Məhəbbət
yaşatdı onu dünyada
(elegiya)
Həsənağa Sadıqov-uşaqlıq illərindən tanıdığım, dostum, hər sevincimi, kədərimi onunla bölüşdüyüm, ixtisasca riyaziyyat müəllimi olsa da, bir gün belə içərisindəki şeirə məhəbbətinə xəyanət etməyən bu gözəl insan oktyabrın 6-da dünyasını dəyişdi. Özü də, ən yaxın dostları da, ailəı üzvləri də bilirdilər ki, Həsənağa müəllim ağır xəstədir, gec-tez bu işıqlı dünyaya vida deyəcək.
Yaşadığı Masallı rayonunda hamı onu ən təcrübəli
və istedadlı riyaziyyat müəllimi kimi tanıyırdı. Neçə illərdi
böyük bir
şövqlə, hədsiz bir istəklə
yaşadığı Ərkivan kəndinin uşaqlarına riyaziyyatdan dərs deyirdi,
onları öz evində
hazırlaşdırır, riyazi biliklərini
parladırdı. Riyaziyyatdan ən zəif
uşaq da sonda hazırlıqlı çıxır, ali məktəbə daxil
olurdu.Yetirmələrinin səsi-sorağı Amerikadan,
Avropanın müxtəlif ölkələrindən, Türkiyədən,
MDB məkanının bütün guşələrindən
gəlirdi. Oğlu Tural indii Amerikada,
hansı bir universitetdəsə mühəllimdir,
elmlər doktorudur.
Onunla hər dəfə kəndə yolum düşəndə
görüşür, söhbətləşir,
dərdləşirdik. Mən elə
orta məktəbdə
riyaziyyata o qədər
də meylli deyildim, amma Həsənağa riyaziyyatçı
olmasına baxmayaraq ədəbiyyatı, şeiri
çox sevirdi. Elə söhbətlərimiz də
şeirdən, ədəbi
şəxsiyyətlərdən gedirdi. Ən çox sevdiyi
şair Ramiz Rövşən idi.
Riyaziyyatçı təfəkküründən
doğmuşdu onun bu sözləri: "Ramiz Rövşən Azərbaycan poeziyasının
həndəsəsini yaradır".
Xüsusilə onün
bir şeirini iştirak elədiyi bütün məclislərdə
əzbərdən söyləyirdi:
Çətini biz ölüncədi,
Gedəcək, hamı gedəcək.
Biz dünyadan gedən təki
Dünyanın qanı gedəcək.
Solacaq bağçası-bağı,
Quruyacaq
son budağı,
Dənizin suyu, balığı,
Sahilin qumu gedəcək.
Birtəhər, pismi, yaxşımı,
Yola salıb son axşamı,
Söndürüb sonuncu şamı
Ən son adamı
gedəcək.
Tələbəlik illərimizi xatırlayıram. O da, mən də tez-tez teatr tamaşalarına
gedərdik. Həsənağa Salayev onun çox sevdiyi aktyor idi.
Hərdən Dənizkarı parka yolumuz
düşər, saatlarla
gəzinərdik. Dərnəgüldə, yataqxanada qalırdı.
Mən isə Yasamalda, Universitetin yataqxanasında. Dərdimiz bir, sevincimiz
bir. Sonra təyinatla hər
ikimiz rayona gəldik. Mən üç il
müəllim işlədim,
o isə müəllimliyinə
davam elədi.
Onun şeirə
həvəsi olduğunu,
sevdiyi şairlərdəın
şeirləır əzbər
dediyini bilirdim, amma şeir yazdığını ağlıma
belə gətirmirdim.
2017-ci ildə "Məhəbbət
yaşadır məni
dünyada" şeirlər
kitabını çap
etdirib.
Mənə bu kitab yalnız
Həsənağanın ölümü
günü çatdı. Dostum, akademik Nizami Cəfərov bu kitabın əlyazmasını
oxuyub, rəy yazıb,redaktoru şair Vəli Xramçaylıdır. Kitabdakı şeirlərin
əksəriyyəti sevgidəndir.
Bunun da səbəbi var.Həsənağa
Sadıqov tələbəliyinin
son illərində Xarici
Dillər İnstitunda
oxuyan Sima adlı bir qızı
sevirdi. Qarşılıqlı idi bu məhəbbət. Evləndilər, Sima xanım da Ərkivanda öz fənnindən dərs deyirdi. Əlbəttə, onların bir-birinə
ilahi məhəbbətindən
xəbərim vardı.
Göründün gözümə, göründün
yenə
Eşitdim o lətif, o xoş səsini.
Məhəbbət o qədər od verdi mənç,
İstədim əridəm Yer kürəsini.
Bu misraları ancaq
həqiqi şair-aşiq
söyləyə bilər.
Təbii ki, Həsənağa ilə Sima xanım
arasında əsl məhəbbətdən doğan
umu-küsülər də
olub. Sevgi insana boşqabda
buğlanan ətirli plov kimi verilmir,
sevgini gərək yaşayasan, sevinci də olur, qəhəri
də.
Getmə!
Məhəbbətin xoş ağuşundan
Ayırma kədərli, qəmli könlümü.
Xilas et hicranın gur yağışından
Sevgi badəsiylə
qəmli könlümü.
Getmə!
Yoxsa ki, aldadıb məni,
Oynatdın ayaqda gəzən kor kimi.
Getmə!
Onu bil ki, atmaram
səni
Çəkib tulladığım papiros
kimi.
Amma əksər
şeirlərində Həsənağanın
öz sevgisinə əbədi vəfası,
sədaqəti yaşar.
Küçəyə qar yağır
Könlümə bahar.
Axı,
sənin kimi
Bir sevgilim
var.
Bu şeirləri oxuyandan
sonra mənə bir daha əyan
oldu ki, bəlkə əsl sevgi təkcə evlənənə qədər
yox, evlənəndən
sonra daha şiddətli olur.
Axı, Azərbaycan
poeziyasında sevgi əsasən hicran motivləri üzərində
qurulub. Amma nadir hallarda olsa
da, bəzi şairlərimiz evlilik həyatının sevgilərini
də qələmə
alığlar. Elə Həsənağanın
şeirlərinin bir qismi də o sevgini tərənnüm edir.
İkinci
sevgiyə inanmıram
mən,
Heç
ola bilərmi
ikinci həyat.
Mən necə çıxarım
səni ürəkdən
Kirəlik ev deyil, axı, məhəbbət.
Sən kimi bir gözəl,
Sən kimi bir qız,
Bir daha bəxtimə çıxarmı
görən?
Həsənağanın digər mövzularda da bir nesə şeiri
var. Məsələn, Qobustan
abidələrinə həsr
elədiyi şeirdə
çalışıb ki,
Qobustanın obrazını
yaratsın: "Gördüm
burda babaların göz yaşları daşa dönüb".
Həsənağa Sadıqovun şeirlər kitabı məncə, onun ədəbiyyat sevgisindən və həyat yoldaşına sonsuz məhəbbətindən yaransa da, Şair ürəyindən də xəbər verir. Heyif, bu ürəyin çırpıntılarından gec xəbər tutdum.
Ruhun şad
olsun!
Ədalət 2018.- 13 noyabr.- S.8.