SARIBAŞA SƏYAHƏT
Çingiz Nağıyev
Payız fəsli mənim üçün çox maraqlı fəsildır. Hərdən söhbət əsnasında yaxın dostum, kamil ziyalı, böyük şair, gözəl insan kimi tanınan Vaqif Aslana deyirəm:
- Mənə elə gəlir bu fəslin adını özünə uygun qoymayıblar. Bəzən də ona xəzan fəsli deyilir, bu daha da həzin səslənir. Belə düşünürəm ki, türk qardaşlarımız bu fəsli daha layiqli adlandırırlar, onlar payıza "son bahar" deyirlər. Amma payızın- son baharın özəl gözəllikləri var. Baharda mayalanan bitkilər öz məhsullarını payızda yetişdirib başa çatdırır və təbiətə, insanlara bəxş edir. Bütün canlılar dağlarda, bağlarda yetişən barlardan bəhrələnirlər. Elə bu baxımdan son baharda səyahət də maraqlı olur. Son baharın xoş havası olan günlərindən birində dostlarla birgə Qax rayonunun Sarıbaş kəndinə getmək məqsədi ilə yola düşdük. Bu mənim Sarıbaşa ikinci səfərim idi. Sarıbaşa birinci səfərim bu ilin fevral ayında olmuşdu. Onda həmin yerlər qarla örtülü idi. Hər iki səfərin təşəbbüskarı şair Vaqif Aslan, təşkilatçısı isə dostumuz Ramiz Məmmədov olub. Ramiz müəllimlə mən 1972-ci ildən Azərbaycan Dövlət Universitetində- tələbəlik illərində tanış olmuşam və sonralar bu ünsiyyət genişlənib dostluga çevrilib. Ramiz Məmmədov hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Şimal- Qərb Regional Hidrometeorologiya mərkəzinin direktor müavinidir və Sarıbaş kəndində həmin idarənin stansiyası var. Biz ondan xahiş etmişdik ki, işlə əlaqədar Sarıbaşa nə vaxt getməli olsa, bizi də aparsın və buna gorə səfərin təşkili məsələsi Ramiz müəllimin üzərinə düşüb. Bizdə Sarıbaşa maragı isə şair Vaqif Aslan yaradıb. Hər dəfə görüşümüzdə Sarıbaş kəndinin oglu mərhum professor Rəsul Tahirzadənin "Sarıbaş və Sarıbaşlılar" kitabından oxuduğu maraqlı faktlar, hadisələr haqqında danışıb hamımızda həmin kəndi görməyə həvəs yaradıb.Vaqif Aslanın həmin kitaba yazdıgı rəy də ictimaiyyət tərəfindən çox böyük diqqət və maraqla qarşılanıb. Sarıbaşa səyahətdə yol yoldaşlarımız N. Tusi adına Azərbaycan Dövlət Pedoqoji Universiteti Şəki filialının direktoru, professor Rafiq Rəsulov və həmin filialda kafedra müdiri işləyən dossent, millət vəkili Əli Məsimlinin köməkçisi Vüsal Baxışov və onun sürücüsü idi. Biz səhər saat 10 radələrində Şəkidən yola düşdük.
Qədim ipək yolunun bir hissəsi olan Şəki- Qax magistral avtomobil yolu son illərdə tikilib. Dəhşətli selləri olan Şin çayı üzərində möhkəm təməlli körpülər inşa edilib. Hətta 70 il Sovet hakimiyyəti illərində keçilməz olan bu yollar mustəqillik illərində müasir tələblərə uygun inşa edilmişdir və həmin yolun istadəyə verilməsində möhtərəm Prezidentimiz İlham Əliyev cənabları iştirak etmişdir. Bu yol indi çox rahatdır və yolun kənarları baxımlı, mənzərəlidir. Elə ona görə də biz bu yolda az vaxt sərf edərək Qax şəhərinə çatdıq.
Cəmi 15 min nəfər əhalisi olan bu şəhərin son illərdə xeyli abadlaşması, göz oxşayan yeni tikililəri diqqətimizi cəlb etdi. Yol gəldikcə Vaqif Aslan yenə Sarıbaş kəndi haqqında bizə maraqlı məlumatlar verirdi. Həmin söhbətlərdən bizə məlum oldu ki, Sarıbaş kəndinin Türkün şanlı tarixində də xüsusi yeri olub. 1877-78 -ci illərdə Rusiya- Türkiyə mühüribəsi vaxtı Rusiya tərəfdən müharibəyə aparılan 12 nəfər Sarıbaşlı gənc bildikdən sonra ki, onlara əmr verilib Türklərə qarşı vuruşmalıdırlar. Onlar öz köklərinin Türk olduğu üçün bundan imtina edərək rus ordusu sıralarından qaçaraq Türklər tərəfə keçib ruslara qarşı döyüşdə fədakarlıqla vuruşublar və hamısı qəhrəmanlıqla həlak olublar. Sonralar Azərbaycanın 1-ci katibi olan akademik İmam Mustafayev 2-ci dünya müharibəsi illərində Sarıbaşda Şimali Qafqazda ən böyük partizan dəstələri hazırlayan hərbi və siyasi təlimlər mərkəzinin rəhbəri olub. Sarıbaşdan 2-ci dünya müharibəsinə 184 kişi, 10 gənc qız gedib, onlardan yarısı geri qayıtmayıb. Müharibəyə gedənlərin demək olar hamısı rəşadətli, şücaətli döyüşçü kimi ən yüksək orden və medallarla təltif ediliblər. Hətta belə məlumat var ki, Reyxstaqa qələbə bayrağını sancan Sarıbaşlı Heydərov Rəcəb Şeyxəli oglu olub. Lakin həmin illərdə Sovet Hakimiyyətində ən yüksək vəzifə tutan, həm də Ali Baş Komandan Stalin milliyyətcə Gürcü olduguna görə bu şərəfli işin icraçısı gürcü xalqının oglu olmalıdır deyən siyasətçilər onun adını bu siyahıdan siliblər. Qarabag müharibəsi illərində də Sarıbaşlılar Türk oğlu kimi Azərbaycan tərəfdən ermənilərə qarşı vuruşublar və Sarıbaş kəndinin 13 sakini Qarabağda şəhid olub, 21 nəfər yaralanıb.
Qax şəhərini keçib şimal istiqamətində
İlisuya tərəf getdikcə yol boyu yeni
inşa edilən müasir
formalı yaşayış evləri, villalar,
restoranlar və istirahət mərkəzləri
bu ərazidə turizmin
inkişafından xəbər verirdi.
Maşınlarımız İlisu kəndini
də ötüb Tovla
talaya çatdı və biz
Sarıbaş istiqamətində yolumuzu davam etdik. Vaqif Aslan
bu yerin Tovla tala
adlandırılması haqqında xalqdan eşitdiyi versiyanı bizə
danışdı. Deməli, 1844- cü
ildə rus çarının adamları İlisu Sultanı Daniyala əvvəl
hədə- qorxu gəlib, sonra
da tovlayıb-yəni aldadıb
Sultanlığın ləgv edilməsi aktını
imzaladıblar və Sultanlığın tam
Rusiya tabeçiliyində
olmasını təmin ediblər. Həmin hadisədən sonra yerli camaat bu
yeri Tovla- tala adlandırır.
Maşınlar Sarıbaşa yaxınlaşırdı. Asfalt yol
qurtardıqdan sonra çınqıllı, daşlı-
kəsəkli yolda maşınların sürəti
aşagı düşmüşdü.
Qarşıda Böyük Qafqaz
sıra dağları
daha əzəmətli
görünürdü. İsti yay günlərindən sonra dağların zirvəsində qar qalmamışdı. Yaşıl yamacların
qoynunda qəribsəyib
uyuyan Sarıbaşın
bir hissəsi görünürdü. Kürmük
çayın gündoğan
sahili ilə hərəkət edən maşından sol tərəfdəki
150-200 metr dərinliyi
olan sıldırım
qayaların üstündən
aşağı baxanda
adam istər-
istəməz vahimələnirdi.
Biz yenə Vaqif
Aslanın maraqlı söhbətlərini dinləyərək
yolumuza davam edirdik. Özümüz hərdən yolun
lap yaxınlığındakı dərələrə baxıb
heyrətlənir və
maşını idarə
edən Ramiz müəllimə zarafatla
deyirdik ki, sən sol tərəfə
baxma, baxsan sənin də gözün qaralar və fəlakət baş verər. Belə təhlükəli yolla üzü aşağı
xeyli getdik. Kürmük çayın
yatağına bir az qalmış
UAZ markalı bir maşınla qarşılaşdıq.
Çayda suyun çox olmasını nəzərə alan
Sarıbaşlı dostumuz
Siracəddin həmin maşını göndərmişdi
ki, o bizi çaydan keçirib kəndə çatdırsın.
Biz gəldiyimiz iki maşını yoldan kənarda münasib yerdə saxlayıb, həmin UAZ maşına mindik, sürücü maşını
işə saldı, hər iki sürət
qutusunun hərəkəti
ilə maşın çayın yatagına endi.
Çayda su çox idi,
amma bu yollara
bələd olan sürücü maşını
cəsarətlə idarə
edirdi. Suyun altında görünməyən
daşların üstündən
ağır-ağır keçən
maşın sol sahilə
çıxıb yola
düzəldi. Bir
az gedəndən
sonra qarşımıza
daha bir çay çıxdı.
Sürücü dedi ki, bu çayın adı Bulandıxdır. Kürmük
çayla müqayisədə
bu çayda su çox deyildi.
Bulandıx çayı da
keçib maşın
üzü yuxarı yoluna davam etməyə
başladı. Dağlara sarmaşıq
kimi sarışan yol təhlükəli olsa da, baxımlı,
maraqlı idi. Bəzi yerlərdə qayaların
arasından sizin qaynama bulaqlar görünürdü. Həmin bulaqların
suyu kiçik arxlarla axıb getdikcə arxların kənarında bitən ağaclara, otlara həyat bəxş edirdi. Güneydə olan bu boz qayalıqlarda həmin arxların kənarındakı otlar yaşıl zolaq kimi görünürdü.
Bəzi yerlərdə çəmənliklər
bir qədər geniş idi və bu yaşıllıqlar
arasında rəngbərəng
çiçəklər görünürdü.
Yəqin
ki, bu çiçəklər
xalq təbabətində
min bir dərdin dərmanı olan nadir bitkilərdəndir. Mən sürücüdən
soruşdum ki, çəmənliklərdə-otların arasında görünən
çiçəklərdən xalq təbabəti sahəsində istifadə
edirsinizmi. O, cavabında
dedi ki, bəzi şirkətlərdən
gəlib çox bitkilər yığıb
aparır və qurudub xaricə göndərirlər. Hansı xəstəliyin
müalicəsində, necə
istifadə edilməsi
haqqında bizə məlumat vermirlər.
Əgər kənd adamlarını
bu işə cəlb etsələr, camaat həm həvəslə işləyər,
həm də qazanar. Bizim yerli adamlar daglarda hansı çiçəyin harada
çox olduğunu yaxşı bilirlər.
Çox
yerdə topa- topa üstü bol məhsullu itburnu kolları var idi. Maşın yuxarıya qalxdıqca yolların kənarında
görünən yaşıllıqlar
azalırdı. Axırıncı dolayı da qalxdıq və qarşımızda Sarıbaş
kəndi göründü.
Bir qədər də irəlilədik, kəndin
girəcəyində üç
nəfər bizi gözləyirdi. Onlardan biri
Sarıbaşın sədaqətli
oğlu Siracəddin idi. Sürücü maşını saxladı və biz maşından düşüb
onlarla görüşdük.
Ayaqüstü biri- birimizdən
hal- əhval xəbər aldəq.
Biz söhbət edə-edə kəndin içi ilə təxminən 300 metr getdik və böyük bir binanın qarşısında
dayandıq. Dedilər, bura
kənd məktəbi
olub. Məktəbdə vaxtıilə ildə
350 nəfərdən çox
şagird təhsil alıb. Bir vaxtlar 300 ailədə 1500
nəfərdən çox
insanın yaşadıgı
bu kənddə
hazırda15 ailə qalıb
və həmin ailələrdən beş nəfər Sarıbaşda fəaliyyət
göstərən hidrometeoroloji
stansiasında işləyir.
Ramiz Məmmədov bizə məlumat verdi
ki, məktəb hazırda fəaliyyət göstərmədiyinə görə
bizim avadanlıqlara nəzarət edən mütəxəssislər boş
qalan sinif otaqlarından istifadə edirlər. O bizə göstərdiyi avadanlıqlar
haqqında danışaraq
dedi ki, dəniz səviyyəsindən
təxminən 1680 metr
yüksəklikdə olan
Sarıbaş kəndində
fəaliyyət göstərən
stansiyanın mütəxəssisləri
atmosferdə baş verən təbii prosesləri müşahidə
edirlər və əldə edilən materialları kodlaşdıraraq
müvafiq qrumlara ötürürlər. Bundan başqa
stansianın işçiləri
daglarda qarın hündürlüyünü və
sıxlığını ölçüb çayların
su ehtiyatı haqqında məlumatlar əldə edirlər.
Bu işlər dağlarda dəniz səviyyəsindən 2000- 2500- metr yüksəkliklərdə
aparılır. Sonra
Ramiz müəllim işçiləri ilə
fərdi danışıb
onların problemləri
ilə maraqlandı və işlərindəki
mövsimi yeniliklər
haqqında tapşırıqlarını
verdi.
Biz hidrometeoroqlardan ayrılıb məktəb binasının birinci mərtəbəsində geniş dəhlizdə divardan asılmış şərəf lövhəsinin qarşısında dayandıq. Burada 30-ə qədər şagirdin şəkli var idi. Yuxarıda yazılan tarixdən görünürdü ki, bu məktəb 2015-ci ilə qədər fəaliyyət göstərib. Vaqif Aslan dedi ki, Sarıbaşda normal yaşayış olan vaxtlar bu məktəbdə təhsil alanların çoxu Azərbaycanda və ölkəmizdən kənarda tanınan ziyalılardır. Professor Rəsul Tahirzadə "Sarıbaş və Sarıbaşlılar" kitabında yazıb ki, bizə məlum olan tarix boyu Sarıbaşda savadlı, dünya görüşlü insanlar olub. Təkcə Sovet hakimiyyəti illərində bu kəndən 23 alim, 62 ali təhsilli müəllim, 20 yüksək rütbəli hərbçi, 30 mühəndis, 2 nəfər- kolxozun sədri işləmiş Həsən Mirzəyev və məşhur çoban Süleyman Həmzəyev Sosialist Əməyi Qəhrəmanı olublar, 4 nəfər Azərbaycan Ali Sovetinin deputatı olub.
Dünya şahmatçıları arasında tanınan Azərbaycanlı Aynur Sofiyeva da mənşəcə Sarıbaşlidır. Bu kənddə dünyaya göz açan müxtəlif sənət- peşə sahələrində fəaliyyət göstərən yüzlərlə insanlar yetişib və onlar Sarıbaşlılar üçün unudulmaz insanlardır. Uzun illər kənddə məktəb direktoru və sonra kolxoz sədri işləyən Abdukərim Əliyev, onun oğlu hazırda Bakıda böyük bir şirkətə rəhbərlik edən Rəsul Əliyev və bir neçə Sarıbaşlı doğma kəndlərinin qayğıları ilə daim məşğul olurlar. Azərbaycanın qədim xalq sənəti olan xalçaçı usta, toxuduğu xalçalarda milli ornamentləri, nəfis naxışları göz oxşayan ustad sənətkar Sara xanım Xəlilova da Sarıbaşlıdır. Respublikamızda tanınan hüquqşünas, uzun illər Azərbaycanın bir neçə rayonunda eləcə də Şəkidə prokuror işləmiş və bu bölgədə böyük hörmət, nüfuz qazanan ağsaqqal Afər Nəsirov, 20 ilə qədər Bakının N. Nərimanov rayonunda İcraiyyə Komitəsinin Sədri və İcra hakimiyyətinin başçısı işləyən, böyük ziyalı, Ulu Öndərin etibarlı kadrlarından olan Mübariz Rəcəbov da Sarıbaşlıdır. Çox maraqlıdır bu qədər qədim tarixi, milli ənənəsi, təbii füsünkar gözəlliyi, yaşamaq üçün hər bir imkanı olan kənddə nə üçün həyat səviyyəsi ildən-ilə aşagı düşür, inkişaf dayanır?
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 22 noyabr.- S.5.