YAZIÇI-JURNALİST RƏSUL RZA ÖDÜLÜ ALDI

 

Bu günlərdə Yazıçılar Birliyində sözə, ədəbiyyata qiymət olan, dəyər sayılan Rəsul Rza mükafatının təqdimat keçirildi. Təbii ki, mükafata layiq görülən hər kəs ədəbiyyat üçün, söz üçün özünü hərs edən, özünü ifadə edən qələm adamıdı. bu mənada biz sözlə yaşayanların uğurlarına həmişə sevinmişik. Barəsində söhbət açdığımız mükafatın budəfəki təqdimatı bizim üçün xüsusilə önəmli olduğundan biz təqdimetmə mərasiminin həm detallarını, həm buradakı auranı duymağa, yaşamağa çalışdıq. Özü bunu ürəklə etdik. Çünki ölkə yazarlarının evində keçirilən tədbirdə "Ədalət" qəzetinin da adı gündəmə gəlmişdi...

Oxucularımızın yadında olar inanıram ki, onun imzası qələm, söz olan yerdə mütləq diqqətini özünə çəkir. Çünki dəyərli həmkarımız, Azərbaycanda mətbuatında özünün sözünü sübut etmiş artıq bu imzanın bir müəllim, ustad nüfuzu qazanmış sahibi Rafiq Hacıyev həmin "Rəsul Rza" mükafatı alanlar sırasındaydı. Əgər xatırlasanız, onda görərsiniz ki, Rafiq müəllimin bu mükafata layiq görülməsi heç təsadüfi deyil. Əksinə, onun "Ədalət" qəzetinin bir neçə nömrəsində işıq üzü görmüş Rəsul Rzanın "Rənglər" adlı məşhur şeirinə həsr etdiyi "Mən elə maestroyam ki..." məqaləsi bu mükafatın qazanılmasında necə deyərlər, əsas səbəbkar olub. Məhz bu maraqlı məqaləyə görə, həmkarımız, qələm dostumuz, çox dəyərli Rafiq Hacıyev 2018-ci ilin "Rəsul Rza" mükafatını qazandırmışdır.

Bu xəbər ödülə layiq görülmüş Rafiq müəllimlə bahəm onun oxucusu olan mənim eləcə "Ədalət"çiləri sevindirmişdi. Biz o sevincdən çıxış edərək bir daha Rafiq Hacıyevi təbrik edir, onun adını, imzasını daha böyük mükafatların sırasında görmək istəyimizi dilə gətiririk. bilirik ki, ciddi yaradıcılıqla məşğul olan, özünü sözə, ədəbiyyata həsr edən, ömürünü qələmiylə şərəfləndirən Rafiq Hacıyev bir peşəkar jurnalist kimi yorulmadan məqsədlərinə doğru gedəcək - yazacaq, yaradacaq. Axı o bu dünyada ən gözəl bacardığı, özünü bütünlüklə həsr etdiyi bir sahənin əsgəridi. Burda xidmət keçir, buda yazıb yaradır.

Ödülün mübarək, Rafiq Hacıyev! Uğurların bol olsun!

 

Əbülfət Mədətoğlu

 

Ədalət.-2018.-22 may.-S.8.