Biz insanların haqqı olan Qarabağ torpağımız işğaldan azad edilməlidir”

 

"Əgər nəvəm dördüncü qrupa imtahan verib babasının doğum gününə 680 balı hədiyyə etməsəydi, elə bu gün mənim üçün adı günlərdən biri olardı

 

Bu gün tanınmış şair Vaqif Bəhmənlinin doğum gündür. Vaqif Bəhmənli 1955-ci ilin bu günü Füzuli rayon Böyük Bəhmənli kəndində anadan olub.

 

Moderator.az-ın əməkdaşı hörmətli şairimizi təbrik edib fikirlərini öyrənib. Vaqif Bəhmənli saytımıza açıqlamasında torpaq nisgilindən doğum günündə ən böyük hədiyyəsindən söz açıb:

 

"Diqqətinizə görə çox sağ olun. Bu gün əslində doğum günü keçirmirəm. Təbrik edənlər çoxdu. İnsanın ürəyində bir yara olanda, heç vaxt axıra kimi sevinə bilmirsən. Bu bizim ürəyimizdəki torpaq nisgilidi. Çox istəyərdim ki, gələn doğum günümü torpaqlarımız işğaldan azad olunsun orda qeyd edim. İllər keçsə , biz heç nəyi unutmamışıq. "Azərbaycanjurnalında silsilə şeirlərim dərc edilib. Həmin şeirlərin bir hissəsini vətən haqqında yazmışam. Bir şair olaraq bu mənim borcumdur ki, vətən haqqında şeirlər yazaraq torpaqlarımızın işğalda olduğunu gənc nəsillərimizə çatdırım. Ən xoş günlərimiz o torpaqlarda olub. Bundan böyük ədalətsizlik ola bilməz. Biz insanların haqqı olan Qarabağ torpağımız işğaldan azad edilməlidir. Amma beynəlxalq qurumlar həmişə olduğu kimi bunlara göz yumurlar”.

 

V.Bəhmənli doğum günündə öz böyük hədiyyəsi haqqında da danışıb:

 

"Əgər nəvəm dördüncü qrupa imtahan verib babasının doğum gününə 680 balı hədiyyə etməsəydi, elə bu gün mənim üçün adı günlərdən biri olardı. O, 680 balla bir neçə ailəni şirinliyə qərq etdi. Buna görə həqiqətən sevinc içərisindəyəm. Allah bütün zəhmət çəkənləri niyyətinə yetirsin”.

 

 

"Ədalət" qəzetinin kollektivi dəyərli şairimiz, keçmiş əməkdaşımız bu gün dostumuz olan şair Vaqif Bəhmənlini ürəkdən təbrik edir ona can sağlığı böyük yaradıcılıq uğurları arzu edirik.

 

Ədalət  2018.- 24 may.- S.4.