Azərbaycan Xalq
Cümhuriyyətinin yüz il bundan öncəki
tarixinə baxış
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin,
milli adət-ənənələrinin,
elm və mədəniyyətinin
təbliği
(əvvəli
ötən sayımızda)
AXC Parlamentinin ilk təsis iclası 1918-ci il
dekabr ayının 7-də
Bakıda Tağıyev
qız məktəbində
oldu. Parlamentin ilk iclasında Əlimərdan
bəy Topçubaşov
sədri, Həsən
bəy Ağayev sədrin birinci müavini seçildilər.
Azərbaycan parlamentinin
qanunvericilik və mərkəzi dövlət
orqanlarını formalaşdırmaq,
onların səlahiyyətini
müəyyən etmək
funksiyasından başqa
bu və ya digər orqanın
hesabatını dinləyib,
onlar haqqında müvafiq qərar qəbul etmək, eləcə də ali dövlət
nəzarətini həyata
keçirmək funksiyaları
var idi.
Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti on bir fraksiyadan ibarət idi: 1. Müsavat və Bitərəflər
fraksiyası. 2. İttihad
fraksiyası. 3. Əhrar
fraksiyası. 4. Sosialistlər
fraksiyası. 5. Bitərəflər.
6. Müstəqillər. 7. Sol müstəqil. 8. Slavyan - Rus İttifaqı fraksiyası. 9. Milli azlıqlar fraksiyası.
10. Erməni fraksiyası.
11. Daşnaksütyun fraksiyası.
Parlamentin fəaliyyəti dövründə
145 iclası keçirilmişdir.
Müəyyən səbəblərdən iclaslardan 15-i baş tutmamışdır. Azərbaycan Xalq
Cümhuriyyəti Parlamentinin
fəaliyyəti dövründə
müzakirəyə 270-dən çox qanun layihəsi çıxarılmış,
onlardan təxminən
230-u qəbul edilmişdir.
Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü
hökumət kabinəsinin
proqramı və tərkibi barədə Parlamentdə çıxış
etdi.
Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski Hökumətinə etimad göstərdi. Hökumətdə Fətəli xan Xoyski Baş nazir portfeli ilə yanaşı xarici işlər naziri vəzifəsini də tutdu. Üçüncü Hökumət
kabinəsində Xəlil
bəy Xasməmmədov
- daxili işlər naziri; İ.Protasov - maliyyə naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Nəsib bəy Yusifbəyli - maarif və dini etiqad naziri;
Aslan bəy Səfikürdski - poçt-teleqraf
və əmək naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Rüstəm xan Xoyski - himayədarlıq naziri; Yevsey Gindes - xalq səhiyyəsi
naziri; Mirzə Əsədullayev - ticarət
və sənaye naziri; Məmmədhəsən
Hacınski - dövlət
nəzarəti naziri;
Konstantin Lizqar - ərzaq
naziri; Xosrov bəy Sultanov - əkinçilik və dövlət əmlakı
naziri; Teymur bəy Makinski - ədliyyə naziri vəzifələrini tutdular.
Dördüncü hökumət kabinəsinin
təşkili Nəsib
bəy Yusifbəyliyə
tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini
Parlamentə təqdim
etdi. Nəsib bəy Yusifbəyli
təşkil etdiyi Hökumətdə Nazirlər
Şurasının sədri
və daxili işlər naziri vəzifələrini tutdu.
Digər
vəzifələr aşağıdakı
kimi bölündü:
Əlağa Həsənov
- maliyyə naziri; Ağa Əminov - ticarət və sənaye naziri; Məmməd Yusif Cəfərov - xarici işlər naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri; Camo bəy
Hacınski - poçt
və teleqraf naziri; Səməd bəy Mehmandarov - hərbi nazir; Viktor Klenevski - himayədarlıq
naziri; Abram Dastakov - səhiyyə naziri; Rəşid xan Qaplanov - maarif və dini etiqad
naziri; Aslan bəy Qardaşov - əkinçilik və dövlət əmlakı
naziri; Nəriman bəy Nərimanbəyli -
dövlət nəzarəti
naziri; Aslan bəy Səfikürdski - ədliyyə və əmək naziri; X.Amaspür - portfelsiz nazir. Sonradan Məmmədhəsən Hacınski daxili işlər naziri olmuşdur.
1920-ci il dekabrın
22-də özünün ikinci,
Cümhuriyyətin isə
sayca beşinci hökumət kabinəsini
təşkil edən Nəsib bəy Yusifbəyli həmin Hökumətə 1920-ci il
martın axırına
qədərbaşçılıq etdi. Nəsib bəy Yusifbəylinin Hökumətində Fətəli
xan Xoyski - xarici işlər naziri; Səməd bəy Mehmandarov- hərbi nazir; Məmməd Həsən Hacınski - daxili işlər naziri; Xəlil bəy Xasməmmədov - ədliyyə
naziri; Rəşid xan Qaplanov - maliyyə naziri; Həmid bəy Şaxtaxtinski - maarif və dini etiqad
naziri; Əhməd bəy Pepinov - əkinçilik və əmək naziri; Xudadat bəy Məlik-Aslanov - yollar naziri (eyni zamanda,
müvəqqəti olaraq
ticarət, sənaye və ərzaq naziri); Camo bəy
Hacınski - poçt
və teleqraf naziri; Musa bəy Rəfiyev - səhiyyə və himayədarlıq naziri; Heybətqulu bəy Məmmədbəyov
- dövlət nəzarəti
naziri vəzifələrini
tutdular. 1920-ci il fevralın 18-dən Mustafa bəy
Vəkilov daxili işlər naziri və Məmməd Həsən Hacınski - ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd Şahsuvarov - maarif və dini etiqad
naziri vəzifələrini
tutmuşlar.
Mövcud olduğu 23 ay ərzində
Cümhuriyyət Hökuməti
bir sıra cari təsərrüfat məsələlərinin həllində
mühüm uğurlar
qazanmışdı. Azərbaycanda
neft sənayesi ağır vəziyyətdən
çıxarılmış, dağıdılmış Bakı
- Batum neft kəməri bərpa olunmuş, Bakı - Culfa dəmiryolu inşası davam etdirilmiş, Kür çayı üzərində
körpü salınmış,
Azərbaycan Dövlət
Bankı yaradılmış,
milli pul nişanları buraxılmış,
Xəzər dəniz gəmiçiliyi inkişaf
etdirilmişdi.
1918-ci ildə Cümhuriyyətin
ərazisi 113,9 min kv. km-ə bərabər
idi (o cümlədən,
mübahisəsiz ərazi
97,3 min kv. km; mübahisəli
ərazi 16,6 min kv.
km). AXC yaşadığı
qısa dövr ərzində ərazisini və sərhədlərini
qorumaq sahəsində
mühüm işlər
gördü.
1920-ci il yanvarın 11-də Paris
Sülh Konfransında
Lord Corc Kerzonun təklifilə müttəfiqlərin
Ali Şurası Azərbaycanın
müstəqilliyini de-fakto
tanınması 1919-cu ilin
payızından etibarən
dəyişən siyasi
vəziyyətlə yanaşı,
Azərbaycan diplomatiyasının
mühüm uğuru,
onun Paris Sülh Konfransındakı say etibari
ilə kiçik olan heyətinin böyük qələbəsi
idi.
1920-ci il yanvarın
2-də RSFSR xalq xarici
işlər komissarı
G.Çiçerin Denikinin
ordusuna qarşı hərbi ittifaq bağlamaq təklifilə
Azərbaycan hökumətinə
nota göndərdi.
Notanı göndərnəkdə əsas
məqsəd Azərbaycanı
Rusiyanın daxili münaqişələrinə cəlb
etmək və bununla da gələcəkdə
Azərbaycanı işğal
etmək idi. Çiçerin notasının əsas məqsədini düzgün
başa düşən
AXC hökuməti bu təklifi Azərbaycanın
Rusiyanın daxili işlərinə müdaxiləsi
kimi qiymətiləndirərək
rədd etdi.
F.Xoyski özünün 1920-ci il 14 yanvar tarixli cavab məktubunda
məhz bu faktı vurğulayırdı
ki, Denikin məsələsi Rusiya dövlətinin daxili işidir və Azərbaycan suveren dövlət kimi başqa suveren dövlətin daxili işlərinə müdaxiləyə
yol verə bilməz. 1920-ci il
yanvar ayının
23-də ikinci, fevral ayının 20-də isə
Azərbaycana üçüncü
nota göndərən sovet
Rusiyası Azərbaycana
təzyiqini daha da artırdı. 1920-ci il aprelin
26-dan 27-nə keçən gecə, sovet qoşun birləşmələri,
başda "III İnternasional"
olmaqla zirehli qatarlar qrupu Samur çayı üzərindəki sərhəd
körpüsünü keçərək
Azərbaycan torpağına
hərbi təcavüzə
etdi. Məhz bu hərbi təcavüz nəticəsində
AXC hakimiyyəti süqut
etmişdir.
1991-ci ildə Sovet
Sosialist Respublikaları
İttifaqı dağılması
nəticəsində, Azərbaycan
xalqı Şimali Azərbaycanda dövlət
müstəqilliyini yenidən
bərpa etdi. Azərbaycan Respublikası
Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
26 ildir Azərbaycan
Respublikası öz müstəqillik yolunda inamla irəliləməkdədir.
Əbülfət MƏDƏTOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2018.- 25 may.- S.7.