Dəmir
Çeşməli
Ölüm haqqında
(Rekviyem)
Xatirələri gün-gün öpərəm,
Qara olsun, ya ağ, nə fərqi.
Səpkilərəm, səpərəm
Olsun dağ üstə dağ, nə fərqi.
Bu günümnən dünənimə
Boylanıb baxasıyam.
Rəngli günlərimin qəmini
Muncuq tək düzəsiyəm.
Bir boyuna taxasıyam.
Səhərdən bir az
keçmiş
Axşama
xeylax qalmış
Ölüm günü günorta
üstü
Ölüb, ölüm üstə gedəsiyəm.
Gedəcək yerim həmişəlik
Qara xallı
bənövəlik.
Zaman-zaman
yaşamaq üçün,
Üstümə düşən düşük
yükü
Üst başımda daşımaq
üçün,
Gözümdə neçə damla
yaş,
Hər addımda
bir damla düşər.
Köksümdə bir yekə qara daş
Üstümdə ilk sevgim gəzişər.
Bayatı buketi
Haray dağlar... haray dağlar,
Harda qaldı
yar, ay dağlar?
Ayrılığı ayrı duydum
İraq düşdüm, gör
ay, dağlar.
Haray dağlar... haray dağlar,
Ömrü başa vur ay dağlar.
Dayanmışam keşiyində
Göyə çıxsa yer, ay dağlar.
Haray dağlar... haray dağlar,
Yaşa!
Ömür sür, ay dağlar.
Aşıb-daşsın sel-suların
Qəlbə axsın gur, ay dağlar.
Haray dağlar... haray dağlar,
Gülün təzə-tər, ay dağlar.
Görsənib gözümdə qaldı
Halallığın ver, ay dağlar.
Haray dağlar... haray dağlar,
Dənələndi nar, ay dağlar.
Təzə-təzə göyərmişdi,
Nə tez düşdü sar, ay dağlar.
Haray dağlar... haray dağlar,
Hardandı bu şər ay dağlar.
Ağlar
iki can bir gözlə
Bir Araz, bir Kür
ay dağlar.
Haray dağlar... haray dağlar,
Təzən təzə-tər ay dağlar,
Umacağım bənövşədi,
Alacağım var, ay dağlar.
Haray dağlar... haray dağlar,
Mürkətinə yox tay
dağlar.
Səndən o gün ayrılmışdım
Nə tez keçdi bir yay dağlar.
Haray dağlar... haray dağlar,
Məskənimdən saray dağlar.
Anam tək bəslədin məni,
İldən-ilə hər ay dağlar.
Haray dağlar... haray dağlar,
Qar səpələr qar ay dağlar,
Odda bişdim Kərəm kimi
Yarımadı yar, ay dağlar.
Haray dağlar... haray dağlar,
Sal süfrəni sər, ay dağlar,
Dəmir
gedir öz ruhuyla
Sən durduqca dur, ay dağlar.
Çölüm içimdən yer
alıb
Həsrətin yaz həsrətimdi,
Bum-buz ayaz həsrətimdi,
Sevdamdı, öz həsrətimdi,
Eşqimin güman yeridi.
Bulud-buludun yaxını,
Qatar düzümü axını.
Zirvənin papaq taxımı,
Yamacın duman yeridi.
Çölüm içimdən yer
alıb,
İçim çölümdən daralıb.
Ayrılan məndən ayrılıb,
Halımın yaman yeridi.
Dərdi dizimə çıxıb
Daşınıb daşım üstə,
Sürünür yaşım üstə,
Bilirdim,
başım üstə,
Dərdi dizimə çıxıb.
Gözü yaşı qurutdu,
Yolu daşı qurutdu,
Məni
naşı qurutdu,
Dərdi dizimə çıxıb.
Yuvamı
oyun bilim,
Yerimə
qoyun bilim,
Dərdimi sayın bilim,
Dərdi dizimə çıxıb.
Dərdimin dərəsi var,
Keçilməz bərəsi var,
Özü tək birisi var,
Dərdi dizimə çıxıb.
Səhərdən axşama qədər
Cəmlənib başımın çəni,
Daralır enişin eni.
Səhərdən güdürəm səni,
Meylimi salmışam çölə
Səhərdən axşama qədər.
Yetişə bilmirəm yetim,
Çəhlimimdə ölüm-itim.
De, bu yerdən necə ötüm,
Doqqazda durmuşam belə
Səhərdən axşama qədər.
Yadına
düşürəm yadın,
Unutdum sevginin dadın.
Ay mənə sevilən qadın,
Gedirəm hələ ki hələ
Səhərdən axşama qədər.
Yol gedirəm yoldan ötə,
Nə tükənə
nə də bitə.
Mənzil
deyib sənə yetə,
Məhəbbətin səsi gələ
Səhərdən axşama qədər.
Ayrılıb
Ünlənən ündəyəm mən,
Gün döyən gündəyəm
mən,
Görsən nə gündəyəm
mən,
İçim çölümnən ayrılıb.
Göy dəniz, bata bilmədim,
Göyünə çata bilmədim,
Bürünüb yata bilmədim,
Odum külümnən
ayrılıb.
Canıma
doluşub sancı,
Ölçüdə yox ağrı-acı.
Ağlamışam damcı-damcı,
Suyum selimnən ayrılıb.
Gəlmişəm
Daşım daş üstə qayadı,
Dərdi üstümdə tayadı.
Yazım da üzü yayadı,
Olanıma de, gəlmişəm.
Ocağım oduna közdü,
İstisi canımda dözdü,
Gedənim anıbsa sözdü,
Qalanıma de, gəlmişəm.
Doğuşda doğulur doğum,
Buluddan sıyrılır yağım.
Xəzana məruzmuş bağım,
Talanıma de, gəlmişəm.
İllah öldürəcək məni
Dərdlə düşdüm bəhsə-bəsə,
Pıç-pıç salıb deyər nəsə.
Bu gün gündüz öldürməsə,
Sabah öldürəcək məni.
Sərgilədim məramımı,
Halal bilər haramım.
Başdan asdım qərarımı,
Allah öldürəcək məni.
Can alan alacaq
illah,
Xatirə
qalacaq İllah,
Dəmir,
ad olacaq İllah,
İllah öldürəcək məni.
Ədalət 2018.- 17 may.- S.8.