AKİF SƏMƏDİN
MƏNZƏRƏSİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
1.ETÜD.
Sözündə özümü gördüm,
Özümdə Akif Səmədi.
Zülümdə fani dünyanı,
Dözümdə Akif Səmədi.
İlk tanışlığımız Tusi adına pedaqoji Universitetdə Tələbə dostum Sultan Ateyivin otağında oldu.Sultan:
-Məmməd bu İncəli balasıyla tanışsınızmı?-deyib divanda oturmuş 50-55 yaşlı,(əslin də isə 30-35 yaşı olardı) lopa bığlı, çal saçlı ,gülər üzlü Akifi göstərdi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlirik" kitabını "Ən əsası İncəli olduğu üçün Məmməd bəyə"avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə.
Ağamalı Sadiq itgisiylə necə barışıb, Ağamalısız illəri necə yaşayacağım bir müəmma kimi hər an ürəyimi parça-parça etdiyi bir zamanda tapmışdım Akif Səmədi.Bax beləcə, Ağamalıya olan ,Ağamalıdan qalan bütün həsrət və sevgilərimin ünvanı, səbr və dözüm yerim oldu arkadaşım Akif. Bir birimizə müraciət idi "Arkadaş"sözü.
Şeir yazmağımdan xəbəri
yox idi. Ancaq bütün
yazdığı şeirləri ilk dəfə
mənə oxuyurdu. Sözə münasibəti,
sözə sevgilərimi görüb,
"Vallah sən ki sözü belə duyursan,
sən bizdən böyük şairsən"-deyərdi.
Sonrala, yəni 2004 cü
ildə "Dəmircioğlunu dindir" adli ilk kitabım nəşrə
hazirlanan ərəfələrdə sirrimi açıb:-Kitaba da
"Dəmirçioğlunu dindirmə"adını qoymuşuq, xoşuna gəlirmi?
-dedim .O isə heç
düşünmədən ,"Arkadaş
,dindirmə ni dindir eləsən
yaxşıdır. Qoy kitabı açan səni dindirsin
"-deyib xeyir -dua vermişdi.
2 ETÜD.
Gözümün qabağında yazılan şeirlər.
Evimizə dəvət etmişdim. İşlədiyim portretlərə baxmaq üçün gəlmişdi .Öz portretini görüb xeyli tamaşa etdi:
- Ayə,a qıvlasız, məni məndən gözəl işləmisən, bu nədid belə?-deyib, bütün portretləri nəzərdən keçirdi:
-Sən bu portretləri cəm halında "İnsan mənzərələri" adlı kitaba topla.-deyib"İnsan mənzərələri" kitabına həm ad qoydu, həm də ilk xeyir duanı verdi. Bunu da əlavə eylədi ki, kitabın ön sözündə Hazim Hikmətə bir rəhmət oxuyub, ondan üzr diləyəsən . Çün ki,bu ad ona məxzusdur-deyib tövsiyyəsini də əsirgəmədi. Sonra süfrə arxasına oturduq .Yemək arası birdən dayanıb, Məmməd,arkadaş, tez mənə bir kağız,bir qələm ver - deyiib məni tələsdirdi. Dərhal məsələni başa düşdüm. Belə hallarla çox rastlaşmışdım. Söz gələndə qaçırmazdı,yerindəcə tutub saxlamağı varıydı. Bu dəfə zarafata salıb, bir vaxtlar Ağamalı Sadiqin,"sən rəssamsan,lazımın olar"-deyib bağışladığı nazik,qəzet boyda olan ag vərəqlərdən birini gətirib bir neçə yerə qatladım. Cib dəftərçəsinə oxşayan kağızı ona uzadıb:- al,nəqədər istəyirsən yaz -dedim. Bığ altı qımışdı, kağıza nəsə yazıb cibinə qoydu:
-Sən zarafat elə birdə görüşəndə görəcəksən bütün vərəqləri doldurmuşam deyib, zarafatımdan xeyli xoşhal oldu .Beş - üç gün keçməmişdi zəng vrdu:
-Məmməd,gözəl kişilərlə oturmuşuq. Qonaqlığı mən verirəm. Onlarla tanış olmaq stiyirsənsə gəl şotu ver, səninlə tanış edim -deyib mənə görüş yerini dedi. Məsələ aydin idi. Cibində pulu az olanda məni köməyə çağırardı.
Görüşdük. Şair dostumuz Kəmaləddin Qədimlə dostluğumuz elə o gündən başladı. Sonra əlini cibinə salıb:
-Ayə,kağızını da doldurmuşam-deyib,mənim qatlayıb düzəltdiyim " kitabçanı "cibindən çıxarıb, o üzə çevirib bir şeir oxudu, bu üzə çevirib bir şeir oxudu, kağız bütün açıldı. İlahi, mən verən o kağız, bir az əl dəsmalına, bir az cib yaylığına, bir az da salfetkaya oxşayırdı. Yağ ləkəsi,tər ləkəsi içərisində qaralı-ağlı şeirləlr.
-Həə, kağız dolub, birin idə hazırla- deyib, bir şeirdə oxudu.
Yarəbb, adamam, adıma
Sanıma yazığım gəlsin.
Bu dünya xandı,mən qulu,
Xanına yazığın gəlsin.
Bir ulu,bir qədim səsdim,
Bilmirəm niyə tələsdim.
Qılıncam, qınımı kəsdim,
Qınıma yazığın gəlsin.
Ay qaranlıqdı, qar işıq,
Gecə gündüzə yaraşıq.
Qanım qanlara qarışıq,
Qanıma yazığın gəlsin.
Nə oxuyur bu saz, bu tar.
Canimda qoymadı
tutar.
Canimdan canimi qurtar,
Canima yazığın
gəlsin.
Yaz vaxtiydi. Hər yaz
onunla səfərə
çıxardıq. Son zamanlar xəstəliyi onu üstələyir, ayaqları şişir ,amansız öskürək
amanını qırır,
tənginəfəslik nəfəsini
kəsirdi. Ağ su aşırımlarında
hər döngə başı maşını
saxladıb, " o nərgizdən bir qom al, o qulançardan,o bənövşədəngBeləcə nazıyla oynayırdım.
Hamımız bilirdik , elə özü də bilirdi bu dünyada onun vaxtına çox az idi.
İncəli səfərimizdən geri qayıdırdıq.Yolumuzu Qəbələ
rayonundan saldıq. Qaradeyin
kəndində, bacım
gil yaşayırdılar.
Onlara qonaq olmaq qərarına
gəldik.
Yeznəmiz Rasim bəy, bizi həmişəki kimi çox səmimi qarşıladı,
yemək içmək
məclisi gecə yarıya qədər uzandı.Birdən Akif:
- A Rasim,buralarda bulaq yoxdumu, bir əl üzümüzü
yuyardıq, bir az sərin su
içərdik,-dedi. Rasim
gecənin bu nisbində bulaqmı olar deyə düşünüb zarafatla:
- Niyə yoxdur Akif bəy.Qiblə bulağı elədir ki, buz kimi,
çox uzaqda deyil. Xətrin istiyir, durun
gedək. Akifə
bu söz bənd imiş kimi:
- Durun! Ayə bulağınızın nə
gözəl adı
var. Durun gedək bir az sərinləyək-
deyib ,
hamını ayağa
qaldırdı. Gecə qaranlığında,
əzəmətli bir
ağacın altında
yerləşən "Qiblə"
bulağına adlamaq asan olmadı. Ayaqlarımız daşlardan sürüşüb,
çeyilə-çamıra, batdı.
Akif ayaqlarını soyunub,yaxşıca yuyundu,
sudan içib geri qayıtdıq.
Gecə
öskürək bir an da aman
vermədi yazığa.
Demək
olar ki, səhərə qədər
arası kəsilmədən
ösgürdü. Yuxudan çox
erkən durquzdu bizi.
- Ayə durun, görün quşlar nə gözəl oxuyur, bir şehli
çəməndə ayaqyalın
gəzin, bəsdi yatdınız-deyib hamımızı
oyatdı. Bacım mənə yaxınlaşıb:
- Qardaş, bu adam nə
qəribə adamdı.
Səhərə qədər öskürdü,
bunun ciyəri partlamadımı? İndi
də elə gülür, zarafat edir, mat qalmışıq-deyib
təəcübünü gizləyə bilmədi.
Sonra da, iki uşaq
gülə- gülə
bizə yaxınlaşıb:- Akif dayı,
nasqıların bulaq başında qalıbmış,-
deyib islaq nasqıları Akifə uzatdılar. Qımışıb:
- A bala,məktəbinizə aparın, orada müzeyə qoyarlar- deyib,uşaqlarla zarafat etdi.
Eyni ovqatla üzünü məmə tutub:
- Arkadaş, siz yuxu bişirdiniz, mən də səhər-səhər bir
şeir yazmışam,- deyib bu
şeiri oxudu:
Uzanıb
sübhə qədər,
Çəkirəm ahgGecələr.
Gedir yenə qayıdır
Mənə sabah gecələr.
Gecəyə yiyə durmur,
Sabahın sağ sahibi.
Qaralar ağı yedi
Hardadı ağ sahibi.
Ulduzlar ulduz deyil,
Səbrim dara çəkilir.
Neçə bəyaz duyğunun
Üstündən qara çəkilir.
Görsəniz yoxam, deyin
Ay tək batmağa getdi.
Öldü deməyin, dostlar
Akif yatmağa
getdi.
3. ETÜD
Alma-Ata şəhərinə işgüzar səfərə
getməliydım. 2004-cü ilin əvvəlləri idi. Görüşmək üçün Akif gilə getdim. Xeyli söhbətləşdik.
-Məmməd, gecmi gələcəksən? Sənsiz heç
bilmirəm necə duracam. Məmməd İlqarı da
özümdən küsdürmüşəm.
Tez gələrsən, bizi barışdırarsang-deyib susdu.
Ayrıldıq. Beş on addım gedib
geri döndüm.
Akif Arxamca mənə baxırdı.
- Məmməd, nə olaydı sən gələnə qədər
ölməyəydim-deyib gülümsədi.
Onu gözləri dolan görməmişdim. Üzümü
çevirib, uzaqlaşdım,
göz yaşımı
gizləmək üçün...
İyul
ayının 12-si billet alıb
Bakıya qayıdırdım.Təyyarədə
oturub bizə paylanan qəzet-jurnalları
vərəqləyirdim. Qəzet səhifəsinin
birində Akifin şəkilini gördüm.
Yazını oxuyanda, elə
bil damarlarımda qanım dondu. Bir xanim yazar
( adı yadımda qalmayıb ) . Akifə xatirə yazısı yazıb, ağılarla, laylalarla İncəliyə gedən
karvana, " Amandı,
ay gedən əylən
" Qım-qımısıyla bağrımın başını
oyuq-oyuq elədi. Hönkürtümə yaxınlaşan
stuardessa, əlimdəki
qəzetə-, qara haşiyəli şəkilə
baxıb,kor- peşman geri qayıtdı...
Məni qarşılamağa oğlum
Daşqın gəlmişdi.O,
bu qara xəbəri
mənə necə deyəcəyini bilmirdi. Bir-iki dəfə
dili dolaşa-dolaşa
nə isə demək istədi. Mən onu qabaqlayıb,
- bilirəm, oğlum , bilirəm,- deyib, maşınına oturduq. Akif mən qayıdana
qalmadı. Son anlarında
yanında ola
bilmədiyimə gorə
heç özümü
bağışlaya bilmirəm.
Şair dostum Şəmsi Qoca, - görəsən Məmməd Akif ayrılığına necə
dözəcək -deyibmiş.
Sonra Akifə yazdığım
qım-qımını oxuyub
başını bulayıbmış.
Fil olan ağırdı,
Gül olan fağırdı
Dil olan çağırdı
Göz olan ağladı...
Çağırma fələyi,
Kəfəndi bələyi.
Çat
verən ürəyi
Köz olan ağladı
Bu etüdlər, Akiflə
keçən ömrümün
çox tələsik
cizgilərlə qələmə
alınmış qısaca
anları, xatirələridir. Bu xatipələrin isə sayı-hesabı yoxdur.
Akif Səməd həm poeziyamızda, həm könüllərimizdə
özünə bənzər,bənzərsiz bir iz ,bir yol
qoyub gedənlərdəndir.
"Amandır,ay gedən əylən" yaza bildi. Ancaq əylənə
bilmədi .Çox tələsirdi. Cəmi
dünya hesabı ilə 45 yaş yaşayıb, min illik, nə min il,
düz Adəmdən Akif Səmədəcən
yaşadı bu ağır taxtalı kişi. Beləliklə, mənə həsr
etdiyi bir şeirlə sizlərlə
sağollaşıram möhtərəm
oxucular.
DƏMİRÇİOĞLUYA
Bütün yollar dolanıbdır
dünyanı,
Kəndə dönür,kəndə
dödür arxadaş.
Üz çevirməz bəndəsindən
yaradan,
Bəndə dönür,bədə
dönür arxadaş
Yanar ocaq bir dəfəlik
ha sönmür,
Kül altında qor illərə ha sönmür,
Üzüdönük bircə dəfə ha dönmür,
Gündə dönür,gündə
dönür arxadaş.
Qara qoçun sabahı yox, sabahı,
Qara acın
pənahı yox, pənahı.
Qara saçın günahı
yox,günahı,
Kündə dönür, kündə dönür arxadaş.
Səndən qabaq kimlər baxıb bu çaya,
Nə hesaba gələsidi,nə saya
Yer firlanmır nə günəşə,nə aya.
Səndə dönür,səndə dönür arxadaş.
Nə yatıbsan bu sərində,kölgədə,
Səni gəzir ağrı dağı bəlkədə,
Immanlısı Akif olan ölkədə.
Dində dönür-dində dönür arxadaş
Məmməd Dəmirçioğlu
Ədalət 2018.- 14 noyabr.- S.7.