SƏKSƏNİ HAQLADIN, YÜZƏ NƏ QALDI

 

İnsan oğlu mənim nəzərimdə bir planet, kəşf edilməmiş bir dünyadır. Bu aləmi kəşf etmək, bu obyekti insanlıq aləminə tanıda bilmək isə çox şərəfli bir vəzifədir. Bəşər aləminə tanıdılası alimlərimiz arasında professor Babək Qurbanovun adını xüsusi çəkmək lazımdır. Çünki dərin fikirlərlə yoğrulmuş elmi çalışmaları Azərbaycan mədəniyyətinə incəsənətinə bəxş etdiyi dəyərli töhfələri ilə Babək müəllim təqdir olunası, tədqiq olunası alimlərimizin səfində yer almaqdadır.

Səksən yaşı haqlayan Babək Qurbanov adlı nəcib insan 1939-cu il iyun ayının 9-da Azərbaycanın xalq şairi Osman Sarıvəlli ilə Səyalı ananın bin-bərəkətli müqəddəs ocağında dünyaya gəlmişdir. Babək Qurbanovun ömür yoluna qısaca nəzər saldıqda aydın olur ki, bu istedadlı şəxs ilk orta-ixtisas musiqi təhsilini 1946-1957-ci illər arası, o dönəmdə Konservatoriyanın nəzdində xüsusi təmayüllü 10 illik musiqi məktəbində (hal-hazırda Bülbül adına xüsusi təmayüllü məktəb) skripka ixtisası üzrə, Konservatoriyada təhsilini davam etdirdiyi 1958-1962-ci illərdə isə bir çox musiqi fənləri üzrə tanınmış pedaqoqlardan mükəmməl dərslər alaraq, bu ali təhsil ocağını fərqlənmə diplomu ilə tamamlamışdır.

Babək Osmanoğlu estetika üzrə "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqəsi" mövzusunda namizədlik dissertasiyasını 1967-ci ildə (28 yaşında), Moskvada SSRİ Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun Elmi şurasının Estetika sektorunda A.Y.Zisin, Viktor Vanslovun, Y.Yakovlevin rəhbərliyi Yelena Çyornaya ilə Milşteynin opponentliyi sayəsində "Proqramlı musiqinin estetik prinsipləri" adlı doktorluq dissertasiyasını 1981-ci il 16 aprel tarixində (42 yaşında), "Musiqi estetikası" sahəsində Azərbaycanlı alimlər arasında ilk dəfə uğurla müdafiə edərək, 1985-ci ildə SSRİ Ali Attestasiya Komissiyasının yekdil qərarına əsasən professorluq elmi dərəcəsini almışdır.

Babək müəllim 1981-1989-cu illər arası Azərbaycan Milli Elmlər Akademiyasının "Fəlsəfə Hüquq İnstitutu"nda "Estetika Etika bölümü"nün müdiri, 1989-cu ildən 1992-ci ilədək "Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetində "Fəlsəfə Mədəniyyət Tarixi" kafedrasının müdiri vəzifəsində, 2008-ci ilə kimi Ərzurum Atatürk Universitetində nəhayət 2017-ci ilədək isə Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında Professorluq fəaliyyətini uğurla davam etdirmişdir.

Ötən illər ərzində Babək Osmanoğlunun müxtəlif elmi ictimai təşkilatlarda bir çox önəmli vəzifələrdə çalışdığını da qeyd etmək lazımdır:

1. Azərbaycan Milli Elmlər Akademiyası "Fəlsəfə Hüquq İnstitutu"un Müdafiə Şurasının üzvü.

2. Azərbaycan Milli Elmlər Akademiyası "Memarlıq İncəsənət İnstitutu"un Müdafiə Şurasının üzvü.

3. 24 aprel 1978-dən SSRİ Bəstəkarlar İttifaqının üzvü.

4. 1 yanvar 1991-dən Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü. (Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyev dönəmində)

5. Azərbaycan Mədəniyyət Nazirliyi yanında "Xalq Yaradıcılığı Evi"nin müdir müavini.

6. Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Cəmiyyəti, "Estetik Etik bölümü"nün sədri.

7. "Azərbaycan Elm Cəmiyyəti" tərkibində Estetik tədris üzrə qrupun sədr müavini.

8. 2001-ci ildən Azərbaycan jurnalistlər İttifaqının üzvü.

Gənclik illərindən başlayaraq sonrakı dönəmlərdə aramsız çalışmalarının nəticəsidir ki, Babək müəllim müxtəlif vaxtlarda Rusiyada, Azərbaycanda, Türkiyədə bir çox fəxri fərmanlar, tərifnamələr, təqdirnamələr, plaketlər təşəkkür bəlgələri ilə mükafatlandırılmışdır.

1. Qazaxıstanda Xam Torpaqlarda məhsul yığımındakı yüksək fəaliyyətinə görə Azərbaycan Komsomol Təşkilatının Fəxri Fərmanı.

2. Azərbaycan Elmlər Akademiyasının 1968-ci ildə Bakıda keçirilmiş Gənc filosofların müsabiqəsində I yer.

3. Donbas (Ukrayna) vilayəti Bilik Cəmiyyətinin fəxri fərmanı.

4. 1970-ci ildə Fəlsəfə sahəsində "Lenin medalı".

5. Akademik Basovun imzası ilə SSRİ Bilik Cəmiyyətinin fəxri fərmanı.

6. Sovet İttifaqı M. K. Həmkarlar təşkilatı Nazirlər Sovetinin fəxri fərmanı.

7. 2001-ci ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən layiq görülən "Qızıl Qələm Mükafatı".

8. 2004-cü ildə "Avropa nəşr mətbuat evi" tərəfindən "İlin Filosof Elm Adamı Yazarı" diplomu medalı.

9. 2009-cü ildə "Avropa nəşr mətbuat evi"nin təsis etdiyi "Ən yaxşı Vətənsevər alim" mükafatı. Bakı, 2009, Az. № 8032982 fəxri fərman.

10. 09. May 2014 Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov tərəfindən plaket.

11. 2016-cı ildə Valeh Hacılar, Uluslararası Bilimsəl Kültürəl Araşdırmalar Vakfı Genəl Başqanı Professor Cengiz Alyılmaz tərəfindən "Türk Dünyasına Xidmət" mükafatı.

Bu mükafatlar Professor Babək Qurbanovun məhsuldar fəaliyyətinə verilmiş həqiqi qiymətin ifadəsidir.

Fəlsəfə Elmləri Doktoru, Professor Babək Qurbanov ömrünü mədəniyyətə, incəsənətə, fəlsəfəyə, ədəbiyyata, estetikaya, etikaya, bəstəkarlığa, musiqi nəzəriyyəsinə, ifaçılıq sənətinə pedaqoji fəaliyyətə həsr etmiş görkəmli elm xadimidir.

Osmanoğlunun Azərbaycan elminə, ələlxüsus da Azərbaycan mədəniyyətinə incəsənətinə ləyaqətlə, sədaqətlə, təmənnasız xidmətinə bu sahədəki uğurlarına hər zaman şahid oluruq. Babək bəy, müxtəlif illərdə çalışdığı fərqli qurumlarda elmi-pedaqoji fəaliyyətləri ilə qazandığı nailiyyətlər elm xadimlərimizin nəzər-diqqəti cəlb etməklə yanaşı, bir çox ölkələrdə keçirilən otuzdan artıq Uluslararası Elmi Konqreslərdə, Beynəlxalq Sammitlərdə, Simpoziumlarda, Konfranslarda çeşidli Panellərdə müxtəlif mövzulardakı aktual çıxışları ilə yadda qalmışdır.

Uzun illər ərzində ayrı-ayrı ictimai elmlər, sosial-mədəni, siyasi, tarixi fənlər sahəsində etdiyi maraqlı məruzələri ilə yadda qalan Babək müəllim, yazmış olduğu 700-dən artıq elmi-publisistik məqalələrin (musiqi nəzəriyyəsi, ifaçılığı, heykəltəraşlıq, rəssamlıq, kino sənəti, sənət fəlsəfəsi s.), elmi-nəzəri mahiyyətli fundamental əsərlərin: 44 kitab monoqrafiyaların müəllifi olması, bu elm fədaisinin yaradıcılıq aləmindəki potensial çalışma imkanlarını təsdiqləməkdədir. Ayrı-ayrı illərdə müəllifin yayınlatmış olduğu kitabların adlarına nəzər salaq:

1. Babək Qurbanov, "Musiqi ilə ədəbiyyatın qarşılıqlı əlaqələri" (rusca), Elm, Bakı - 1972.

2. Babək Qurbanov, "Estetika aləminə səyahət", "Gənclik", Bakı - 1974.

3. Babək Qurbanov, "Azərbaycan ədəbiyyat incəsənətinin idea-estetik problemləri" (rusca), "Elm", Bakı - 1977.

4. Babək Qurbanov, "Kütləvi mədəniyyət sosialist realizmi sənətinin problemləri" (rusca), "Elm", Bakı - 1978.

5. Babək Qurbanov, "Azərbaycan incəsənəti xaricdə" (rusca), "İşıq", Bakı - 1984.

6. Babək Qurbanov, "Musiqinin estetik tərbiyə problemləri" (rusca), Bakı - 1985.

7. Babək Qurbanov, "Bədii-estetik tərbiyənin məsələləri", "Elm", Bakı - 1987.

8. Babək Qurbanov, "Sənətin sosial fəallığı", "Elm", Bakı - 1988.

9. Babək Qurbanov, "Mənəvi saflıq dünyası", "Azərnəşr", Bakı - 1989.

10. Babək Qurbanov Mehmet Takkaç, "Ev teatrosu: Televizyon oyunu" (türkcə), Akademik araşdırmalar, Ərzurum, 1997.

11. Babək Qurbanov, "Musiqinin bədii-estetik məsələləri", "Ağrıdağ" nəşriyyatı, Bakı - 2000.

12. Babək Qurbanov, "Azərbaycan sənəti: Təriflər, təhriflər", "Araz" nəşriyyatı, Bakı - 2001.

13. Babək Qurbanov, "Musiqinin bəzi bədii - estetik məsələləri" (türkcə), "Aktif" yayınevi, Ərzurum-Ankara, 2005, 257 s.

14. Babək Qurbanov, "Musiqi estetikasının bəzi problemləri" (türkcə), Ankara, 2005. Türkiyədə nəşr edilmiş bu ilk nəzəri dərsliyin Atatürk Universitetinin "Gözəl sənətlər" fakültəsinin tədris planına daxil edilməsi, heç şübhəsiz Babək Qurbanovun şəxsi təşəbbüsü sayəsində mümkün olmuşdur.

Babək Qurbanov Mili Elmlər Akademiyasının Fəlsəfə Hüquq İnstitutu, Memarlıq İncəsənət İnstitutu, Sosial Bilimlər İnstitutu, eləcə Mədəniyyət İncəsənət Universiteti ilə elmi yaradıcılıq əlaqələrini daima genişlətmiş, bir zamanlar Azərbaycan Milli Musiqi Akademiyasında (prof. dr. Elmira Abbasovanın rektorluq dönəmində) "Musiqi estetikası" fənnini tədris etmiş, musiqişünas kadrların yetişdirilməsi alanında əhəmiyyətli fəaliyyətlər göstərmişdir. Xüsusilə, musiqişünaslıq sahəsində elmi işlərin meydana gəlməsi, namizədlik doktorluq dissertasiyalarının müdafiəsi ərəfəsində aspirantlara göstərmiş olduğu əsl alimlik qayğısını da qeyd etmək lazımdır. Hələ Sovetlər Birliyi dönəmində Babək müəllim, Moskvada, Kiyevdə, Tiflisdə s. dissertasiyalarının müdafiəsi zamanı rəsmi opponent statusunda da çıxış etmiş, fərqli illərdə elmi işlər üçün müdafiə komissiyasına üzv seçilmişdir.

Babək Qurbanovun Türkiyə ilə Azərbaycan arasında mədəni əlaqələrin formalaşması inkişafı yolunda ardıcıl olaraq çoxşaxəli fəaliyyət göstərdiyini fəxarətlə söyləyə bilərik. Hər iki qardaş ölkədə elmi kadrların hazırlanması prosesində Babək Qurbanovun peşəkarlığını, bacarığını, qabiliyyətini, əməyini xüsusilə qeyd etməliyik. Bu baxımdan alimin yetişdirdiyi yeni aspirantlar nəsli buna ən gözəl sübutdur. Fərqli elmi araşdırmalar sahəsində çalışan 35-dək aspirantların dissertasiya işlərinə elmi rəhbərlik etmiş, onların musiqişünaslıq ümumiyyətlə sənətşünaslıq, musiqi estetikası sahəsinə inamla qədəm qoya bilməsinə doğru yol göstərmiş, elmi adların, habelə elmi dərəcələrinin almasına hər zaman cani-dildən yardımçı olmuşdur.

 

(ardı var)

 

İLQAR CƏMİLOĞLU

İMAMVERDİYEV

Sənətşünaslıq Elmləri Doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının professoru

 

Ədalət.-2018.-23 may.-S.6.