Yusif Həsənbəy
TİSİFLƏRİN
QİYAMI
Poemadan bir parça
Qarabağın Xan kəndində
"Daşnak"ın bir daşçısı
Alının çəpərinə bir daş atdı!
Çiyninə səpələnmiş saçları
Xarlanmış kümüş,
Üz-gözü armud qaxı kimi bürüşmüş
Alı kişi dinmədi,
-
Cin atına minmədi!
Düşündü, -
Yəqin
bir dələyə,
Ya bir dovşana atıblar daşı!
Axı,
mən bir zina,-
Bir fəna iş tutmamışam
Qonşuma qarşı!
Bir gün də
Kəndi
gülləyə basdı
bir neşə avtomatdı!
Alı kişi əllərini
yanlara ata-ata,
Qan tərə bata-bata
Bağırdı:-
Yox! Biz qan-qada istəmirik!
Qonşuluqda kimsə kiməsə
Bir güllə ata,
Yol vermərik!
Axı,
bizlər Lenin tərbiyəsi
görmüş
humanistlərik!
Ev-ev gəzib, quş tüfənglərini,
Uşaqların əyləncəsi "Benqal" şimşəklərini,
"Hovruz" gecələrini
nurlandıran
bayram fişənglərini,
Uzaqdan tapançaya oxşadılan
paslı çıraqları,
Mıxçalardan asılan dəryazları,
Oraqları da yığıb,
Sovetliyin həyətində
Bir tonqal çatdılar.
Amma daş atanlar bu dəfə,
Lülələrin, güllələrin ucunda
Daş atmadılar, yox!
Kopa-kopa,
bomba-bomba
Atəş atıb, Şuşanın
divarlarını partdadıb,
Anamızı ağlatdılar!
Nə zamandı Qarabağın Qıratları çidarlı,
"Cıdır düzü"
cıdırsızdı.
Buludlarını güllələrin atəşi
yandırıb,-
Yağışları kükürdlü, baxçaları
barsızdı.
"Qırxbulağ"ın hər
gözü bir krater,-
Kükrəyən suları - lavadı!
O bulağın böyründəki
Kərəmi yaylağı
Ceyranı-cüyürü qovuran tavadı!
Qartalqonmaz qayalara bayraq idi,
İndi
isə dustaqdı o
"Qırxıqız" dağım!
Bayraqsızam!
Bəlkə bu gün,
Bəlkə sabah torpağımda şəhid
olsam,
Həşimə məzar olacaq -
Torpaqsızam!
Xəncəli gümüş naxışlı,
Ağ çuxalı, patrondaşlı,
Sür papaqlı,
Yaraşıqlı bir kişiyəm,-
Ancaq başı papaqsızam!
Azğın, quzğun vazgenlərin
topları
Xocalının yeddi haça dağını,
Dağım-dağım elədi!
"Şıxlar" körpüsünün
tağlarını poz,
Aeroportun
betonlarını qum elədi.
Bir raket açıldı üfüqdə,
Laxlandı,
Çalxandı şəfəq dirəklərə
dayaqlanan
Hamar-hamar
yağlanan
Günəşin tacı!
Şəlpə-şəlpə tökülən
alovları uddu,
Qurutdu çayları,
Əritdi, suya döndərdi dağ-daşı.
Başını tutub ora-bura qaçan insanları
Ot kimi biçdi,
Pulemyot atəşləri.
Şəhidlərin qanıyla
Çiçək açdı güldanların
daşları!
Zağ-zağ əsdi köklü binalar.
Divarlarda
saat kəfkiri kimi yırğalandı
Beton kösövlər.
Bomba çalalarında boğuldu
Qıy-qışqırıqlı uşaq
baxçaları,
Atılmış qocaların sığındığı
qərib evlər.
Partdayan
hər qumbara,
Bir dərya oyuq!
Hər oyuq cəsədlərlə
dolu
Bir daş məzar, - bir daş - qayıq!
Güllələrin sırası qırmızı
helogen çubuqlarıydı
sanki,
Ayaqlarını yerdən üzdü
əcəldən qaçanların,
Kolaşnikovun təzə icadı,
Bu "hava tankı!"
O allahsız dığaların
topu da
Bəlkə atom nüvəli topdu?!
Bircə
mərmisiylə
Raykomun binası
kökündən qopdu.
Şaqqa-şaqla çaxnaşan buludların
arasından
Bir qırıcı,
Şığıyırcı
Parıltısı zəqqətun kimi acı.
Təyyarə çıxdı,
Pilot baxmadı aşağıda
çığırışanlar
Böyükdü, yoxsa uşaqdı.
Bir bomba vıyıldadı,
Məktəb səmasında şimşəklər
çaxdı.
Az sonra çərçivələri yanmış pəncərələr
Gözlərinə qara eynəklər taxdı.
Neçə-neçə "Fuqas" düşdü,-
Dalğası dağıdıcı rəqqas düşdü,-
Məscidə, -Allah evinə!
Sonra da yarınəfəs, yarısəs insanları,
Yarı
diri, yarı ölü müqəddəs
insanları,-
Xərəklərlə daşıyıb
təpdilər bir çökəyə,
Benzinini
bol-bol çiləyib,
Yandırdılar hələ də
can verən məzarı.
Tüstüləri təzəcə sönmüşdü,
Nağıllara dönmüşdü,
Amma alovlanıb bayraqlandı Xocalıda,
"Daşnakçı" faşizmin
Yeni, amma daha müdhiş
Bir "Babiy
yari!"
Bununla da soyumadı, yağı, dığa!
Raketlər şəhərin baş
meydanında
Dərinləşdirdi yarğanı.
Yaralı
insanlar sürüşdülər
oyuqlara,
Yarğanüstü torpaqlar
Oldu gəbərmişlərin cəhənnəm
yorğanı!
Sanmayın ki, mən də o gördüyünüz
Sözü şirin, səsi
şirin,
Nəğməkar şair Yusifəm!
Əsla!
Xeyr! Və lakin,-
Allahımın
Pənahımın üzünə ağ olmadan,-
Qaynar qəzəblərin içində,-
Ayaqlarım qandalda, əllərim
zəncirdə,
Bu dağdan, o dağa,
Bu dərədən, o təpəyə,
O düzdən, bu səhraya,
Bu səhradan, o dəryaya
Özü də mənasız,
heç-heçinə, -
Boş
-boşuna
Nəhəng daşlar daşıyan,
O daşların altında da
Daş ömrü yaşayan,
Əsatirlər cəfakeşi Tisifəm!
Heç
bir günahım yoxdur,
Bəndələr qarşısında,
Allah yanında.
Ancaq cəza çəkir, üyüdülürəm,
Daşnakların
Fitnə fəsad dəyirmanında.
Daşlar
əllərimi kəsir,
sümüklərimi doğrayır,
Ağrı tükümü sancır,
Ürəyimi dağlayır,
Üzülürəm, -Ancaq qırılmıram.
Səbirli ümidim var
Daşlardan qırıla biləcəyimə!
Ürəyimdə qol - budaq atır,-
Minbir qıca, minbir haça
Qoca palıd dözümlü,
bir inam!
Yar ol mənə, ey yaradan!
Axı,
sənsən küləyə
qanad,
Qupquru toxuma həyat verən,
Heç
kəsin görmədiyini
görən Allah1
Səma
viranələrində də
Ulduzlardan
kəşanələr quran
Allah!
Dünyamızda qan-qan deyən başlar var!
O başlarda qana susayan atəşlər var!
Demirəm o başları əz,
toz elə, qum elə!
Yox! Yox! Ancaq sən
O quzğun Vazgenlərə,
Ağılsız, yazıqlara da yar ol!
Onları
İsgəndər, Çingiz
xan
Nəfslərindən məhrum elə!
Xirosima,
Naqosaki faciəsini
Yaşamasın bir də yer
kürəsi.
Hipokratın dərmanlarıyla məhv
olmur.
"Ağ qan" mərəzinin
Nüvələnmiş, civələnmiş
mayası, kürüsü!
Var ol, mənə, ey yaradan!
Demirəm yar ol, var-dövlət,
Şan-şöhrət sarıdan.
Demirəm pay ver mənə
də
Bəzi
nazirlərin
Haram qazanclarından.
Demirəm Antalyada bir villam,
Londonda gəlir gətirən bir bankım olsun!
Demirəm ağ mərmər hovuzlu,
İçi yaşılbaşlı, tovuzlu bir bağım
olsun!
Deyirəm, doğma torpaqlarına
qayıtsın
qaçqınlarımız!
Başımıza papaq qoyaq, qılınclansın
qınlarımız!
Yar ol mənə, ey yaradan!
Nə olsun ki, gücdən,
qüdrətdən kəsifəm!
Arxasız, köməksiz Tisifəm!
Nə olsun ki, qulam,
Qalam!
Batmış diləm, lalam!
Öləm!
Boynu bükük vergüləm!
Ancaq dolan bulud boşalacaq
-
O buludun çarpazları, çisəkləri,
Qamçı, sancı küləkləri,
Qayçı şimşəkləri,
O başsız "Daşnakçı"ların
Başında qılınc olacaq!
Məni
əzən o daşları
əlimin içində
əzib-əzib
Döndərəcəm bir çimdik toza!
Verəcəyəm vazgenlərin cavabını.
Götürüləcək üstümdən
Məni
Tisifə döndərən
cəza!
Ancaq mən
Haqqı,
tələbi eşitməyən
qulaqlarda
Vulkandan
qopan nida olacam!
Düzü görməyən gözlərin
içində,
Mizraq - cida olacam!
Tisiflərin qələbə xəbərini
dünyaya yayan
Gur səs, səda olacam!
Yar ol mənə, ey Yaradan!
Marsın,
Yupiterin cazibəsindən
Daha güclüdür ətalətin,
itaətin
Ayaqdan çəkən
cazibəsi.
Yar ol mənə!
Çıxım o cazibələrdən,-
Doğulsun dünyamızın səkkizinci
möcüzəsi!
Zevsin dərgahından od oğurlayan,
Prometey şücaəti ver mənə!
Ədalət 2018.- 16 noyabr.- S.7.