ALLAH SEVGİSİ VƏ ALLAH QORXUSU

Vaqif Cəliloğlu,

Tex. elmləri üzrə fəlsəfə doktoru

Sevgi Rəbbin bəşərə fitratdən verdiyi ən xeyirli və ən müqəddəs nemətlərdən biridir. Buna dəlil hər bir insanın sevdiyi, xoşladığı, hörmət görüb, hörmət etdiyi insanlarla ünsiyyətdə olmaq istəyidir. Dünyəvi həyatdan fərqli olaraq Allahın Cənnətdə bütün insanların kin-küdurətini yox etməsi də, bu ilahi sevginin təzahürüdür. "Biz Cənnət əhlinin ürəklərindəki kin-küdurəti çəkib çıxararıq. Onlar deyərlər: "Bizi bura gətirib çıxaran Allaha həmd olsun" (Əraf, 43).

Məlumdur ki, insan ona kiçik sayğı göstərən hər bir şəxsə məmnuniyyət hissilə yanaşır. Hal belə ikən, kainatdakı baş gicəlləndirici, valehheyranedici gözəllikləri görüb, onlara məftun olan bəşər bu sonsuz gözəllikləri yaradana minnətdarlıq etməzmi? "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz" (Nəhl, 18).

Könül bir viranədir,

sevgi ilə dolmasa

Ümumi mənada məhəbbət bir qəlb rabitəsi kimi hər hansı bir şəxs və şeyə sıx bağlılıq, aludəçilikdir. Xəlifə statusu daşıyan insanların bir-birinə məhəbbəti isə mütləq Allah məhəbbətindən qaynaqlanır. "Mən gizli bir xəzinə idim. Bilinmək istədim və məxluqatı yaratdım" - Rəbb kəlamı, kainatın ən ləziz və xeyirli meyvəsi olan bəşərə Onun məhəbbətinin izharıdır. Və sözsüz ki, bu ilahi sevginin qarşılığı kimi, insan da onu yaradıb, maddi-mənəvi dəyərlərlə təchiz edən Allahı sevməlidir. Bu sevgi bəşər üçün bir ehsan sayılır. Yeri gəlmişkən, məhəbbət Xaliqə edilərsə ehsan, xalqa edilərsə hörmət, təzim və sayğıdır. Göründüyü kimi, İslam həm də dəyəri özündə olan sevgi mədəniyyətidir. İslama görə, həqiqi sevgi insanın bütün mənliyilə eşq, məhəbbət qaynağı olan sevgiliyə yönəlib Onunla olması, Onu duymasıdır. Zira deyilib: "Sevməyən Allahı dərk etməyib. Çünki Allah məhəbbətdir" ( İncil, Yəhya 4:8). Deməli, Yaradanı həm də məhəbbət nuru kimi qəbul edənlər üçün eşq, məkanda məkansızlığın, zamanda zamansızlığın ən doğrusadiq sahibidir.

Allaha üsyanda xalqa məhəbbət olmadığı kimi, xalqa zülmdə də Allaha məhəbbət ola bilməz. "Kim ata-anasını sevməyib, Allahı sevdiyini desə, bilin ki, o riyakardır. Çünki gördüyü ata-anasını sevməyən, görmədiyi Allahı sevə bilməz" (Həz. İsa). Rəbb isə buyurub: "Ancaq mənim üçün bir-birinizi ziyarət edin". Məhəbbət rizaya (Allahın razı qaldığı şeylər), riza da məhəbbətə bağlıdır. Rizasız məhəbbət, məhəbbətsiz riza ola bilməz. Çünki insan ancaq sevdiyindən razı qalar və razı qaldığını sevər. Leylini Allah rizası üçün sevməyən Məcnun sonda: "get-get, sən o Leyli deyilsən" - demədimi?!

İnsan həm də sevdiyini tanıdığı nisbətdə sevər. Deməli, Allah sevgisi Onun kainatdakı sonsuz isimlərinin təcəllilərini tanımaqla olur. Həmin təcəllilərdən biri də bəşər olduğu üçün, insan gərək əvvəl özünü dərk etsinsonra Allahı tanıyıb, Onu sevsin. Yəni Onu tanıyıb sevmək, özünüdərk və özünəqiymətdən keçir. Lakin insan öz vücudruhunun mütləq sahibideyil. Onun həqiqi sahibi Allahdır. Orqanizmdə axan qan, sinir sisteminin fəaliyyəti, həzm prosesi, nəfəs alıb-vermə, bir çox biokimyəvi reaksiyalars. insanın müdaxiləsi olmadan baş verir. "Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə heç nəyə. Əgər istəsə, sizi yox edib, (yerinizə) başqa bir məxluq gətirər. Bu, Allah üçün çətin deyil!" (Fətir, 15-17).

Deməli həqiqi, ülvi sevgi həm də Allaha itaətlə reallaşır. Həmin səbəbdən yaradılanın Yaradana itaət etmədən sevgi bəsləməsi inandırıcı deyil. Lakin müqəddəs kitabımız sadəcə "itaət et" qul tövsiyyəsini qəbul etmədiyi kimi, "sev, sonra istədiyini et" ərköyün çağırışı da rədd edir. Çünki İslamın çağırışı gücə yox, məhəbbətə söykənən ibadətdir. Məhəbbətdən doğan itaət isə bir qəlb-iman məsələsidir.

Fəqət Allah mütləq ədalətlidir. O, həm Özünün, həm də yaratdığı məxluqatın sevilməsi üçün insana lazım olan bütün dəyərləri lütf edib ki, insan həm Rəbbini, həm də Onun yaratdıqlarını sevsin. İlk yaradılan Məhəmməd Mustafa(ə) nuru olduğu üçün, ilk məhəbbət də Peyğəmbər (ə) ruhuna olan məhəbbətdir. Sufi demişkən:

Məhəbbətdən Məhəmməd oldu hasil,

Məhəmmədsiz məhəbbətdən nə hasil!

Mərhəmət məhəbbətdəndir

"Mərhəmətli olmayınca, mömin sayılmazsınız" - buyuran Peyğəmbər (ə)-yə səhabə dedi: "Hamımız mərhəmətliyik". Həz. Məhəmməd cavab verdi: "Xeyr. Təkcə öz əhlinizə deyil, yaradılan bütün məxluqata (insan, heyvans.) mərhəmətli olmalısınız". Əslində Yaradana görə yaradılanı sevmək monoteist dinlərin hamısının leytmotivi olub. "Allahı heç kim, heç vaxt görməyib. Əgər biz bir-birimizə mərhəmətliyiksə və bir-birimizi seviriksə, deməli Onun mərhəmət və məhəbbəti bizdə tamam olur" (İncil).

Mərhəmətlilik nəinki mömin insanlar, hətta haramlara mübtəla olan insanlar üçün, tövbə etdikləri təqdirdə, Rəbbin xilası və əfvidir. Zina edən bir qadının susuzluqdan yanan köpəyə su vermək üçün çarığını çıxarıb quyudan su çıxarmasını görən Peyğəmbər (ə) ona dedi: "Tövbə etbirzina etmə. Allah sənin bağışlanmağını istər".

Ümumiyyətlə, fədakarlıq, əfv etmək, təvazökarlıq, doğruluq, səbir, sadiqlik, sevdiyin insanın axirətini düşünmək və mərhəmətlilik Allah rizası üçün sevginin əsas komponentləridir. Məhz bu dəyərlərə sahib olan Məhəmməd Füzuli deyib:

Ya Rəbb! Bəlayi-eşq ilə qıl aşinə məni,

Birdəm bəlayi-eşqdən etmə cüda məni.

Allah qorxusu

Allah qorxusu bəndənin etdiyi ibadətlərdən qürurlanmaması, təkəbbür etməməsi; gördüyü işlərin yox olması qorxusu içində yaşayıbı Allahın əzabına tuş gələcəyini düşünməsidir. Allah qorxusu içində yaşayışr bilirlər ki, bəlalar atla gəlib, piyada gedirlər. Bu qorxudan (əslində bu bir nemətdir) məhrum olan Nəmrud və fironların aqibəti bəşər üçün bir ibrət dərsidir. Kamil insan isə Allahdan qorxub, Onun rəhmətinə ümid edər. Rəbbin rəhməti onun əzabından çox olduğu üçün (axı Quran surələri "Mərhəmətli, rəhmli Allahın adı ilə!" başlayır), belə bəndələr günahlarının bağışlanmasına ümid edər. Yaratdığı bəndəsinin günahsız olmadığını nəzərə alıb, ona ümid verən Rəbbimiz həm də buyurur: "De ki: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmətindən ümidsiz olmayın. Həqiqətən, O, bağışlayan və rəhm edəndir" (Zumər, 53). Yeri gəlmişkən, Allah qorxusu əsasən güclü durumda - gənclikdə, Ona ümid etmək isə fiziki imkanlar tükəndikdə- qocalıqda olmalıdır. Bu zaman ümid insanı yaşadar, qorxu isə onu doğru yola salmaq üçün qamçılar. "Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd edən (bir nur) verər, günahlarınızın üstünü örtüb, sizi bağışlayar" (Ənfəl, 29); "Allaha həm qorxu, həm də ümidlə dua edin" (Əraf, 56); "Əgər həqiqi möminsinizsə, onlardan (şeytanşeytan xislətli insanlardan) qorxmayın, Məndən qorxun" (Ali İmran, 175). Rəbb kəlamlarıdır.

Sonuncu ayədən göründüyü kimi, Rəbb xalqdan yox, Xaliqdən qorxmağı tələb edir. Zira insan yalnız Onun sənət əsəri, yalnız Onun azad quludur. Həz. Əli demişkən: "Ya Rəbb, sənə qul olduğum üçün azadam". Deməli, hətta başındakı tüklərinin sayı sayılan qul, Onun xəlifəsi olduğu üçün bütün haqq və azadlıqlarını qoruyub, Onu uca tutmalıdır. Tutmalıdır ki, xalqa yox, Xaliqə qul olsun. İnsanın fitratən azad olduğunu önə çəkən İsa (ə) buyurub: "Bədəni öldürüb, canı (ruhu) öldürə bilməyənlərdən qorxmayın. Ancaq Cəhənnəmdə həm bədəni, həm də canı daha artıq həlak etməyə qüdrəti olandan qorxun". Peyğəmbər (ə) isə deyib: "İman bağlarının ən sağlamı Allah üçün dostluq, Allah üçün düşmənçilik, Allah üçün sevgi, Allah üçün nifrətdir".

Elə dünya düzümünü nizamlayıb, ona gözəllik verən və insana axirət səadətini qazandıran da bu prinsiplərdir.

Allah sevgisi

Allah qorxusunda orta yol

 

Qeyd edildiyi kimi, İslamın insanlara təbliğ etdiyi əsaslardan biri Allahı sevib, Ondan qorxmaqdır. Qorxunun ifratından ümidsizlik doğar. Çox ümidli olmaq isə insanı qəflətə salıb, onu arxayın edər. nəticədə insan axirəti unudub, dünyaya aludə olar. Bu baxımdan, Allah əzabı qorxusunun yoxluğu da, Onun rəhmətindən ümidini üzmək İslamda yasaqlanıb. Zira "Möminlər Allahın rəhmətini umur, əzabından qorxarlar" (İsra, 57).

Həqiqətən bəndə həm sevginin verəcəyi nazlanma arxayınlıqdan, həm Onun əzabından doğan ümidsizlikdən yalnız Allah qorxusu Allah məhəbbətilə xilas ola bilər. Yəni bəndə bilməlidir ki, işlətdiyi günaha görə, Allahın ona verəcəyi cəzadan heç kimə yox, yalnız yalnız cəza verən mərhəmətli Allaha sığınmalıdır (təbir caizsə, valideyndən qulaqburması alan övladın sonda valideynə sığınması kimi). Əslində, bu inanc bəndənin Allah rəhmət əfvinin sonsuzluğuna inamdır. Həmin səbəbdən deyilib: "Xeyirin başı Allah sevgisi, hikmətin başı isə Allah qorxusudur".

Qorxu məhəbbət vəhdətini xəlifə Ömər (634-644) belə səciyyələndirib: "Bütün insanların Cəhənnəmə, bir şəxsin isə Cənnətə gedəcəyini desələr, inanın ki, o, mənəm. Əksinə, bütün adamların Cənnətə, tək bir nəfərin Cəhənnəmə gedəcəyini xəbər versələr, qorxaram ki, o da mənəm". Bu vəhdətə peyğəmbər möhrü vuran Rəsuli-Əkrəm (ə) isə buyurub: "Mömin Allah əzabının dərəcəsini bilsəydi, cənnətə ümid etməzdi. Kafir Allahın mərhəmətinin dərəcəsini bilsəydi, Cənnətdən əlini üzməzdi".

Bu kəlam, Allaha ümidOndan qorxmada orta yol, tarazlıq, sevgiqorxu vəhdətidir. Göründüyü kimi, Allahdan qorxub, yenə də ona ümid etmənin mahiyyəti, Rəbbin ədalət təcəllisi olan qəzəb və əzabından yenə də Onun əfvinə, kərəminə, şəfqətinə sığınmaqdır. Elə isə, Ya Rəbb, bizə öz sevgini, sevdikdərinin sevgisini və Sənin sevginə yaxınlaşdıranların sevgisini ehsan et. Bir xalq olaraq bizə olan sevgini haqqımızın- Qarabağımızın bərqərarı ilə müjdələ!

Ədalət.-2018.-15 noyabr.-S.6.