Tarixi günün astanasında

                 

Azərbaycan Xalq Cümhuriyyəti - 100

           

Azərbaycan Xalq Cümhuriyyətinin və Ədliyyə Nazirliyinin 100 illiyi

 

Azərbaycanın mübarizə tarixində 28 may ən unudulmaz gündür. 1918-ci ilin məhz həmin günü xalqımız azadlıq və müstəqillik arzularına qovuşub, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyətini elan edib. Xalq Cümhuriyyəti son dərəcə çətin və mürəkkəb tarixi-siyasi proseslərin cərəyan etdiyi bir dövrdə yaranmışdı.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən deyib: "Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə - XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi fikirli övladları, ziyalıları xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da mətin olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı".

Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın tarixində deyil, bütün müsəlman aləmində ilk demokratik respublikadır. Azərbaycanın azadlıq, istiqlaliyyət və dövlət quruculuğu tarixində onun rolu əvəzsiz olub. Bəli, bu il xalqımız öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. Təsadüfi deyil ki, Azərbaycan Pezidenti İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzalayıb və 2018-ci ili "Cümhuriyyət ili" elan edib.

1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi; Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi.

Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə Azərbaycanda Ədliyyə Nazirliyinin yaranmasının 100 illiyi heç də təsadüfi deyildir. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə öz tarixinin mühüm mərhələsinə qədəm qoymuşdur. Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır. Bu günə kimi ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Şərqdə ilk demokratik respublika olan ADR-də ədliyyə sisteminin fəaliyyətinə xüsusi əhəmiyyət verilərək, Ədliyyə Nazirliyi Cümhuriyyətin yaradılması ilə bir gündə 1918-ci il may ayının 28-də təsis edilmiş, Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Güclü islahatlar aparılaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin yenidən yaradılması görkəmli dövlət xadimi cənab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir. Belə ki, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edildibununla da Azərbaycan ədliyyə tarixində yeni mərhələ başlanmış oldu. Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, ədliyyə işi təkmilləşdirilərək onun gələcək inkişafı üçün zəmin yaranmışdır. 1937-ci ildə Xalq Ədliyyə Komissarlığının yeni Əsasnaməsi təsdiq edilmiş, onun səlahiyyətləri xeyli məhdudlaşdırılmış, əsas fəaliyyət sahəsi məhkəmə və notariat orqanlarının işinin təşkili və onlara rəhbərlik etməkdən ibarət olmuşdur.

1959-cu ildə Ədliyyə Komissarlığı yenidən ləğv edilmiş, məhkərnə orqanlarının fəaliyyətinə rəhbərlik və nəzarət, məhkəmə statistikasının aparılması Ali Məhkəməyə həvalə edilmiş, Nazirlər Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və cənab Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi.

Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr - 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün ədliyyə işçilərinin peşə bayramı günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və cənab H.Ə.Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən edilmişdir.

2006-cı ildə ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunmuş, Ədliyyə Nazirliyinə vəzifələr həvalə edilmiş, strukturu təkmilləşdirilmişdir. Müstəqillik dövründə ilk dəfə olaraq dövlət başçısının 18 aprel 2006-cı il tarixli Fərmanı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq-mühafizə orqanı statusu verilmiş, habelə "Ədliyyə orqanlarında qulluqkeçmə haqqında" Azərbaycan Respublikasının 26 may 2006-cı il tarixli Qanunu qəbul olunmuş və ölkə Prezidenti tərəfindən "Ədliyyə orqanlarının inkişafı haqqında" 17 avqust 2006-cı il tarixli fərman imzalanmışdır.

Dövlət başçısının 06 fevral 2009-cu il tarixli Sərəncamı ilə "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" təsdiq edilərək həyata keçirilmisdir.

Təbii ki, mayın 28-də keçiriləcək təntənələrdən biz ədliyyə işçilərinə də pay düşür. Çünki bu gün Azərbaycan ədliyyəsi də ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq islahatlar aparılmaqla təmkilləşir və müasirləşir. Üstəlik bu sahədə islahatlara beynəlxalq maraq da artıb. Təsadüfi deyil ki, ötən il ölkəmizin məhkəmə sistemindəki nailiyyətləri Avropa Şurasının "Ədliyyənin Kristal Tərəzisi" müsabiqəsinin mükafatına layiq görülüb. Bundan əlavə, Dünya Bankı tərəfindən bu sahədə innovasiyalara görə nominasiyaların qalibi elan olunub.

Biz notariat işçiləri də öz işimizi zamanın tələblərinə uyğun qurmağa, vətəndaşlara layiqli xidmət göstərməyə çalışırıq. Hesab edirəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin qarşıdan gələn 100 illik yubileyini hər bir ədliyyə işçisiöz səmərəli fəaliyyəti ilə qarşılayacaqdır.

 

 

İlyas Tağıyev,

Qazax Notariat

Kontorunun notariusu

                                       

Ədalət.- 2018.- 19 may.- S.12-13.