“DƏDƏ QORQUD” HAVASI ÜSTÜNDƏ “GÜLLƏRIN SOYQIRMI”

İSLAM SADIQ

Tanınmış şair Maşallah Məftunun"Güllərin soyqırımı”kitabı yenicə işıq üzü görüb.Xalq şairi Nəriman Həsənzadənin bu kitaba ön söz yazmagı onun bir poeziya örnəyi kimi dəyərinin yüksəkliyini,möhtəşəmliyini möhürləmişdir.Axı Nəriman Həsənzadə hər kitaba ön söz yazmır.

Bəli,kitabı əlimə alanda keçən əsrin 80-ci illər bir daha gözüm önündən kino lenti kimi keçməyə başladı.Moskvada Maksim Qorki adına ədəbiyyat institunda birgə oxuduğumuz illər,sonradan neçə-neçə onilliklər bir şəhərdə yaşamağımız,böyük-böyük tədbirlərdə bir yerdə olmağımız...Xatitələr uzandıqcan uzanır.Nə isə əsas məqsəddən uzaq süşmək istəmirəm.

Poema iki hissədən ibarətdir.Birici hissə "Gözəllik ilahəsi”, ikinci hissə "Güllərin soyqıımıadlanır.Öncə kitabın adı haqqında bir-iki kəlmə demək istəyirəm."Güllərin soyqırımı”orijinallığı,poetikliyi gözəlliyi ilə ilk baxışdan oxucunun diqqətini çəkir.Kitabın adının özü çox uğurlu poetik tapıntıdır.Bu kitabdakı eyni adlı poema istedadlı şairimiz Nurəngiz Günə həsr olunmuşdur."Güllərin soyqırımı”adı da birbaşa Nurəngiz Günlə bağlıdır.Nə vaxtşa Nurəngiz Gün 8 mart bayramında gül dükanlarından birində ürək agrısıyla hər il 8mart Beynəlxalq Qadınlar Gününün gəlişini-" güllərin soyqırımı gəlirifadəsini dilinə gətirmişdir.Maşallah Məftunun şair həssaslığı,ustalığı,sözə söz sərrafə kimi yanaşması onda olmuşdur ki, bu deyimi eşidib onu qulaq ardına vurmamış,illərlə yaddaşına yazmış poemasının adını "Güllərin soyqırımı”qoymuşdur.Bununla da Maşallah Məftun həm poemasına gözəl ad seçmiş,həm onu elə buradaca Nurəngiz Günlə bağlamışdır.Bu çox yaxşıdır.Mən deyərdim ki,”Güllərin soyqırımıpoeması zaman çərçivəsində böyük şairəmiz Nurəngiz Günün 80 illiyi ərəfəsində onun ölməz ruhuna yazılmış ən böyük,dəyərli,qiymətli bir əsərdir.Zaman hər şeyi əliyəcək göstərəcək.

Əvvəla onu deyim ki Vətənpərvərlik pafosu Maşallah Məftunda çox güclüdür.Onun demək olar ki,qələmindən çıxıbsa demək olar ki,hamısı milli zəmində,millilik üzərində özünü göstərib necə ki,”Güllərin soyqırımı”poemasında olduğu kimi.

Poemanın "Proloq”undakı elə ilk sətirlər öz poetik gözəlliyi,tutumu,sanbalı,salğarıyla oxucunun qəlbinə yatır,zövqünü oxşayır yadında qalır.Xalq şairi Nəriman Həsənzadə ön sözdə "Proloq”dan müəyyən misraları misal çəkərək onların ruhuna hopmuş fəlsəfi düşüncələrə toxunmuşdur:"Yaşadığı hissləri ümumiləşdirən şair "Vida muzeyidir hər bir məzarlıq”-deyə fəlsəfi düşüncələrə dalır ."Sükut-bu dünyanın üsyan səsidir”-deyir.

Bu fikirlər onu təqib edir."Dünya vidasıyla dogulur insan”,"sağ ikən gül ömrü yaşamayanlar Məzarlar üstünü gül eləyirlər”kimi dünya haqqındakı fikirlərlə bəlkə oxucusunu köməyə çağırır”.Bunlar Xalq şairi Nəriman Nəsənzadənin poema haqqında dediklərindən götürülmüşdür.İndi "Proloq”dakı bir parçaya baxaq;

Mərmərlər üstündə şəkil ,ad da...

Dünya vidasıyla doğulur insan.

Şeytanın,iblisin sığalı altda,

Bəlkə yer altında boğulur insan.

Səbir kasamız dadaşdı deyirlər,

Axır ki, onu da kül eləyirlər.

Vida nəğməsiylə əl eləyirlər,

Sağ ikən gül ömrü

yaşatmayanlar,

Məzarlar üstünü gül eləyirlər.

Poema bu cür gözəl,hər biri poetik fikirlə yetərincə yüklənmiş,ətə-qana dolmuş misralarla başlayır.Bu çox böyük uğurdur.Burada Nurəngiz Günün adı çəkilmir,lakin onları oxuduqca gözlərimizin önündə onun həyatıyla bağlı ayrı-ayrı mənzərələr,cizgilər canlanır.

Hər bir şair öz həyatını yazır,ömrünün səhifələrini sözə çevirib sətir-sətir sıralayır.Nurəngiz Günün şeirləri onun ömrünün ayrı-ayrı səhifələrinə güzgü tutur.Bu şeirlərin sətirlərindən onun portreti boylanır.Maşallah Məftun poemanı yazarkən həmin güzgüdə Nurəngiz Günün həyatını dönə-dönə izləmiş,obrazlı şəkildə ən təsirli,yaddaqalan anlarını tutmuş maraqlı bir formaya əl atmışdır.O,Nurəngiz Günün şeirlərindən seçdiyi parçaları epiqraf-nümunə verərək ardınca bir növ onları davam etdirmiş,öz misralarıyla qəhrəmanının-ustadının obrazına əlavə naxışlar,cizgilər vurmuş,onun avtoportretini bir qədər canlandırmış,görümlülüyünü,baxımlılığını,duyumluluğunu daha da artırmışdır.Burada iki şairin hissləri,duyğuları,düşüncələri baş-başa gələrək bulaq suları kimi bir-birinə qarışmışdır. İki bulağın suyu qarışanda gurlaşdığı kimi,iki sairin hisslərinin,duyğularının qovuşması,çarpazlaşması da sətirlərin poetik fikir tutumunu,sanbalını,salğarını xeyli gücləndirmişdir.Buna aid bircə örnək göstərmək istəyirəm.Nurəngiz Gündən verilmiş epiqraf:

"Sonra o məsum nağıla

Şübhə kimi birgə göynədik.

Bu minvalla,

bu böyük dünyamıza

eyni kədərimizlə

eyni cür qərib düşdük”.

Bunlar dünya haqqında Nurəngiz Günün düşüncələridir.Maşallah Məftun bu düşüncələri özünəməxsus tərzdə obraza girərək daha da zənginləşdirir,dünya obrazina yeni rənglər,boyalar vurub onu bir az da gözəlləşdirir:

Bal süzülən damarı yox,

yoxuşu çox,hamarı yox,

qahmarı yox,qumarı çox,

Bu dünya belədi,belə...

Axmağı çox,dəlisi çox,

rahatı yox,qəlizi çox,

işverəni,zəlisi çox,

Bu dünya belədi,belə...

Bu,bizim yaşadığımız dünyanın canlı portretidir,bizə görünən tərəfidir.

Maşallah Məftunun "Güllərin soyqırımı”poemasının bir özəlliyini gözəlliyini ayrıca vurğulamaq istəyirəm.Əsər çox düşündürücü,gözəl bir kompozisiya üzərində qurulub.Bu poema ilk sözündən son nöqtəsinə qədər Dədə Qorqud nəfəsiylə yogrulmuşdur.Onu yazan şairin qəlbi də,qələmi də,siması da Dədə Qorqud havası üstündə köklənmişdir.Əksər parçaların başında gələn "Eheyyy...”nidalarının "Dədə Qorqud”dan süzülüb misralara hopduğu şübhə doğurmur. "Dədə kitab qənim olsun”, "Dədə Qorqud hikmətli,mərhəmətli”kimi misralar da buradakı Dədə Qorqud havasının aydın izləridir.Elə misralar var ki,onlardakı Dədə Qorqud nəfəsini yalnız duymaq olur.Bunuda "Dədə Qorqud”la dərindən tanış olanlar duya bilərlər.

Maşallah Məftun "Dədə Qorqud” havası üstündə "Güllərin soyqırımı” adlı gözəl bir əsər yazıb və poetik imkanlarının genişliyini ortaya qoyub.Əminliklə deyə bilərəm bu kitabın tirajından çox bu kitabın oxucuları olacaqdır.Əsər çox möhtəşəm bir əsərdi.Mən ondan belə bir əsər gözləyirdim.

20 sentyabr 2018

Bakı

Ədalət  2018.- 21 noyabr.- S.6.