışırıq
da... qloballaşan dünyada ayrıca götürülən, mənəvi
sərhədləri çəkilən
yox, açıq insan tipindən söhbət gedir. Burada ancaq
və ancaq zaman və məkanca
bütöv və eyni zamanda xaosda
yaşayan, fraqmentlərdəki
obraz qavranılır,
kolorit, sərhəd-filan
götürülür. Cəmiyyətin Yeni Dünyaya
hazırlanması gedişatında
iştirak edən Ədəbiyyat heç də sənət növləri içərisində
qabaqcıl deyil.
Kino ilə müqayisədə
ədəbiyyatın iş
həcmi çox aşağıdır. "Ədəbi ictimaiyyət"
deyilən də bütöv cəmiyyətin
bir kəsimidir. Yəni cəmiyyəti sözlər
idarə edir. Çox az
sayda Şəxsiyyətlər
tapılar ki, öz seçimi ilə yaşasın. Ədəbi kütlə və oradan da dalğavari
genişlənən çoxluqlar
baş verənləri
həmin o təbliğat-təşviqatla
qiymətləndirir. Bu,
artıq öz qiyməti deyil.
- Ədəbiyyat idarəetmə
pultuna tabedirsə, ədəbi kütlə təbliğat-təşviqat maşınına
"qulaq asırsa",
öz seçimi yoxsa, onda öz
yerinizi harada görürsünüz? Yaxud özünüzü
necə dəyərləndirirsiniz?
- İndi ədəbi
şoular, şoumenlik,
internet yazıçılıq və sairlərin meydanı genişdir. Bu da ötüb keçir və yaxud keçməkdədi.
Bəziləri kimi özümü
ədəbiyyatın "jek"
rəisi yerində görmürəm, Kəramət
və yaxud başqasına arayış
vermirəm ki, bu ədəbiyyatxananın
hansı binasının
hansı mənzilinin sakinidir. Sualına cavab vermək üçün yaddaşımda
sənəti qarşısında
iki əlimi də qaldırdığım
ssenarist, rejissor, aktyor Kitavanın sözləri səslənir:
"Mən bilmirəm
Holluvudda vur-çatlasınla,
hay-küylə nə
çəkirlər, ancaq
mən nə çəkdiyimi yaxşı
bilirəm".
- Mənə elə gəlir ki, söhbətimiz yarımçıq
qaldı. Bəzi məsələlərdən yan keçdik, bəzi məsələlərə
atüstü toxunduq, bəzi məsələlər
heç yada düşmədi.
- Ədəbiyyat söhbəti
bitən söhbət
deyil, sağlıq olsun.
- Sizə də qəzetimiz adından maraqlı söhbətə
görə, "çox
sağ ol"
deyirik.
GÜL, gül...
Sözüm harda qaldı...
yadıma sal bir
Bələkmi, kəfənmi geyənə
kimi
Yüz
tale yaşayıb dönüb
gəlmişəm
"Mən səni
sevirəm" deyənə
kimi.
Atılıb getməkdən kimsə
ölmədi
Gedəcək yerim yox getmək yerinə
İlahi
söz gəzdim, tapa bilmədim
"Mən səni
sevirəm" demək
yerinə.
Dünya
kompyuterin camı boydadı
İnternet yaddaşa köçür
yuxunu.
Ağlamaq-sızlamaq bizdə qaydadı
Gülüşə döndərrəm sənin
ah-ını.
Bu həllsiz misalda özünü yorma
Atılmaq, həsrət də səadətdi, bil.
Bir yerdə güləkmi başdaşınıza
Bir qəbrə qoyulub öləkmi, gül... gül...
HÖRMƏTLİ HƏYAT XANIM,
yaşımın bu yaşında
Özünü yorma, sən Sənin canın.
Ağlatmaq-sındırmaq qədim peşəndi
bu da sənin işindi.
MƏN,
MƏN, MƏN...
AĞLAMAĞA-SIZLAMAĞA
DOĞULMADIM
öləndə də misgin-misgin ölmərəm.
(Burda bir yalanım
var-Ağladım
çiynimdəki mələklərin
yanlışıyla
keçəl başımla,
ağaran saçımla
rişxəndlə gülən
üzümlə ağladım
Bu başqa ağlamaqdı)
Mənim
yazığım gəlib
həyata
ömrümdən çalanlara.
HÖRMƏTLİ,
HƏYAT XANIM
İtimlə-pişiyimlə, həyətimdəki
ərik ağacını
qucaqlayıb ağladım
İnsana
güldüm, ancaq
İnsan ağlayacaq qədər gülməlidi.
hələ çəkdiklərimin
dörddə biri deyil BU
40 il əvvəl
yazmışdım
-Rüzgarlar əymək dilər
əyilməz başdaşım
da
Yanar işıldaböcəklər,
sönər işıldaböcəklər
Sevdalı sevdasızım,
"Sevda" dərsi keçilməz
Allahı
sonradan qazanmaq olmur
O səndə var, ya da yox
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər.
Nəğmələrin qolları
qandal götürməz,
Türmə böyüklərin uşaq
bağçası
Uşaqların türməsidi bağçalar
Sonradan azadlıq qazanmaq olmur
Adam azad doğulur
ya da ki, kölə.
Yanar-sönər işıldaböcəklər.
Külqabıya gül qoyursan hələ də
Güldanlara kül tökürsən
hələ də
Həyatda HAQQ aramaq
özü də haqsız işdi
Haqqı
da sonradan qazanmaq olmur
Allahı
da elə
Sevdanı da elə
Yanar işıldaböcəklər,
Sönər işıldaböcəklər,
Ədalətqızı, Zemfira.
Ədalət 2018.- 12 may.- S.13.