İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollar” kitabı təqdim edildi          

 

  Sona Vəliyeva: «Bayrağımız dalğalandıqca, dövlətimiz inkişaf etdikcə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının da ruhu şad olur”

 

«1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərdi. Xalq Cümhuriyyətinin siyasi mənəvi varisi olmaqla onun üçrəngli bayrağını, gerbini, himnini qəbul etdi. Xalqımız Cümhuriyyətin istiqlalını dünyaya yaydığı 28 May gününü həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edir». Respublika prezidenti İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli sərəncamında yer alan bu fikirlərə cavab olaraq keçirilən tədbirlər sırasında "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollaradlı kitab dəyərli töhfə oldu.

 

Son iki əsrdə milli məfkurəni, özünüdərki, azadlıq ideyasını, istiqlal hərəkatını formalaşdıran, proseslərə liderlik edən şəxsiyyətlərin həyat fəaliyyəti, bütöv dövrün ayrı-ayrı mərhələləri kitabda öz əksini tapıb. Elmi-publisistik, tarixi oçerklər toplusu olan əsərin əsas ana xətti istiqlal məfkurəsinin daha geniş təbliği, yayılması mühafizəsidir.

 

«100 il öncə Azərbaycan xalqı müsəlman dünyasında ətaləti qırıb, geriliyi arxada qoyaraq müasir ənənələr əsasında milli dəyərlərə söykənən Cümhuriyyət yaratdı» - deyən Mətbuat Şurasının sədri Əflatun Amaşov təqdimatı keçirilən kitabdan danışaraq, nəşrdə 1988-ci ildən sonra başlanan milli azadlıq hərəkatına nəzər yetirildiyini qeyd etdi: «Müəlliflərin Azərbaycan Xalq Cümhuriyyətinin yubileyi fonunda bugünkü proseslərə cümhuriyyətçilik ideyalarından baxış ortaya qoymaları kitabın əsas ana xəttini təşkil edir. Cümhuriyyətə aparan yollara jurnalist baxışı ilə yanaşı, müstəqilliyimiz üçün ulu öndər Heydər Əliyevin apardığı islahatlar da qeyd olunub”. Xalq Cümhuriyyətinin Azərbaycan tarixində arzulanan hadisələrin təməlini qoyduğunu deyənsədri AXC-nin 23 aylıq tarixini müstəqil mətbuatımızın ən şərəfli səhifələrindən biri kimi dəyərləndirdi: "İnsanlar övlad dünyaya gətirir, övladlar xalqa çevrilir, xalqlar isə dövlət yaradır. Azərbaycan Cümhuriyyətinin yaranması tariximizdə yeni mərhələ idi”.sədri bu günlərdə geniş müzakirə olunan kinorejissor Rüstəm İbrahimbəyovun "Qafqaz üçlüyüfilminə toxundu: "Öz xalqı haqqında aşağılayıcı fikirlərdə olanlar xalqının düşmənləridir”.

 

"Kaspiqəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva ölkəmizin hər yerində Cümhuriyyətin 100 illiyinin təntənə ilə qeyd edildiyini qürur hissi ilə diqqətə çatdırdı: «Bu tarix bizim milli yaddaşımızdır. Bu yubileyi bayram kimi qeyd etməyimiz milli yaddaşımıza yalnız müsbət amillər gətirir. Bizim tarix mənəviyyat səhifəmizə yeni dövr yazılır. Bu kitabda Cümhuriyyət dövrü tarixindən üzü bəri ölkəmizin müstəqilliyi uğrunda mübarizə yer alıb. Hər sətrində tarix yatan «İstiqlal düşüncələri» kitabının müəllifləri Cümhuriyyət dövrünün bütün mərhələlərini elmi yanaşmadan bədii salnamə dilinə çevirə biliblər. İstiqlal hərəkatının ilk mərhələsi olan milli maarifçilik missiyası bu missiyaya qarşı mübarizə aparan daxili xarici amillər, müqavimət sistemli məqalələr formatında qələmə alınıb əsas ana xəttəistiqlal məfkurəsinin izlənilməsinə əsla xələl gətirməyib”.

S.Vəliyeva bu gün müstəqil Azərbaycanın 100 il əvvəlki dövlətin davamı olaraq inkişaf etdiyini, bayrağımızın BMT, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının qarşısında bir sıra beynəlxalq qurumların mərkəzi qərargahları önündə ən uca yerlərdə dalğalandığını qeyd etdi: «Bayrağımız dalğalandıqca, dövlətimiz inkişaf etdikcə, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının da ruhu şad olur”.

 

S.Vəliyeva Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu, Azərbaycan xalqını aşağılayan "Qafqaz üçlüyüfilminin çəkilməsinə münasibətini bildirdi: "Təəssüf edirəm ki, ölkəmizə qarşı antimilli qüvvələr sırasında bəzi "ziyalılarda yer alıb. Bu gün bizim dövlətçiliyimizə zərər vurmaq istəyən şəxslər var. Vaxtilə əsərləri ilə özünü bizə tanıdan Rüstəm İbrahimbəyov bu gün əsərləri ilə özünə nifrət qazandırır. Bu dövlət bizimdirsə, ona əl qaldıranlara, xəyanət edənlərə qarşı biz mübarizə aparmalıyıq. Bu, xəyanətdir, buna başqa ad vermək olmaz. Xəyanətə heç ilə haqq qazandırmaq mümkün deyil. Əgər beynəlxalq mükafatlar almaq istəyirsənsə, onu başqa yerdə ara. Biz belə milli ruhdan uzaq, xalqının faciəsi üzərində şöhrət qazanmaq istəyənləri lənətləməliyik. Biz bəlkə Əkrəm Əylisliyə qarşı bir az yumşaq davrandıq deyə, başqaları da cəsarətləndi. Amma buna cəsarət deyil, xəyanət demək olar. Bu dövlət ulu öndər Heydər Əliyevin bizə qoyduğu əmanət yadigardır. Biz dövlətimizi qoruyaraq onu gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan xalqı 20 faiz torpağı işğal edilən, kənd-şəhərləri talan olunan xalqdır. Sən bu xalqı necə aşağılaya bilərsən?”

 

"AXC-nin 23 aylıq fəaliyyətinin ən böyük nəticəsi 5000 illik tarixi olan Azərbaycan adlı dövlətin təkcə coğrafi deyil, həm siyasi mənada tanıtdırılması oldusöyləyən professor Elman Nəsirov: "Cümhuriyyət qurucuları istiqlalın dadını xalqa hiss etdirdilər» - deyə qeyd etdi.

«İstiqlal düşüncəsinin bütöv bir dövrü əhatə etdiyini deyən professor Cahangir Məmmədli nəşri «Cümhuriyyətə çatan, ondan keçən davam edən yol» adlandırdı: «Bu nəşr hər kəsin stolüstü kitabı olmalıdır».

 

Tədbirdə qonaq kimi çıxış edən Avropa Şurasının Azərbaycan üzrə nümayəndəsi, səfir Zoltan Hernyeskitabı ölkəmizin istiqlal tarixinə güzgü tutan nəşr kimi dəyərləndirdi: «Tarixi faktlar onu göstərir ki, Azərbaycan müsəlman dünyasında ilk dəfə respublika quran, qanunvericiliyi olan ilk ölkə olub. Maarifləndirmə hökumət qarşısına qoyulan vəzifələrdən biri olub».

 

«525-ci qəzet»in baş redaktoru Rəşad Məcid çıxışında tarixi yaddaşımızın haradan gəldiyini bilmək baxımından keçirilən tədbiri əhəmiyyətli adlandırdı. Baş redaktor, həmçinin Rüstəm İbrahimbəyovun məlum filmi ilə bağlı fikirlərini səsləndirdi: «Dünyada xalqını aşağılayan yazıçılara böyük mükafatlar verilmir. Başqa xalqların gözündə üstün olmaq üçün belə iyrənc yollara əl atmaq xalqına xəyanət etməkdir. Bu cür əməllərlə xalqın yaddaşında qalmaq olmaz».

 

Kitabın müəllifi Akif Aşırlı "23 aylıq hakimiyyətin hər ayı haqqında deyil, hər günü haqqında bir kitab yazmaq olar» deyə dəyərləndirdiyi nəşrin təqdimatına Xalq artisti Nurəddin Mehdixanlı bir millətin öz tarixinə sahib çıxmasının göstəricisi kimi dəyər verdi.

 

Veysəloğlu Şirkətlər Qrupunun biznesə dəstək üzrə direktoru İlqar Nuri Xalq Cümhuriyyətinin 100 illik yubileyinə etdikləri belə bir hədiyyədən qürur duyduqlarını söylədi: «Bu nəşrdə son 100 ildə baş verən proseslər əksini tapıb. Ölkə başçısının Xalq Cümhuriyyətinin yubileyinin keçirilməsi ilə bağlı verdiyi sərəncam hamının qarşısında öhdəlik yaratdı. Biz Cümhuriyyətimizin yubileyinin keçirilməsi ilə bağlı əlimizdən gələni əsirgəməyəcəyik”.

 

Qeyd edək ki, Bəxtiyar Qaraca Akif Aşırlının müəllifliyi, İlham Məmmədovun ideya müəllifliyi ilə işıq üzü görən "İstiqlal düşüncələri. Cümhuriyyətə aparan yollarkitabı Veysəloğlu Şirkətlər Qrupunun xalqımıza növbəti hədiyyəsidir.Kitaba ön sözü filologiya üzrə fəlsəfə doktoru, "Kaspiqəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov yazıb.

 

 

Ədalət  2018.- 25 may.- S.2.