TÜRK DÜNYASININ AZADLIĞI
AZƏRBAYCAN ŞAİRLƏRİNİN YARADICILIĞINDA
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
Müsəlman Şərqində ilk demokratik və parlamentli Respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin-100 illiyi
münasibətilə
(əvvəli
ötən sayımızda)
Bilməm
vətənin gülşəni-rənasıa
nolmuş,
Üçnufeyi-manafiq kimi bünyanı pozulmuş,
Cahillərin əfkarı kimi
tar vətəndir.
deyərək: "Əgər
vətən azadlıq,
istiqlaliyyət kimi müqəddəs nemətlərdən
məhrum isə, onda bəs onun
nəyi vardır sualı ilə "Nəyimiz var?" şeirində:
Nə istedadi-ülviyyət,
nə də ürfanımız vardır.
Fikirsiz, xeyirsiz
yüz min sürü
nadanımız vardır.
Deyi inkarı
qabil, pək bəidir adamiyyətdən.
Çox azdır bizdə insan, çox da çox heyranımız
vardır.
və yaxud
....Bütün əfradımız
lax urmada insafü vicdandan,
Fəqət heyhat, nə insafi nə vicdanımız vardır.
"Yazıq millət",
"Səfalət bizdə,
zillət bizdə, hər dürlü bəla bizdə!" - deyən şair vətəninin ağır
dərdlərindən danışır.
Hadi ömrünün ağır
keçən uşaqlıq
illərini, mükəmməl
və masir təhsil ala bilmədiyini xatırlayaraq, eyni zamanda deyirdi: "Əgər mən ailə qura bilsəydim, öz övladıma hələ
beşikdə ikən
vətən məhəbbəti
və azadlıq fikri aşılayardım".
Abdulla Şaiqin lirikasında vətənin ehtiyac və dərdlərindən,
zülm və istibdadın dözülməzliyindən,
"çörək dərdi"
çəkən analardan,
"sərvətə satılan"
qızlardan, yoxsul kəndli məişətindən,
"zillət və fəlakətlərdən" danışdığı
zaman oxucu onun sözlərini xalqını, millətini
düşünən bir
istiqlal şairinin sözləri kimi qəbul edir. Bu, şairin "Parçalar"
şeirlərində də
özünü göstərir:
Səbəbi-iğbir arımı sorma
Olmamaq olur bun dəhr kamımca.
Budur, ey vah, baisi-ələmim:
Vətəni görmədim məramımca!
Bütün yaradıcılığı boyu
A.Saiq vətənini azad, xalqını xoşbəxt görmək
arzusundadır. Şairin azadlığa, istiqlala
həsr etdiyi "Yad et!", "Parçalar",
"İrəli!", "Simurq quşu" kimi şeirləri diqqəti cəlb edir.
O dumanlı, fırtınalı
keçmişlərdən uzaqlaş!
Odlu, mətin addımlarla yürü, yürü, durma, marş!
İrəli, inan ki, bir cənnət qədər cahan var,
Sabah günəş orda doğar, səadət orda parlar!
Əhməd Cavadın Xalq Cümhuriyyəti və bir qədər ondan əvvəlki dövr həyatı və yaradıcılığı
təkcə Azərbaycan
istiqlalı uğrunda
deyil, həm də Türkiyənin ağır geosiyasi vəziyyətə düşdüyü
o illərdə qardaş
ellərin istiqlalı
uğrunda mübarizə
salnaməsi kimi səslənir.
O sevdiyim mərmər sinəli yarın,
Diyorlar qoynunda yabançı əl var.
Baxıb
üfüqlərə, uzaq
yollara,
Ağlıyormuş mavi gözlü axşamlar.
Azərbaycanda istiqlal bir xəyal
kimi tez gəlib keçdi.
XX əsrdə "23 ayın",
"azadlığın", "istiqlalın" həsrətini
çəkən Azərbaycan
xalqı yeni Cavidlər, Cavadlar, Müşfiqlər, Hadilər,
Üzeyirlər dünyaya
gətirdi. Azərbaycan xalqı bitib
tükənməyən sərvətinin
sonsuzlugunu düşmənə
bir daha sübut etdi. Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk kimi bir cox şairlərimiz
xalqı əsrimizin sonlarında azadlıga səsləyən və bu azadlığı sonsuza qədər əldə etməyə
nail olan sənətkarlarımız
doguldu.
Milli istiqlalımızın
poetik nəğməkarı,
azadlıq və demokratiya uğrunda hərəkatın inkişafında
tarixi xidmətləri
olan ziyalılardan biri də xalq
sairi Xəlil Rza Ulutürkdur. Şair
XX əsrin 50-ci illərində
yaradıcılığa başlayıb,
60-70-ci illərdə bir
sənətkar kimi püxtələşən İkinci
Respublika dövrünün
yasaq çərçivələrini
parçalayıb əsərləri
və ictimai fəaliyyətilə rejimə
meydan oxuyan,
80-90-cı illərdə Azərbaycanın
azadlığı və
istiqlalı uğrunda
mübarizəni öz
yaradıcılıq və
vətəndaş amalına
çevirən görkəmli
xalq şairimizdir. "Böyük məsuliyyətlə
və özünə
qarşı amansız
tələb-karlıqla hüdudlanan
fasiləsiz idrakı axtarışlar və tapıntılar Xəlil Rza Ulutürkün lirik qəhrəmanının
başlıca əlamətlərindən
biri, bəlkə də birincisidir".
Vətənin azadlığı, isdiqlalı
üçün səsini
ucaldan şair:
...Alın paltarında nadan görəndə
Bir az addımını
ləngidir Vətən,
Mərdlərin əliylə ağ ciyərlərin
Üzünə çırpılan sillədir
Vətən...
"Böyük sairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi: "Xəlil Rzanın böyüklüyü ondadır
ki, o doğma törpağının azadlığı,
xalqının səadəti
yolunda öz canından belə keçməyə hazır
olan, son dərəcədə
cəsarətli, qeyrətli
şair-vətəndaş idi.
Onun zəngin və mərdanə poeziyası da məhz Vətən
və xalq idealları ilə mayalandığı üçün
əsrlər boyu ürəklərdə yaşayacaqdı".
Xəlil
Rza Ulutürk yaradıcılığında türkçülük, turançılıq,
türk birliyi gücünü hər zaman "Azadlıq meydanı", "Qalx ayağa, Azərbaycan",
"Sən alçaqsan",
"Boz qurda öygü", "Azərbaycan
türkcəsi", "Türk"
və s. şeirlərində
tərənnüm etmişdir.
Xəlil
Rza Ulutürkün, milli azadlıq və demokratiya uğrunda hərəkatin inkişafında tarixi xidmətləri böyükdür.
Bu ziyalılardan biri də dahi
şairimiz Bəxtiyar
Vahabzadədir.
Bəxtiyar Vahabzadə 60-cı illərdən
başlayan milli azadlıq hərəkatının
fəallarından biri
idi.
Şair,
dramaturq, ədəbiyyatşünas,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Azərbaycan Xalq şairi, filologiya elimləri doktoru, professor,
Azərbaycan MEA-nin həqiqi üzvü, Əməkdar İncəsənət
xadimi, Azərbaycan Dövlət Mükafatı
Lauratı, millət vəkili, ən önəmlisi də millətinin azadlıgı
uğrunda qələmini
süngüyə çevirmiş
Bəxtiyar Vahabzadə.
Yaşar
Qarayevin dediyi kimi: "Bəxtiyar Vahabzadə üçün
ayrıca bir "tarixilik" anlayışı
yoxdu; ayrıca bir ənənəvi, milli xarakter; ayrıca bir müasir "intellektual qəhrəman" yoxdur. Onun üçün yalnız
eyni, vahid, yekparə varlıq müqəddəs, ədəbi
Azərbaycan vardır".
(8.196)
Şairin 1958-ci ildə yazdıgı
"Gülüstan" poemasına
görə "millətçi"
damğası vurularaq
1962-ci ildə Azərbaycan
Dövlət Universitetindən
xaric edilir. Poemada iki yerə parçalanmış
Azərbaycanın tarixi
faciəsini dilə gətirmiş şair, rus və fars imperiyasının
pəncəsi altında
vətən uğrunda
ədalətli mübarizəyə
qoşulmuşdu. Şair Sovet
rejimində milli varlığı tapdanan, hər cür zülmə məruz qalan millətinin dərdini rəmzlər və müxtəlif ədəbi üsullarla ifadə etmiş, iri həcmli poema və pyeslərində
öz xalqının dərdlərini dilə gətirmişdi. Sovet rejimi
dövründə yazılan
bu səpgili şeirlərini şair yalnız Sovet İttifaqı dağılandan
sonra, "Sandıqdan
səslər" başlığı
altında nəşr
etdirir. 20 yanvar faciəsinə indiyədək cox əsərlər, məqalələr,
şeirlər yazılıb.
Lakin bu faciəyə yüksək səviyyədə
həqiqi siyasi qiymətini öz qələmilə Bəxtiyar
Vahabzadə verib.
Şairin
"Şəhidlər" kitabında gedən "Nə istəyir bu millət?", "Təzadlar içində",
"Eşq olsun sizə", "Matəm
mərasimi", "Xəcalət",
"İlham-Fərizə", "İki gün sonra", "Şəhidlər",
"Son" kimi xalqın
ağrı-acılarını göstərən şeirlər
şairin bu hadisəni əks etdirən dəyərli əsərləridir.
"Şəhidlər" şeirində:
Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üç rəngli bayragı
öz qanlarıyla
Vətən göylərinə çəkdi
şəhidlər.
Bəxtiyar Vahabzadə bir vətəndaş kimi öz duyğularını,
millətinin bu acı anlarını şeirlərində əks
etdirir, xalqı ilə bərabər "Qara yanvarı" yaşayır.
Xalqın dərdinə şərik
olan şair hər zaman millətin azadlığı,
istiqlalı uğrunda
qələmi ilə mübarizə aparmış,
şeirlərində türk
xalqının qanı
bahasına olsa belə, heç vaxt məğlub olmayacağını, hər
bir misrasında səsləndirir.
Azərbaycan xalqı XX əsrin
əvvəllərində 23 ayda qoruyub əldə
saxlaya bilmədiyi azadlığına, 1993-cü ildə
Ulu öndərimiz Heydər Əliyevin güclü siyasəti və vətən oğullarının, şəhidlərimizin
tokdüyü qanı
bahasına yenidən qovuşdu. Bayrağına, gerbinə, müstəqilliyinə
sarılan millət bir daha sübut
etdi ki, Azərbaycan dövləti
gec də olsa itirdiklərinə
sahib çıxır.
XXI əsrdə Azərbaycan xalqı bir daha sübut etdi ki, onun
"azadlığı", "istiqlaliyyəti" və
ən güclü dövlətlər sırasında
dayanacaq "qüdrəti"
vardır.
Göyərçin Abidqızı
Filologiya üzrə fəlsəfə
doktoru
Ədalət 2018.- 23 may.- S.7.