Əyilməz dirəyim mənim

Dəmir Çeşməli

Üstümə qıjanan kimisən,

Sevincdən yapışan qəmsən.

Yumruq boyda söz demişəm,

Əzilib ürəyim mənim.

 

Güdməyi düdəndə dedin,

Sözü söz edəndə dedin,

Mən gəlib gedəndə dedin,

Yüklənib kürəyim mənim.

 

Dağılıb başımın çəni,

Şumlanıb saçımın dəni.

Sən mənim qəlbimin SƏNİ

Əyilməz dirəyim mənim.

Dəymir

Əmim Kərəm Vəlioğlunun xatirəsinə

Havası havamnan keçir,

Seçirəm,seçimə dəymir.

Yol açıb gedirəm onsuz,

Köçürəm,köçümə dəymir.

 

Ayaq açdım dərinə mən,

Göyünə mən,yerinə mən,

Qəmimi su yerinə mən,

İçirəm,içimə dəymir.

 

Durub yel üstə əsirəm,

Şıltaqlığından küsürəm.

Düz bilib əyri kəsirəm,

Biçirəm,biçimə dəymir.

 

Olan boşluqdu gedişdə,

Gəriləndi hər gərdişdə.

Yeri yeriməz yerişdə,

Dirəşib bərçimə dəymir.

 

Verdiyi ürək-dirəkdi

Aldığı boyat xörəkdi.

Nədisə kimə gərəkdi?

Yeddimə,üçümə dəymir.

Yolumun üstə

Gen çəkilir iz gözümdən,

Yoxuş qalxar düz gözümdən,

Öz yaşımdı öz gözümdən,

Axırmış yolumun üstə.

 

Gedirəm yamac-yal yolu,

Səsləyir burda yol-yol.

Bürmələyibmiş vol yolu,

Sıxırmış yolumun üstə.

 

Namaz duası oxunub,

Ərsin nidası oxunub,

Kimmiş ədası oxunub?

Yıxırmış yolumun üstə.

 

Yad olanda yaddaş kimi,

Yad yanında yad daş kimi,

Daş qayada soydaş kimi,

Çıxırmış yolumun üstünə.

 

yazmışam yazılıb,

Yolu yolumda sozalıb.

Gözümün üstə göz olub,

Baxırmış yolumun üstə.

Yaşadım səni

Dolaşdım doluna çatdım,

Sağına-soluna çatdım,

Çatdığın yoluna çatdım,

İzimlə yaşadım səni.

Dağıldı çən duman üstə,

İman qaldı güman üstə,

Ömür ötdü zaman üstə,

Özümlə yaşadım səni.

 

Bircəm kimi təkim kimi,

Çəkilməzdi çəkim kimi,

Çiynim üstə yüküm kimi,

Dözümlə yaşadım səni.

Dəniz haqqında nəğmə

Dəniz Allahımdı mənim,

Mənim ümidim dənizdi.

Dalğalar qucağında

Ləpələr səmitində

Mən dənizdə üzürəm

Dəniz məni üzür

Dalğalar dənizin qolu

Bərk-bərk qucaqlar məni

Ləpələr dənizin əli

Üst-başıma sığal çəkər,

Əlim çatmır göylərə

Ayaqlarım yerdən üzülüb.

Hələ ki dirənəcək kimi.

Qalmışam yerlə-göy arasında.

soruşan var,nə baxan.

Hələ ki göylərə baxıram.

Bir yanım göy,bir yanım dəniz.

Hələ ki baxıram özüm kimi...

Bu dənizin yoxuşu

ki enişi görünür.

Burda səbrim daralır

Nədə ki arzum tükənir.

Burda dəniz ayıqlığı...

Burda dəniz soyuqluğu var.

Mavilik yağır göylərdən,

Mavilik yığır bu dəniz.

Baxıram bir mavi gözlüyə

Dözürəm şirin sözlüyə.

Bu sayaq dənizdə üzürəm

qəm,dəniz məni üzür...

Mən dənizlə barışmıram,

Dənizin işinə qarışmıram...

Xəbəri yoxdu

Durumunda düşdüm dərdə,

Boyu bəsdə özü girdə.

Öz-özüylə olan yerdə,

Bilmişəm, xəbəri yoxdu.

 

Yerdə dilək arzuları,

Göydə mələk arzuları,

Gəlsə bölək arzuları,

Gəlmişəm,xəbəri yoxdu.

 

Deyən omayıb olam,

Çoxdan satıblar alam.

Gördün yarımçıq dolam,

Bölmüşəm xəbəri yoxdu.

 

Səbr daşıb üstümə gəlib,

Yer aşıb üstümə qalıb,

Yaraşıb üstümə gəlib,

Ölmüşəm, xəbəri yoxdu.

 

Sevəndə qoru

 

Sevənini duyanda sev,

Canı-cana qıyanda sev,

Dönə-dönə doyanda sev,

Sevgini sevəndə qoru.

 

Sevənimə, zəmanət ol,

Dünənimnən əmanət ol,

Sabahına təminat ol,

Sevgini sevəndə qoru.

 

Qışdan çıxmış bahar kimi,

Test içində gövhər kimi,

Ruzi kimi bəhər kimi,

Sevgini sevəndə qoru.

 

Sevgi başdan-başa qoruq

Qoruğunda yoruluruq.

Bu axında duruluruq,

Sevgini sevəndə qoru.

Ədalət  2018.- 14 noyabr.- S.8.