SƏN YER ADAMI DEYİLSƏN
Rafiq Oday,
şair-publisist,
respublikanın
Əməkdar
jurnalisti
KEŞİK ÇƏKİR
Qucaq
açdi gülə sinəm,
Bəlkə
bir az gülə sinəm.
Gözlərimin
giləsinə
Bir damla yaş keşik çəkir.
Həyadan
yana tər sinə,
Üz qızara, tər isinə.
Yaxşı
ki, deyil tərsinə, -
Ayağa baş keşik çəkir.
Üzdü
xəyanət canımı,
Yurda əmanət canımı.
Namərd
kəsdirib yanımı,
Əlində daş keşik çəkir.
Alsa ruhunu
dərd ələ,
Budur ən
böyük dərd elə,
Olub bir
sürü dərd ilə,
Bağrım badaş, keşik çəkir.
Ahım
haradan haraya...
Yetiş,
Yaradan, haraya,
Ölümü
qoyub araya,
Göz ilə qaş keşik çəkir.
AĞRIYIR
Dərd əkib,
qəm biçməkdən,
Qol yerindən ağrıyır.
Kasıb
yoxdan, harınsa
Bol yerindən ağrıyır.
Gözlərim
oyum-oyum,
Nə baxdım ki, nə doyum?!
Canımı hara qoyum? -
Sol yerindən ağrıyır.
İçimə
damcılayır
Çölümün qançırları.
Kürəyim
qamçıların
Zol yerindən ağrıyır.
Yerə
girən boy sızlar,
Kök inləyər, soy sızlar.
Bədəsillər,
soysuzlar
Döl yerindən ağrıyır.
Dünya
məhbəs, qəfəs dar,
Ya al, ya ver - nəfəs dar.
Cəmi
yaranmış ki var -
"Ol" yerindən ağrıyır.
XƏBƏRİN OLSUN
Sənə
məktub yazmışam,
Dedim xəbərin
olsun.
Yol
üstəyəm, tez oxu,
Gedim, xəbərin olsun.
Demirəm
ki, yaxın gəl,
Olum
varın, yoxun, gəl...
Qoy elə
uzaqdan əl
Edim, xəbərin olsun.
Göz
yaşını sər qurut,
Bəbəyində tər qurut.
Su
saxlamır hər qurunt,
Yetim, xəbərin olsun.
Gecəyə
ay sərmişdin,
Səhərə
gün dərmişdin,
Biraz qəm
göndərmişdin,
Yedim, xəbərin olsun.
Tədirginsən,
bəlli, sən,
Hər
halından bəllisən,
Deyirmişsən
dəlisən, -
İdim,
xəbərin olsun!
SƏN YER ADAMI DEYİLSƏN
Özün
şəklindən qəşəngsən,
Şəklin də özündən gözəl.
Həyat
səni düşürməsin,
Heç zaman gözündən, gözəl.
Bu necə bir gözəllikdi? -
Eşqə sığışdırmaq olmur.
Üzündən
süzülən nuru,
Yığıb-yığışdırmaq olmur.
Baxırsan
həyat dolusu,
Qadınsan - adın üstündə.
Yıxılır
evi baxanın,
Kül olur odun üstündə.
Yığış,
tez get buralardan,
Sən
yer adamı deyilsən!
Gəlişinlə
yer üzünü
Tutsun qadamı deyirsən?!
Gör
necə əsir etmisən,
Düzü-dünyanı özünə.
Səni
görən zindan sanır,
Düzü, dünyanı özünə.
Apar,
Tanrım, bu gözəli,
Mələklərə ortaq eylə.
Hamı
azad olsun deyə,
Öz hücrəndə dustaq eylə.
ÖMRÜ
Əyilmədi
şaha könlüm,
Ucuz
könlüm, baha könlüm,
Talan oldu
bahar könlüm,
Gərdiş çəkir qışa ömrü.
Daha bənddir
bir hovura,
Kim ələyə,
kim sovura,
Heç
gördünmü kimsə vura,
Dərd-ələmsiz başa ömrü?!
Oyunsa da gər
ki, dünya,
Qəbul etmir ərki dünya.
Qoy mən
olum tərki-dünya,
Sən eyş ilə yaşa ömrü.
Qürubdan,
dandan keçirib,
Qadadan,
qandan keçirib,
Fələk
kotandan keçirib,
İndi çəkir xışa ömrü.
AY AĞA QURBAN
Dedin,
adın kimi ağayanasan,
Çağırdın, ay ağa, ay ağa qurban.
Mən də
başım üstə qurdum taxtını,
Düşmə gəl ayağa, ay ağa qurban.
Düşsən,
yem olarsan qurda-quşa sən,
Saçımdan bir yuva qur da quşa sən.
Sığınma
yalavac qurd ağuşa sən,
Tez bükər ay ağa, ay ağa qurban.
Əllərin
yalmana sinə sinəmdə,
Nə
olar uyusaq sinə sinəmdə,
Hicrindən
aşiqin sinəsi nəmdə,
Buludtək ay yağa, ay ağa qurban.
Sənin
şikarınam, ovunam, gözəl,
Umac istəyirdin,
ov, unam, gözəl,
Çıxmasam,
çətin ki, ovunam gözəl,
Qaradan ay ağa, ay ağa qurban.
Səninlə
bu eşqi illər boyatmaz,
Sənsiz
qısır qalar sevgim, boy atmaz,
Bu
zülmət könlümü nura boyatmaz,
Göydən
lap Ay yağa, ay ağa qurban.
Sənin
aşiqindi o da, sına bax,
Qoyma ki,
sevgidən o da sına, bax...
Od
düşüb Odayın odasına, bax
Əriyən a yağa, ay ağa qurban.
GƏLMƏ, SƏN ALLAH
Bu yuxunun
yozumu yox,
Yuxuma gəlmə,
sən allah.
Gəlişinin
lüzumu yox,
Yaxına
gəlmə, sən allah.
Olsun, əli
yalın çıxın,
Təki
açıq alın çıxın,
Tuş
olub bir yalıncığın,
Oxuna gəlmə,
sən allah.
Yay
günü boran, qış olub,
Yuvası
viran quş olub,
Gəlirsən,
tək gəl, qoşulub
Axına
gəlmə, sən allah.
VAXTIDI
Bir az ağır olun, nolar,
Batman gəlməyin vaxtıdı.
Savalandan
yola çıxıb,
Atnan gəlməyin vaxtıdı.
Görüb
oxu - kürəkdəki,
Kimdi əsən külək təki?!
Yaşanarmı
ürəkdəki
Çatnan, gəlməyin vaxtıdı.
Dərd
sinədə sırıq-sırıq,
Sirr
verdiyin ağzıcırıq,
Düşmən
neylər ki, bu qırıq
Zatnan, gəlməyin vaxtıdı.
Dözməklə kar aşandımı?
Ruhsuz bir gün yaşandımı?!
Barışmaq
yaraşandımı
Matnan?- Gəlməyin vaxtıdı!
TAPDIM SƏNİ
Gələn
yazın həlim-həlim,
Nəfəsində tapdım səni.
Yarpaq-yarpaq,
çiçək-çiçək,
Həvəsində tapdım səni.
Adaq-adaq
nalçasında,
Budaq-budaq
alçasında,
Naxış-naxış
xalçasında,
Gəbəsində tapdım səni.
Yerdən,
göydən qor umduğu,
Qızmar
yayda qar umduğu,
Gəncliyimin
qorunduğu,
Həbəsində tapdım səni.
Mələklərin
qanadında,
Ruhlar yanar eşq odunda.
Bu
dünyanın eşq adında
Kəbəsində tapdım səni.
GÖZLƏYİR
Dimdiyində
dən daşıyır sərçələr,
Sərçəciklər ağzıaçıq
gözləyir.
Bu
dünyanın o ucunda ölüm var, -
Sən özündən burda ha çıx, gözləyir.
Azad etdin,
üz bozartdı qulun da,
Öz əməlin kündə oldu qolunda.
Səhl
Sumbat tor qurubdu yolunda,
Gözdə nifrət, qəlbdə acıq gözləyir.
Şeytansifət
insan görsən, uzaq dur,
Beləsindən şərəf, mənlik uzaqdır.
Səbr
eləsən - Haqq yanında üz ağdır,
Səbirsizlər "bir azacıq" gözləyir.
BİLMƏM
Qalmışam
od ilə su arasında,
Suyamı ağlayım, odamı, bilməm?
Məni
özgə səmtə çəkir ürəyim,
Özümü bu yerin adamı bilməm.
Dövran
verdiyini yenə tərs verir,
Ağılsız gədələr bizə dərs verir.
Ruhum qonan
yerin yoxdu təsviri, -
Hücrəmi, xanəmi, odamı, bilməm?!
Fələk
böyrümdədi əlində qayçı,
Ruhum didik-didik, bədənim qançır.
Xeyrini
güdənlər "xeyir"dən qaçır,
Dostamı güvənim, yadamı, bilməm?!
Sevgidən
gör neçə, aman, yetim var,
Bu qəlbdən o qəlbə əmanətim var.
Mən
onu sevirəm, zəmanətim var,
İman məsələsi, o damı - bilməm?!
OLMADI
Arxasınca
quru yuyub, yaş sərənləri,
Gördük
üzdə ayağına baş sərənləri,
Bir gün
sola, bir gün sağa - çaş "ərən"lərin,
Üzlərindən tüpürcəyi kəsir
olmadı.
Məzlumlara
ağlamaqçün yaş da saxladım,
Zalımları
daşlamaqçün daş da saxladım,
Nəyim
varsa, yuxarıda - başda saxladım,
Ağlım heç vaxt gödənimə əsir
olmadı.
İkimizin
atdığı da eyni zərdisə,
Hanı - hərə əkdiyini özü dərdisə?!
Əgər
təsir əks təsirə bərabərdisə,
Niyə zülmü edənlərə təsir
olmadı?!
Ömür
bizi zaman-zaman sınağa çəkdi,
Səbirsizlər
bu sınağı qınağa çəkdi,
Həyat
qan-qan deyənləri çanağa çəkdi,
Od
üstünə su çiləyən, nə sirr? - Olmadı.
Məcnun
kimi səhralara düşdüm bu üzdən,
İnnən
belə kim qurtarar məni bu düzdən,
Gecə-gündüz
söz toxudum, amma bu sözdən
Məmməd oldu, Nəsir oldu, həsir olmadı.
Başımıza
ələnənlər yad daşısa da,
Bu ələklər
əsrlərin yaddaşısa da,
Düz əlli
il kipriyində od daşısa da,
Rafiq Oday odasından qəsr olmadı.
ÖZÜN DEMƏDİNMİ...
Sən mənim
dünyada ən şirin yuxum,
Sən mənim ən gözəl dərdimsən,
gözəl.
Bir
özgə dərd varsa, mən orda yoxam, -
Gecəli, gündüzlü dərdim - sən, gözəl.
Göynətdi
sinəmi bu "Göyçəgülü",
Oxşadım bu yercə, bu göycə gülü.
Harda görmüşəm mən bu göyçək
gülü?
-
Əl atıb çəməndən dərdim - sən,
gözəl.
Özgə
aləmi var bu bar dərməyin,
Sevənlər,
sevgidən qubar dərməyin!
Qisməti
bu günmüş nübar dərməyin, -
Özün
demədinmi, "dər, dinsəmg", gözəl!
AZDI
Dərə
də dünyanın, düz də dünyanın,
Əyri də
dünyanın, düz də dünyanın,
Düzləri
qalıbdı düzdə dünyanın, -
Onunçün
düz olmaq istəyən azdı...
Gədənin
bəy olmaq qisməti artıb,
Dosta atmaq
kimi hiss, qəti artıb,
Yaraya səpilmək
xisləti artıb,
Süfrədə duz olmaq istəyən azdı.
Həyatdı,
hamını, "döz" güləşdirir,
Əlində
maşası köz güləşdirir,
Çoxları
sadəcə söz güləşdirir,
Şeirdə söz olmaq istəyən azdı.
GÖZƏL,
NƏ GÖZƏL...
Çarıq
geyib, düşdüm yola, gedirəm,
Heç
baxmadan sağa, sola, gedirəm,
Qırx
budaqlı ağac* ola, - gedirəm,
Altının
kölgəsi gözəl, nə gözəl!
Ozanlar
axışıb gələ dalımca,
Nadanlar
baxışıb gülə dalımca,
Xaqanlar
yığışıb gələ dalımca, -
Metesi,
Bilgəsi gözəl, nə gözəl!
Sel
çəkilə, lax durula qəlblərdə,
Haqq əliylə baxt qurula qəlblərdə.
Eşq
adında taxt qurula qəlblərdə,
Əhd-peyman
bəlgəsi gözəl, nə gözəl!
Köksümün
altında alışan köz var,
Hələ
yol gözləyən gör neçə söz var,
Eşqimi
bir qıza eylədim izhar,
Zalımın
"bəlkə"si gözəl, nə gözəl!
Saflıq,
paklıq dində ola - öyünək,
Tabaqlarda
kündə ola - öyünək,
Yalan, riya
gendə ola - öyünək, -
Deyələr ölkəsi gözəl, nə gözəl.
* 40 dil, ləhcə və ya şivədən
ibarət Türk dilləri ailəsi nəzərdə tutulur.
Ədalət 2018.- 23 noyabr.- S.8.