AZƏRBAYCAN REALLIĞININ QOBUSTAN NÜMUNƏSİ

 

"...Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin söylədiyi dəyərli sözlər bugünkü həyatımızın əsl reallığını əks etdirir. Bu həqiqət, bu reallıq hamımızı sevindirir, qürurlandırır.

Gerçəklik budur: dövlətimizin, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qayğı diqqəti sayəsində respublikamızın elə bir bölgəsi yoxdur ki, orada inkişaf, yüksəliş insanların xoş güzəranı arzulara işıq salmasın.

Reallıq budur: davamlı inkişaf, tərəqqi yüksəliş prosesləri bu gün müstəqil Azərbaycanın siyasi simasını müəyyənləşdirir. Bütün sahələrdə yeniləşən respublikamız beynəlxalq aləmdə mövqelərini ildən-ilə möhkəmləndirir. Azərbaycan xalqı elə bu səbəblərdən hər zaman öz liderinə, öz prezidentinə inanır onu sevir. Nəticə 11 apreldə bir daha təsdiqləndi.

Əsl həqiqət budur!

...Bizim müasir Qobustanımız da vətənin bir parçasıdır. Son illər respublikamızın hər yerində olduğu kimi Qobustan rayonunda da sosial-iqtisadi mədəni inkişaf diqqət çəkir, sevinc bəxş edir. Rayonun sanki yenidən qurulub müasirləşməsi, qazanılan başqa uğurlar qobustanlıları daha böyük uğurlara ruhlandırır. Yeni məktəblər, sosial obyektlər, kəndlərdə içməli su qaz çəkilişi məsələlərinin həlli, yeni yollar digər müasirləşmə tədbirləri sakinlərin daha rahat yaşayışına hesablanır. Uzun illərin rəhbər işçisi, təcrübəli icra başçısı Adil Məmmədovla bütün bu məsələlər barədə, eyni zamanda Qobustanın keçmişi ilə bu gününü fərqləndirən reallıqlar haqqında çox söhbətlər etmişik, xatirələr bölüşmüşük. Hər dəfə A.Məmmədov dövlət qayğısından ürəkdolusu danışıb, bu günkü Qobustanın cənab Prezidentin sakinlərə qiymətli bir hədiyyəsi olduğunu vurğulayıb.

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları qarşıda duran vəzifələrə həsr edilmiş yığıncaqdakı məruzə çıxışlarda da dövlətin prezidentin Qobustan rayonuna göstərdiyi müstəsna qayğı, ölkə rəhbərinin tez-tez Qobustana səfər etməsi xatırlanaraq alqışlanmışdır.

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov məruzə ilə çıxışında demişdir:

- 2018-ci ilin birinci rübü rayonumuz üçün çox uğurlu olmuşdur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 9 fevral 2018-ci il tarixli 3659 nömrəli sərəncamı ilə Qobustan Rayon Mərkəzi Xəstəxanasının tikintisi, mövcud xəstəxana binalarının təmiri, avadanlıq inventarla təchiz olunmasının başa çatdırılması məqsədilə 15 milyon 520 min manat vəsait Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılmış, işlər sürətlə aparılır. Cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı çıxışında da dediyi kimi, bu il biz bu xəstəxananın açılışını edəcəyik.

Cənab Prezidentin 21 fevral 2018-ci il tarixli 3705 nömrəli sərəncamına əsasən Qobustan rayonunda xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq dəzgahlarla təchizatı infrastrukturunun yaradılması məqsədilə 2,0 milyon manat vəsait "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. Bununla da Qobustan şəhərində 150-dən artıq qadının işlə təmin edilməsinə müvafiq şərait yaradılacaqdır. Eyni zamanda, "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonumuzda Regional yun qəbulu boyaq bitkilərinin tədarükü məntəqəsinin yaradılması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 2 aprel tarixli 3863 nömrəli Sərəncamı ilə Qobustan rayonu Şıxzərli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması məqsədilə Təhsil Nazirliyinə 425,0 min manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamı ilə 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri ərazilərin siyahısına Şıxzahırlı kəndinin adı daxil edilmişdir. Bu il Şıxzahırlı kəndinin qazlaşdırılması başa çatdırılacaqdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3667 nömrəli sərəncamı ilə Qobustan şəhərində 2 nömrəli 100 yerlik uşaq bağçasının tikintisi üçün Azərbaycan Respublikası Ərazilərinin Bərpası Yenidən Qurulması üzrə Agentliyinə 1 milyon 391 min manat vəsait ayrılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 mart tarixli 3781 nömrəli sərəncamı ilə əkin sahəsinin əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, yeni suvarılacaq torpaqların suvarma suyuna, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 2018-ci ildə Çuxanlı Sündü kəndlərində 1 ədəd artezian quyusunun layihələndirilməsinin qazılmasının təmin edilməsi məqsədilə Azərbaycan Meliorasiya Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə vəsait ayrılmışdır.

Yuxarıda qeyd olunanları ümumiləşdirməklə qeyd etmək istərdim ki, təkcə bu ilin birinci rübündə cənab Prezidentin rayonumuzun təhsil, səhiyyə, istehsal, əkin sahələrinin suvarılması istiqamətində 5 sərəncamı olmuşdur ki, bu sərəncamlarla ümumilikdə rayona 20 milyon manatdan artıq vəsait ayrılmışdır. Ayrılmış bu vəsait rayon büdcəsindən 5 dəfə çoxdur. Biz qobustanlılar da cənab Prezidentin bu diqqət qayğısına öz əməli işimizlə cavab verməliyik...

Sonra yığıncaqda rayon həyatının müxtəlif sahələrindən söhbət açılmış, qazanılan uğurlar qarşıda duran vəzifələrdən danışılmışdır. Qeyd olunmuşdur ki, rayon üzrə ümumi məhsul buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,5 faiz artmışdır. Bu artım heyvandarlıqda 17,3 faiz, tikinti xidmətlərdə 65,6 faiz, rabitə poçt xidmətlərində 7,2 faiz olmuşdur. Baxılan dövrdə əsas kapitala qoyulan investisiyalar 2,7 dəfə, o cümlədən tikinti, quraşdırma işlərinin dəyəri 2,9 dəfə artmışdır.

2018-ci ilin birinci rübündə rayonun yerli gəlirləri üzrə mədaxil büdcə proqnozu 105,2 faiz icra edilmişdir.

Rayon əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.Birinci rübdə rayonun bir sıra kəndlərində yararsız daşıyıcı elektrik xətt dirəkləri dəyişdirilmiş, Qobustan şəhərində "Özünü daşıyan izolyasiyalı naqillərlə" kabelləşmə davam etdirilmişdir. Yaz yay aylarında şəbəkənin qışlamaya hazırlığı yüksək səviyyədə aparılmalıdır. Cari ilin birinci rübündə istehlak edilmiş elektrik enerjisinin dəyəri 81,25 faiz ödənilmişdir ki, bu da müqayisə aparılan dövrə nisbətən 1,05 faiz çoxdur. Əlbəttə ki, şəbəkə yenilənərsə itkilərin qarşısının alınması yığımın 100 faizə çatdırılması təmin edilə bilər.

 

(ardı gələn sayımızda)

 

Əhmədzadə, Məzahir.

 

Ədalət  2018.- 16 may.- S.4.