ƏDLİYYƏ
POLİKLİNİKASI
Düz iyirmi bir il bu polikliniyaya, o, gəlib-getimişdir. Onnula bağlı qəlbində o qədər söz-söhbətlər, xoş xatirələr var ki. Rəisi həkim Rövşən Məmmədovu lap çoxdan tanıyır. Demək olar ki, elə ədliyyə sistemində işə düzəldiyi 1995-ci ildən. Əslən İmişlidən olduğunu eşitmişdi. Olduqca sadə, səmimi, alicənab adamdı. Gündə onun yanına müayinədən keçmək üçün neçə-neçə işçi, əsgər, zabit gəlir. Hamısına da eyni mehribançılıqla qayğı göstərir. Bəlkə də elə bunun nəticəsidi ki, pasentlər həmişə ondan razılıq edirdilər.
Poliklinikanın labaratoriya müdiri rus təhsilli olana
oxşayırdı. Hərdən belə ifadələr
işlətsə də, öz dilimizdə çoz şirin, rəvan
danışır, özü də çox vaxt elə qoruyucu
əlcəkdə, ağız-burunu tənzif
sarğısı ilə örtülü olur. Ondan müayinə üçün qan götürəndə
familiyasını, adını, atasının adını
soruşub qeydiyyat kitabına yazdı. Labaratoriyanın
tibb bacısı Lalə xanım öz işinin adını
yaxşı bilirdi. Dərhal iynəsi,
siprisi ilə qan götürməyə başladı.
Onların yanındakı otaqda dermatoloq həkim Aydın
Məmmədov əyləşir. El dili ilə desək
dəri zöhrəvi həkimi. Onu da sadə,
səmimi bir insan kimi tanıyır. Neçə il vaxt aşırı olaraq yanında olub,
müayinədən keçmişdi.
Bir sözlə, həkim, müayinə, poliklinika deyəndə
istər-istəməz onun yadına tibb aləmində məşhur
olan bir əhvalat düşür. Deyir, Almaniyanın kansleri Bismark
çox sərt adam imiş. Bir gün ağır xəstələnir, gələn
həkimlər nə qədər çalışsalar da,
diaqnoz qoyub, onu sağalda bilmirlər. Şivenninger
adında cavan bir həkim gəlir. Deyir: "Cənab
kansler, mən baytar həkimi deyiləm... Çox
xahiş edirəm ki, sorğu-suallarıma
doğru-düzgün cavab verəsiniz ki, diaqnoz qoyub sizi
sağalda bilim". Kansler həkimin sözlərindən
nəticə çıxarıb, daha alnını
turşutmur... Həkim də müalicə edib,
onu sağaldır. Sonradan həmin həkimi
özünə şəxsi həkim götürür və
ömrü boyu onun həkimi olur.
Bəli.
həkim sözü bəzən
qanun-qaydadan irəli olur. Necə ki, Böyük Vətən
müharibəsinin ən ağır günlərində belə
qanun idi! Yalnız həkim qızdırması, temperaturu olan,
döyüşə yola düşən əsgəri,
sıradan çıxara bilərdi! Ölüm cəzasına
məhkum olunmuş məhkumun cəzasının icrasına
son verərdi! Bu an komandirlər də bir
söz deyə bilməzdilər.
USM kabinetinə yaxınlaşır. Ultra səs
müayinə kabinetinin müdiri Azər Qasımovdur. Qurşaqdan yuxarı soyunmuş halda uzanıb onun
sorğu-suallarına cavab verir. O da aparatı bədəninin
müxtəlif yerlərində gəzdirərək deyir:
- Dərindən
nəfəs al. saxla...
Bu hərəkətləri bir neçə dəfə təkrar
olunur.
Razı halda deyir:
- Şükür, yaxşısınız. Xoşagəlməz
bir hal müşahidə olunmadı.
Fizoterapiya kabinetlik onun bir işi yox idi. Bura əsil mənada
aparatlarla müalicə yeri idi. Oynaq, bel,
boyun nahiyyələrindəki ağrılar üçün.
İçəridəki həkim bu barədə
onu məlumatlandıranda, buradakı səliqə-səhmandan
çox razı halda otağa baxmaqda idi.
Lövhədə
oxuyur: Həkim-oftalmoloq, otolorinqoloq, cərrah. Yəni birincisi
göz həkimi, ikincisi burun-qulaq həkimi... Oradakı
Sevinc xanım bir vaxtlar onun xəstə gözlərini
müalicə etmişdi. Qısa bir
müddətdə gözlərindəki sulanma, kölgələr
aradan qalxdı. Hələ də ona minnətdardı.
Bu dəfə gedəndə yerində görmədi,
başqa yerdə işləyirdi. Onun yerində
başqa bir xanım əyləşmişdi. Burun-qulağa baxırdı. Başqa
yerdə əyləşmiş göz həkimi. xanımın da adı Sevinc, familyası isə
Əmirova idi. Eynək almaq üçün
gözlərinin ölçülərini dəqqiləşdirib,
arayış yazdı. Divardakı müxtəlif
hərflərin böyük, kiçik şəkillərini
ona göstərməkdə idi. Sonra da
aparata yaxınlaşmağı xahiş etdi. Gözlərinin sağlamlıq vəziyyətini bilmək
istəyirdi.
Terapevt həkim
Yəhya Hüseynov adlı el dili ilə desək, can həkimi.
Neçə illərdi ki, onu şəxsən
tanıyır. sadə, səmimi, alicənab
bir adamdır. Hətta bir dəfə təzə poliklinikaya
köçmələri münasiöətilə onu təbrik
edəndə dedi:
-
Çox sağ olun. Ancaq hələlik
barada kirayədə qalırıq.
- O
gün olsun ki, təzəsi tikilsin.
- Tikilər
inşallah.
Doğrusu
onda öz-özünə fikirləşdi ki, başqa inzibati
orqanların niyə müasir tipli poliklinikaları olsun, ədliyyə
nazirliyinin yox... Hər halda növbə çatar...
Kardioloq Rəna Hüseynova yerində idi. Fuksional
diaqnostika kabinetinin müdiri. Bir vaxtlar onu ədliyyə
Hospitalında müalicə üçün
yazmışdı. Müayinə göstərmişdi
ki, ürəiyndə çat var. İndi odur ki, onu diqqətlə
müayinə edə-edə soruşurdu:
- İndi
necə?! Bir ağrı hiss etmirsən ki?
- Yox.
-
Çox yaxşı...
Onun bir həkim kimi beləcə sadəliyi,
qayğıkeşliyi qarşısında baş əyir. Çox
lütfükar bir xanım idi. Soz-söhbət ilə
potsent kimi razı salmağa çalışır, ona ürək-dirək
verirdi:
- Qorxulu
bir şey yoxdur, inşallah yaxşı olarsınız. Hər şey sağlamlığa doğru gedir.
Lövhələrə
bir-bir nəzər salır: "Ginekoloji kabinet",
"Endoskopiya kabineti", "Stamatoloji kabinet"g Baş
tibb bacısının otağında kompüter aparatı
var. Sanki o hər şeyə nəzarət edir. Müalicə
işinin təşkili idarəsi inspektorları ayrıca bir
otaqda əyləşiblər. Lövhədə yenə
oxuyur: "Həkim - terapevt, endokrionoloq, nevropotoloq,
infeksionist... Şəkər həkimi ifadəsini
özündə ehtiva edən adın mənasını onun
üçün aydınlaşdırırlar. Qalanları aydın idi.
Kardioloji
kabinet EXO və EKO... Bu müayinələrdən
keçəndən sonra nəticə vermək
üçün yenidən Yəhya həkimin yanına gəlir.
O müalicə üçün deyir:
- İtburnunu dəmləyib içərsiniz. Öd kisəsi,
qara ciyər üçün xeyirlidir. Elə
termosda dəmləyib, gündə iki-üç stəkan
içərsiniz.
- Oldu...
-
Mezin-forte dərmanı alın 30 ədəd. Yemək
arası gündə üç dəfə atın. Yağlı yeməklərdən çəkinin.
Ağartılı yeməklərə
üstünlük verin.
Bu vaxt dəhlizdə Azərbaycan Respublikasının
dövlət rəmzləri vurulmuş lövhə - plokat diqqətini
cəlb edir. Bayrağımız, gerbimiz, dövlət himnisiz barədə
kifəyət qədər aydın məlumat verilir. Rəsmləri də var. Prezidentimiz İlham
Əliyevin portireti ilə bir yerdə.
Ədliyyə formasında bir xanım müayinə
üçün gəlir. Kimliyini soruşur, məlum
olur ki, yetkinlik yaşına çatmayan uşaqların cəza
çəkdikləri kalonun əməkdaşı Vüsalə
xanımdır. Soruşdu:
- Onlarla
işləmək sizin üçün çətin deymil ki?
- Əlbəttə
ki, çətinliklər var. Ancaq nə edək... Yola verməliyik.
-
Çox yaxşı... Sizə uğurlar... Cavansınız.
Bir vaxtlar olar lap kalon rəisi olarsınız.
Qeydiyyat şöbəsi kitabxananı xatırlatsa da,
tibb bacısı Ələsgərova Rəşadə
çox cəld, səriştəli hərəkət edib, ona
aid 510 nömrəli kitabçanı tapmışdı. Siyəzən
rayon dövlət notariat kontorunun dövlət notariusu işləyəndə
nömrəsi 466 idi. İndi təqaüddə
olduğu üçün nömrəsi dəyişilmişdi.
Dəhlizdə
bir müraciət diqqiti cəlb edir: Ayaq saxla, diqqətlə
bax və unutma! Xocalı soyqırımı - XX
əsrin faciəsi lövhəsi - yazısı, şəkilli.
AMEA-nın A.Bakıxanov adına Tarix
İnstitutunun geniş məlumatı lövhədə əks
olunmuşdur. Şəkillər ona tanış
idi. Buxara papaqlı uzanmış kimi, yarımçılpaq
cocuq... Üz-gözü əzilmiş ,
qanlı qadın, uşaqlar... Fəryad filmindən kino səhnəsi,
cocuğunu götürüb qaçan qadın... Xocalı
harayı heykəli... Prezident başda olmaqla minlərlə
adamın piyada həmin istiqamətə yürüşü,
xalqın birliyinin, yekdilliyinin nümayişi, bu ağır
faciyəyə ağı deyib, yas tutması... Xocalı
yaralısı, qan içində olan uşaq...
Xəbərdarlıq
lövhələri diqqətini cəlb edir: "Siqaret çəkmək
qadağandır". "Sakitliyə riayət
edin". Sanitar maarifi bülliteinlərinin
müxtəlif xəstəliklərə aid olanları lövhədən
asılıb. Bir lövhədə oxuyur: Bakı şəhri,
Nərimanov rayonu Ceyhun Hacıbəyli 16/18 ünvanda yerləşən
Ədliyyə Nazirliyi Tibb baş idarəsinin Təxliyyə
planı III mərtəbə... Ədliyyə
Nazirliyi Tibb baş idarəsinin rəisi tibb xidmət general
mayoru Rəfail Mehdiyev tərəfindən möhürlə təsdiq
edilmişdi.
Razılaşdırılmışdı...
Fövqaladə Hallar Nazirliyi Dövlət
Yanğından Nəzarəti xidmətinin 3-cü Ərazi
Dövlət Yanğın Nəzarəti idarəsinin rəisi
daxili xidmət polkovniki Səyavuş Qasımovla. 28
dekabr 2015-ci il tarixdə.
Təxliyyə planı Maliyyə - təsərrüfat
şöbəsinin inspektoru ədliyyə kapitanı Fərhad
Babayev tərəfindən tərtib edilmişdi. Yanğın
zamanı zəng edilməli 101, 112 saylı telefon nömrələri
göstərilmişdi.
Bir də diqqətim Mömünə- Xatın türbəsi
cəlb edir.
Yazılmışdı: Mömünə Xatın türbəsi
(XII). Məqbərəyə bu yazılarla naxış vurulub:
"Biz gedərik dünya qalır, biz ölürük - xatirəmiz
qalır".
Sonra da bu
yazılar ingiliscə yazılmışdı... Bir də
Bakıdakı Yanardağ mənzərəsi... Boz
dağın döşündə gur alov dilimləri
görünür... Qədim tikililərimizdən,
abidələrimizdən olan İmamzadə türbəsi (XIV əsr)
diqqəti cəlb edir.
Bütün bunlarla demək istəyir ki, ədliyyə
nazirliyinin poliklinikasında gördüyü
işgüzarlıq, qayğıkeşlik, səliqə-səhman
göstəricilər kaş başqa təşkilatlarda da belə
nümunəvi olaydı. Məni bu yazını yazmağa da vadar edən daha
çox elə bu gözəllik, fərqlilik oldu...
Əlisəfa
Azayev
Ədalət 2018.- 16 noyabr.- S.4.