Azərbaycan Xalq Cümhuriyyətinin yüz il bundan öncəki tarixinə baxış

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

1918-ci il fevralın 10-da Cənubi Qafqazda qanunverici orqan olan Seym yaradılmışdı. İcraedici hakimiyyət isə hələ 1917-ci il noyabrın 15-də yaradılmış Cənubi Qafqaz Komissarlığına (CQK) məxsus idi. Seym 1918-ci il aprelin 22-də Zaqafqaziyanın müstəqilliyini elan etməsinə baxmayaraq burada sabitliyi tənzimləmək mümkün olmadı. Digər tərəfdən, erməni silahlı dəstələrinin Bakı, Yelizavetpol İrəvan quberniyalarının türk-müsəlman əhalisinə qarşı törətdiyi soyqırımlar vəziyyəti daha da gərginləşdirmişdi. Belə bir dövrdə Seymdəki gürcü nümayəndələri 1918-ci il may ayının 26-da Seymdən çıxdıqlarını Gürcüstanı müstəqil Respublika elan etdiklərini bəyan etdilər. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün Fövqəladə iclas çağırdı. Uzun sürən müzakirədən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Milli Şuranın sədri vəzifəsinə M.Ə. Rəsulzadə, hökumətin sədri vəzifəsinə isə Fətəli xan Xoyski seçildi.

Beləliklə, Azərbaycanın Şərqi Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu.

1918-ci il 28 mayda Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı. Bir saatlıq fasilədən sonra yığılan Milli Şuranın iclasında Fətəli xan Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk Hökuməti təsdiq edildi. İlk Hökumətdə vəzifələr aşağıdakı kimi bölüşdürülmüşdü: Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri daxili işlər naziri; Xosrov bəy Sultanov - hərbi nazir; Məmmədhəsən Hacınski - xarici işlər naziri; Nəsib bəy Yusifbəyli - maliyyə xalq maarifi naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə naziri; Məmməd Yusif Cəfərov - ticarət sənaye naziri; Əkbər ağa Şeyxülislamov - əkinçilik əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar, poçt teleqraf naziri; Camo bəy Hacınski - dövlət nəzarəti naziri.

1918-ci il iyunun 16-da Gəncəyə köçən AXC hökuməti (ümumiyyətlə, AXC hökuməti 1918-ci il mayın 28-dən iyunun 16-dək Tiflisdə, iyunun 16-dan sentyabrın 17-dək Gəncədə, sentyabrın 17-dən 1920-ci il aprelin 28-dək Bakıda fəaliyyət göstərmişdir) öz müdafiə qabiliyyətini möhkəmləndirmək düşmənin gözlənilən hücumunun qarşısını almaq üçün hazırlıq işlərinə başladı. Azərbaycan Milli Şurasının iyunun 17-də Məhəmməd Əmin Rəsulzadənin sədrliyi ilə iki iclası keçirilmiş, sonra özünü buraxması haqqında qətnamə qəbul etmiş altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli birbaşa səsvermə əsasında seçilmiş Müəssisələr Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. İkinci Hökumətə Fətəli xan Xoyskidən başqa Məmmədhəsən Hacınski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Xudadat bəy Rəfibəyli, Xudadat bəy Məlik-Aslanov, Ağa Aşurov, Əbdüləli bəy Əmircanov Musa bəy Rəfiyev daxil oldular. 1918-ci il iyunun 17-də Milli Şura özünü buraxması haqqında qətnamə qəbul etdi altı ay müddətində Azərbaycanın ali qanunverici orqanının - ümumi, gizli birbaşa səsvermə əsasında seçilmiş Müəssisələr Məclisinin çağırılması vəzifəsi irəli sürülmüşdü. Noyabr ayının 9-da Azərbaycan Milli Şurası bərpa olundu.

Hökumətin 24 iyun 1918-ci il tarixli qərarına əsasən, Azərbaycanın dövlət bayrağı kimi qırmızı fonda aypara səkkizguşəli ulduzun təsvir edildiyi qırmızı parçadan hazırlanmış bayraq qəbul olundu. Noyabr ayının 9-da bu bayraq, aypara səkkizguşəli ulduzun təsvir olunduğu mavi, qırmızı yaşıl rəngli bayraqla əvəz edildi. Azərbaycan Cümhuriyyətinin dövlət bayrağının üç rəngi "türk milli mədəniyyətini, müasir Avropa demokratiyasını islam sivilizasiyasını təmsil edirdi".

İyun ayının 27-də Azərbaycan türk dilinin Azərbaycan Cümhuriyyətinin dövlət dili elan olundu. Həmin qərar Gülüstan Türkmənçay müqavilələri ilə Azərbaycanın ikiyə bölünməsindən sonra ana dilinin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi yenicə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət mərkəzində idi. Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən Azərbaycanda Xalq Maarifi Nazirliyi təsis edilib. Maarif naziri isə Nəsib bəy Yusifbəyli olub. Xalq təhsili sahəsində ilk önəmli tədbir məktəblərin milliləşdirilməsi oldu, bu, təhsilin doğma Azərbaycan türk dilinə keçirilməsi idi. Bununla da ilk dəfə olaraq azərbaycanlı uşaqların doğma dildə təhsil alma hüququ qanuniləşdirildi. 1918-ci ildə Səhiyyə Nazirliyi təsis edilir, bu nazirliyə rəhbərlik isə Musa bəy Rəfiyevə həvalə edilir. 1919-cu ildə Bakı Dövlət Universitetinin əsası qoyulub.

Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan Silahlı Qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanmışdı. Yeni yaradılacaq ordunun əsasını Müsəlman korpusu təşkil edirdi. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı.

1918-ci il iyun ayının 4-də Batumda Osmanlı imperiyası il Azərbaycan Cümhuriyyəti arasında bağlanmış müqavilə ölkənin təhlükəsizliyini təmin etmək üçün mühüm əhəmiyyəti oldu. Batum müqaviləsinə əsasən, Azərbaycan Cümhuriyyətinə kömək üçün Türkiyə ordusunun ümumi sayı 15 min nəfərə qədər olan 5-ci 15-ci diviziyaları göndərildi. 1918-ci il iyunun 27-də Bakı Sovetin erməni-rus qoşunlarının Gəncəyə doğru hücumunun qarşısı birləşmiş Azərbaycan-Qafqaz İslam ordusunun hərbi hissələri tərəfindən Göyçay yaxınlığında alındı. Daha sonra əks hücuma keçən Azərbaycan-Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını Sentrokaspi, erməni-bolşevik ingilis qoşunlarından azad etdi müstəqil Azərbaycan hökuməti sentyabrın 17-də Gəncədən Bakıya köçdü.

 

(ardı gələn sayımızda)

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 24 may.- S.7.